Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-908/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili X12, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi) mənzilə dair qeydiyyat vəsiqəsinin, reyestr kitabında qeydin bərpa edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Мəhkəməsinin 2-1(81)-477/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-477/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı iləiddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin 38 №-li mənzilinə dair X4 adına verilmiş xx.xx.1996-cı il tarixli, seriya MH 000909 №-li qeydiyyat vəsiqəsinin, reyestr kitabında 568 səhifə 84918 qeydə alma 30/84918 №-li qeydin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin 102 saylı, xx.xx.1997-ci il tarixli məktubu nəzərə alınaraq qeyd olunan mənzilə dair mərhum X4 adına verilmiş xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Bu səbəbdən tərəfimizdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2018-ci il tarixli, **********62 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan SSR X30 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 095903 №-li dəyişdirmə orderinə əsasən (İdarənin sözügedən mənzilə dair arxiv əsaslarında saxlanılan sənəd) Əliyev Ş.İyə məxsus olan Bakı şəhəri Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzil X6 məxsus olan Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 nömrəli ev 38 saylı mənzil ilə dəyişdirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 2, 38 nömrəli mənzil X4 adına qeydiyyata alınmış, Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən MH seriyalı, 000909 nömrəli, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Mədəniyyət Nazirliyi “X21 Muzeyi”nin xx.xx.1997-ci il tarixli, 3 nömrəli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 nömrəli evin 38 saylı mənzilin özəlləşdirilməsinə razılıq verilərkən muzeyin üstün hüquqa malik olması nəzərə alınmalı, özəlləşdirmə muzey müdriyyətinin iştirakı və razılığı alınaraq aparılmalı idi. Həmçinin məktubda qeyd olunmuşdur ki, sözügedən mənzilin tərkibində N.Nərimanovun ailəsinə aid olan “uşaq otağı” vardır. Göstərilən səbəblərdən İdarəyə ünvanlanmış Mədəniyyət Nazirliyi “X21 Muzeyi”nin xx.xx.1997-ci il tarixli 3 nömrəli, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 102 nömrəli məktubları (müvafiq mənzilə dair arxiv qovluğunda olan sənədlər) nəzərə alınaraq, X4 adına verilmiş xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzilə münasibətdə bildiririk ki, həmin mənzilin İdarənin arxiv əsaslarında olan hüquqmüəyyənedici sənədlərə əsasən ilkin qeydiyyatı X5 adına aparılmış və müvafiq mənzilə dair Bakı şəhəri İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1995-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Belə ki, İdarənin arxiv əsaslarında Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzilə dair Əliyev Ş.İ-nin adına verilən hər hansı hüquqmüəyyənedici sənəd, həmçinin yuxarıda qeyd olunan xx.xx.1989-cu il tarixli dəyişdirmə orderi İdarənin arxivində aşkar olunmamışdır. Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzil x xxxx 2010-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında X4 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında 1A hissə İddiaçı və % hissə X13 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, AN-İ № 0732271, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı və X22 həmin mənzili X10 adına özgəninkiləşdirmişdir və X10 adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Halhazırda sözügedən mənzil Əhmədova Söylü İsmayıl qızının adınadır. Belə ki, X19 ilə Əhmədova Söylü İsmayıl qızı arasında bağlanan AN-İ № 0588244, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ********** qeydiyyat nömrəsi ilə həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qərardan, həmçinin, üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin də daxil olduğu Nikolayevsk küç.17-də (indi İstiqlaliyyət küç.55) yerləşən evdə görkəmli Azərbaycan ədibi və dövlət xadim Nəriman Nərimanov ailəsi ilə birlikdə yaşamışdır. O, 1922-ci ildə ailəsi ilə birlikdə Moskva şəhərinə köçmüş və yuxarıda qeyd edilən ev yaşaması və istifadəsi üçün bir neftçi ailəsinə verilmişdir. Sonraki dövrlərdə ev böyük olduğu üçün bir neçə ailə orada yaşamışdır. X21 muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxx 1977 ci il tarixli 286 nömrəli qərarı ilə İstiqlaliyyət 35 ünvanında yerləşən N.Nərimanovun şəxsi evində yaradılmış, xx xxxxxx 1977-ci il tarixdə həmin ünvanda ulu öndər Heydər Əliyevin iştirakı ilə X21 muzeyi açılmış və fəaliyyətə başlamışdır. Muzeyin açılışından əvvəl həmin evdə yaşayan ailələr başqa mənzillə təmin olunmuş ev boşaldılmış, lakin mübahisə edilən sonuncu “uşaq otağı”nda yaşayan yaşlı insan oradan köçürülməmişdir. Səbail rayonu, B.Sərdarov 38 ünvanında qeyd edilən mübahisə predmeti olan mənzil muzeyin yerləşdiyi evin “uşaq otağı’dır. Həmin “uşaq otağı”nın boşaldılmaması və muzeyə təhvil verilməməsi məsələsi muzeyin açılışından bəri baş tutmamış və sonrakı mərhələdə muzeyin təmirinə və fəaliyyətinə mane olmuşdur. Bunu keçmiş Mədəniyyət naziri X9 müraciəti, Nazirliyə muzey tərəfindən edilən müraciətlər və verilən arayışlar da sübut edir. Bütün bu illər ərzində həmin “uşaq otağı” müxtəlif qurumların məsələyə biganə yanaşması nəticəsində boşaldılmamış, əvəzində iddiaçının atası Soltanov Tərlan qanunsuz olaraq həmi mənzilə dair xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi əldə etmişdir. İstiqlaliyyət küç.55 ünvanında yerləşən ev bütövlükdə muzeyin balansın verilməli olduğu halda müxtəlif səbəblərdən həmin evin “uşaq otağı” muzeyin balansına verilmə mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi şikayəti müdafiə edərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətlərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin və üçüncü şəxsin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin 38 №-li mənzilinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın alınması ilə əlaqədar Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı Səbail rayon İcra Hakimiyyətinin 102 saylı xx.xx.1997-ci il tarixli məktubu nəzərə alınaraq qeyd olunan Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin 38 №-li mənzilə dair mərhum X4 adına verilmiş xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv olunması ilə əsaslandırılmışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (sonradan - Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin 38 №-li mənzilinə dair mərhum atası X4 adına verilmiş xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv olunması qanunsuz hesab edilərək, mənzilin mərhum atası X4 adına qeydiyyatda olması barədə çıxarışın verilməsi öhdəliyinin Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin 38 №-li mənzilinə dair X4 adına verilmiş xx.xx.1996-cı il tarixli, seriya MH 000909 №-li qeydiyyat vəsiqəsinin, reyestr kitabında 568 səhifə 84918 qeydə alma 30/84918 №-li qeydin bərpa edilməsi öhdəliyinin Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xx.xx.2019-cu il tarixli qərardadla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya aşağıdakılara əsasən məhkəmənin gəldiyi nəticə ilə razılaşır. İşdən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli MH seriyalı 000909 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin 38 №-li mənzili iddiaçının atası X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. Mədəniyyət Nazirliyi X21 Müzeyi tərəfindən Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququ Qeydiyyatı İdarəsinə xx.xx.1997-ci il tarixli məktubla müraciət edilərək N.Nərimanov «uşaq otağının» qeyri-qanuni özəlləşdirilməsini nəzərə alaraq xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi xahiş edilmişdir. Müzeyin məktubu nəzərə alınaraq mübahisəli mənzilə dair X4 adına verilmiş xx.xx.1996-cı il tarixli Qeydiyyat vəsiqəsi ləğv edilmişdir (Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququ Qeydiyyatı İdarəsinin xx.xx.1997-ci il tarixli məktubu). Hazırki iddiasında iddiaçı həmin mənzilə dair X4 adına verilmiş xx.xx.1996-cı il tarixli, seriya MH 000909 №-li qeydiyyat vəsiqəsinin, reyestr kitabında 568 səhifə 84918 qeydə alma 30/84918 №-li qeydin bərpa edilməsini mübahisələndirir. Kollegiya iddianın əsaslılığı ilə bağlı işin aşağıdakı faktiki hallarına istinad etməyi zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, Nərimanov rayon XDS İcraiyə Komitəsinin xx.xx.1971-ci il tarixli 88/7621 №-li qərarına əsasən X11 ərinin xx.xx.1970-ci ildə vəfat etməsi ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin 38 №-li mənzilin şəxsi hesabının onun adına dəyişdirilməsi qərara alınmışdır. XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1989-ci il tarixli 095903 №-li evdəyişmə orderinə əsasən X14 ünvan 1 ünvanında yerləşən 22 №-li mənzilini Ş.İ.Əliyevaya məxsus mübahisəli mənzilə dəyişmişdir. Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş arayışa (Forma 2) əsasən X14 xx.xx.1989-cu ildən, arvadı X26 xx.xx.1994-cü ildən, qızı İddiaçı 1996-cı ildən hazırki mübahisəli mənzildə qeydiyyatda olmuşlar. X20 xx.xx.1993-cü ildə ölmüşdür (İİ-JQ 412913 №-li ölüm haqqında şəhadətnamə). «xxxxxxxxxxxxxxxxx» Dövlət Şirkəti nəzdində mənzillərin özəlləşdirilməsi üzrə komissiyanın xx.xx.1995-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Şərifzadə küçəsi, 73 №-li evin 22 №-li mənzili X5 xüsusi mülkiyyətinə verilmişdir. Həmin mənzilin xüsusi mülkiyyətə qəbul edilməsi barədə «xxxxxxxxxxxxxxxxx» Dövlət Şirkəti nəzdində mənzillərin özəlləşdirilməsi üzrə komissiyası ilə X15 arasında xx.xx.1995-ci il tarixdə müqavilə bağlanmışdır. Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, vəsiyyətnaməyə əsasən xx.xx.2010-cu il tarixdə vəfat etmiş X5 vərəsəsi Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin 38 №-li mənzilində qeydiyyatda olan X7r. Vəsiyyətnamədə göstərilən əmlak Bakı şəhəri Şərifzadə küçəsi, 73 №-li evin 22 №-li mənzilindən ibarət olmuşdur. Bundan sonra həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Soltanov Tərlan xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Soltanov Tərlanın ölümündən sonra 3 saylı «ASAN Xidmət» Mərkəzinin notariat kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 vərəsələri mübahisəli mənzildə qeydiyyatda olanlar qızı İddiaçı və oğlu X18r. Miras əmlak mübahisəli mənzil və Şərifzadə küçəsi, ev 73 ünvanında yerləşən 22 №-li mənzildən ibarət olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri Şərifzadə küçəsi, 73 №-li evin 22 №-li mənzili 2/1 hissədə İddiaçı, 2/1 hissədə X13 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. AT-İ seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı və X22 Bakı şəhəri Şərifzadə küçəsi, 73 №-li evin 22 №-li mənzilini X1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən mənzili X10 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 8 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, MKİS-də mənzilin şəxsi hesab maliyyə vərəqəsinə əsasən Bünyad Sərdarov küçəsi, 2 saylı yaşayış evinin İİ mərtəbəsində N.Nərimanov ev muzeyilə ümumi girişdə (ümumi dəhlizdə) yerləşən 38 №-li mənzil xx.xx.1994-cü il tarixdən 095903 №-li dəyişmə orderinə əsasən X4 adına olmaqla qeyd olunan mənzildə yaşamış, T.S.Soltanov vəfat etdiyindən qeyd olunan mənzildə hal-hazırda onun həyat yoldaşı X23, onun qızı İddiaçı və oğlu X22 qeydiyyatdadırlar. Beləliklə, işin sadalanan faktiki hallarından müəyyən olunur ki, mübahisəli mənzil dövlət mənzil fondunun mənzili kimi ilk öncə X11 qanuni istiafədəsində olmuşdur. X14 isə ünvan 1 ünvanında yerləşən 22 №-li mənzilin qanuni istifadəçisi olmuşdur. XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1989-ci il tarixli 095903 №-li evdəyişmə orderinə əsasən X14 ünvan 2 ünvanında yerləşən 22 №-li mənzilini Ş.İ.Əliyevaya məxsus mübahisəli mənzilə dəyişmişdir. Adıçəkilən dəyişmə orderi əsasında Soltanov Tərlan mübahisəli mənzili özəlləşdirmiş, bu barədə mərhum T.Soltanoun adına xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan Mədəniyyət Nazirliyi “X21 Muzeyi”nin xx.xx.1997ci il tarixli 3 nömrəli, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 102 nömrəli məktublarını əsas götürən Dövlət Reyestri Xidməti X4 adına verilmiş həmin qeydiyyat vəsiqəsini ləğv etmişdir. Kollegiya mübahisələndirilən qeydiyyat vəsiqəsinin ləğvinin hüquqi əsasları ilə bağlı aşağıdakı normaları rəhbər tutur. Hazırki mübahisə üzrə hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan (xx.xx.2009-cu il tarixədək) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində, yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X30nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil tikinti koopretivinin üzvü ilə dəyişdirmək ixtiyarına malikdir. Müəssisələrin, idarələrin, təşkilatların evlərindəki yaşayış sahəsinin dəyişdirilmsinə yalnız onların razılığı ilə yol verilir. Yaşayış sahəsinin dəyişdirilməsi haqqında saziş yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri tərəfindən verilən orderlərin alındığı vaxtdan qüvvəyə minir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu»nun 1-ci maddəsinə əsasən «Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır». Eyni Qanunun 4-cü maddəsinə əsasən «Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nəzərdə tutulur) tərəfindən həyata keçirilir». Həmin Qanunun 5-ci maddəsinə əsasən «Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər». Həmin Qanunun 12-ci maddəsinin tələbinə görə mənzili (evi) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzilə (evə) öz mülahizəsinə görə sahiblik edir, ondan istiafdə edir və onun barəsində sərəncam verir. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Sadalanan normalara və işin faktiki hallarına əsasən müəyyən olunur ki, dövlət mənzil fondunda olmuş mübahisəli mənzilin iddiaçının atasının adına özəlləşdirilərkən hər hansı qanun pozuntusuna yol verilməsi halı aşkar olunmamış, hər hansı şəxsin hüquq və qanuni mənafeləri pozulmamışdır. Kollegiya üçüncü şəxsin mübahisəli mənzilin muzeyin təmirinə və fəaliyyətinə mane olması barədə dəlili ilə razılaşmır. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzilin və Mədəniyyət Nazirliyi Nəriman X8pıları Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin eyni dəhlizinə çıxırlar, girişləri ayrıdır, mübahisəli mənzil iddiaçının istifadəsindədir və Müzeylə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.2-ci maddəsinə görə bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Eyni məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Sadalanan normalardan görünür ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydlərin ləğvi qanunla müəyyən edilmiş hallarda mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların xitam verilməsinin dövlət qeydiyyatı üçün tələb olunan əsaslar içərisində icra hakimiyyəti orqanlarının məktubları nəzərdə tutulmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən isə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası sadalanan normalara əsasən hazırki iddia üzrə cavabdeh iddiaçıların mülkiyyət hüquqları ilə bağlı qeydlərin ləğvini tələb edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Üşüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-477/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-908/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-908/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver