Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-910/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərardan verilmiş şikayətə dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərardan verilmiş şikayətə dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması” barədə tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6368/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********165657 saylı xx.xx.2019-cu il tarixli Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195602 saylı xx.xx.2019-cu il tarixli qərardan verilmiş şikayətin təmin olunub və ya olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6368/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195602 nömrəli qərardan iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün cavabdeh inzibati orqana 1 aylıq müddətin təyin edilməsi və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin həmin müddət ərzində bunun nəticəsi barəsində məhkəməyə məlumat verməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh Dövlət Vergi Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6368/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad ləğv edilməlidir. Belə ki, İddiaçı MMC-də səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli aktla rəsmiləşdirilmiş və ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195602 saylı xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Bununla razılaşmayan müəssisə Dövlət Vergi Xidmətinə xx.xx.2019-cu il tarixli məsuliyyət qərarının ləğvi barədə inzibati şikayət ünvanlamışdır. İnzibati şikayətlə bağlı aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin şikayətin predmetini təşkil edən xx.xx.2019-cu il tarixli inzibati aktla hesablanmış vergi borcuna görə xx.xx.2020ci il tarixdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Hüquqi qiymət verlməsi tələb olunan məsələlər istintaqı aparılan cinayət işi üzrə icraatın predmetini təşkil etdiyindən, xx.xx.2020-ci il tarixli **********993600 nömrəli məktubla iddiaçıya şikayətində qeyd olunan hallarla bağlı cinayət işi üzrə istintaqın davam etdiyi nəzərə alınaraq şikayətə inzibati icraat qaydasında baxılmasının mümkün olmadığı bildirilmişdir. Yuxarı vergi orqanı inzibati şikayət üzrə ayrıca inzibati aktın qəbulundan əsaslandırılmış şəkildə imtina etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 33.3-cü maddəsinə əsaslanaraq iddiaçı tərəfindən verilmiş inzibati şikayətə baxılması üçün cavabdeh orqana 1 aylıq müddət vermişdir ki, bu da düzgün olmamışdır. Belə ki, Həmin Məcəllənin 33.2-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qaydada həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd olunan normaları hazırki mübahisəyə tətbiq etdikdə məlum olur ki, yuxarı vergi orqanı yazılı məktub şəklində inzibati aktın qəbul edilməsindən imtina etmişdir. Yuxarı vergi orqanı hərəkətsizlik deyil, məhz imtina etmişdir. İnzibati aktın qəbulu üçün müddətin verilməsi yalnız inzibati aktın inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edildiyi halda mümkündür. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nüməyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı tələbi Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********165657 saylı xx.xx.2019-cu il tarixli Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195602 saylı xx.xx.2019-cu il tarixli qərardan verilmiş şikayətin təmin olunub və ya olunmaması barədə qərar qəbul qəbul edilməsi barədə olmuşdur. Belə ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli, **********195602 saylı qərarı ilə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli akt əsasında İddiaçı MMC-nin 326.886,06 manat məbləğində vergi borcuna və ona tətbiq olunmuş 163.443,04 manat məbləğində maliyyə sanksiyasına görə vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********627800 nömrəli Tələbnaməyə əsasən Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********195602 saylı qərar əsasında İddiaçı MMC-nin dövlət büdcəsinə ödənilməli olan vergi borcu ümumilikdə 490.29,10 manat (326.886,06 manat əlavə hesablanmış vergi və 163.443,04 manat maliyyə sanksiyası) təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, Q2000996 nömrəli Qərar ilə İddiaçı MMC-də (VÖEN: **********) ümumilikdə, külli miqdar təşkil edən, 326.886,06 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işinin başlanılması və həmin işin icraata qəbul edilərək, ibtidai araşdırmanın aparılması qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, Q2001386 nömrəli qərar ilə, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyindən, Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılması qərara alınmışdır. Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinin müraciətə baxılması barədə məktubu ilə iddiaçıya bildirilmişdir ki, inzibati aktın icrasının dayandırılması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2020-ci il tarixli **********670200 nömrəli və xx.xx.2020-ci il tarixli **********852300 nömrəli) müraciətlər üzrə xx.xx.2020-ci il tarixli **********405700 nömrəli “İnzibati aktın icrasının dayandırılmasından imtina barədə” Qərar qəbul olunaraq xx.xx.2020-ci il tarixli **********503400 nömrəli məktubla, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195602 nömrəli Qərarın ləğv olunması barədə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2020-ci il tarixli **********797800 nömrəli və xx.xx.2020-ci il tarixli **********663600 nömrəli) müraciətləriniz isə xx.xx.2020-ci il tarixli **********612800 nömrəli məktubla cavablandırılmışdır. “İnzibati aktın icrasının dayandırılmasından imtina barədə xx.xx.2020-ci il tarixli **********405700 nömrəli Qərardan verilmiş xx.xx.2020-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2020-ci il tarixli **********476100 nömrəli) şikayətə Vergilər Nazirliyinin Apellyasiya Şurasında baxılmış, xx.xx.2020-ci il tarixli **********119300 nömrəli qərar qəbul olunaraq xx.xx.2020-ci il tarixli **********405700 nömrəli “İnzibati aktın icrasının dayandırılmasından imtina barədə” Qərar ləğv edilmiş və səyyar vergi yoxlamasının nəticələrindən narazılıq barədə və inzibati aktın icrasının dayandırılması barədə şikayətlərin yenidən icraata götürməklə müvafiq inzibati araşdırmanın aparılması tapşırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 2 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2018- ci il tarixli **********154171 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən Cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə uyğun olaraq növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2019-cu il tarixli **********165657 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama əsasında 2017-ci il mənfəət vergisi üzrə 148382,48 manat, həmin ilin əmlak vergisi üzrə 677,80 manat, 2018-ci il üzrə 160,07 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 2017-ci ilin yanvar-dekabr ayları üzrə 133544,20 manat, 2018-ci ilin yanvaraprel ayları üzrə 44121,51 manat əlavə dəyər vergisi üzrə olmaqla, ümumilikdə 326886,06 manat, yəni külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı aşkar edilmişdir. Məlum olmuşdur ki, tərəfinizdən külli miqdar təşkil edən 326886,06 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2020ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır. Hal-hazırda cinayət işi üzrə istintaqın (və ya məhkəmə istintaqının) davam etdiyini nəzərə alaraq iddiaçının şikayətinə Dövlət Vergi Xidməti tərəfindən baxılmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı müraciətinə qeyd olunan şəkildə cavab verilməsindən narazı qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iş üzrə ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195602 nömrəli qərardan iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün cavabdeh inzibati orqana 1 aylıq müddətin təyin edilməsi, həmin müddət ərzində bunun nəticəsi barədə cavabdeh inzibati orqanın məhkəməyə məlumat verməsi barədə qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadının məzmunundan görünür ki, məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.3 və 73.2-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.3 və 73.2-ci maddələrinə istinad etməklə iddiaçının verdiyi şikayətə baxılması üçün cavabdeh inzibati orqana müddət təyin etməklə və həmin müddət ərzində bunun nəticəsi barədə məhkəməyə məlumat verilməsi qənaətinə gələrkən qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin “Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı” adlanın 73-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuşdu ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin maddənin 2-ci bəndinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin maddənin 3-cü bəndinə görə isə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsi məcburetmə haqqında iddiaya dair məhkəmə qərarının hansı hallarda qəbul edilməsi ilə bağlı müddəaları özündə əks etdirir. İşdən görünür ki, iddiaçı ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195602 nömrəli qərardan şikayət versə də, həmin şikayətə münasibətdə inzibati orqan hər hansı inzibati akt qəbul etməmiş və müvafiq məktubla hazırda cinayət işi üzrə istintaqın davam etdiyini nəzərə alaraq iddiaçının şikayətinə baxılmasının mümkün olmadığını bildirmişdir. İddiaçının hazırki işdəki iddia tələbi məhz həmin şikayətinin cavabdeh tərəfindən təmin olunubolunmaması barədə qərarın qəbul edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Göründüyü kimi, iddiaçının şikayətinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmiş, dolayısı ilə həmin müraciətə münasibətdə hər hansı inzibati akt qəbul edilməmiş və bundan müvafiq məktubla imtina olunduğu üçün birinci instansiya məhkəməsi iddiaçının şikayətinə münasibət bildirmək məqsədilə aralıq məhkəmə aktı qəbul edə, cavabdeh inzibati orqana İPM-nin 33-cü maddəsində nəzərdə tutulmuş qaydada müddət təyin edə bilərdi və bu müddət ərzində inzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməli idi. Lakin işə baxan məhkəmə mübahisəyə baxılmasında inzibati orqana inzibati aktın qəbul edilməsi ilə bağlı müəyyən müddətin verilməsi qənaətinə gəldiyi halda, bunun İPMnin 33-cü maddəsi ilə tənzimləndiyini nəzərə almamış və nəticədə qanunvericiliyin normasını düzgün tətbiq etmədən İPM-nin 73-cü maddəsi ilə cavabdehə müddət təyin etmişdir. Halbuki həmin maddə yuxarıda da qeyd olunduğu kimi, “Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı” adlanır və həmin maddə yalnız məhkəmə qərarının qəbul edilməsi hallarını müəyyən edir. Hazırki işdə isə məhkəmə həmin maddəyə istinad etməklə səhvən “qərardad” çıxarmışdır. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6368/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-910/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-910/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver