Məhkəmə qərarları › İş №2-1(103)-909/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-909/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-909/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının hakimləri Səriyyə Seyid qızı Seyidova (sədrlik edən); Valeh Məmməd oğlu Ağayev və X2 ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-N(82)-2444/20N9 saylı, xx.xx.20N9-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı cavabdehin imtinasının qanunsuz sayılması, ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, x xxxxx N96N-ci il tarixdə Cəbrayıl rayonunun Balyand kəndində doğulmuşdur. Hazırda ünvan N mənzil 20 ünvanında yaşayır. xx xxx N979-cu il tarixdə Cəbrayıl Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, N98N-ci il may ayının N2-dək Sovet ordusu sıralarında xidmət etmişdir. N993-cü ilin sentyabr ayında yenidən Mingəçevir Şəhər Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə səfərbər olunmuş və N saylı hərbi hissədə xidmətə çağırılmışdır. O, Gəncə şəhərinin Hacıkənd qəsəbəsinə göndərilmiş və orada təlim keçmişdir. Təlim toplantısını başa vurduqdan sonar oktyabr ayında Xanlar (indiki Göygöl) rayonunun Toğana kənbində xidmətini davam etdirmiş və həmin kənddə döyüş postunda dayanmışdır. Həmin ilin 30 dekabr tarixində döyüş yoldaşları ilə birlikdə o da Kəlbəcər istiqamətində, o cümlədən Murov, Meydança, Yanşaq, Ağdərə və bir çox ərazilərdə gedən göyüşlərdə iştirak etmişdir. N994-cü ildən onun xidmət etdiyi batalyon fəaliyyət göstərmədi, yenidən təşkil olunmuş batalyonda xidmətlə bağlı həmin ilin may ayında o, Şəmkir rayonunun Seyfəli kəndindəki poliqona aparılmışdır. Müəyyən səbəblərdən onu batalyona qəbul etməmişlər. Sonradan o da digərləri kimi Mingəçevirə qayıtmış və Mingəçevir Şəhər Hərbi Komissarlığından ona məsələ ilə bağlı gözləmək tövsiyə olunmuşdur. Döyüş əməliyyatları zamanı mərmi partlaması nəticəsində o, kəllə-beyin travması almışdır. Murov dağı ərazisində soyuq aylarda sağlamlığında ciddi xəsarətlər yaranmışdır, o, əməliyyat olunmuşdur. 2-ci qrup əlildir. Qeyd olunanları onun döyüş yoldaşları X3, X7, X4 təsdiq edə bilərlər. x xxxxx 20N9-cu il tarixdə o, ərizə ilə hazırkı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya ona xx xxxxx 20N9-cu il tarixli N/M-4648 saylı məktub ünvanlayaraq sənədlərə həmin Komissiyanın xx xxxxx 20N9-cu il tarixli iclasında baxıldığını və barəsində müsbət qərar qəbul edilmədiyindən, təqdim olunan sənədlərin geri qaytarıldığı bildirilmişdir. Həmçinin məktubda qeyd olunmuşdur ki, Mərkəzi Arxivin 9/2-20587 saylı xx xxxxxx 20N8-ci il tarixli arayışına əsasən onun xx xxxxxx N993-cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığından, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məsədəuyğun olmamışdır. Hesab olunur ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivi ona verdiyi arxiv arayışında göstərmişdir ki, N nömrəli Hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli 254 nömrəli əmrində onun Mingəçevir ŞHK-dan səfərbər edilmiş hərbi mükəlləfiyyətlilərin hərhi hissənin şəxsi heyət siyahılarına daxil edilməsi və bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. Əmrə əlavə edilmiş adlı siyahıda onun adı (təvəllüdü göstərilməklə) qeyd edilmişdir. Həmin arayışda bildirilmişdir ki, sorğuda onun N saylı Hərbi hissədə xidmət müddəti (il, ay) qeyd olunmadığından, əlavə araşdırma aparılması mümkün olmamışdır. Onun adına tərtib edilmiş HЗ ******* nömrəli hərbi biletin surəti ilə təsdiq edilir ki, o, N979-cu ilin N8 may tarixində Cəbrayıl RHK-dan həqiqi hərbi xidmətə çağırılmış və xx xxx N98N-ci il tarixədək Sovet ordusu sıralarında xidmət etmişdir. ASAN Xidmət mərkəzindən alınmış arayış təsdiq edir ki, DİN-in mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən onun məhkumluğu yoxdur. Göstərilənlərə və İPM-in 2, 45, 46, 58.7, 68.2-ci maddələrinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun N, 3-cü maddələrinə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 saylı xx xxxxxxxx N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsaslanaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının qanunsuz sayılması, ona (iddiaçıya) müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxxx 20N8-ci il tarixli arayışında iddiaçının xx xxxxxx N993-cü il tarixdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin Nci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Mühahbə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasdır. Şəxsə Müharibə veteran adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir.N. Şəxsin keçməsi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.Lakin, qeyd olunan şərtlərin mövcud olmaması Qərarın təsviri hissəsində qeyd edilsə də yekun qərar qəbul edilərkən məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Bununla da yuxarıda qeyd oluna normanın dispozisiyanın sadalanan şərtlərindən biri və ən mühümü olan hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması şərti ödənmədiyindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya xx xxxxx 20N9-cu il tarixli qərarı ilə məhz bu əsaslarla iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Beləliklə, Komissiyanın imtinası qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 20N9-cu il tarixli, 2-N(82)-2444/20N9 nömrəli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-2444/20N9 saylı, xx.xx.20N9-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin olunmalıdır. İşin materialları ilə müəyən edilir ki, xx.xx.N96N-ci il tarixdə Cəbrayıl rayonu, Balyand kəndində anadan olmuş İddiaçı ünvan N mənzil 20 ünvanında qeydiyyatdadır. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən xx xxxxx 20N9-cu il tarixli, N/M-4648 nömrəli məktubla cavab verilərək qeyd edilmişdir ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.20N8-ci il tarixli, 9/2-20587 nömrəli arayışına əsasən xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağı ilə bağlı məlumat olmadığından iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Sözügedən imtinadan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. N-ci instansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilərək təmin olunmuşdur və ona istinad edilmişdir ki, İddiaçı Mərərrəm oğlunun N993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissənin şəxsi heyətinin siyahısına hərbi mükəlləfiyyətli kimi daxil edildiyindən, müharibə veteranı statusu alınmasına yol verilməyən (Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş) hallar ona münasibətdə mövcud olmadığından, habelə onun döyüş əməliyyatlarında iştirakını təkzib edən hallara dair məhkəməyə cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədiyindən, onun xidmətdən sonradan tərxis olunması, sonrakı xidməti barədə məlumatın olmaması iddiaçı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılmasına mane ola bilməz. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən N-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, «Vete-ran-lar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abza-sında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafıq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə uyğun olaraq «Müharibə veteranı» adı və müvafıq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafızə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafıq komissiyalarının rəyinə əsasən verilir. Həmin Əsasnaməyə əsasən, müharibə veteranı adı N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnaməyə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 20N6-cı il tarixli 438 saylı Qərarının 2-ci hissəsinə əsasən, bu qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş siyahıları (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd ərazilərdə aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları) təsdiq edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. Sadalanan hüquq normalarının tələblərindən göründüyü kimi, hərbi qulluqçulara münasibətdə Müdafiə Nazirliyi tərəfindən, özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmiş səxslərə münasibətdə isə yerli icra hakimiyyətlərinin təsdiq etdiyi siyahı əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş НЗ seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx xxx N979-cu il tarixdən xx xxx N98N-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx xxxxxx 20N8-ci il tarixli, 9/2-20587 nömrəli Arxiv arayışında qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli 254 nömrəli əmrində (əsas § 7) Mingəçevir RHK-dan səfərbər edilmiş hərbi mükəlləfiyyətlilərin hərbi hissənin şəxsi heyət siyahılarına daxil edilməsi, bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. Əmrə əlavə edilmiş siyahıda N96N-ci il təvəllüdlü, sıravi İddiaçı adı qeyd edilmişdir. (əsas: adlı siyahı, səh. 5N, sıra 6, 3-cü bölmə) Bildirilir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı adı qeyd edilmiş, lakin xidməti barədə müvafiq qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (xx xxxxxxxx 20N8-ci il tarixə olan dəyişikliyiə əsasən) N-ci bəndinin tələbinə görə “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir. Belə ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsini, hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasını sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Lakin iş materiallarına qeyd olunan sözügedən sənədlər əlavə edilməmişdir. Göstərilənlərə əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, həmçinin, maddi hüquq normalarını əsas götürərək hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-2444/20N9 saylı, xx.xx.20N9-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-2444/20N9 saylı, xx.xx.20N9-cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Səriyyə Seyidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar