Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-909/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X13, iddiaçının nümayəndəsi X28, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki adı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: "xxxx" MTK, X29 və X14) mənzilə mülkiyyət hüququnun qeydə alınıb çıxarışın verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2102/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə müraciət edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilən 1 bloklu yaşayış binasının XVİİİ mərtəbəsində yerləşən sahəsi 534,8 kv.m olan 61 saylı mənzilə dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m.34.1). İddianın əsaslarına görə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilən 18-ci mərtəbəsində yerləşən sahəsi 534,8 kv.m olan 61 saylı mənzili satın almışdır. Yaşayış binasının inşası başa çatmış, mənzilin dəyəri tam ödənilməklə hal-hazırda istifadəsindədir. Sənədləri toplayıb qeyd olunan ünvanda yerləşən mənzilə dair müvafiq çıxarışın alınması məqsədi ilə cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh qanunla müəyyən edilmiş müddətdə ərizəsinə cavab verməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-301/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binasının XVİİİ mərtəbəsində yerləşən sahəsi 534,8 kv.m. olan 61 saylı mənzilə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh İdarənin üzərinə qoyulmuşdur. Məhkəmənin həmin qərarı qanuni qüvvəsini almış və cavabdeh tərəfindən icra edilmiş və iddiaçıının mənzilə mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə reyestrdə qeydə alınaraq ona ******* saylı çıxarış da verilmişdir (Daha sonra həmin mənzilin 109 kv m hissəsini 4Ə-400 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə mənzilin 109 kv.m sahəsi üçüncü şəxs X3). Bundan sonra, işdə iştirak etməyən, lakin həmin qərarla maraqlarına toxunan "xxxx" MTK – üçüncü şəxs qismində işə cəlb olunmasını və işin təzələnməsi xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-301/2018 nömrəli qərardadı ərizə təmin edilərək məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərardadları ilə X29, və X14 (birincinin keçmiş həyat yoldaşı) üçüncü şəxs qismində işə cəlb edilmişlər. Daha sonra İddiaçı xx.xx.2020-ci ildə vəfat etmiş, onun hüquqi varisi (oğlu) Anar Zeynalov ilə məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2102/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilən 1 bloklu yaşayış binasının XVİİİ mərtəbəsində yerləşən sahəsi 534,8 kv.m olan 61 saylı mənzilə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını, eyni zamanda, üçüncü şəxs "xxxx" MTK da apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apllyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən mübahisəli ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" MTK ("xxxx" MMMC) göstərilmiş, vətəndaşın idarəyə təqdim etdiyi müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Həmçinin, qərarda mənzilin sahəsi 534 kv.m göstərilsə də idarənin mütəxəssisləri tərəfindən aparılmış baxış zamanı mənzilin faktiki sahəsi 432,6 kv.m-dir. Bildirilir ki, 4Ə-400 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə mənzilin üçüncü şəxs 109 kv.m sahəsi X1. Üçüncü şəxs "xxxx" apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün təfsir etməmiş və hazırkı düüzgün tətbiq etməmişdir. Belə ki, yaşayış binası bütövlüklə "xxxx" MTK-ya məxsusdur. 05 mart 2006-cı il tarixdə "xxxx" MTK (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanılmışdır. Müqavilənin 3.1.14-cü bəndinə əsasən, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilədə birmənalı olaraq göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binanın mənzillərin satılması iş üzrə 3-cü şəxs "xxxx" MTK tərəfindən bağlanmalıdır. "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binaya, binanın yaşayış və qeyri-yaşayış sahələrinə sərəncam, sahiblik, istifadə hüququ yoxdur. "xxxx" MMC-nin mübahisəli mənzilə dair bağladığı müqavilə əhəmiyyətsizdir. Buna baxmayaraq məhkəmə mübahisəli mənzilə dair iddiaçının podratçı "xxxx" MMC ilə bağlanılmış müqaviləni əsas götürməklə, səhv nəticəyə gələrək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ikinci apellyator "xxxx" MTK (səlahiyyətli nümayəndəsi), digər üçüncü şəxslər məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının prosessual hüquq varisi İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj kooperativinin və başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. İş materiallarına əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi RİH-in 1 oktyabr 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə həmin MTK-ya icazə və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, 09 dekabr 2019-cu il tarixli 246 nömrəli iistimara icazə sənədinə və onun üçüncü şəxs Alyans-Z» MTK-ya ünvanlanmış 09 sentyabr 2020-ci il tarixli 02/07-36/saylı məktubuna əsasən müəyyən olunur ki, iddiaçıya məxsus mənziliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən yaşayış binanin istismarına kimi icazə verilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 143 saylı «çoxmçnzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» müqaviləsinə (1-ci bəndinə) əsasən "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının XVİİİ mərtəbəsindəki 61 №-li 534,8 kv.m. mənzilini tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 802200 (səkkiz yüz iki min iki yüz) manat müəyyən edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən 1 bloklu binanın XVİİİ mərtəbəsində yerləşən 534,8 kv. metr sahəsi olan 61 saylı mənzilə görə bağlanmış xx.xx.2016-cı il tarixli, 143 saylı müqavilə üzrə şirkətə heç bir borcu qalmamışdır. Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan görünür ki, iddiaçının əldə etdiyi mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası mübahisəli mənzilin yerləşdyi yaşayış binası qanuni əsaslarla inşa edilmiş və istismara qəbul edilmişdir. İş materiallarına (İ cild, i.v.5, 6) əsasən müəyyən olunur İddiaçı xx.xx.2017-ci il tarixində cavabdeh qeydiyat orqanına ünmanladığı həmin yaşayış binasından əldə etdiyi mənzilə mülkiyyət hüququnun qeydə alınıb çıxarış və texniki pasport verilməsi barədə ərizəsi sonuncu tərəfindən cavablandırılmamış, İPM-in 39.1-ci maddəsinə müvafiq olaraq iddiaçı 35 gün keçdikdən sonra xx.xx.2017-ci il tarixində hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia ərizəsinə etirazı və onun hazırkı apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, konkret halda, da o, iddianı qəbul etmir və hazırkı mərhələdə mübahisələndirir ki, çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" MTK göstərilmiş, bundan əlavə mənzilin faktiki sahəsi 432,6 kv.m-dir. Çünki, iddiaçı 4Ə-400 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 109 kv.m sahəsi üçüncü şəxs X1. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Çünki, birincisi, binanın istismarına icazə sənədində tikintinin sifarişçisi "xxxx" MTK yazılıbyazılmamasından asılı olmayaraq, iş üçün əhəmiyyət kəsb edən və qeydiyyat üçün əsas olan hal iddiaçıya məxsus mübahisəli mənzilin yerləşdiyi binanın yaşayış üçün istimara yaralı olmasının müəyyən edilməsidir. Cavabdehin şikayətinin onun əməkdaşları yerində baxış keçirilərkən ümumi sahəsi 534,8 kv. m olan 61 saylı mənzilin faktiki sahəsinin 432,6 kv.m olmasının müəyyən edilməsinə və 4Ə-400 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə mənzilin üçüncü şəxs 109 kv.m sahəsi X2 əsaslanan dəlili ilə də razılaşmaq mümkün deyil. Birincisi ona görə ki, 534,8 kv m ümumi sahə iddiaçı ilə bağlanmış müqavilədə təsbit olunan göstəricidir. İkincisi, ilkin olaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edildikdən sonra cavabdeh özü qeydiyyat qaydalarına müvafiq olaraq iddiaçıya faktiki sahə ölçülərinə uyğun (432,6 kv.m) iddiaçıya çıxarış vermiş və buna iddiaçı etiraz etməmişdir. Odur ki, cavabdehin sözügedən dəlilləri əslində formal xarakter daşıyır və qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası, həmçinin, üçüncü şəxs "xxxx" MTK-nın apellyasiya şikayətinin mübahisəli mənzilə dair iddiaçı ilə müqavilə bağlayan "xxxx" MMC-nin həmin mənziə sərəncam vermək hüququnun olmadığını, bu hüquq "xxxx" MTK (sifarişçi) "xxxx" MMC (podratçı) arasında 05 mart 2006-cı il tarixdə bağlanmış müştərək fəaliyyəti üçün razılaşdırma müqaviləsinin 3.1.14-cü bəndinə əsasən MTK-ya məxsus olmasını mübahisələndirən dəlilləri də iddiaçının həmin mənzilə mülikyyət hüququnun qeyd alınmaması üçün əsas ola bilməz. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podradçı) arasında 5 mart 2006-cı il tarixdə müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən tərəflər aşağıdakı razılığa gəlmişlər: 1.1. “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12. Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; 3.1.14. mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır. İşin qeyd olunan hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17(+mansarda) mərtəbəli yaşayış binasının binanın tikintisi başa çatdırılmış və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC) göstərilmişdir. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən müəyyən olunur ki, “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) arasında bağlanmış müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin qeyd olunan şərtlərindən irəli gələrək, həmin tərəflər arasında baş verən məhkəmə çəkişmələri üzrə qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən aşağıdakılar müəyyən olunur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MTKya qarşı iddiası qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdehdən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 vmanat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə 6 dekabr 2018-ci il tarixli qətnaməsi ilə - «Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədə yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. "xxxx" MTK-nın tikinti sahəsindəki yaşayış və qeyriyaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin.» hissədə ləğv edilərək, həmin hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)-158/2019 saylı iş üzrə 9 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci insiansiya məhkəməsi tərəfindən qərarda, həmin məhkəmə qərarları ilə əlaqədar qeyd edilmişdir ki, “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 sentyabr 2016cı il tarixli qətnaməsi ilə iddia edilən mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasının tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsinin "xxxx" MMC-yə aid edilməsi, qüvvədə olan vergi qanunvericiliyi ilə "xxxx" MMC ilə hazırkı İddiaçı arasındakı xx.xx.2016-cı il tarixli, 143 nömrəli müqavilə üzrə mənzilin satışı - “malların təqdim edilməsi” kimi qiymətləndirilir və həmin müqavilə üzrə ödənilmiş pul vəsaiti isə vergiyə cəlb olunan gəlir sayılır. Məhkəmə kollegiyası mahiyyət etibarı ilə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Çünki, bu faktiki olaraq dolayısı ilə mənzilin "xxxx" MTK tərəfindən təqdim edilməsi yozumuna da gətirib çıxarır. Çünki, bina, məhz, onun sifarişi əsasınja inşa edilmiş və iddiaçı da məhz, bu binadan mənzil əldə etmək niyyəti ilə müqavilə bağlamaq məqsədilə binanın inşa edildiyi ünvana gəlmişdir. Belə olan halda, binanın sifarişçsi ilə podratçısı arasında baş verən ixtilaflar həmin binadan mənzil alıb onun dəyərini ödəyən iddiaçının mülkiyyət hüququnu hüququnu məhdudlaşdıra bilməz. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, hazırkı mərhələdə müəyyən olunmuşdur ki, Alyans-Z MTK tərəfindən həmin binadan mənzil alan bir sıra mənzil mülkiyyətçilərinə, podratçıya və cavabdeh qeydiyyat orqanına qarşı iddia tələbləri də uğursuz olmuşdur. Belə ki, hazırkı mərhələdə əldə olunmuş Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 731/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən “iddiaçı "xxxx" MTK-nın cavabdehlər "xxxx" MMC, X37 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X5, X22, X8, X23, X9, X34, X24, X48, X4, X17, X18, X25, X15, X26, X6, X10, X11, X19, X20, "xxxx" MMMC olmaqla) qarşı “cavabdeh X21 vurulmuş ziyan ilə bağlı 100.000 (yüz min) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" MTK-nin xeyrinə ödənilməsi, cavabdeh "xxxx" MMC-nin "xxxx" MTK-nın keçmiş rəhbəri X37 ilə bağlanılmış 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair etdiyi hərəkət və hərəkətsizliyin nəticəsində olmuş və ola biləcək nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair cavabdeh "xxxx" MMC və digər 3-cü şəxslər tərəfindən iddiaçı "xxxx" MTK-nın sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılması barədə” iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 783/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2 (113)- 731/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-783/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, iş üzrə digər kassasiya şikayəti verilməmişdir. Onu da qeyd etmək lazımdır ki, hazırkı işin halları ilə oxşar olan başqa bir iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1 102-1614/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə aşağı instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə də, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən müəyyən olunur ki, o cümlədən, iddiaçının da əldə etdiyi mənzilin aid olduğu mübahisəli binanın sifarişçisi "xxxx" MTK olsa da, onunla həmin binanın podratçısı "xxxx" MMC arasında baş verən məhkəmə mübahisələri heç də həmin binadan mənzil əldə edən şəxslərin, o cümlədən, dolayısı ilə konkret halda iddiaçının, dəyərini ödəyib əldə etdikləri mənzil üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırmamışdır. Bu isə onu deməyə əsas verir ki, İddiaçı həmin MTK binasından əldə etdiyi mənzilin qanuni sahibi kimi qiymətləndirilməlidir. Belə olan halda, Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139.1.1.6-cı və «Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) həmin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yeni Əsasnaməsinin 3.0.6-cı bəninə əsasən hüquqları dövlət qeydiyyatına almaq, 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlrinə daxildir (Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən Xidmətin tərkibinə onun apparatı və tabeliyində olan yerli qürumlar daxildir). İşin sübutlarla müəyyən olunan faktiki şərtləri və qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını cavabdehdən tələb etməsi qanuni və əsasllıdır. Əks halda, oonun qanunla qorunan hüquqları pozulmuş olur. İPM-in 73.1-ci maddəsinin tələbində isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iddianı təmin etməklə, işin sübutlarla müəyyən edilən hallarına və qanunvericiliyin tələblərinə uyğun nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətlərinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulduğunu və səhv tətbiq edilməsini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2102/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2102/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-909/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-909/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver