Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-910/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçının iştirakı olmadan, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Bakı şəhər Suraxanı rayon şöbəsinə (hazırda - Dövlət X7 X5 İdarəsi) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2262/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiyaşikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə- 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, zərərli sahələrdə işlədiyi dövrlərin sosial sığorta stajına əlavə edilməklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik hesablanaraq ona verilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının (İddiaçı) 45 ildən çox sosial sığorta stajı vardır. Bu barədə əmək kitabçasında və arxiv arayışlarında müvafiq qeydlər aparılmışdır. Zərərli sahələrdə işlədiyi iş stajı 12 ildən çoxdur. Zərərli sahələrdə işlədiyi dövrlər iş şəraitinə uyğun olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Həmçinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4698/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Güzəştli şərtlərlə əmək penisyasının təyin edilməsi ilə bağlı cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi imtina məktubu ilə bildirmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək penisyası təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Güzəştli şərtlərlə əməkpensiyasının təyin edilməsi ilə əlaqədar ərizəsinin cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən təmin olunmadığı üçün bunu əsassız və qanunsuz hesab edir. Bu səbəbdən hüquqularının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2262/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı zərərli sahələrdə işlədiyi dövrlərin sosial sığorta stajına əlavə edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğundan ləğv olunması və iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin həqiqi hallarını araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə əsaslandırılmış hallarla uyğunluq təşkil etməmişdir. Digər tərəfdən məhkəmə qərarı ilə ilə maddi və prosessual hüquq normalarını ciddi şəkildə pozmuşdur. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən, məhkəmə kollegiyasının 2- 1(103)-910/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Suraxanı rayon şöbəsininəsl cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin yanında Dövlət X7 X5 İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin yanında Dövlət X7 X5 İdarəsi tərəfindən məhkəməyə «Apelyasiya şikayətinə Əlavə» təqdim olunmuş və bildirilmişdir ki, iddiaçı zərərli iş sahələrində çalışdığını iddia edir, lakin iddia ərizəsində çalışdığı sahələrin nə Nazirlər Kabinetinin qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 və 2 saylı Siyahılarda hansı kod altında nəzərdə tutulduğunu əsaslandıra bilmir, nə də hazırda qüvvədə olan xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarın müvafiq bəndinə də istinad edə bilmir. İddiaçı, iddia etdiyi güzəştli iş stajına dair hər hansı arayışı da iddia ərizəsinə əlavə etməyib. Birinci instansiya məhkəməsi hesab edib ki, İddiaçının çalışdığı boru quraşdırıcısı peşəsi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş «Metallurgiya istehsalatı qara metallar» (İİİ) bölməsində 2040200a - 13790 kodu (polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor isləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması) ilə nəzərdə tutulmuşdur. Həmçinin həmin vəzifə Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda 3.9-cu (dəmirin birbaşa bərpa olunması və qara metallardan ovuntu istehsalı) bölmədə fəhlələr sırasında (kran maşinistləri (krançılar) nəzərdə tutulmuşdur. Məhkəmənin gəldiyi nəticənin əsassızlığı ortadadır. Ona görə ki, Nazirlər Kabinetinin məlum 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının İİİ bölməsi «20400000. Metallurgiya istehsalatı (qara metallar)» adlanır. Həmin Bölmə özü 6 bənddən ibarətdir. Məhkəmənin istinad etdiyi peşə - «2040200a-13790. kran maşinistləri (krançılar)» İİİ bölmənin «20402000. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması» adlanan 2-ci bəndində yerləşir. Göründüyü kimi, Nazirlər Kabinetinin məlum qərarlarının sistemi belə qurulub: əvvəlcə, istehsalat sahəsi, daha sonra, ora daxil olan peşə müəyyənləşdirilir. İddiaçıya aid sənədlərdən görünür ki, o, tikinti sahəsində çalışıb. Nazirlər Kabinetinin 320 nömrəli Qərarındakı İİİ bölmənin və təbii olaraq da, onun 2-ci bəndinin İddiaçının çalışdığı sahə və peşə ilə əlaqəsi yoxdur. Bu cür qiymətləndirmə, Nazirlər Kabinetinin 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahıya da şamil edilə bilər. Çünki məhkəmənin istinad etdiyi peşə Siyahının 3.9-cu alt-bölməsində yerləşir. İİİ Bölmə isə, «Metallurgiya istehsalatı» adlanır. Beləliklə, İddiaçının çalışdığı tikinti fəaliyyəti sahəsi üzrə kran maşinisti (krançı) peşəsi Nazirlər Kabinetinin 320 nömrəli və 12 nömrəli Qərarlarında nəzərdə tutulmamışdır. Odur ki, birinci instansiya məhkəməsi, «Əmək pensiyaları haqqında» qanunun 9.8-ci maddəsini və «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 13-cü maddəsinin b) bəndinə istinad etməklə iddianı təmin etməkdə haqlı olmamışdır. Ona görə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2262/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv olunması və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən,məhkəmə kollegiyasının keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə və məhkəmə kollegiyasına ünvanlanmış «Apelyasiya şikayətinə Əlavə»yə uyğun izahat verərək, apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini, birinci instansiya məhkəməsininqərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini Kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, cavabdehin nümayəndəsinin izahatını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2262/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi «Dəmir-beton» trestinin 4-DBM Zavodunda işə qəbul edilənə qədər 1968-ci ildən 1971-ci ilə qədər tələbə, (attestat № 089983), xx xxx 1973-cü il tarixən xx xxx 1975-ci ilə qədər Sovet Ordusunda xidmət etmişdir (HZ2805661 nömrəli hərbi bilet). xx xxxxxx 1975-ci ildən xx xxxxxx 1976-cı il tarixə qədər Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi «Dəmir-beton» trestinin 4-DBM Zavodunda qüllə kranında krançı, xx xxxx 1976-cı il tarixdən xx xxxx 1983-cü il tarixə qədər Bakı baş tikinti 2 nömrəli ev tikinti kombinatında müxtəlif peşələr üzrə (2-ci dərərcəli fəhlə, 3-cü dərəcəli krançı, dördüncü dərərcəli qüllə krançısı, maşinist və s.), xx xxxx 1983-cü il tarixdən xx xxxxxx 1983-cü il tarixinə qədər Kənd təsərrüfatının aqrokimyəvi xidməti üzrə Rebrinsk Rayonlarası İstehsalat Birliyində mövsümi inşaatçı, xx xxxxx 1984-cü il tarixdən xx xxxxxx 1984-cü il tarixinə qədər «Kuybışev» adına sovxozda mövsümi inşaatçı, Sokolsk Lipetsk meyvə tərəvəz təsərrüfatı 4-cü dərəcəli malakeş, xx xxxxxx 1985-ci il tarixindən xx xxxx 1985-ci il tarixinə qədər Gürcüstan SSR Dmanisi RSK-də 4-cü dərəcəli mala vuran, xx xxxxx 1985-ci il tarixindən xx xxxx 1985-ci il tarixinə qədər «Munisinkəntikinti» 193 saylı trestində Şuşen səyyar mexkolonnada 4-cü dərəcəli mala vuran, xx xxxx 1985-ci il tarixindən xx xxxxxx 1985-ci il tarixinə qədər «Subbotinskiy» sovxozunda dülgər, xx xxxxxx 1985-ci il tarixindən xx xxx 1986-cı il tarixinə qədər Dmanisi PDSP-də 4-cü dərəcəli mala vuran, xx xxx 1986-cı il tarixdən xx xxxxxx 1988-ci il tarixinə qədər «Arostroy» R/Oda Qülləli özügedən kranların idarəsində qülləli kranın 5-ci dərəcəli maşinisti, xx xxxxx 1988-ci il tarixindən xx xxxx 1989-cu il tarixinə qədər Dağ-arxlı sovxozunda sürücü, xx xxxxx 1989- cu il tarixdən xx xxxx 1992-ci il tarixinə qədər Gürcüstan Enerji SRST Malık SES TQİ-də 6 dərəcəli avtokran sürücüsü, xx xxxx 1992-ci il tarixindən xx xxxxxx 1997-ci tarixinə qədər Dağ-arxlı sovxozunda ocaqçı fəhlə, xx xxxxxx 1998-ci il tarixindən xx xxxxxxx 2013-cü il tarixinə qədər Dmanisi ŞPS-də sürücü vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş, Gürcüstan SSR X6 Tresti tərəfindən verimiş xx xxxx 1984-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1980-cı il tarixindən xx xxxx 1980cı il tarixinə qədər Gürcüstan SSR X6 Trestində 6-cı dərəcə üzrə qüllə kranında maşinist işləmişdir. İş materiallarından görünür ki, 1-ci instansiya məhkəməsi işin hallarına əsasən hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə təsdiqlənmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda hazırkı İddiaçı işlədiyi boru quraşdırıcısı vəzifəsi «Metallurgiya istehsalatı qara metallar» (İİİ) bölməsində 2040200a - 13790 kodu (polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor isləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması) ilə nəzərdə tutulmuşdur. Həmçinin həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda 3.9-cu (dəmirin birbaşa bərpa olunması və qara metallardan ovuntu istehsalı) bölmədə fəhlələr sırasında (kran maşinistləri (krançılar) nəzərdə tutulmuşdur. Bununla əlaqədar 1-ci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü və 67-ci maddələrinə müvafiq olaraq İddiaçı xx xxxxxx 2006-cı il tarixədək 12 il 6 aydan çox əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı və 25 ildən artıq ümumi iş stajı olduğundan, onun həmin Qanunun tələblərinə uyğun olaraq 57 yaşdan (55 yaş + 2 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidr. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürməklə, 1-ci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, aşadığakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, iddiaçı 45 ildən çox sosial sığorta stajı olması və zərərli sahələrdə işlədiyi iş stajının 12 ildən çox olmasını bildirərək, zərərli sahələrdə işlədiyi dövrlər iş şəraitinə uyğun olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmasını bildirir və bununla əlaqədar ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi İddiaçı «boru quraşdırıcısı» vəzifəsində işləməsini və bu vəzifənin 2040200a - 13790 kodu ilə nəzərdə tutulmasını qeyd etsə də, iş materiallaraında (əmək kitabçası, arayışlar və s.) iddiaçının boru quraşdırıcısı vəzifəsində işləməsi müəyyən olunmur. Belə ki, həmin sənədlərlə iddiaçının qüllə kranının krançısı və maşinisti, fəhlə, mövsüm inşaatçısı, malakeş, dülgər, sürücü və ocaqçı vəzifələrində işləməlidir. Bundan başqa, 1-ci instansiya məhkəməsi iddiaçının «kran maşinisti» və «krançı» işlədiyi vəzifələrinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaratması barədə gəldiyi qənaəti ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallaraında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı tikinti sahəsində «kran maşinisti» və «krançı» kimi çalışıb və Nazirlər Kabinetinin 320 nömrəli Qərarındakı İİİ bölmənin və təbii olaraq da, onun 2-ci bəndinin İddiaçının çalışdığı sahə və peşə ilə əlaqəsi yoxdur. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi peşə - «2040200a-13790. kran maşinistləri (krançılar)» peşəsi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahının «Metallurgiya istehsalatı qara metallar» (İİİ) bölməsində «20402000. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması» adlanan 2-ci bəndində yerləşir. Bundan başqa, iddiaçının kran maşinisti (krançı) kimi işlədiyi xx.xx.1975xx.xx.1976-cı il, xx.xx.1976-xx.xx.1978-ci il, xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1988-ci il və xx.xx.1989-xx.xx.1992-ci illər üzrə cəmi iş stajı 08 il, 02 ay, 05 gün təşkil edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşır ki, birinci instansiya məhkəməsi, «Əmək pensiyaları haqqında» qanunun 9.8-ci maddəsini və «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 13-cü maddəsinin b) bəndinə istinad etməklə iddianı təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, hazırki iş üzrə 1-ci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və həmin qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin yanında Dövlət X7 X5 İdarəsitərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2262/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-910/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-910/2020
23.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver