Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-913/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (10.08.1958-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Nizami rayon Xidmət Nümayəndəliyinə qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə 16 noyabr 2020-ci il tarixli, 2-1(82)-1861/2017 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 17.03.2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia qaldıraraq 13 mart 1979-cu il tarixdən 8 sentyabr 1997-ci il tarixədək “Neftqaztikinti” Trestinin idarələrində işlədiyi iş stajının AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahıya müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 10 avqust 2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004 – 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 aprel 2017-ci il tarixli 2-1(82)- 1861/2017 saylı qərarı ilə (hakim İ.Bayramova) iddia təmin edilərək, İddiaçı 13 mart 1979-cu il tarixdən 8 sentyabr 1997-ci il tarixədək “Neftqaztikinti” Trestinin idarələrində işlədiyi iş stajının AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahıya müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 10 avqust 2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004 – 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. 12.05.2017-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1567/2017 saylı, 8 avqust 2017-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, C.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1861/2017 saylı 18 aprel 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 14.09.2017-ci il tarixdə qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2110/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər İ.Dadaşov, K.Bədəlov, S.Hüseynova) cavabdehin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin 08 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 20.12.2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qərar icra edilməsi üçün cavabdehə ünvanlanmışdır. 05.02.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ünvan 3 ünvanlanmış məktubla İddiaçı 20 dekabr 2017-ci il tarixli, 2-1(82)-1861/2017 saylı qərarının icra edilərək ona hüququ yarandığı gündən əmək pensiyası təyin edildiyi qeyd edilmişdir. 08.07.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş 02.07.2020-ci il tarixli, **********6 №-li yeni açılmış hallara dair ərizədə məhkəmə icraatının təzələnməsi xahiş edilmişdir. 26.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, İddiaçı iddiasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.04.2017-ci il tarixli, 2-1(82)- 1861/2017 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bu hüququnun yarandığı tarixdən təyin olunması vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi tələbini irəli sürmüşdür. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 18 aprel 2017-ci il tarixli, 2-1(82)-1861/2017 saylı qərarı ilə iddia təmin edilmişdir. İPM-in Xİİ fəslinin tələblərinə uyğun olaraq iş üzrə icraat təzələnməli, məhkəmənin qərarı ləğv edilərək iddia rədd edilməlidir. İşin halları ilə bağlı aşağıdakılar diqqətə çatdırılır: ünvan 4 ünvanında qeydiyyatda olan 10 avqust 1958-ci il tarixdə doğulmuş İddiaçı 29 iyun 2017-ci il tarixli ərizəsinə əsasən DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin Pensiya üzrə komissiyasının qərarı ilə ona 10 avqust 2015-ci il tarixdən (57 yaşdan) «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin şərtlərinə əsasən AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na istinad etməklə və əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 29 il 6 ay sosial sığorta stajı, həmçinin 1 yanvar 2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmişdir. İddiaçı 27 mart 2017-ci il tarixli ərizəsi ilə DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət edərək, həmin Qanunun 9.8-ci maddəsinə əsasən 50 yaşdan əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablayaraq təyin olunmasını xahiş etmişdir. Həmin şöbənin vətəndaşa ünvanlanmış cavab məktubunda müraciətinin təmin edilməsinin mümkün olmadığı barədə məlumat verilmişdir. Eyni zamanda məlum olmuşdur ki, vətəndaşın adından eyni tələblərlə yazılmış iddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilməklə 17 mart 2017-ci il tarixdə həmin məhkəmədə qeydiyyata alınmış, həmin günün tarixi ilə müvafiq məhkəmənin təsdiq etdiyi sərəncamla şöbəyə vətəndaşın iddiası göndərilməklə 10 gün ərzində yazılı münasibətin (etirazın) bildirilməsi, həmçinin eyni tarixli üst məktubu ilə şöbə, 5 aprel 2017-ci il tarixdə keçiriləcək məhkəmənin hazırlıq iclasına cavabdeh qismində dəvət edilmiş, 10 aprel 2017-ci il tarixli məhkəmə bildirişində isə 17 aprel 2016-cı il tarixdə (tarix məhz belə də qeyd edilmişdir – “2016-cı il”) keçiriləcək şifahi məhkəmə baxışı iclasına cavabdeh qismində çağırılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 18 aprel 2017-ci il tarixli (İş № 2-1(82)- 1861/2017) qərarı ilə iddia təmin edilərək iddiaçının 13 mart 1979-cu il tarixdən 08 sentyabr 1997-ci il tarixədək “Azərdənizneftinşaat” Trestinin idarələrində işlədiyi iş stajını (fəhlə, polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı) AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən İ saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 10 avqust 2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004 – 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Vətəndaşın adından yazılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim etməklə qeydiyyatdan keçirilmiş müvafiq iddia ərizəsində yalan məlumat verilməklə onun DSMF Bakı şəhəri Nizami rayon şöbəsindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası aldığını və pensiyasının 10 avqust 2015-ci il tarixdən təyin edildiyi bildirmişdir. Bu fakt məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. İddia ərizəsində həmçinin 10 avqust 2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004 – 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbi qoyulmuşdur. Halbuki, məhkəmə baxışı keçirilərkən hələ vətəndaşa heç bir növ əmək pensiyası aparılmamışdır. Bunlardan əlavə, məhkəmə qərarının müxtəlif hissələrində bu məsələyə heç bir aidiyyəti olmayan DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin adının qeyd olunduğu aşkar edilmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, qərarın tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi deyil, yenidən hesablanması vəzifəsinin qoyulması olmuşdur. DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 8 avqust 2017-ci il tarixli 2-1(103)- 1567/2017 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 15 noyabr 2017-ci il tarixli, 2-1 (102)- 2110/2017 nömrəli qərarı ilə şöbənin şikayəti təmin olunmamışdır. Məhkəmə İddiaçı AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda müəyyən edilmiş işlərdə həqiqətən işləyib-işləməməsini aidiyyəti orqanların sənədləri əsasında araşdırmadan ona 13 mart 1979-cu il tarixdən 08 sentyabr 1997-ci il tarixədək olan dövrü iş stajına daxil edərək güzəştli şərtlə yaşa görə pensiya təyin edilməsi barədə qərar çıxarmışdır. Məhkəmə qərar çıxararkən müəyyən etdiyi iş dövrlərinin təsdiq edilməsi məqsədi ilə müvafiq müəssisə, idarə və təşkilatlardan heç bir rəsmi məlumat, o cümlədən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrdə çalışması barədə arayış tələb etməmiş, zəruri tədqiqat işləri aparmamış, iddiaçının polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Habelə, Ali Məhkəmənin və apellyasiya instansiyası məhkəməsinin qərarlarında qeyd olunanların birinci instansiyanın qərarının mətnində olduğu kimi təkrarlandığı müşahidə edilmişdir. Şöbəyə daxil olmuş məhkəmə qərarları və digər sənədlərə, o cümlədən “xxxx” Birgə Müəssisəsində 2004 – 2005-ci illərin əmək haqqına əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 10 avqust 2008-ci il tarixdən yenidən hesablanmış, 10 avqust 2008-ci il tarixdən hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə 1 iyul 2017-ci il tarixdən 185,54 manatdan 2.076,88 manata qaldırılmış və 1 sentyabr 2017-ci il tarixdən ödənişinə başlanılmışdır. 10 avqust 2008-ci il tarixdən 1 sentyabr 2017-ci il tarixədək olan dövr üzrə ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləği vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. 1 yanvar 2019-cu il tarixdən vətəndaşın aylıq pensiyası indeksləşdirmə nəticəsində 2.261,12 manata, 1 may 2019-cu il tarixdən 6 illik pensiya kapitalı əsasında yenidən hesablanmaqla 2.609,29 manata çatdırılmışdır. DSMF Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyasının yenidən hesablanılması və 1 fevral 2020-ci il tarixədək ödənilməsi nəticəsində ona dövlət büdcəsi hesabına külli miqdarda əsassız məbləğ ödənilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 fevral 2019-cu il tarixli **********2 nömrəli əmri ilə Nazirlik yanında DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırda eyni adlı Mərkəzi Filial) yaradılmış və İdarənin Əsasnaməsi təsdiq edilmişdir. Əsasnaməyə əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 9 və 20-ci maddələrinə əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi İdarənin səlahiyyətlərinə aid edilmişdir. Eyni zamanda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 30 aprel 2019-cu il tarixli **********7 nömrəli məktubuna əsasən 2019-cu ilin 10 may tarixinədək DSMF rayon (şəhər) şöbələri tərəfindən Qanunun qeyd olunan maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin Mərkəzi Filiala təhvil verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə və İPM-in 100-cü maddəsinə əsaslanaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 aprel 2017-ci il tarixli 2-1(82)- 1861/2017 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraaatın təzələnməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(82)-1861/2017 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iş üzrə «yeni açılmış hallarla bağlı» ərizə təmin edilmiş, İddiaçı cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» barədə iddia tələbinə dair iş üzrə icraat təzələnmişdir. Qərardaddan narazı qalan iddiaçı 11.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(82)-1861/2017 nömrəli qərardadının ləğv edilməsini və cavabdehin ərizəsinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin “yeni açılmış hallarla bağlı” ərizəsi tamamilə əsassızdır. 50 yaşdan pensiyaya çıxmaq onun qanuni haqqıdır. O, həmişə dənizdə işləmiş, hal hazırda da işləyir. Onun işinə üç məhkəmə instansiyası baxıb və onun xeyrinə qərar çıxarmışdır. Çünki onun əmək kitabçasında iş yerləri dəqiq göstərilb, əlavə sənədlərin olub-olmaması heç nəyi dəyişdirməyəcəkdir. O, 10 avqust 1958-ci ildə anadan olmuşdur. Artıq 62 yaşı vardır. Hər dəfə pensiyaya baxan orqanda dəyişiklik olanda qanuni qüvvəyə minmiş məhkəmə qərarları şübhə altına alınıb yenidən baxılsa, onda bu özbaşınalığa gətirib çıxarar. Nəticədə onun konstitutsion hüquqları pozulur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər sonuncu məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 (Bakı şəhəri 9 saylı Vəkil Bürosu) apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, cavabdehin ərizəsinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq, Vüsal Əliyevin yekunlaşmış iş üzrə iddiaçının nümayəndəsi olduğunu, hazırda Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun nümayəndə qismində iştirak etdiyi bütün işlərə yenidən baxıldığını, Vüsal Əliyev barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmünün olduğunu, hökmün sağlamlığa zərər vurma ilə bağlı olduğunu, bu səbəbdən həmin hökmün hazırkı iş üzrə icraatın təzələnməsi üçün əsas olmadığını bildirdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 16.03.2017-ci il tarixli, 1 il müddətinə verilmiş, reyestrdə 7E- 11510 nömrəsi ilə qeyd edilmiş etibarnaməyə (etibarnamə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi xüsusi notariusu X1 tərəfindən təsdiq edilib imzalanmışdır) əsasən X5 birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi olmuşdur. Azərbaycan Respublikası İPM-ə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər (100). Həmin Məcəllənin 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi məhkəmə icraatı yeni açılmış hallarla bağlı o vaxt təzələnə bilər ki, yeni aşkar olunmuş hallar və sübutlar ilkin məhkəmə icraatı zamanı ərizəçidən asılı olmayan səbəblərdən təqdim edilməsin. Belə ki, cavabdehin iş üzrə icraatın təzələnməsi barədə ərizəsində qeyd edilmişdir ki, Vətəndaşın adından yazılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim etməklə qeydiyyatdan keçirilmiş müvafiq iddia ərizəsində yalan məlumat verilməklə onun DSMF Bakı şəhəri Nizami rayon şöbəsindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası aldığını və pensiyasının 10 avqust 2015-ci il tarixdən təyin edildiyi bildirmişdir. Bu fakt məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Halbuki, məhkəmə baxışı keçirilərkən hələ vətəndaşa heç bir növ əmək pensiyası aparılmamışdır. Bunlardan əlavə, məhkəmə qərarının müxtəlif hissələrində bu məsələyə heç bir aidiyyəti olmayan Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin adının qeyd olunduğu aşkar edilmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, qərarın tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi deyil, yenidən hesablanması vəzifəsinin qoyulması olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ərizəsində qeyd etdiyi bu hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatları zamanı araşdırılmadığından, icraatın təzələnməsi üçün əsas qismində çıxış edir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yeni açılmış hallarla üzrə icraatın təzələnməs barədə ərizənin təqdim edilməsi ərizəçinin hüququdur. Şəxsin iddia tələbinə məhkəmə instansiyaları tərəfindən baxılsa da, qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olsa da, cavabdehin ərizəsində qeyd edilmiş halların araşdırılması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(82)-1861/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-913/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-913/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver