Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-912/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehna qarşı “keçmiş illər üçün müharibə veteranı təqaüdünün verilməsi öhdəliyinin cavebdehə həvalə olunması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7466/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “keçmiş illər üçün müharibə veteranı təqaüdünün verilməsi öhdəliyinin cavebdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2021-ci il tarixdən təyin edilmişdir. 2022-ci ilin fevral ayında o, cavabdehə müraciət edərək keçmiş illəri üçün müharibə veteran təqaüdünün ödənilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh orqan müraciətə cavabında bildirmişdir ki, ona müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2021-ci il tarixdən təyin edilmişdir (veteran vəsiqəsinin verildiyi tarixdən). İddaçı cavabdehin imtina məktubunu əsassız hesab edir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də,“Sosial müavinətlər haqqında” Qanuna əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir." Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə vətəndaşın ƏƏSMN tabeliyində DSMF-nin sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etdiyi tarixdə (xx.xx.2021) Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan 3 illik dövrü tələb etmək hüququ yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7466/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: « Qərarın 4-cü səhifə,9-cu abzasında hakim qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 613 saylı fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin fərmana 11 iyul 2005-ci il tarixli 257 nömrəli fərmanla edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal nəqliyyat və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğlərdə müavinət təyin edilmişdir. Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətlərin əvəzinə Azərbaycan Respublika Prezidentinin aylıq 80 manat məbləğində təqaüd təsis edilmişdir. Hörmətli hakim nəzərinizə çatdırmaq istəyirəm ki, xx.xx.2001-ci il tarixli 613 saylı və xx.xx.2005-ci il tarixli fərmanlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən 2012ci il aprel ayında müavinətlər dayandırılmışdır.Lakin müharibə iştirakçılarına (əmək pensiya alan və işləyən şəxslərə istisna olmaqla) təqaüd verilirdi. Hakim, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına istinad edərək müharibə veteran statusu almış şəxslərə yalnız təqaüd hüququ yaranan gündən hesablandığını qeyd edir. Hakimin istinad etdiyi fərmanda qeyd etdiyi məsələ ilə bağlı heç bir məlumat yoxdu və bununla hakim onun konstitusion hüququuu pozmuş olur. Qanunun özündə iki hissəni əks etdirir-de-yure de-fakto. De-fakto o, 1991 -ci ildə Laçın rayonunun özünümüdafiə taborunda xidmət etmişdir.De-yure isə həmin hərbi xidmətdə xidmət etməsi ilə bağlı məhkəmə yoluyla müharibə veteran adı və vəsiqəsini almışdır…” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı 2021-ci ildə veteran vəsiqəsini aldığını bildirərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin nümayəndəsi L.Məmmədova isə onunla razılaşmamış, veteran vəsiqəsi verildiyi tarixdən ona prezident təqaüdü təyin edilərək ödənildiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi (MV №01231) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci ilil tarixdə verilmişdir. İşin mübahisələndirilməyən halarından aydın olur ki, həmin tarixdən də cavabdeh tərəfindən iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan prezident təqaüdü təyin edilmiş və ödənilir. Konkret halda iddiaçı, apellyasiya şikayətinin qeyd olunan dəlillərində mübahisələndirir ki, keçmiş illər üçün müharibə veteranı təqaüdü verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə iddiaçı tələbində haqlı hesab oluna bilməz. Belə ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndi ilə xx.xx.2019-cu il tarixindən 80 manat aylıq məbləğində “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir (Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir). Qeyd olunmalıdır ki, «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.” Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iddiaçının keçmiş illərə görə prezident təqaüdü verilməsi barədə iddia tələbi əsaslı olaraq rədd olunmuşdur. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu və onun konstitusion hüqunu pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7466/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7466/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-912/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-912/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver