Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-91/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq müavinətin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8264/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 iyul 1993-cü il tarixdən hazırkı vaxtadək istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçi kimi aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Baş Tikinti Trestinin 7 saylı Təmir-Quraşdırma İdarəsidə (СМУ-7 ТРЕСТА БГСМ) elektrik montyoru kimi çalışmışdır. 22 iyun 1981-ci ildə istehsalatda bədbəxt hadisə baş vermişdir. Həmin ilin 23 iyun tarixində bədbəx hadisə ilə bağlı 2 №-li akt tərtib edilmişdir. Həmin hadisə nəticəsində iddiaçı 2-ci qrup əlil olmuşdur və ona əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçı işdən azad edilmiş və daimi yaşamaq üçün ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçmüşdür. 1993-cü ilədək Azərbaycandan ödənişlər almışdır. 1993-cü ildən sonra ödənişlər dayandırılmışdır. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı müraciətində qeyd olunan Bakı Baş Tikinti Trestinin 7 saylı Təmir-Quraşdırma İdarəsinin (СМУ-7 ТРЕСТА БГСМ) özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisəsi olubolmamasını müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) sorğu göndərilmişdir, lakin ƏMDX-nin xx.xx.2022-ci il tarixli **********04 nömrəli məktubuna əsasən, sözügedən müəssisə barədə ƏMDX-nin arxivində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanan məktuba əsasən, Bakı Baş Tikinti Trestinin 7 saylı TəmirQuraşdırma idarəsinin xx.xx.2004-cü il tarixdə ləğv olunduğu müəyyən olunmuşdur. İddiaçı özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8264/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Beynəlxalq Əməkdaşlıq Departamentinin 17 sentyabr 2021-ci il tarixli cavabına əsasən, trestinin SUM-7 müəssisəsi 15 yanvar 2004-cü il tarixində ləğv edilib və hüquqi varisi yoxdur. Bu müəssisənin ləğvi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq kapitallaşma aparılmayıb. Xəsarətə görə məsuliyyət daşıyan işəgötürən öz milli qanunvericiliyinə uyğun olaraq zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası ərazisində yerləşən SUM-7 trestinin Bakı şəhərindəki SUM-7-də işləyərkən əmək xəsarəti aldığına görə dəymiş ziyanın ödənilməsi Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilməlidir. Zərərin vurulmasına görə məsuliyyət daşıyan işəgötürən Azərbaycan qanunvericiliyinə uyğun olaraq zərərin əvəzini ödəyir. Bakı şəhərində Bakı Baş Tikinti Trestinin 7 saylı Təmir-Quraşdırma İdarəsidə işləyərkən əmək xəsarəti aldığına görə dəymiş ziyan Azərbaycan qanunvericiliyinə uyğun olaraq ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı 3.11-ci bəndə uyğun olaraq “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” zərərə görə məsuliyyət daşıyan müəssisə ləğv edildikdə zərərçəkmiş şəxsə qanunla müəyyən edilmiş qaydada dəymiş ziyan ödənilir. Həmin Qərarın 1-ci bəndə əsasən istehsalat və ya peşə xəstəliyi nəticəsində işçinin səhhəti pisləşdikdə və ya öldükdə təqsirkar müəssisə, bölmə və ya təşkilat işçiyə dəymiş ziyana görə qanunla müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Onun vəziyyətində, mövcud sənədlərə əsasən, müəssisənin ləğvi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq kapitallaşma aparılmayıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1126.2ci maddəsinə əsasən “ həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Onun vəziyyətində, mövcud sənədlərə əsasən, müəssisənin ləğvi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq kapitallaşma aparılmayıb. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq “ İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. ” Rusiya Federasiyasının Sosial Sığorta Fonduna müraciətinə cavab olaraq ona məlumat verilib ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında əmək xəsarəti, peşə fəaliyyəti ilə əlaqədar əmək fəaliyyəti ilə əlaqədar işçilərə dəymiş zərərin əvəzinin ödənilməsi hüquqlarının qarşılıqlı tanınması haqqında xx.xx.1994-cü il tarixli saziş mövcuddur. xx.xx.1994-cü ilədək məhbusların əmək vəzifələrini yerinə yetirməsi ilə əlaqədar xəstəlik və ya sağlamlığa başqa zərər vurulması. Beləliklə, hesab edir ki, onun Azərbaycan Respublikası ərazisində əlilliyi ilə əlaqədar olaraq cavabdeh ona sosial ödənişləri bərpa etməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinə əsasən: Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları ilə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Həmin Qaydaların: -3.1-ci bəndinə əsasən bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aşağıdakı məbləğlərdə aylıq müavinət verilir: 3.1.1. peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq); -5.1-ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci bəndinə əsasən sosial müavinətlər dedikdə bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti başa düşülür. -4.0.1-ci bəndinə əsasən aylıq müavinətlər aşağıdakılardır: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət; 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət; 4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət; 4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; 4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət; 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət; 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət; 4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Həmin maddənin 4-cü bəndinə əsasən istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Həmin maddənin 5-ci bəndinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin Qərarının: -1.1-ci bəndinə əsasən, İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. -1126.2-ci maddəsinə əsasən həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin hallarından görünür ki, iddiaçı Bakı Baş Tikinti Trestinin 7 saylı Təmir- Quraşdırma İdarəsidə (СМУ-7 ТРЕСТА БГСМ) elektrik montyoru kimi çalışmasına, 22 iyun 1981-ci ildə istehsalatda bədbəxt hadisənin baş verməsinə və həmin ilin 23 iyun tarixində bədbəxt hadisə ilə bağlı 2 №-li akt tərtib edilməsinə, həmin hadisə nəticəsində 2ci qrup əlil olmasına və ona əlilliyə görə pensiya təyin edilməsinə, daha sonra işdən azad edildiyinə və daimi yaşamaq üçün ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçməsinə, 1993-cü ilədək Azərbaycandan ödənişlər almasına, 1993-cü ildən sonra ödənişlərin dayandırılmasına istinad edərək 1 iyul 1993-cü il tarixdən hazırkı vaxtadək istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçi kimi aylıq müavinətin ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında, iddia tələbinə etirazında o hala istinad etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarında konkret olaraq göstərilmişdir ki, dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövrdə sözügedən aylıq ödənclər əvəzinə aylıq müavinətin inzibati orqan tərəfindən həyata keçirilir. Digər hallarda isə Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən “Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulan aylıq müavinətlərin verilməsi həyata keçirilir. Sözügedən aylıq ödənc əvəzinə ödənilən aylıq müavinət isə qeyd olunan maddədə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi imtinanı əsaslı hesab edərək iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razı olmasa da, nəticə etibarilə iddianın təmin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını mahiyyət etibarilə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Həmin Qaydaların 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Həmin Qaydaların xx.xx.2010-cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8- ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. Yuxarıda istinad olunan normaların məzmunundan və onların müddəalarının təhlilindən göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin ödənilməsinə məsul olan və cavabdehlik daşıyan subyektlərin dairəsi və bununla bağlı hüquqi varislik məsələsi tam şəkildə tənzimlənməmişdir. Hazırkı mübahisəyə münasibətdə işəgötürən müəssisənin hüquqi şəxs kimi ləğv edildiyi nəzərə alındıqda, həmin müəssisənin xəsarət almış işçilərinə ödənilməli olan ödənclərin kim tərəfindən ödənilməsi məsələsi həllini tapmamışdır. Lakin istinad edilən Qaydaların 3.7 və 3.8-ci bəndlərinin 19 mart 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyalarında oxşar münasibətlər üzrə ödənclərin ödənilməsinin üsulu və qaydası tənzimlənirdi. Həmin normalara əsasən, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istehsalat qəzası almasını iddia etdiyi Bakı Baş Tikinti Trestinin 7 saylı TəmirQuraşdırma idarəsinin xx.xx.2004-cü il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığından aylıq ödənc əvəzinə aylıq müavinət hüquqi şəxs ləğv olunduğundan zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Həmin qaydaların kapitallaşdırılmasına dair qaydaların təfsilatlı şəkildə tənzimlənməməsi iddiaçının qanunvericiliklə təsbit olunmuş hüququnu (aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi) istisna etmir. Oxşar iş üzrə Ali Məhkəmənin 2-1(102)-1530/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da mövqe bu cür əsaslandırılaraq qeyd edilmişdir ki:
54. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz.
55. Bundan əlavə, bu məsələnin həlli zamanı həm də bərabər yanaşma prinsipi, layiqli həyat səviyyəsinin təmin olunması və sosial həssas qrupa aid olan şəxslərin sosial təminatı ilə bağlı dövlətin məsuliyyəti kimi konstitusion hüquqi dəyərlər də nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 12-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 25-ci maddəsinin 5-ci hissəsinə görə, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının istehsalat qəzası nəticəsində əlilliyinin olması, ona istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçi kimi aylıq müavinətin ödənilməsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı hazırda əlilliyinin olubolmaması barədə və əgər əlilliyi varsa əlilliyin səbəbi barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı dair FİN məlumatı aşkarlanmamışdır, vətəndaş barədə məlumat qeyd olunmadığı üçün barəsində ətraflı araşdırma aparmaq mümkün olmamışdır. Həmçinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə xidməti məktub ünvanlanaraq İddiaçı əlilliyinin müəyyən edilib-edilməməsi (1981-1993-cü illərdə), edildiyi təqdirdə əlilliyin səbəbi, hansı tarixdən müəyyən edilməsi barədə məlumatın təqdim edilməsi xahiş olunmuş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli xidməti məktubunda qeyd edilmişdir ki, Tibbi-Sosial Ekspert Komissiyasının arxiv sənədlərində qeyd edilən illərə dair İddiaçı əlillik təyinatı barədə məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bakı Baş Tikinti Trestinin 7 saylı Təmir-Quraşdırma İdarəsində 22 iyun 1981-ci ildə baş vermiş istehsalat qəzası ilə bağlı 2ci qrup əlil olmasına və ona əlilliyə görə pensiya təyin edilməsinə, 1993-cü ilədək Azərbaycandan ödənişlər almasına istinad etsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı verilmiş sorğularla iddiaçının istehsalat qəzası nəticəsində əlilliyinin olması, ona istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçi kimi aylıq müavinətin ödənilməsi ilə bağlı hər hansı məlumat aşkar edilmədiyindən, onun 1 iyul 1993-cü il tarixdən hazırkı vaxtadək istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçi kimi aylıq müavinətin ödənilməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8264/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov