Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-908/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (direktoru) X4 və nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9380/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4250 №li qərarının ləğv olunması və həmin qərarın icrası ilə bağlı silinmiş 26.139,08 manatın iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri LGBİ-nin xx.xx.2021-ci il tarixli, **********7706 №li qərarı əsasında onlara məxsus təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti başlamışdır. Bununla bağlı vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, DVX seriyalı 001866 №li akt tərtib edilmiş, yoxlamanın nəticəsinə görə iddiaçının anbarında 6.142,92 manatlıq malların sənədsiz olduğu müəyyən olunmuş və 614,29 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Bundan əlavə, Cəmiyyətdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə xronometraj keçirilmiş və nəticələrinə dair müvafiq aktlar tərtib edilmişdir. İdarənin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə DVX seriyalı 001882 №li akt tərtib edilmiş və həmin aktla guya OVN-nin həyata keçirilməsi zamanı iddiaçıya məxsus obyektin pərakəndə satış obyektinin olmadığı, iddiaçı tərəfindən təqdim olunmuş malların ev şəraitində istifadəsinin mümkün olmaması aşkar edilmişdir. Beləliklə satış qiyməti ilə 945.038,27 manat dəyərində mallar E-QF əsasında satılmalı olduğu halda E-QF tərtib edilmədən təqdim edildiyi müəyyən olunmuşdur. Halbuki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək keçirilmiş xronometrajların nəticələrinə dair aktlarda Cəmiyyətin pərakəndə satış həyata keçirməsi qeyd edilmişdir. 001882 saylı akt əsasında xx.xx.2022-ci il tarixli, **********4250 №-li, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmiş və həmin qərarla İddiaçı MMC-nin Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən 94.503,83 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022 tarixədək 94.503,83 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı tərəfindən yuxarı vergi orqanına şikayət verilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 may 2022-ci il tarixli, № **********733200 saylı “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərarı ilə iddiaçının inzibati şikayəti qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 001866 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Bakı şəhəri LGBİ tərəfindən qəbul olunmuş “Vergi Ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4248 nömrəli qərarın 518,51 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, qərarın digər hissədə, yəni 95,78 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılması; xx.xx.2022-cİ il tarixli DVX seriyalı 001882 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında'’ aktın etibarlı besab ediliməsi, həmin akt əsasında Bakı şəhəri LGBİ tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4250 nömrəli qərarının dəyişdirilmədən saxlanılıması qərara alınmışdır. həmin qərar Vergi Məcəlləsinin tələblərinin açıq-aşkar pozulması ilə qəbul edilmiş, Cəmiyyətə əsassız olaraq maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, Cəmiyyət 11 ildən artıqdır ki, ölkədə gigiyenik vasitələrin idxalı, marketinqi və satışı ilə məşğuldur və həmin məhsulların sifariş əsasında pərakəndə (həmçinin onlayn qaydada satışını həyata keçirir. Sifarişlər olduğu halda sifariş edilmiş malı və həmin mal üçün ödəniləcək məbləğə görə nəzarət-kassa aparat çekini alıcılara şirkətdə əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş işçisi X5 mütəmadi olaraq çatdırmışdır. Bütün satışlar NKA-na mədaxil edilmiş, çeklər müştərilər tərəfindən qəbul edilmədikdə təhvil verilən malların “əlavə dəyər vergisinin geri al” əməliyyatları şirkətin işçisi tərəfindən həyata keçirilmişdir. Həmin işçi isə əvvəllər “X15” MMC, "xxxx" MMC və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında işləmişdir. Vergi orqanının məhz bunu əsas götürərək, malların topdan qaydada “X15” MMC, "xxxx" MMC və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına satılması qənaətinə gəlməsi ağlabatan deyildir və Vergi Məcəlləsinin aşağıda istinad ediləcək normalarına görə, sübut olunmuş hesab edilə bilməz. Cavabdeh vergi orqanının X.Talıbovanın həmin nəzarət-kassa aparatının çekləri üzrə ƏDV-nin geri alınması əməliyyatını həyata keçirməsini və onun əvvəllər tibb fəaliyyəti ilə məşğul olan Cəmiyyətlərdə işləməsini əsas götürərək həmin malların iddiaçı tərəfindən digər Cəmiyyətlərə topdan qaydada satılması kimi qiymətləndirməsi əsassızdır. Cəmiyyət həmin qərarda müəyyən edilən tarixdən də əvvəl, yəni xx.xx.2020-ci il tarixdə nəzarət-kassa aparatı quraşdırmışdır, həmin tarixədək malların satışı ciddi hesabat blankı olan mədaxil qəbzləri vasitəsi ilə rəsmiləşdirilmişdir. NKA quraşdırıldıqdan sonra isə bütün satışlar NKA-a mədaxil edilmişdir, Cəmiyyət tərəfindən mallar yalnız pərakəndə qaydada onlayn üsulla satılmışdır. Vergi orqanına bildirilmişdir ki, Cəmiyyət heç bir digər hüquqi şəxslərlə tərəfdaşlıq etmir, məhsulları digər şəxslərə topdan qaydada satmamışdır, sifariş edilmiş malları alıcılara iddiaçının özü və ya onun işçisi X5 tərəfindən çatdırılmış, mallar çatdırılarkən NKA-nın çekləri də alıcıya təqdim edilmişdir, bu zaman alıcı çeki götürmədiyi halda, həmin çekin X.Talıbovada qalması mümkün ola bilərdi. Həmçinin NKA çeklərində malların adının ümumi yazılması onunla əlaqədar olmuşdur ki, STXM tərəfindən iddiaçıya bildirilmişdir ki, gələcəkdə inteqrasiya olduqdan sonra malın adı NKA çeklərində qeyd ediləcək, bu səbəbdən NKA çeklərində malın adı hissəsi ümumi olaraq qalmışdır, son üç-dörd ay ərzində isə bütün satılan malların adı NKA çeklərində əks olunmuşdur. Pandemiya dövründə yararlılıq müddəti başa çatmış 356.034,0 manat dəyərində mallar məhv edilmişdir, bu hal müvafiq qaydada rəsmiləşdirilmişdir, Cəmiyyətin əlavə dəyər vergisi bəyannamələri vaxtında təqdim edilmişdir, yararlılıq müddəti başa çatmış malların məhv edilməsi ƏDV bəyannamələrində göstərilməsə də, vergi orqanına təqdim edilən video görüntüdə yandırılan malların 356034,0 manat dəyərində məhv edilmiş malların bir hissəsi olduğu görünür, digər hissələrini isə birlikdə yandırmaq mümkün olmadığı üçün, hissə-hissə yandırılmışdır. Mübahisələndirilən qərarda cavabdeh vergi orqanı iddiaçı Cəmiyyət tərəfindən malların guya, tibb fəaliyyətini həyata keçirən və ya estetik mərkəzlərin (“X15" MMC, "xxxx" MMC və İsmayıllı Rayon Mərkəzi Xəstəxanası) topdan satış formasında satıldığını ehtimal əsasında iddia etsə də, bunu sübut edən hər hansı mötəbər məlumata, rəsmi sənədə və ya vergi yoxlaması formalarından hər hansı birinin tətbiq edilməklə həmin müəssisələrdə aparılmış və aşkar edilmiş vergi yoxlaması aktına, qərarına və s. istinad edə bilməmişdir. Cavabdeh vergi orqanının “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7732 №li qərarı ilə mütəxəssis qismində cəlb edilmiş şəxs qarşısında “estetik preparatlar və digər malların kəmiyyət və həcminə nisbətdə sayının müəyyən edilməsi” sualı qoyulmuşdur. Cavabdehin qəbul etdiyi qərarda istinad etdiyi digər məsələ - təqdim olunmuş malların ev şəraitində istifadəsinin mümkün olub-olmaması barədə isə hər hansı mütəxəssis dəvət edilməmiş, bu vəzifəni cavabdeh “öz üzərinə götürərək” belə qərara gəlmişdir ki, həmin mallar ev şəraitində istifadə edilə bilməz. Cavabdehin **********4251 saylı Tələbnaməsi ilə 94.503,83 manat maliyyə sanksiyasının xx.xx.2022-ci İl tarixə kimi ödənilməsi tələb olunmuş, cavabdehin qeydiyyat nömrəsi **********516000 olan 28 mart 2022-ci il tarixli bildirişi ilə cəmiyyətin həmin tarixə maliyyə sanksiyası üzrə 68.364,75 manat borcu olduğu bildirilmişdir. Həmin bildirişdən də məlum olur ki, 26.139,08 manat dövlət büdcəsinə silinmişdir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7706 №li qərar qəbul etmişdir. Vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli, **********4250 №li qərarının vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, müvafiq yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyatdan keçirilmiş, vergi ödəyicisinə “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamə verilmiş, yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli 001882 saylı aktla rəsmiləşdirilmişdir. Müvafiq akt nəticəsində iddiaçıya məxsus obyektin pərakəndə satış obyektinin olmadığı, iddiaçı tərəfindən təqdim olunmuş malların ev şəraitində istifadəsinin mümkün olmaması aşkar edilmiş, satış qiyməti ilə 945.038,27 manat dəyərində mallar elektron-qaimə faktura əsasında satılmalı olduğu halda elektronqaimə faktura tərtib edilmədən təqdim edildiyi müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli aktda həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş malların (“Revitacare” nişanlı, “Cytocare" adlı tibbi dəriyə qulluq vasitələri) ev şəraitində istifadəsinin mümkün olmaması aşkar edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 356034,0 manat dəyərində malların istifadə müddəti bitdiyindən maddi məsul şəxsin öhdəsindən silinməsi barədə akt tərtib edilmiş, lakin bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun utilizasiya edilməmişdir. Eyni zamanda qeyd olunan malların VM-nin 159.5-ci maddəsinə uyğun olaraq ƏDV-nin bərpa edilmədiyi aşkar olunmuşdur. Həmçinin NKA ilə satılmış malların ƏDV-sinin geri alınması ilə bağlı müraciətin müəssisənin rəhbəri və eyni zamanda tibbi fəaliyyətini həyata keçirən və ya estetik mərkəzlərin (“X15" MMC, “Medlayn" MMC və ismayıllı Rayon Mərkəz Xəstəxanası) rəhbərləri tərəfindən edilməsi malların cəmiyyət tərəfindən tibb müəssisələrinə topdan satış formasına həyata keçirildiyini göstərmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021- ci il tarixədək olan dövr ərzində 945.038,27 manat (ticarət əlavəsi və ƏDV daxil) dəyərində mallar elektron-qaimə faktura tərtib edilmədən təqdim edildiyi aşkar edilmişdir. "xxxx" MMC-nin rəhbəri X8 müvafiq aktla tanış olmasına baxmayaraq aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Həmçinin Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində 353 sayda nəzarət-kassa çeki üzrə 74.183,0 manat məbləğin nəzarət-kassa aparatına mədaxil edildiyi və orta hesabla 1 çek üzrə 210,1 manat dəyərində mal satışının aparıldığı, iddiaçının əmək müqaviləsi üzrə işçisi olan və əmək müqaviləsi üzrə 300,0 manat məbləğində əmək haqqı alan X.Talıbovanın Cəmiyyətdən 2020-ci ilin dekabr ayında 1.454,23 manat dəyərində mallar aldığı və 26,14 manat dəyərində ƏDV-nin geri qaytarıldığı, 2021-ci ilin yanvar ayında 1.237,3 manat dəyərində mallar aldığı və 22,28 manat dəyərində ƏDV-nin geri qaytarıldığı, 2021-ci ilin fevral ayında 2.030,51 manat dəyərində mallar aldığı və 36,55 manat dəyərində ƏDV-nin geri qaytarıldığı, 2021-ci ilin iyul ayında 2.711,02 manat dəyərində mallar aldığı və 48,79 manat dəyərində ƏDV-nin geri qaytarıldığı, 2021-ci ilin avqust ayında 1.932,2 manat dəyərində mallar aldığı və 34,77 manat dəyərində ƏDV-nin geri qaytarıldığı, 2021-cı ilin sentyabr ayında 3.139,82 manat dəyərində mallar aldığı və 56,51 manat dəyərində ƏDV-nin geri qaytarıldığı müəyyən edilmişdir ki, bu hal malların son istehlak məqsədi ilə alınmadığını əks etdirir. Eyni zamanda həmin malların alınmasına dair nəzarət-kassa aparatının çeklərində malların adının göstərilmədiyi, malın adı sütununda “ümumi" qeyd edildiyi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idxal edilmiş mallarla faktiki qalıqda qalan malların fərqinin maya dəyəri ilə 344.080,12 manat və xx.xx.2020-ci il tarixə mənfəət vergisinin bəyannaməsində mal qalığı kimi bəyan edilmiş 411.466,94 manat dəyərində olmaqla, cəmi 755.547,06 (344080,12+411466,94) manat dəyərində malların elektron qaimə- faktura verilmədən təqdim edilməsi faktının müəyyən edildiyi, həmçinin Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ticarət əlavəsi və ƏDV nəzərə alınmaqla 94.503,83 (755.547,06 x 1,06 x 1,18 x 10%) manat dəyərində maliyyə sanksiyası tətbiq edildiyi aşkar edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı Cəmiyyətin rəhbəri tərəfindən yoxlamaya etibarlılıq müddəti başa çatmış 356.034,0 manat dəyərində malların məhv edilməsinə dair daxili qaydada tərtib olunmuş əmr təqdim edilmiş, Cəmiyyətin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idxal etdiyi malların faktiki qalıqda qalan mallarla fərqinin maya dəyəri ilə 344.080,12 manat təşkil etdiyi, bundan başqa vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsində xx.xx.2020-ci il tarixə mal qalığı kimi bəyan edilmiş 411.466,94 manat dəyərində malların üzərinə xx.xx.2020 – xx.xx.2021-ci il hesabat dövründə əskik gəlmiş 344.080,12 manat əlavə edilməklə alınan 755.547,06 manat məbləğin üzərinə 6% faiz ticarət əlavəsi və 18% əlavə dəyər vergisi tətbiq edilərək 945.038,27 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satılması müəyyən edilmişdir. İddiaçı tərəfindən müvafiq hesabat dövrlərində təqdim edilmiş bəyannamələrdə malların xarab olması (və ya zay olması) barədə məlumatlar bəyan edilməmiş, qeyd olunan qaydalara uyğun hər hal üzrə sənədləşmələr aparılmamış, qanunvericiliyə uyğun təqsirkar (günahkar) şəxslər müəyyən edilməmiş, dəymiş zərərin bağlanması ilə bağlı qərarlar qəbul olunmamış, inventarizasiyalar aparılmamış, aktda qeyd olunmasına baxmayaraq malların sonrakı istifadə üçün yararsız olmasının səbəblərini müəyyənləşdirmək mümkün olmamış, habelə xarab olmuş malların aktlaşdırılmasına baxmayaraq bununla bağlı akta əlavə olaraq fotoşəkillər və ya video çəklişlər tam əlavə olunmamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9380/2022 saylı, 03 oktyabr 2022-ci il qərarı (hakim N.Abıyev) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə qərarına əsasən vergi orqanının “iddiaçı tərəfindən təqdim olunmuş malların ev şəraitində istifadəsinin mümkün olmaması aşkar edilmişdir” nəticəsinə gəlməsi yalnız müvafiq ekspertiza və ya mütəxəssis rəyinə əsaslanmaqla mümkün ola biləcəyi halda, cavabdeh vergi orqanının “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7732 №li qərarı ilə mütəxəssis qismində cəlb edilmiş şəxs qarşısında “estetik preparatlar və digər malların kəmiyyət və həcminə nisbətdə sayının müəyyən edilməsi” sualı qoyulmuş, qərarda istinad olunan digər məsələ-təqdim olunmuş malların ev şəraitində istifadəsinin mümkün olub-olmaması barədə sual qoyulmamış, qeyd olunan nəticəyə yalnız ehtimallar əsasında gəlinmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş malların ev şəraitində istifadəsi mümkün deyil. Bunu müəyyən etmək üçün mütəxəssis rəyinə də əsas yoxdur. Vergi ödəyicisinin sahibliyində olan əmtəə-material ehtiyatlarının hərəkəti cədvəlinə nəzər salıb malların adlarına baxsaq, bunu asanlıqla müəyyən etmək olar. Əlavə olaraq, iddiaçı tərəfindən idxal edilmiş mallar (iynə, dolğu, selikon və s.) birbaşa olaraq son istehlakçıya təqdim edilməsi mümkün olmayan mallardır. Topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında malları təqdim etməsi qanunvericilik normalarının tələblərinin pozulmasıdır və VM-nin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan başqa, məhkəmə qərarının əsaslandırma hissəsində nə cavabdehin iddia ərizəsinə təqdim etdiyi etirazda qeyd edilən hallara, nə də məhkəmə prosesi zamanı tərəflərin gətirdiyi əsaslara, ümumilikdə, işin mövcud faktiki hallarına münasibət bildirilməmişdir. xx.xx.2022-ci il tarixli DVX seriyalı 001882 nömrəli aktda da qeyd edilmişdir ki, iddiaçıya məxsus obyektin pərakəndə satış obyektinin olmadığı, iddiaçı tərəfindən təqdim olunmuş malların ev şəraitində istifadəsinin mümkün olmaması aşkar edilmiş, satış qiyməti ilə 945038,27 manat dəyərində mallar elektron-qaimə faktura əsasında satılmalı olduğu halda elektron-qaimə faktura tərtib edilmədən təqdim edildiyi müəyyən olunmuşdur. Aktda həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş malların (“revitacare” nişanlı, “cytocare” adlı tibbi dəriyə qulluq vasitələri) ev şəraitində istifadəsinin mümkün olmaması aşkar edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 356034,0 manat dəyərində malların istifadə müddəti bitdiyindən maddi məsul şəxsin öhdəsindən silinməsi barədə akt tərtib edilmiş, lakin bununla bağlı “istehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun utilizasiya edilməmişdir.Eyni zmanada qeyd olunan malların VM-nin 159.5-ci maddəsinə uyğun olaraq ƏDV-nin bərpa edilmədiyi aşkar olunmuşdur. Həmçinin, NKA ilə satılmış malların ƏDV-sinin geri alınması ilə bağlı müraciətin müəssisənin rəhbəri və eyni zamanda tibbi fəaliyyətini həyata keçirən və ya estetik mərkəzlərin (“X15” MMC, "xxxx" MMC və İsmayıllı Rayon Mərkəzi Xəstəxanası) rəhbərləri tərəfindən edilməsi malların cəmiyyət tərəfindən tibb müəssisələrinə topdan satış formasına həyata keçirildiyini göstərmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 945038,27 manat (ticarət əlavəsi və ƏDV daxil) dəyərində mallar elektron-qaimə faktura tərtib edilmədən təqdim edildiyi aşkar edilmişdir. Eyni zamanda malların alınmasına dair nəzarət-kassa aparatının çeklərində malların adının göstərilmədiyi, malın adı sütununda ümumi qeyd edildiyi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idxal edilmiş mallarla faktiki qalıqda qalan malların fərqinin maya dəyəri ilə 344.080,12 manat və xx.xx.2020-ci il tarixə mənfəət vergisinin bəyannaməsində mal qalığı kimi bəyan edilmiş 411.466,94 manat dəyərində olmaqla, cəmi 755,547,06 manat dəyərində malların elektron-qaimə-faktura verilməədn təqdim edilməsi faktının müəyyən edildiyi, həmçinin VM-nin 58.13-cü maddəsinə əsasən ticarət əlavəsi və ƏDV nəzərə alınmaqla 94.503,83 (755.547.06 x 1,06 x 1,18 x 10%) manat dəyərində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 50-1.1-ci maddəsinə əsasən, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. - 50-1.2. Bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cu maddəsində nəzərdə tutulan müddət daxil edilmir. - 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. - 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. - 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. - 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. - 50.5-ci maddəsində göstərilmişdir ki, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin dəlillərindən aydın olduğu kimi, inzibati orqan 2 dəlili əsas gətirərək vergi ödəyicisi barəsində hazırda mübahisələndirilən qərarı qəbul etmişdir. 1) Vergi ödəyicisi tərəfindən 356034,0 manat dəyərində malların “istehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun utilizasiya edilməməsi, 2) Vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların ev şəraitində istifadəsinin mümkün olmaması və bu səbəbdən pərakəndə satışla deyil, topdan satışla həyata keçirilməli olması, həmin malların topdan satış qaydasında elektron qaimə-fatura tərtib edilmədən “X15” MMC, "xxxx" MMC və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına satılması. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət vermək üçün iş materiallarındakı sənədləri nəzərdən keçirir: -İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli İnventarizasiya aktından görünür ki, Təmizlik və gigiyena vasitələrinin yararlılıq müddətinin bitməsi səbəbindən, onların gələcəkdə yararsız məmulat kimi balansdan silinməsini müəyyən etmək üçün 30 iyun 2020-ci il tarixli 0111/S №-li əmrlə təyin edilmiş daim fəaliyyətdə olan kommersiya üzvləri təmizlik və gigiyena vasitələrinin yararlılıq vəziyyətini yoxlayaraq, 356.034 (üç yüz əlli altı min oturz dörd) manat məbləğində göstərilən təmizlik və gigiyena vasitələrinin yararlılıq vəziyyətini yoxlayarkən komissiya belə qərara gəlmişdir ki, bu malların istifadə müddəti bitmiş və gələcəkdə istifadəsi mümkün olmadığı üçün ləğv edilməsi və maddi məsul şəxsin öhdəsindən silinməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən aktdan göründüyü kimi istifadə müddəti bitmiş və gələcəkdə istifadəsi mümkün olmayan malların miqdarı və dəyəri qeyd edilməklə ləğv edilmiş və inzibati orqan tərəfindən inzibati şikayətə baxılarkən məhv etməyə dair video və fotogörütülər təqdim edilmişdir. - Bakı şəhər LGBİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7706 №-li qərarı ilə “Glamorous Estetica (Pharma Glamorous) MMC-yə məxsus obyektdə (ünvanı: AZ 1025, ünvan 1kəzi, A Blok, 16-cı mərtəbə, № 3; adı: pərakəndə satış və anbar) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022ci il daxil olmaqla) 1) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; 2) nağd pul hesablaşmalarının aparılması qaydasına riayət olunması; 3) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri LGBİ tərəfindən “Glamorous Estetica (Pharma Glamorous) MMC-yə “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********7722 №li xx.xx.2021-ci il tarixli Tələbnamə göndərilmişdir. Bakı şəhəri LGBİ-nin “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7732 №li qərardan görünür ki, “Glamorous Estetica (Pharma Glamorous) MMC üzrə operativ vergi nəzarətini həyata keçirərkən bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə operativ vergi nəzarətinin həyata keçirilməsi üzrə konkret hərəkətlərin aparılması üçün ticarət sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssisin dəvət edilməsi zəruri olduğundan, mütəxəssis dəvət olunması və onun qarşısında Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən obyektdə olan estetik preparatlar və digər malların kəmiyyət və həcminə nisbətdə sayının müəyyən edilməsi sualının qoyulması və mütəxəssisə müvafiq mühasibət sənədlərinin təqdim edilməsi qərara alınmışdır. Bakı şəhəri LGBİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, DVX seriyalı 016985 №li; xx.xx.2022-ci il tarixli DVX seriyalı 016982 №li; xx.xx.2022-ci il tarixli DVX seriyalı 016984 №li; xx.xx.2022-ci il tarixli DVX seriyalı 016983 №li; xx.xx.2022-ci il tarixli, DVX seriyalı 016986 №li; xx.xx.2022-ci il tarixli, DVX seriyalı 016987 №li müvafiq olaraq “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” “Günlük” və “Yekun” aktlardan müəyyən olunur ki, “Glamorous Estetica (Pharma Glamorous) MMC-də xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə aparılmış xronometraj metodu ilə yekun müşahidə nəticəsində satış dövriyyəsinin 1.520,00 manat (1.520,00 manat : 5 gün) olduğu müəyyən edilmişdir. Orta günlük satış dövriyyəsi isə 304,00 manat (1520 : 5) təşkil etmişdir. Bakı şəhəri LGBİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX seriyalı 001882 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" Aktdan görünür ki, “Glamorous Estetica (Pharma Glamorous) MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində MMC-yə məxsus obyektin pərakəndə satış obyektinin olmadığı, MMC tərəfindən təqdim olunmuş malların ev şəraitində istifadəsinin mümkün olmaması aşkar edilmişdir. Beləliklə satış qiyməti ilə 945.038,27 manat dəyərində malların E-QF əsasında satılmalı olduğu halda E-QF tərtib edilmədən təqdim edildiyi müəyyən olunmuşdur. Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə 11 mart 2022-ci il tarixli **********4250 №li qərarından görünür ki, həmin İdarənin rəis müavini tərəfindən iddiaçı Cəmiyyətdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022-ci il tarixli 001882 №li akt(lar)ına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə baxılaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və həmin Məcəllənin 23-cü və 49-cu maddələri əsas tutularaq, “Glamorous Estetica (Pharma Glamorous) MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinəəsasən 94.503,83 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi; xx.xx.2022-ci il tarixədək 94.503,83 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı Cəmiyyətə “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********4251 №li Tələbnamə göndərilərək, 94.503,83 manat məbləğində vəsaitin xx.xx.2022-ci il tarixə kimi ödənilməsi tələb olunmuşdur. Bakı şəhər LGBİ-nin “Vergi borcunun ödənilməsinə dair” xx.xx.2022-ci il tarixli, **********6 №-li Bildirişində “Glamorous Estetica (Pharma Glamorous) MMC-nin xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə maliyyə sanksiyaları üzrə ümumilkdə 68,364.75 manat borcu olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 10 may 2022-ci il tarixli, **********733200 №-li qərarı ilə “Glamorous Estetica (Pharma Glamorous) MMC-nin (VÖEN:**********, Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev küçəsi, Blok B, mənzil 4) operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********297400 nömrəli) inzibati şikayətinin araşdırılmasının nəticəsinə əsasən aşağıdakılar qərara alınmışdır: - “Glamorous Estetica (Pharma Glamorous) MMC-nin operativ vergi nəzarətinin nəticələri barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati şikayəti qismən təmin edilsin. - xx.xx.2022-ci il tarixli DVX seriyalı 001866 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" akt əsasında Bakı şəhəri LGBİ tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4248 nömrəli qərar 518,51 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin, qərar digər hissədə, yəni 95,78 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılsın. xx.xx.2022-ci il tarixli DVX seriyalı 001882 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt etibarlı hesab edilsin, həmin akt əsasında Bakı şəhəri LGBİ tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4250 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri LGBİ-yə tapşırılsın ki, bu qərarın 2-ci bəndinin icrası ile bağlı vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə müvafiq düzəlişlərin edilməsini təmin etsin. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranmanı tələb edir. İddiaçı barəsində əlavə vergi xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxarıda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş mübahisələndirilən qərar qanunsuz və əsassız olmuşdur. Apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, cəmiyyət 11 ildən artıqdır ki, ölkədə gigiyenik vasitələrin idxalı, marketinqi və satışı ilə məşğuldur və həmin məhsulların sifariş əsasında pərakəndə (həmçinin onlayn qaydada) satışını həyata keçirir. İş materiallarından görünür ki, cavabdeh vergi orqanının “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7732 №li qərarı ilə mütəxəssis qismində cəlb edilmiş şəxs qarşısında “estetik preparatlar və digər malların kəmiyyət və həcminə nisbətdə sayının müəyyən edilməsi” sualı qoyulmuş, qərarda istinad olunan digər məsələ - təqdim olunmuş malların ev şəraitində istifadəsinin mümkün olubolmaması barədə sual qoyulmamışdır. Buna baxmayaraq inzibati orqan təqdim edilmiş malların ehtimallar əsasında pərakəndə satışının qeyri-mümkün olması nəticəsinə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim edilmiş malların- vergi orqanının istinad etdiyi “Revitacare” nişanlı, “Cytocare” adlı tibbi dəriyə qulluq vasitələrinin ev şəraitində istifadəsinin mümkün olmaması və bu əsasla bu malların pərakəndə satışının həyata keçirilməməli olması ilə bağlı dəlili istiqamətində araşdırma aparılmış, Google vasitəsilə adı çəkilən vasitələrin online şəkildə alınmasının mümkünlüyü araşdırılmış və müəyyən edilmişdir ki, müxtəlif saytlar üzərindən həmin qulluq vasitələrinin (Buy Cytocare 532 Online | Filler World UK https://www.fillerworld.com, Get Revitacare products online https://www.directdermasupplies.com ) hətta tək-tək və müvafiq sayda onlina qaydada sifarişi və alınması mümkündür. Belə olan halda, iddiaçı tərəfindən malların topdan qaydada satışının həyata keçirilmiş olması və bu zaman elektron-qaimə fakturanın tərtib olunmaması ilə bağlı dəlillər əsassızdır. Bundan başqa vergi orqanı iddiaçı tərəfindən təqdim edilmiş malların məhz “X15” MMC, "xxxx" MMC və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında topdan qaydada satışının həyata keçirildiyini qeyd edərək, bunu onunla əsaslandırmışdır ki, NKA ilə satılmış malların ƏDV-sinin geri alınması ilə bağlı müraciəti müəssisənin rəhbəri və eyni zamanda tibbi fəaliyyəti həyata keçirən və ya estetik mərkəzlərin rəhbərləri tərəfindən edilmişdir. Məhkəmə kollegiyası vergi orqanın qeyd edilən dəlilini əsassız hesab edir. Belə ki, vergi orqanı vergi ödəyicisi olan yuxarıda adları qeyd edilən müəssisələrdə əlaqəli araşdırma aparmadan, həmin mərkəzlərlə iddiaçı arasında hər hansı bir müqavilə münasibətlərinin , tərəfdaşlıqlarının olub-olmamasını araşdırmadan sözügedən qənaətə gəlmişdir. Halbuki, iş üzrə araşdırma zamanı da təqdim edilmiş məlumatlardan aydın olur ki, iddiaçının yoxlanılan dövrdə işçisi olmuş X6 yuxarıda adı şəkilən mərkəz və xəstaxanada əvvəllər çalışmışdır. NKA ilə satılmış malların ƏDV-sinin geri alınması ilə bağlı müraciət də məhz onun tərəfindən edilmişdir. Göründüyü kimi vergi orqanının daha geniş araşdırma aparmaq səlahiyyəti olduğu halda qeyd edilən əsasa istinad edərək vergi ödəyicisi barədə vergi öhdəliyinin yaradılması qanunvericilik normalarına tamam ziddir. Beləliklə, məsuliyyətə cəlb qərarından da göründüyü kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə VM-nin 58.13-cü maddəsinə əsasən 94503,83 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Lakin sübutetmə yükü daşıyan cavabdeh orqan yoxlama zamanı malların məhz iddiaçı tərəfindən “X15” MMC, "xxxx" MMC və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına satılmasına dair, ümumiyyətlə həmin hüquqi şəxslərlə iddiaçı arasında hər hansı bir işgüzar münasibətlərin olması ilə bağlı, onlar arasında hər hansı bir əqdin mövcudluğu ilə bağlı bundan əlavə, sözügedən malların ev şəraitində istifadəsinin mümkün olmaması ilə bağlı əsaslı sübutlar təqdim etməmişdir. Həmçinin, kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 2.7-ci bəndində göstərilmişdir ki, Operativ vergi nəzarətinin nəticələri barədə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər nəzarətin başa çatdığı tarixdən sonrakı 3 iş günü ərzində nəzarəti həyata keçirmiş vergi orqanının vəzifəli şəxsləri tərəfindən AVİS proqram təminatı bazasının Operativ nəzarət alt sisteminə işlənilir və əlavələri ilə birlikdə dərhal vergi orqanının aidiyyəti rəhbər vəzifəli şəxsinə təhvil verilir. Tərtib olunmuş aktın və digər sənədlərin bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə və imza etdirilməklə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi bu sənədlərin surətlərini qəbul etməkdən imtina etdikdə isə müvafiq sənədlər aktın, protokolun və digər sənədlərin tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq elektron qaydada və sifarişli poçtla ona göndərilir. Bu halda tərtib olunmuş aktın, protokolun və digər sənədlərin bir nüsxəsi vergi ödəyicisinə müşaiyətedici məktubla göndərilir. Qaydaların 2.8-ci bəndində göstərilmişdir ki, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi məsələsinə Vergi Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş qaydada və müddətdə baxılır. İşin araşdırılan hallarından da göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərar qəbul olunarkən qanunvericiliyin qeyd olunan tələbləri də pozulmuşdur. Belə ki, Bakı şəhəri LGBİ-nin əməkdaşları tərəfindən mübahisələndirilən qərarı qəbul olunmasına əsas olmuş “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" Akt xx.xx.2022-ci il tarixdə tərtib olunduğu halda, həmin akt üzrə qərar 1 (bir) ay 13 (on üç) gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, №**********7706 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə müvafiq maliyyə sanksiyalarının tətbiq edildiyi müəyyən edildiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9380/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-908/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-908/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver