Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-911/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Üçüncü şəxs Hümbətova Hökümə Əvdil qızının iştirakı ilə, İddiaçı (xx.xx.N969-cu il tarixdə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuş, Füzuli rayonu, X3 Dairəsi, Aşağı Seyidəhmədli kəndində qeydiyyatdadır, iddia ərizəsinə əsasən faktiki olaraq ünvan N ünvanında yaşayır) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)- N380/20N9 saylı, xx xxxxxx 20N9-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.20N8-ci il tarixdə iddia ərizəsi ilə cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın üzərinə, İddiaçı “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) 2-N(8N)-675/N9 nömrəli inzibati iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx N969-cu il tarixdə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində doğulmuşdur. N989-N99N-ci illərdə SSRİ-nin Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N992-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmək üçün Füzuli rayon Hərbi Komissarlığı tərəfindən səfərbər edilərək Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Hərbi hissədə xidmət etdiyi dövrdə, yəni N993-cü ildə Füzuli rayonu Govşad kəndi uğrunda gedən və digər döyüşlərdə ağır yaralanmışdır. N993-cü ildə xəstəliyi ilə bağlı Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən hərbi hospitalında həkim müdaxiləsi və aparılan cərrahiyə əməliyyatları nəticəsində müalicə olunaraq hərbi hissəyə geri dönmüşdür. İddiaçı ərizə ilə cavabdeh orqana ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N8-ci il tarixli qərarı ilə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Səbəb olaraq, xx.xx.20N7-ci il tarixli 9/2- 20583 saylı arayışa əsasən xx.xx.N992-ci ildən sonrakı hərbi xidməti, yaralanması və xidmətdən qanuni əsaslarla tərxis olması barədə məlumatın olmaması göstərilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və mübahisə aşağıdakı qaydada həll edilmişdir . xx.xx.20N9-cu il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-N380/20N9 saylı, xx xxxxxx 20N9-cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddianın təmin edilməsi, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Bu qərarla razılaşmayan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-N380/20N9 saylı, xx xxxxxx 20N9-cu il tarixli qərarının ləğv edilməsini və iddia ərizəsinin (mətnə uyğun) rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aktında özü-özünü istisna edən hallar əks olunmuşdur. İş materiallarında olan sənədlərdə əks olunmuş və hərbi hissənin döyüşlərdə iştirak etdiyi tarixlər arasında olan ziddiyyətlər nəzərə alınmamışdır. Belə ki, məhkəmə Müdafiə Nazirliyinin NN/4660 nömrəli cavab məktubuna əlavə olunmuş məktubuna istinad edərək N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi tarixləri (xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci) göstərsə də, elə qərarının həmin səhifəsində (5) yuxarıda qeyd olunanlardan sonra bildirmişdir ki, “cavabdeh həmin hərbi hissənin döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısında olmaması, eləcə də müharibə veteranı statusu alınmasına yol verilməyən halların iddiaçıya münasibətdə mövcüd olmasına dair məhkəmə icraatında heç bir sübut təqdim etməmişdir.” Halbuki, həmin sübutların təqdim edilməsi həm qərarda istinad olunmuş məktubdan, həm etirazda istinad olunmuş qanunvericilik aktlarından da görmək olar. Hətta cavabdeh həmin sübutları təqdim etməsəydi də belə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 N-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsində qeyd olunanlar iddiaçının iddia ərizəsinin rədd olunması üçün əsas olmalı idi. Çünki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər müharibə veteranı sayılırlar. Məhkəmə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə sübutun olmamasını nəzərə almamışdır. Məhkəmə iddiaçının xx.xx.N993xx.xx.N993-cü ildə müalicədə və müayinədə (revmatik poliatrit) olmağını qeyd etsə də, bu hal “Müharibə veteranı” verilməsi üçün əsas sayıla bilməz. Çünki hərbi hissə həmin vaxt döyüş əməliyyatlarında iştirak etməyib. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-N(82)-N380/20N9 saylı, xx xxxxxx 20N9-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Eyni zamanda, qardaşının məhkəmə iclası barədə məlumatı olduğunu, sədrlik edənin hazırkı iddia tələbi onun qanunla qorunan hansı hüquqi maraqlarına toxunduğu sualına cavab olaraq, üçüncü şəxs, yalnız qardaşının xəstə olduğundan gələ bilmədiyini, bu səbəbdən də onu məhkəmə iclasında təmsil etmək niyyəti ilə gəldiyini qeyd etdi. Həmçinin,o, iddiaçının Sovet ordusunda hərbi xidmətdən gələndən sonra da Qarabağda vuruşduğunu, hal-hazırda sağlamlığını da itirdiyini və xəstə olduğunu bildirdi. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən iddiaçının işin birinci instansiyada icraatı zamanı vəkili (xx.xx.20N8-ci il tarixli, N238 nömrəli order) və nümayəndəsi (xx.xx.20N9-cu il tarixli, ƏN-İ 655N90 nömrəli etibarnamə, Füzuli rayonu dövlət notariat ofisi) olmuş Vəkil (N2 saylı Vəkil Bürosu) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsində vəkili olmuş Vəkil verilmiş orderdə orderin işin hansı məhkəmədə icraatı zamanı istifadə olunması və s. (mülki iş qeyd edilmişdir) qeyd edilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, məhkəmə iclasında iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)- N380/20N9 saylı, xx xxxxxx 20N9-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində iki cavabdeh-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi göstərilmişdir. İddia ərizəsindən göründüyü kimi, hər iki cavabdeh orqanın ünvanı – Bakı şəh., Parlament pr., 3 olduğundan, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin struktur tərkib hissəsinə daxil olduğundan və hər iki cavabdehin ünvanına göndərilmiş məhkəmə bildirişləri eyni şəxs tərəfindən imzalanaraq qəbul edildiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikasının Müdafiə Nazirliyini vahid cavabdeh qismində qəbul edir. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivi tərəfindən verilmiş xx xxxxxx 20N7-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, Füzuli RHK-dan səfərbər edilərək hissəyə göndərilmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli 30 nömrəli əmrilə (əsas: paraqraf N, səh-N8, sıra 35) hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək həmin gündən bütün növ təminatlara salınmışdır. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində, “Yaralıların qeydiyyatı” kitabında İddiaçı yaralanması və hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hüquq İdarəsinin məhkəmənin xx xxxxxx 20N9-cu il tarixli sorğusuna ünvanlanmış xx.xx.20N9cu il tarixli NN/4660 saylı məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissə xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edib. Əsas: xx.xx.N997ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.20N8-ci il tarixli 7NN saylı arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı Əbdul oğlu (mətnə uyğun) həqiqətən xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: revmatik poliartirit. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının N993-cü il üçün N nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 599-cu sayındakı qeyd. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və statistik İnformasiya İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna ünvanlanmış xx.xx.20N9-cu il tarixli, 0N2-25772-N2N9 nömrəli cavab məktubuna (məktub rəis vəzifəsini müvəqqəti icra edən polis polkovniki Arzu Məmmədov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, xx.xx.N969-cu ildə Füzuli rayonunda doğulmuş İddiaçı İmişli rayon xalq Məhkəməsinin xx.xx.N999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin N06 mad. 2 his., N22 mad. N hissəsi ilə 03 ay islah işləri cəzasına məhkum olunmuşdur. Həmçinin İddiaçı Füzuli RPŞ tərəfindən xx.xx.20N9-cu ildə Azərbaycan Respublikası CM-nin 22N.3 maddəsi ilə başlanmış cinayət təqibi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və xx.xx.20N9-cu ildə cinayət işi məhkəmə baxışına göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı xx xxxxxx N992-ci il tarixli 30 nömrəli Müdafiə Nazirliyinin N saylı Hərbi hissə komandirinin əmri ilə həmin hərbi hissədə xidmət edən şəxsi heyətin siyahısına daxil edilməsi işdə olan arxiv arayışı ilə təsdiqini tapır. Həmçinin, qeyd edilən fakt iddiaçının xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olması Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş arayışla da sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Füzuli Hərbi Prokurorluğu tərəfindən iddiaçının xx xxxx 20N8-ci il tarixli ərizəsinə cavab olaraq xx xxxxxx 20N9–cu il tarixli məktubunda bildirilmişdir ki, N992-ci ildə iddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi araşdırılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış xx xxxxxxxx 20N9-cu il tarixli məktuba əsasən İddiaçı məhkumluğu barədə məhkəməyə məlumat daxil olsa da, bu məhkumluq N99N-ci ildən əvvəlki dövrdə olmuş (mətnə uyğun), həm də “hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə” görə olmamışdır. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin N(064)03/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü (hakim M.Bağırov) ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22N.3-cü maddəsi ilə təqsirli bilinib iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi, azadlıqdan məhrum etmə cəzasının bir il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, sınaq müddətinin başlanğıcının hökm qanuni qüvvəyə mindikdən sonra hesablanması, Məhkum İddiaçı üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökmün qanuni qüvvəyə minənə qədər dəyişmədən saxlanılması, hökmün icrasının İddiaçı yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılması hökm edilmişdir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin N(064)03/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmün icrası barədə göstərişə əsasən qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 508-ci maddəsinə əsasən hökmün icrasını təmin edib nəticəsi barədə məlumat verilməsi xahiş olunur. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin N(064)03/2020 saylı, xx.xx.2020-ci il tarixli arayışına əsasən qeyd edilmişdir ki, Azərbaycan Respublikası CMnin 22N.3-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası bir il sınaq müddəti təyin edilməklə şərti olaraq tətbiq edilmiş, sınaq müddəti ərzində üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişəməmək vəzifəsi qoyulmuş İddiaçı Ədvil oğlunun cinayət işinə dair Füzuli rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü xx.xx.2020-ci il tarixdən qanuni qüvvəyə minmiş və dərhal icra edilməlidir. İşin hallarından və Füzuli Rayon Məhkəməsinin N(064)03/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının faktiki yaşayış ünvanı ünvan 3 instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, İddiaçı N993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissənin şəxsi heyətinin siyahısına hərbi mükəlləfiyyətli kimi daxil edildiyindən, müharibə veteranı statusu alınmasına yol verilməyən (Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş) hallar ona münasibətdə mövcud olmadığından, habelə onun döyüş əməliyyatlarında iştirakını təkzib edən hallara dair məhkəməyə cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədiyindən, onun xidmətdən sonradan tərxis olunması, sonrakı xidməti barədə məlumatın olmaması iddiaçının «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılmasına mane ola bilməz. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Müharibə veteranı”, “Silahlı qüvvələrin veteranı” və “Əmək veteranı” adlarının verilməsi qaydaları və şərtləri “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin ücüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxxxxxx N995-ci il tarixli, 2N6 saylı Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamə təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin doqquzuncu yarımbəndinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.” “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunundan göründüyü kimi “Müharibə veteranı” adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. İş materiallarından isə görünür ki, N nömrəli hərbi hissə xx.xx.N992—xx.xx.N992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiklərindən görünür ki, o, xx.xx.N992-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmək üçün Füzuli rayon Hərbi Komissarlığı tərəfindən səfərbər edilərək Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletin surətinə əsasən onun Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etməsi və qanuni əsaslarla tərxis olunması barədə hər hansı bir qeyd əlavə edilməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Hərbi hissədə xidmət etdiyi dövrdə, yəni N993-cü ildə Füzuli rayonu Govşad kəndi uğrunda gedən və digər döyüşlərdə ağır yaralanmışdır. N993-cü ildə xəstəliyi ilə bağlı Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən hərbi hospitalında həkim müdaxiləsi və aparılan cərrahiyə əməliyyatları nəticəsində müalicə olunaraq hərbi hissəyə geri dönmüşdür. Lakin bu barədə iş materiallarına heç bir sənəd əlavə etməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx xxxx 2020-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Baş Klinik Hospitalına məhkəmə sorğusu ünvanlanmışdır. xx xxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən məhkəmənin sorğusununa ünvanlanmış xx.xx.2020-ci il tarixli, 3467 nömrəli cavab mətubuna (məktub Silahlı Qüvvələrin Baş X2 Arxivin müdiri Könül Xanlarova tərəfindən imzalanmışdır) əlavə olunmuş xx.xx.N993-cü il tarixli göndərişin surətinə əsasən (komandir Hüseynov) qeyd edilmişdir ki, Ələt h/hos-na N nömrəli hərbi hissənin sıravi qulluqçusu İddiaçı Əbdul oğlu (mətnə uyğun), diaqnozrevmotoit poliartrit. Məhkəmə bir halı da qeyd edir ki, İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: revmatik poliartirit (Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.20N8-ci il tarixli 7NN saylı arayışı). Lakin hərbi hissə həmin vaxt döyüş əməliyyatlarında iştirak etməmişdir. Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyil. Azərbaycan Respublikası İPM-in N.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 8N-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, N nömrəli hərbi hissə xx.xx.N992—xx.xx.N992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi üçün iddiaçı isə xx.xx.N992-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmək üçün Füzuli rayon Hərbi Komissarlığı tərəfindən səfərbər edilərək Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə göndərildiyindən, onun hərbi biletinə Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etməsi və qanuni əsaslarla tərxis olunması barədə hər hansı bir qeyd əlavə edilmədiyindən, cavabdeh orqanın ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM- N4.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış (İPM-73.N), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun N3.2 və N7-ci maddələri). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Lakin şikayət olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, qərarda iş üzrə müəyyən edilən faktlar qanunla müəyyən olunmuş sübutetmə vasitələri ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-N(82)-N380/20N9 saylı, xx xxxxxx 20N9-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-N380/20N9 saylı, xx xxxxxx 20N9-cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası təmin olunmasın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-911/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-911/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver