Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-910/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3304/2022 saylı, 17 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia qaldıraraq “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsi 2-1(116)1326/2021 saylı inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalı olduğundan, iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1954-cü ildə Gədəbəy rayonunun Mutudərə kəndində anadan olmuş və hal-hazırda Mingəçevir şəhərində qeydiyyatda olmaqla bu şəhərdə yaşayır. Gədəbəy rayonunun doğulduğu Mutudərə kəndi erməni silahlı birləşmələrinin hərbi hücumuna məruz qalan zaman 01 avqust 1992-ci il tarixdən 08 avqust 1992-ci il tarixinədək Mutudərə kənd özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında könüllü iştirak etmiş və 08 avqust 1992-ci il tarixdə döyüş əməliyyatında sağ çiyin nahiyəsindən avtomat gülləsi yarası alaraq 09 avqust 1992ci il tarixədək Tovuz rayon Mərkəzi Xəstəxanasında, 09 avqust 1992-ci il tarixdən 28 avqust 1992-ci il tarixədək isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında “Sağ bazunun yuxarı 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1123 nömrəli qərarında qeyd edilir ki, İddiaçı xx.xx.1992-ci il tarixdə döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış, xx.xx.1992- xx.xx.1992-ci ildə Tovuz rayon Mərkəzi Xəstəxanasında “Sağ çiyin nahiyəsinin güllə yarası”, xx.xx.1992xx.xx.1992-ci ildə Mingəçevir Rayon Mərkəzi Xəstəxanasında “Sağ bazunun 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası” diaqnozu ilə müayinə və müalicə olunmuş, qeyd olunmuşdur ki, hərbi travmadir, Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır. Eyni zamanda iddiaçıya məxsus HZ seriyalı ******* №-li hərbi biletin 6-cı səhifəsinin 17-ci, 18-ci və 24-cü bəndlərində xx.xx.1992-xx.xx.1992-ci ildə Gədəbəy rayonu Mutudərə kəndinin müdafiəsində özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etməyi qeyd olunmuşdur. Lakin, bütün bu qeyd edilənlərə baxmayaraq ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə etirazda göstərilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Gədəbəy Rayon İcra Hakimiyyəti “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmiş, lakin tərtib olunmuş siyahıya İddiaçı adı mövcud deyil. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 29 iyun 2017-ci il tarixli, 1123 nömrəli qərarına əsasən, İddiaçı 08 avqust 1992-ci il tarixdə döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış, xx.xx.1992 xx.xx.1992-ci il tarixlərdə Tovuz MRX-da “sağ çiyin nahiyəsinin güllə yarası”, xx.xx.1992xx.xx.1992-ci il tarixlərdə Mingəçevir MŞX-da “Sağ bazunun 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası” diaqnozu ilə müayinə və müalicə olunmuş, “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının adıçəkilən qərarından görünür ki, İddiaçı “döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış” və buradan da görünür ki, o hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Yerli icra hakimiyyətləri tərəfindən yaradılmış özünümüdafiə dəstələri (batalyonları) hərbi xidmət növünə aid deyil və bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaçıya qanuna müvafiq olaraq Müdafiə Nazirliyinə müraciət etməsini tövsiyə etmişdir. Həmçinin hərbiçi olmayan (mülki) şəxsin hərbi hospitalda şəhadətləndirilməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən, Azərbaycan Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Hesab edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkünsüzdür. Buna görə də cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3304/2022 saylı, 17 avqust 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısTm Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmiş, lakin tərtib olunmuş siyahıda İddiaçı adı mövcud deyildir. Əlavə olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1123 nömrəli qərarında qeyd edilir ki, İddiaçı xx.xx.1992-ci il tarixdə döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış, xx.xx.1992-ci ildə Tovuz rayon Mərkəzi Xəstəxanasında “Sağ çiyin nahiyəsinin güllə yarası”, xx.xx.1992xx.xx.1992-ci ildə Mingəçevir Rayon Mərkəzi Xəstəxanasında “Sağ bazunun 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası” diaqnozu ilə müayinə və müalicə olunmuş, qeyd olunmuşdur ki, hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının adıçəkilən qərarından görünür ki, İddiaçı “döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış” və buradan da görünür ki, şəxs həqiqi hərbi xidmətdə olmuşdur. Yerli icra hakimiyyətləri tərəfindən yaradılan özünümüdafiə dəstələri (birləşmələri) hərbi xidmət növünə aid deyildir. İddiaçı özünümüdafiə dəstələrinin (birləşmələrinin) tərkibində iştirakını sübuta yetirən sənədlər olmadığından ona “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricindədir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. - 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Apellyasiya şikayətinin dəlillərinə münasibət: Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, hazırki tələb üzrə cavabdehlik daşıyan orqan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hesab edilə bilməz. Belə ki, Gədəbəy rayon icra hakimiyyəti tərəfindən tərtib edilərək orqana təqdim edilmiş siyahıda vətəndaşın adı yoxdur. Məhkəmə kollegiyası qeyd edilən dəlili hazırki mübahisə üzrə əsasız hesab edir. Belə ki, məhkəmənin müvafiq sorğusu əsasında təqdim edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 362 nömrəli məktubuna əlavə edilmiş: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1123 nömrəli qərarına əsasən, iddiaçı Mingəçevir ŞHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Qazax hərbi prokurorluğunun xx.xx.2017-ci il tarixli HP-12/2635 saylı məktubunda barəsində cinayət işi və təqsirləndirici material olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Tovuz rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz kimi qeyd olunmuşdur: "Sağ çiyin nahiyyəsinin güllə yarası" və xx.xx.1932-ci ildən xx.xx.1992-ci ilə kimi Mingəçevir şəhər mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ bazunun yuxarı 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli 601 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 411 nömrəli arayışı, Tovuz rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, Mingəçevir şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, N nömrəli hərbi hissənin hərbi həkim komissiyasının protokol kitabından çıxarış, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasinin müdafiəsi zamani alınmışdır”. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli 540 nömrəli arayışından görünür ki, 1954-cü il təvəllüdlü İddiaçı, həqiqətən, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Gədəbəy rayon Mutudərə kənd Özünümüdafiə batalyonunda könüllü surətdə hərbi xidmət keçmiş İddiaçı döyüş əməliyyatlarında iştirak edərkən xx.xx.1992-ci il tarixdə yaralanıb, xx.xx.1992-xx.xx.1992cı il tarixlərdə Tovuz rayon Mərkəzi xəstəxanasında, xx.xx.1992-28 08.1992-ci il tarixlərdə Mingəçevir şəhər Mərkəzi xəstəxanasında müalicə və xx.xx.1992-cı il tarixdə N saylı hərbi hissədə (hospitalda) müayinə olunmuş, müalicədən sonra xidmət yerinə qayıtmamışdır. İddiaçı Gədəbəy rayon Mutudərə kənd Özünümüdafiə batalyonunda xidmətinə dair Qazax Hərbi Prokurorluğunda cinayət işi və təqsirləndirici material yoxdur. Yuxarıda qeyd edilən arayışın verilməsinə əsas olan sənədlər sırasında Gədəbəy rayon İsalı kənd icra nümayəndəliyinin aktı da olmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli 411 nömrəli arayışına əsasən, İddiaçı təqdim edilmiş sənədlərinə əsasən, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-cı il tarixə kimi Gədəbəy rayon Mutudərə kənd Özünümüdafiə Batalyonu tərkibində könüllü surətdə hərbi xidmət keçib, döyüş əməliyyatlarında iştirak edərkən xx.xx.1992-ci ıl tarixdə yaralanmışdır, xx.xx.1992-xx.xx.1992-ci ildə Tovuz rayon Mərkəzi xəstəxanasında, 09.08 1992-xx.xx.1992 ci ildə Mingəçevir şəhər Mərkəzi xəstəxanasında müalicə və xx.xx.1992ci ıl tarixdə N sayl hərbi hissədə (hospitalda) müayinə olunmuşdur. Qeyd edilən arayışın da verilməsinə əsas olan sənədlər sırasında Gədəbəy rayon İsalı kənd icra nümayəndəliyinin aktı yer almışdır. - Gədəbəy rayon Mutudərə kəndində E.Məmmədov, C.Süleymanlı, T.Cəfərov, M.Mehdiyev, A.Ələkbərov tərəflərindən imzalanan akt ilə iddiaçının müdafiə batalyonunda xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə erməni işğalçı ordusuna qarşı döyüşməyi və yaralanmağını təsdiq edilərək, qeyd olunmuşdur ki, İddiaçı 1992-ci il 01 avqust ayında Mutudərə kəndi erməni işğalçı ordusu tərəfindən hərbi hücuma məruz qalan zaman Mingəçevir şəhərindən könüllü olaraq Mutudərə kəndinə gələrək Mutudərə kənd özünü müdafiə batalyonununa daxil olmuş və 08 avqust 1992-ci il tarixinədək erməni işğalçı ordusuna qarşı döyüşərək ağır yaralanmışdır. xx.xx.1992-ci il tarixdə onu ağır yaralandığına görə Tovuz rayon xəstəxanasına aparmışlar. Göründüyü kimi, iddiaçının özünümüdafiə batalyonun tərkibində döyüş əməliyyatlarında iştirakı iddiaçının hərbi biletində, cavabdehdə saxlanılan uçot kartoçkasında olan qeydlərlə, Azərbaycan Respublikası SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli 601 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 411 nömrəli arayışı ilə təsdiq olunur. Bundan başqa, iddiaçının döyüş əməliyyatları zamanı yaralanması barədə iş materiallarında təkzibedilməz sübutlar mövcuddur. Hətta cavabdeh inzibati orqanın qurumu tərəfindən vaxtilə verilmiş arayışlardan da aydın olur ki, vətəndaş xx.xx.1992-ci il tarixdən xx.xx.1992-cı il tarixə kimi Gədəbəy rayon Mutudərə kənd Özünümüdafiə Batalyonu tərkibində könüllü surətdə xidmət etmiş və bunu təsdiq edən sənədlər sırasında Gədəbəy rayon İsalı kənd icra nümayəndəliyinin aktı da yer alır. İddiaçıya veteran adının verilməsini istisna edən halların (haqqında cinayət işinin və araşdırma materialın) olması barədə məlumat cavabdeh və ya digər orqan tərəfindən məhkəməyə verilməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3304/2022 saylı, 17 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-910/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-910/2023
30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver