Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-912/2024 23.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılması” tələbinə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı mülkiyyətində olan “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin rəsmiləşdirilməsinə dair cavabdehə etdiyi müraciət həmin avtomobilin İsveç Krallığında oğurlandığı üçün “İNTERPOL” tərəfindən axtarışda olması əsası ilə təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobilə dair qeydiyyat hərəkətləri aparılmaqla, həmin nəqliyyat vasitəsinin alqısatqısının (özgəninkiləşdirilməsinin) rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobil xx.xx.2022-ci il tarixdə gömrük dəyəri ödənilməklə gömrük ekspertizası idarəsinin inspeksiya xidməti orqanı tərəfindən texniki eyniləşdirmə şəhadətnaməsinə əsasən qeydiyyatdan keçmiş və xx.xx.2022-ci il tarixdə həmin avtomobilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən ** EV *** dövlət qeydiyyat nişanı verilməklə iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır. Bu barədə Azərbaycan Respublikası BDYPİ tərəfindən qeyd edilən avtomobilə, xx.xx.2022-ci il tarixli, “BB 288568” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. 13 oktyabr 2022-ci il tarixdə BDYPİ-də avtomobili texniki müayinədən keçirib alqı-satqı müqaviləsi bağlamaq istəyərkən avtomobilin “İnterpol” xətti üzrə İsveç Krallığının müvafiq orqanları tərəfindən axtarışda olması bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobil üzərində mülkiyyət hüququnun tam formal xarakter daşıması davam etməklə, onun öz əmlakına (avtomobilə) sahib olmaq, həmin daşınar əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları bərpa edilməmiş qalmaqdadır. İşə baxan məhkəmə, iddiaçının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1.-ci maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun mövcudluğunu nəzərə almamışdır. İddiaçı ona mənsub əmlaka (daşınar əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu nəinki gerçəkləşdirə bilmir, hətta bu hüquqdan faktiki məhrum olmaqdadır. Tərəflərin izahatları : İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobil iddiaçının mülkiyətindədir. İddiaçı 13 oktyabr 2022-ci il tarixdə BDYPİ-də avtomobili texniki müayinədən keçirib alqı-satqı müqaviləsi bağlamaq istəyərkən avtomobilin “İnterpol” xətti üzrə İsveç Krallığının müvafiq orqanları tərəfindən axtarışda olması bildirilmişdir. İNTERPOLUN Baş Katibliyindən alınan məlumata görə, həmin avtomobil xx.xx.2022-ci il tarixdə İsveç Krallığında oğurlanmış və xx.xx.2022-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Qeyd edilən fakt üzrə iddiaçının əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətində olan “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobilə dair qeydiyyat hərəkətləri aparılmaqla, həmin nəqliyyat vasitəsinin alqı-satqısının (özgəninkiləşdirilməsinin) rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ hissə. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir; V hissə. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. İddiaçı apelyasiya şikayətində avtomobilin mülkiyyətində olduğunu, bu səbəbdən də cavabdehin hərəkətlərinin hüquqlarını pozduğunu bildirmişdir. İddiaçının qeyd etdiklərinə münasibətdə Kollegiya bildirir ki, “İnzibati İcraat Haqqında Qanunun” 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətində olan avtomobilin oğurlanmış avtomaşın kimi beynəlxalq dövlətlərarası axtarışda olan nəqliyyat vasitələrinin siyahısında olması işin mübahisəsiz halıdır. Cavabdehdə məhz bu səbəbdən avtomobilin istifadəsinə və özgələşdirilməsinə məhdudiyyət qoymaqda haqlı olmuşdur. İddiaçının apelyasiya şikayətinin digər dəlilləri formal mülahizələrdən ibarət olmaqla, mübahisələndirilən məhkəmə qərarının ləğvi üçün əsas təşkil etmədiyindən şikayət təmin olunmamalıdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin imtina səbəbləri əsaslı olduğundan, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. AR İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-912/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-912/2024
23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver