Məhkəmə qərarları › İş №2-1(103)-909/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-909/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-909/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2610/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 6 nömrəli Təmir Tikinti İdarəsində işlədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı 10 may 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx xxxxxx 1959-cu ildə doğulmuş, 10 may 2022-ci il tarixində yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə (62,5 yaş) çatmış, 4 saylı Bakı DOST Mərkəzi vasitəsilə pensiy təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanlanmış 31 avqust 2022-ci il tarixli **********6 nömrəli məktubu ilə imtina etmişdir. Hesab edir kİ. İmtina qanunsuz və əsassızdır. Belə ki, onun adına açılmış 15 may 1989-cu il tarixli ******* nömrəli əmək kitabçasındakı qeydlər əsasında onun xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək “Qaya” kooperativində, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək “Beq merkuriy” kooperativində, xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" ASC-də, xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Bakı şəhəri Nizami rayonu 2 nömrəli rayonlararası təmir-tikinti trestinin 6 nömrəli təmir-tikinti idarəsində, xx.xx.2005- ci il tarixindən xx.xx.2017-ci il tarixinədək AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsində işlədiyi öz təsdiqini tapır. Beləliklə, əmək kitabçası üzrə onun ümumi iş stajı 27 il 6 ay 15 gün təşkil edir. Cavabdehin sözügedən imtina məktubunda onun xx.xx.2006-cı il tarixinədək 8 il 7 ay sığorta stajının olduğu qeyd edilmişdir. Lakin sığorta stajı hesablanarkən xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək “Qaya” kooperativində, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək “Beq Merkuriy” kooperativində və xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək 6 nömrəli təmir-tikinti idarəsində işlədiyi dövr nəzərə alınmamış və bunu həmin müəssisələrin faktiki və arxiv sənədlərinin yerləşdiyi ünvan məlum olmadığı üçün əmək-haqqı alıb-almadığını müəyyən etməyin mümkün olmaması ilə əsaslandırmışdır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Onun adına tərtib olunmuş əmək kitabçasında işlədiyi dövrlərə dair bütün qeydlər öz əksini tapmış, həmin qeydlər səlahiyyətli şəxslərin imzası və müəssisənin möhürü ilə təsdiq edilmiş, qeydlərin ardıcıllığı gözlənilmiş, hər hansı bir qaralama və ya pozuntuya yol verilməmişdir. Beləliklə, cavabdeh inzibati orqanın həmin əmək kitabçasındakı qeydləri və onun sığorta stajını şübhə altına alması üçün hər hansı bir əsas yoxdur. Qeyd olunan dövrlər üzrə işəgötürənin sənədlərinin arxivə təhvil verməməsi, həmin müəssisələrdən hər hansı birinin hazırda mövcud olmaması və ya faktiki ünvanının məlum olmaması işçinin məsuliyyəti kimi qəbul edilə və iş illərinin sığorta stajına daxil edilməməsinə səbəb ola bilməz...” Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanladığı imtina məktubuna uyğun əsaslarla iddianı qəbul etməmiş, İddiaçı cavabdehə təqdim etdiyi əmək kitabçasının surətinə əsasən onun mübahisələndirilməyən sosial sığorta stajı cəmi 20 il 9 ay təşkil etdiyini mübahisələndirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2610/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 6 nömrəli Təmir Tikinti İdarəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə ona 62,5 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şkayət aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar qanuna zidd və əsassızdır. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməmiş, mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, iddiaçının 62 yaş 6 ayını xx.xx.2022-ci il tarixdə tamamlamış, lakin onun əmək kitabçasının surətinə əsasən onun mübahisələndirilməyən sosial sığorta stajı cəmi 20 il 9 ay təşkil edir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən sosial sığorta stajı aşağıdakı kimidir:

1. 1997-ci ilin iyun, noyabr, dekabr ayları və 1998-cl İlin avqust ayından xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-dəki əmək fəaliyyəti zamanı öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrlər (xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən) - 2 il 3 ay; 2.xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 6 №li Təmir Tikinti idarəsindəki əmək fəaliyyəti əmək kitabçasının doldurulma qaydasına riayət olunmadığı üçün - 4 il 6 ay 9 gün. İddiaçının iddiaçının əmək kitabçasının 8 və 9-cu səhifəsində işə daxil olma barədə oevd olsa da. isdən çıxma barədə qeyd edilməmişdir. Həmçinin, tərəfimizdən iddiaçının sözügedən dövlərdəki əmək fəaliyyətinin araşdırılması, müəyyən sənədlərin (əmrlər kitabı, əməkhaqqı cədvəlləri) əldə edilməsi ınəc/sədilə müvafiq Qurumlara sorğular ünvanlansa da. iddiaçının çalışdığını iddia etdiyi müəssisənin (6 №li Təmir Tikinti idarəsi) fəaliyyətinə dair məlumat əldə edilə bilməmişdir. Mübahisələndirilən müəssisəyə aid heç birsənədin aşkar edilməməsi iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək fəaliyyəti barədə qeydlərin mötəbərliyini şübhə altına alır. İddiaçıya təyin olunmuş müavinət yaşa görə müavinət olmuş və “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinin Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22- 1.2-ci madddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsi yol verilməzdir. Əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən və iddiaçının əmək kitabçası doldurulma qaydalarına zidd doldurulduğundan, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan dövrdən (25 il) az olduğu üçün iddiaçı S. Əliyevaya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir...”

Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir.

ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək kitabçası üzrə 20 il 9 ay sığorta stajına malik olması mübahisələndirilmir:Mübahisələndirilən dövr aşağıdakılardan ibarətdir: -1997-ci ilin iyun, noyabr, dekabr ayları və 1998-cl İlin avqust ayından 09.08 .2000-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövr -öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövr - 2 il 3 ay; -xx.xx.2000-xx.xx.2005-ci illərdə 6 №li Təmir-Tikinti idarəsində işlədiyi dövr - əmək kitabçasının doldurulma qaydasına riayət olunmadığı üçün - 4 il 6 ay 9 gün. Konkret halda, iddiaçı həmin dövrlərdən xx.xx.2000 - xx.xx.2005-ci illər üzrə 6 №li Təmir Tikinti idarəsində işlədiyi dövr onun sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmişdir. Çünki, qeyd olunan olunan dövr cavabdeh tərəfindən qəbul edilən 20 il 9 ay sığorta stajına əlavə olunduqda onun Qanunun 7-ci maddəsində tələb olunan azı 25 il sğorta stajı tamamlanmış olur. Cavabdeh həmin dövrü iddiaçının sığorta stajına əlavə olunmasından imtina edərkən, ona əsaslanmışdır ki, iddiaçının əmək kitabçasının 8 və 9-cu səhifəsində işə daxil olma barədə qeyd olsa da, işdən çıxma barədə müvafiq qeyd yoxdur. Birinci instansiya məhkəməsinin qərarında cavabdehin bu dəlilləri ilə razılaşmayraq aşağıdakıları qeyd etmişdir: “...İddiaçının əmək kitabçasının 8-ci səhifəsi üzrə 2-ci sütunda işdən çıxma tarixi (gün, ay, il) göstərilməsə də, 9-cu səhifədəki 4-cü sütunda işdən çıxma əmrinin tarixi və nömrəsi göstərilmiş, iddiaçının xx.xx.2005-ci il tarixli 145K nömrəli əmrlə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilməsi barədə qeyd aparılmış, bu qeyd kadrlar üzrə müfəttiş P.İ.Salbiyeva tərəfindən imzalanmış və müəssisənin möhrü ilə təsdiq edilmişdir. Mübahisələndirilən dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 13-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajınıtəsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Mübahisəəndirilən qeydlər bu tələblərə cavab vermiş, səlahiyyətli şəxsin imza və möhrü ilə təsdiq edilmiş, iddiaçı xx.xx.2005-ci ildən etibarən isə AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə işə qəbul edilmiş, əmək kitabçasında aparılan bu qeydlər ardıcıl olmuş, hər hansı düzəliş edilməmiş, mötəbərliyini şübhə altına alan hər hansı bir əsas olmamışdır...”

Məhkəmə kollegöyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılşır. Ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, 1997-ci ilin iyun, noyabr, dekabr ayları, yəni, cəmi üç ay öz hesabına məzuniyyətdə olduğu dövrlərin onun ümumi stajı kimi nəzərə alınmaması da qanunvericiliyin tələblərinə uyğun hesab oluna bilməz. Çünki, həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 70-ci maddəsi nəzərdə tuturdu ki, məzuniyyət hüququ verən iş stajına aşağıdakılar daxil edilir: 1) İşə əslində sərf olunan vaxt; 2) İşçinin əslində işləmədiyi, lakin iş yeriin (vəzifəsini) və əmək haqqınının tamamilə və ya qismən onun üçün saxlandığı vaxt (o cümlədən, işdən düzgün çıxarılmadıqda, yaxud başqa işə keçirilmədikdə və sonra işə bərpa edildikdə, haqqı ödənilmiş, çarəsizlikdən işə çıxmamamq vaxtı); 3) İşçinin əslində işləmədiyi, lakin iş yerini (vəzifəsini) saxladığı v dövlət ictimai sığortası üzrə müavinət aldığı vaxt:uşaq bir yaşına çatanadək ona qulluq etmək üçün verilən qismən ödənilən məzuniyyət istisna olmaqla; 4) Qanunvericilikdə nəzərədə tutulmuş başqa vaxtlar. Həmin Məcəllənin 74-cü maddəsi isə nəzərdə tuturdu ki, ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə işçiyə onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın, rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqı saxlanılmadan qısamüddətli məzuniyət verilə bilər. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində işçi istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər. Həmin Məcəllənin 185-ci maddəsinə əsasən, uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilir. Eyni zamanda, qüvvədə olan qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək qanunvericilyinin qeyd olunan tələblərindən göründüyü kimi, işçinin müəssisə, idarə və təşkilatda işə sərf etdiyi, istirahet etdiyi, o cümlədən məzuniyyət (istər ödənişli, istərsə qismən ödənişli, istərsə də ödənişsiz) müddətləri onun bütövlükdə əmək fəaliyytinə aid edilir. Bu baxımdan, iddiaçının 1997-ci ilin qeyd olunan üç ayı üzrə iddiaçının onun sığorta stajı kimi qəbul edilməməsi əsassızdır. Bundan əlavə, iş materiallarına (iddiaçının fərdi hesabının məlumatlarına(i.v.90), eləcə də cavabdehin ona ünvanlanmıq iimtina məktubuna (i.v.12)) əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabında 7.890,40 manat məbləğində pensiya kapitalı da toplanmışdır və bu cavabdeh tərəfindən mübahisələndirilmir. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən mübahisələndirilən dövrlər üzrə iş stajı onun ümumi stajına daxil edilməsə belə, Qanunun 22-1.1-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün hüquqi əsas mövcud olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən də haqılı olaraq işin qeyd olunan hallarına hüquqi qiymət verilərək, məhkəmə qeyd etmişdir ki, xx.xx.2006-xx.xx.2018-ci il tarixədək fərdi hesabda məbləğindən asılı olmayaraq kapitalın olması yaşa görə pensiya təyinatı zamanı avtomatik qaydada xx.xx.2006-cı il tarixədək əksik gələn stajın tələb olunan 25 il staja çatdırılmasına və bununla da pensiya təyinatının aparılmasına əsas verir. Beləliklə də, cavabdeh tərəfindən iddiaçının sığorta stajının 25 ildən az alması əsası ilə iddiaçıya 62 yaş 6 ayının tamamlandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunması qanunsuzdur və onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, qərarın qanuna zidd və əsassız olduğunu, o cümlədən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməmədiyini və mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2610/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 33, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2610/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar