Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-912/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, üçüncü şəxs X2 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X6 cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-114/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Z.Məmmədov) məhkəməyə müraciət edərək, M.Ə.X1 Məmmədova fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılması barədə 12.09.2003-cü il tarixli 240 saylı, həmin vətəndaşa sahibkarlıq məqsədi ilə 390 kv.m. torpaq sahəsi ayrılması barədə 04.05.2007-ci il tarixli 13/11 saylı, ümumilikdə 990 kv.m. torpaq sahəsinin Z.Məmmədovun adına rəsmiləşdirilməsi, bələdiyyə büdcəsinə ödənilmiş vəsaitin onun adına hesab edilməsi barədə 31.01.2019-cu il tarixli və 9 saylı X12 Dairəsi Komissiyasının istifadəsində olan 5 ədəd printer katricinin doldurulmasına 70 manat vəsait ayrılması barədə 28.02.2019-cu il tarixli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19.10.2020-ci il tarixli qərardadı ilə iddia M.Ə.Rəsulzadə Bələdiyyəsinin 12.09.2003-cü il tarixli 240 saylı və 04.05.2007-ci il tarixli 13/11 saylı qərarlarının ləğv edilməsi hissədə mümkün sayılmamış, 19.10.2020-ci il tarixli qərarı ilə iddia 31.01.2019-cu il tarixli və 28.02.2019-cu il tarixli qərarların ləğv edilməsi hissədə təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, M.Ə.Rəsulzadə bələdiyyəsinin 31.01.2019cu il tarixli (01 saylı iclas protokolu) aktlarına inzibati nəzarət qaydasında baxılarkən müəyyən edilmişdir ki, bələdiyyə iclasının gündəliyində olan 2-ci məsələ üzrə Bələdiyyənin 12.09.2003-cü il tarixli 240 saylı qərarı ilə mərhum İ.Məmmədova fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m, 04.05.2007-ci il tarixli 13/11 saylı qərarı ilə sahibkarlıq məqsədi ilə ayrılmış 390 kv.m. torpaq sahəsinin həmin təyinatlara uyğun onun oğlu Z.Məmmədovun adına rəsmiləşdirilməsi, bələdiyyə büdcəsinə ödənilmiş vəsaitin Z.Məmmədovun adına hesab edilməsi barədə qərar qəbul edilmişdir. Müəyyən edilmişdir ki, qeyd edilən qərar qanunsuz tərtib olunmuş, qərar qəbul edilərkən bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmamışdır. Eyni zamanda, qeyd olunan qərar qəbul edilərkən keçmiş 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 12.10.2018-ci il tarixli qərarına istinad olunmuşdur. Məhkəmə qərarının icrası məcburi olsa da, keçmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.10.2018-ci il tarixli qərarında torpaq sahələrinin digər vətəndaşın (Z.Məmmədovun) adına hansı qaydada sənədləşdirilməsi göstərilmir, “həmin təyinatlara uyğun rəsmiləşdirilmə” barədə göstəriş yoxdur və qeyd olunan torpaq sahələri vaxtı ilə vətəndaş İ.Məmmədova satıldığı zaman bələdiyyə bu əmlakla bağlı sərəncam vermək hüququna malik olmamışdır. Belə ki, mülkiyyət hüququ olmadığı halda bələdiyyə 990 kv.m. torpaq sahəsinin fərqli şəxslərə satılması barədə ayrı-ayrı qərarlar vermişdir. Eyni zamanda, vəfat etmiş şəxslərin miras qoyduqları əmlakın onların vərəsələrinə və ya digər şəxslərə keçməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq vərəsəlik qaydasında həll olunur və qanunvericilikdə bələdiyyələrə vərəsəlik məsələlərinin həll edilməsi səlahiyyəti də verilməmişdir. Göstərilənlərə əsasən X7 tərəfindən 12.09.2003-cü il tarixli 240 saylı və 04.05.2007-ci il tarixli 13/11 saylı qərarların qanunazidd olduğu üçün ləğv edilməsi barədə M.Ə.Rəsulzadə bələdiyyəsinə 15.03.2019-cu il tarixli 09/102 saylı təklif məktubu göndərilmişdir. X6 təklif məktubu M.Ə.Rəsulzadə bələdiyyəsinin 12.04.2019-cu il tarixli iclasında müzakirə olunmuş və təklif təmin edilməmişdir. Odur ki, X7 tərəfindən 03.05.2019-cu il tarixdə iddia ərizəsi ilə keçmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, məhkəmənin 19.08.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, Bakı Apelyasiya Məhkəməsinin 30.10.2019-cu il tarixli qərardadı ilə keçmiş 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 19.08.2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-114/2020 saylı 19.10.2020- ci il tarixli qərarı düzgün deyil. Belə ki, məhkəmə hesab etmişdir ki, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31.01.2019-cu il tarixli 2 saylı qərarı keçmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.10.2018-ci il tarixli qərarı ilə bələdiyyənin üzərinə qoyulmuş öhdəliyin icrasıdır və bələdiyyə məhkəmə qərarının icrasının məcburiliyini nəzərə alaraq torpaq sahəsinin Z.Məmmədovun adına rəsmiləşdirilməsi barədə qərar qəbul etmişdir. Lakin qeyd olunmalıdır ki, məhkəmənin həmin 12.10.2018-ci il tarixli qərarında torpaq sahələrinin Z.Məmmədovun adına hansı qaydada sənədləşdirilməsi dəqiq göstərilmir. Bələdiyyə məhkəmə qərarının icrası zamanı yalnız öz səlahiyyətləri daxilində hərəkət edə və lazımi rəylərin alınması üçün müvafiq dövlət orqanlarına müraciət etməli, məhkəmə qərarında göstərilmiş sənədləşdirilmənin hansı qaydada aparılması ilə bağlı məhkəmədən izah istəməli idi. Belə ki, həmin anda bələdiyyə bu torpaq sahələri ilə bağlı sərəncam vermək, eyni zamanda vəfat etmiş şəxslərin əmlakının vərəsəlik qaydasında keçməsini həll etmək hüququna malik olmamışdır. Lakin, bunun əksinə olaraq bələdiyyə öz səlahiyyətlərini aşaraq vərəsəlik məsələsini həll etmiş və torpaq sahələrini səlahiyyətli olmadığı (mülkiyyət hüququ olmadığı) halda Z.Məmmədovun adına rəsmiləşdirmişdir. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxs qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsassızdır. İlk olaraq, məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun qəbulundan əsas məqsəd inzibati orqanların icraat qaydalarını hüquqi dövlət prinsiplərinə uyğunlaşdırmaq və şəffaflaşdırmaq, inzibati orqanların fəaliyyətinin qanuna əsaslanmasını təmin etmək, habelə vətəndaşlara və hüquqi şəxslərə inzibati orqanların qəbul etdiyi qərarların qanuniliyini məhkəmə qaydasında yoxlamaq hüququna daha etibarlı təminat verilməsindən ibarətdir. Bu Qanun hüquq və maraqlarına toxunulan vətəndaşı inzibati orqana münasibətdə xüsusi hüquqlarla təchiz edir, dövlətin hakimiyyət inhisarına malik olması səbəbindən demokratik hüquqi dövlətdə şəxsi və dövlət maraqlarının bir-birini ədalətli şəkildə kompensasiyasını təmin etmək üçün dövlət orqanları və vətəndaşlar arasında bərqərar olmalı tarazlığı bərpa edir. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edən İPM-in “Sübut etmə vəzifəsi” adlı 14-cü maddəsi də bu tarazlığın prosessual-hüquqi təminatı imkanlarından biridir. Məhz sözügedən tarazlığın qorunması tələbi şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə bərabər hüquqlarının ədalətli təmininə nail olunmasına imkan yaradır. İşdə olan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4479/2018 saylı 12 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, mərhum X5 Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 12.09.2003-cü il tarixli 240 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin və Bələdiyyənin 04.05.2007-ci il tarixli 13/11 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış 390 kv.m. torpaq sahəsinin iddiaçı X3 adına sənədləşdirilməsi vəzifəsi cavabdeh M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilmişdir. M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31.01.2019-cu il tarixli (01 saylı protokolu) iclasının gündəliyində olan 2-ci məsələ üzrə qəbul edilmiş 2 nömrəli qərardan görünür ki, iddiaçı X2 cavabdeh M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı bələdiyyə tərəfindən alqı-satqı yolu ilə mərhum atası X4 adına 12.09.2003-cü il tarixli 240 saylı qərarla fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin və 04.05.2007-ci il tarixli 13/11 saylı qərarla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış 390 kv.m. torpaq sahəsinin həmin təyinatlara uyğun adına rəsmiləşdirilməsi vəzifəsinin M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsinə dair iddia tələbi ilə bağlı inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4479/2018 saylı 12.11.2018-ci il tarixli qərarının icra olunması barədə bələdiyyənin Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının 25.01.2019-cu il tarixli 01 saylı iclasının rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79-cu maddəsinə əsasən, ünvan 1 ünvanda yaşayan iddiaçı Z.Məmmədovun cavabdeh M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı bələdiyyə tərəfindən alqı-satqı yoli ilə mərhum atası X4 adına 12.09.2003-cü il tarixli 240 saylı qərarla fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin və 04.05.2007-ci il tarixli 13/11 saylı qərarla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış 390 kv.m. torpaq sahəsinin həmin təyinatlara uyğun adına rəsmiləşdirilməsi vəzifəsinin M.Ə.Rəsulzadə Bələdiyyəsinə həvalə edilməsinə dair iddia tələbi ilə bağlı inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı və qanuni qüvvəsini almış 2-1(81)-4479/2018 12.11.2019-cu il tarixİi qərarının icrasının təmin olunması; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4479/2018 saylı 12.11.2019-cu il tarixli qərarının icrasını təmin etmək məqsədilə M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sol tərəfində yerləşən ərazidən mərhum İ.Məmmədovun alqı-satqı yolu ilə mülkiyyətinə M.Ə.Rəsulzadə bələdiyyəsinin 12.09.2003-cü il tarixli 240 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi və Bələdiyyənin 04.05.2007-ci il tarixli 13/11 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış 390 kv.m. torpaq sahəsi ünvan 1 ünvanda yaşayan Z.Məmmədovun adına həmin təyinatlara uygun rəsmiləsdirilməsi; M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən İ.A.Məmmədovun adına verilmiş 12.09.2003-cü il tarixli 240 saylı və 04.05.2007-ci il tarixli 13/11 saylı qərarlar qüvvədən düşmüş hesab edilməsi; M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şosesinin sol tərəfində yerləşən 600 kv.m. torpaq sahəsinin alqı-satqısı üçün mərhum İ.A.Məmmədov tərəfindən AZL 029941, 01.09.2003-cü il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən bələdiyyə büdcəsinə ödənilmiş 6.720.000 AZM (1.344 AZN), 390 kv.m. torpaq sahəsinin alqı-satqısı üçün FGB 031373, 12.04.2007-ci il tarixli və FGB 031487, 14.05.2007ci il tarixli kassa mədaxil orderinin qəbzlərinə əsasən ödənilmiş 3.244,80 manat pul vəsaiti İ.A.Məmmədovun oğlu Z.İ.Məmmədovun adına hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi İİ X11 Seçki Komissiyasının M.Ə.Rəsulzadə Bələdiyyəsinə ünvanladığı 08 fevral 2019-cu il tarixli 9/42 saylı məktubu ilə 9 saylı X12 Dairə Seçki Komissiyasının istifadəsində olan printer aparatlarının katriclərlə doldurulmasına köməklik göstərilməsi xahiş olunmuşdur. M.Ə.Rəsulzadə bələdiyyəsinin 28.02.2019-cu il tarixli (02 saylı protokolu) iclasının gündəliyində olan 2-ci məsələ üzrə qəbul edilmiş 5 nömrəli qərardan görünür ki, 9 saylı X12 X13 Komissiyasından daxil olmuş 08.02.2019-cu il tarixli 9/42 saylı müraciətə əsasən, dairə seçki komissiyasının istifadəsində olan printer aparatlarının 5 ədəd katricinin doldurulmasına köməklik məqsədilə dairə seçki komissiyasına 70 manat məbləğdə birdəfəlik maliyyə yardımın göstərilməsi qərara alınmışdır. İddiaçının cavabdehə ünvanladığı 15 mart 2019-cu il tarixli 09/102 saylı məktubu ilə M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31.01.2019-cu il tarixli (01 saylı protokolu) iclasının gündəliyində olan 2-ci məsələ üzrə qəbul edilmiş cəmi 990 kv.m. torpaq sahəsinin Z.Məmmədovun adına rəsmiləşdirilməsi barədə qərarının bələdiyyə iclasının müzakirəsinə çıxarılmaqla ləğv edilməsi təklif olunmuşdur. İddiaçının cavabdehə ünvanladığı 28 mart 2019-cu il tarixli 09/158 saylı məktubu ilə M.Ə.Rəsulzadə Bələdiyyəsinin 28.02.2019-cu il tarixli (02 saylı protokolu) iclasının gündəliyində olan 2-ci məsələ üzrə qəbul edilmiş 5-ci qərarın 2-ci hissəsində nəzərdə tutulmuş 9 saylı X12 Komissiyasının istifadəsində olan 5 ədəd printer katricin doldurulmasına 70 manat vəsaitin ayrılması barədə qərarın ləğv edilməsi və ayrılmış vəsaitin büdcəyə qaytarılması təklif olunmuşdur. M.Ə.Rəsulzadə Bələdiyyəsinin 12.04.2019-cu il tarixli 09 saylı qərarından görünür ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şosesinin sol tərəfində yerləşən ərazidən mərhum İ.Məmmədovun alqı-satqı yolu ilə mülkiyyətinə M.Ə.Rəsulzadə bələdiyyəsinin 12.09.2003-cü il tarixli 240 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin və bələdiyyənin 04.05.2007-ci il tarixli 13/11 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış 390 kv.m. torpaq sahəsinin oğlu Z.Məmmədovun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-4479/2018 saylı 12.11.2018-ci il tarixli qərarının icrasının təmin edilməsi məqsədilə qəbul edilmiş M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31.01.2019-cu il tarixli iclasının 02 saylı qərarının ləğv edilməsi məqsədəuyğun hesab edilməmişdir. M.Ə.Rəsulzadə bələdiyyəsinin 12.04.2019-cu il tarixli 11 saylı qərarından görünür ki, 9 saylı X12 X13 Komissiyasından daxil olmuş 08.02.2019-cu il tarixli 9/42 saylı müraciətə əsasən, dairə seçki komissiyasının istifadəsində olan printer aparatlarının 5 ədəd katricin doldurulmasına köməklik məqsədi ilə dairə seçki komissiyasına 70 manat məbləğdə birdəfəlik maliyyə yardımı göstərilməsi barədə bələdiyyə iclasının 28.02.2019cu il tarixli 05 saylı qərarının 2-ci bəndinin ləğvi edilməsi məqsədəuyğun hesab edilməmişdir. “Bələdiyyələrin statusu haqqında” AR Qanununun 52-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bələdiyyə, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti haqqında” AR Qanununun 3.1, 3.2 və 3.3-cü maddələrinə görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. Bələdiyyələrin fəaliyyətinin inzibati nəzarət qaydasında araşdırılmasının nəticələri bələdiyyə tərəfindən əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirinin 16 mart 2007-ci il tarixli 9-T №-li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X7 haqqında Əsasnamə”nin 1-ci, 5.2-ci və 9-cu bəndlərinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X7 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi mərkəzi aparatının baş idarə səlahiyyətli müstəqil struktur qurumudur. Mərkəzin fəaliyyət istiqamətlərdən biri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməkdir. Mərkəzin strukturuna İnzibati nəzarət idarəsi daxildir. Mərkəz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti bu struktur bölməsi vasitəsilə həyata keçirir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsaslarına müvafiq qaydada hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə bağlı gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur və məhz bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, hazırki iddia iki tələbdən ibarətdir: 1. M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəbul edilən 31 yanvar 2019cu il tarixli 02 saylı qərarın ləğv edilməsi; 2. M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəbul edilən 28 fevral 2019-cu il tarixli 05 saylı qərarın ləğv edilməsi. Məhkəmə kollegiyası əvvəlcə iddianın ikinci tələbinə münasibət bildirir ki, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Adıçəkilən Qərarın 1 və 2-ci bəndlərində Konstitusiya Məhkəməsi şərh etmişdir ki: “1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. 2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.” Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının şərhinə əsaslanan məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının bütövlükdə ləğvini tələb etsə də, şikayətində M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəbul edilən 28 fevral 2019-cu il tarixli 05 saylı qərarın ləğv edilməsi tələbi barədə heç bir dəlilə - faktiki əsasa istinad etməmişdir. Həmin hissədə qərar prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilməyən hissəyə toxunulmamalıdır. İddianın apellyasiya şikayətinin dəlilləri ilə də mübahisələndirilən M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəbul edilən 31 yanvar 2019-cu il tarixli 02 saylı qərarın ləğv edilməsi tələbinə dair hissədə isə birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Belə ki, M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəbul edilən 31 yanvar 2019-cu il tarixli 02 saylı qərarının qəbul edilməsinə əsas kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4479/2018 saylı 12.11.2018-ci il tarixli qanuni qüvvəsini almış qərarı çıxış edir. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğu əsasında təqdim olunmuş 2- 1(81)-4479/2018 saylı işin sənədlərinə həmin məhkəmədə baxış keçirilən zaman məlum olmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4479/2018 saylı 12 noyabr 2018-ci il tarixli qərarı ilə iddiaçı Z.Məmmədovun iddiası təmin olunmuş, mərhum İ.Məmmədova M.Ə.Rəsulzadə Bələdiyyəsinin 12.09.2003-cü il tarixli 240 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin və Bələdiyyənin 04.05.2007-ci il tarixli 13/11 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq məqsədilə ayrılmış 390 kv.m. torpaq sahəsinin iddiaçı Z.Məmmədovun adına sənədləşdirilməsi vəzifəsi cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsinə həvalə edilmişdir. Sözügedən məhkəmə qərarından şikayət verilməmiş və qərar qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra edilməsi üçün M.Ə.Rəsulzadə Bələdiyyəsinə göndərilmişdir. Sonuncu tərəfindən məhkəmə qərarının məcburiliyi nəzərə alınaraq, 31 yanvar 2019-cu il tarixdə keçirilmiş bələdiyyə iclasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4479/2018 saylı 12.11.2018-ci il tarixli qərarının icrası məsələsinə baxılmış və mübahisəli torpaq sahəsinin Z.Məmmədova rəsmiləşdirilməsinə qərar verilmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, cavabdehin mübahisəli qərarı qanunazidd olmamışdır, mübahisələndirilən inzibati aktı qəbul etmiş cavabdeh həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-114/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X6 apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-912/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-912/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver