Məhkəmə qərarları › İş №2-1(103)-914/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-914/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-914/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Kazımov Elşən Cələddin oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-138/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia (İPM m.32.1.) ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.2018-ci il tarixli qərara əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə onun barəsində 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar rəsmi qaydada ona verilməmiş və qanunamüvafiq qaydada göndərilməmişdir. Həmin qərar qanunsuz olaraq və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razı deyil. Cavabdeh orqan onun iştirakı olmadan qanunsuz olaraq vergi yoxlaması keçirmişdir. Belə ki, cavabdeh vergi yoxlaması keçirərkən onun xəstə olmağından istifadə edərək ona ağ blankalara imza etdirmişlər. Ümumiyyətlə yoxlamanın təfərrüatları barədə onun heç nədən xəbəri olmamışdır. Çünki həmin vaxt o, xəstə idi və hətta həkim nəzarətində olmuşdur. Bundan istifadə edərək ona ağ blanklara imza etdirmişlər. Onun bütün sənədləri həmişə qaydasında olmuş, hal-hazırda da mövcuddur. Sözügedən qərar qərəzli şəkildə qəbul olunmuş, sənədlər lazımi qaydada araşdırılmamış və ona göndərilməmişdir. Sonradan xx.xx.2018-ci il tarixli qərarın icraya yönəldilməsi barədə icra qurumundan məlumat almışdır. Həmin qərar qəbul edilərkən işin taktiki halları düzgün araşdırılmamış, bilavasitə onun iştirakı təmin edilməmiş, iş üzrə sübutlardan və toplanmış materiallardan qətiyyən onun xəbəri olmamışdır. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli **********5549 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar qəbul edilməklə xx.xx.2018-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, ev 2A ünvanında yerləşən mağazada keçirilmişdir.Operativ vergi nəzarəti tədbiri zamanı alış qiyməti ilə 291646,00 manat dəyərində malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan əldə edilməsi və satış məqsədi ilə saxlanılması, xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 009219 nömrəli aktın tərtib edildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalandığı, bir nüsxəsinin qəbul edildiyi, nəzarət tədbiri zamanı vergi ödəyicisinin izahat verdiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh orqan tərəfindən xx.xx.2018-ci il tarixli **********3385 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq iddiaçıya 29164,60 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı ərizəsində əsassız olaraq cavabdeh orqanın onun iştirakı olmadan qanunsuz olaraq vergi yoxlaması keçirdiyini, cavabdehin vergi yoxlaması keçirərkən onun xəstəliyindən istifadə edərək ona ağ blanklara imza etdirdiyini qeyd etmişdir. O, xx.xx.2018-ci il tarixli aktı imzalamış və bir nüsxəsini qəbul etmiş, operativ vergi nəzarəti həyata keçirilərkən xx.xx.2018-ci il tarixdə etirafedici izahat vermiş və obyektdə qızıl satışı ilə məşğul olduğunu, şöbədə olan bütün malların ona məxsus olduğunu, siyahı üzrə tərtib olunmuş malların sayı və qiymətləri ilə razı olduğunu, malların alışına dair rəsmi sənədinin olmadığını, izahatı özünün yazdığını qeyd etmiş və imzası ilə təsdiq etmişdir. İş üzrə xx.xx.2018-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxarılmış və “ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə” xx.xx.2018-cİ il tarixli protokolla rəsmiləşdirilmiş, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti X6 tərəfindən xx.xx.2018-ci il tarixli ekspert rəyi tərtib olunmuşdur. Həmin ekspert rəyinə əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi mağazada olan malların alış qiymətinin 291646 manat olduğu müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-138/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə işə baxarkən və qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Qərarda göstərilən izahatlar faktiki məhkəmə iclaslarında verilmiş izahatlarla uyğunluq təşkil etmir.Çünki məhkəmə iclaslarında tamamilə başqa məsələlər araşdırılmışdır. Operativ vergi nəzarəti həyata keçirilərkən ona boş blanklara imza etdiriblər.Həmin sənədlərin içərisində olan guya tərəfindən yazılmış izahatın ekspertizaya göndərilməsini məhkəmədən xahiş etdi. Lakin məhkəmə xahişini təmin etmədi. Məhkəmə iclasında bildirdi ki, ümumiyyətlə, yoxlamanın təfərrüatları barədə onun heç nədən xəbəri olmayıb. Çünki həmin vaxt o xəstə olmuş və hətta həkim nəzarətində olmuşdur. Bundan istifadə edərək, ona həmin blanklara imza etdiriblər. Eyni zamanda, vergi yoxlaması həyata keçirilərkən o, yoxlayıcılara bildirdi ki, miivafiq mühasibatlıq sənədləri mühasibdədir və sənədlərin verilməsi üçün ona şərait yaradılması, vaxt verilməsini xahiş edir. Lakin vergi yoxlamasını həyata keçirən yoxlayıcılar buna məhəl qoymamış və müvafiq akt tərtib edərək, qanunsuz protokol və qərarlar qəbul etmişlər. Halbuki vergi yoxlaması həyata keçirilərkən o, bildirmişdir ki, malların alışına dair sənədlər mövcuddur və həmin sənədləri muhasibatlıqdan alıb təqdim edə bilər. Lakin vergi orqanının əməkdaşları bildiriblər ki, malların alışı yalnız elektron qaimə ilə həyata keçirilməli idi. Halbuki, həmin mallar xx.xx.2017-ci il tarixli 13 nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 və xx.xx.2017-ci il tarixli AB/001 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 alınmışdır və müvafiq qaimə-fakturalar (xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli) tərtib olunmuşdur.Yəni, vergi ödəyicisinin həmin vaxt elektron qaimə tərtib etmək kimi bir öhdəliyi olmamışdır.Göstərilənlərə əsasən iddiaçı tərəfindən mallar satın alınarkən alış sənədləri mövcud olmuşdur. Həmin qaimə fakturaları və digər sənədləri də məhkəməyə təqdim etmişdir. O məsələ də məhkəmə iclasında araşdırıldı. Cavabdehin nümayəndəsi həmin qaimə fakturalara münasibətdə bildirdi ki, malların satın alındığı fiziki şəxslərin X4 və X17 oglıınıın vergi orqanına təqdim etdivi hesabat və bəyannamələrdə həmin malların satılması ilə bağlı lıeç bir məlumat voxdur. X2 və X10 öz vergi hesabatlarını düzgün tərtib etmirlərsə, bunun günahı onda deyildir. Onun faktiki olaraq həmin malları xx.xx.2017-ci il tarixli 13 nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 və xx.xx.2017-ci il tarixli AB/001 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 almış və müvafiq qaimə-fakturalar (xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017ci il və xx.xx.2017-ci il tarixli) tərtib olunmuşdur. Vergi orqanı digər bir vergi ödəyicisinin məlumatlarına əsasən onun mühasibatlıq sənədlərimi əsassız və qanunsuz saya bilməz. Satın aldığını məhsula görə digər vergi ödəyicisini məcbur edə bilmir, vergi hesabatlarını düzgün tərtib etsin. Məhkəmə iclaslarında araşdırılan məsələlər bunlar olmuşdur, lakin məhkəmə öz qərarında bunları göstərməmişdir. Azərbaycan Respublikasının İnzibati Pşrosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı valnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Malların satış qiyməti ilə siyahısı, malların alış qiyməti ilə siyahısı və ekspertin ravi ümumiyyətlə məhkəmə iclasında tədqiq edilməmişdir. Bununla əlaqədar məhkəmə iclaslarında heç bir araşdırma aparılmadığı təqdirdə, məhkəmənin sadəcə bir cümlə ilə öz qərarında bunu qeyd etməsi həmin işin kifayət qədər araşdırılmadığını bir daha sübut edir. Eyni zamanda onu da qeyd edi ki, vergi orqanı xx.xx.2018-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarmış və keçirilmiş ekspertiza barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin ekspertinin müvafiq ekspert rəyini işə əlavə etmişdir. Halbuki həmin ekspertizanın keçirilməsində iştirak etməmişlər. Yəni, vergi orqanı tərəfindən keçirilmiş ekspertiza onun hüquqlarının kobud şəkildə pozulması ilə həyata keçirilmişdir. Məhkəmə isə həmin ekspert rəyini araşdırmadan malların satış qiyməti ilə siyahısı və malların alış qiyməti ilə siyahısını necə müəyyən etmişdir, çox maraqlıdır. Halbuki, məhkəmə vergi orqanı tərəfindən təyin edilmiş və keçirilmiş ekspertizanı nəzərə almamalı idi. Hazırki inzibati mübahisənin əsasını vergi ödəyicisi tərəfindən malların alışına dair rəsmi sənəd təqdim edilməməsi göstərilir.O, isə həmin sənədləri sübut qismində məhkəməyə təqdim etmişdir. Vergi orqanı isə iddia edir ki, malların alışına dair rəsmi sənəd təqdim edilməməsini guya tərəfindən verilmiş izahatda göstərmişdir. Həmin izahatı isə o yazmamış və vergi yoxlaması zamanı mühasibatlıq sənədləri mühasibdə olduğundan və sənədlərin verilməsi üçün ona şərait yaradılmasını, vaxt verilməsini xahiş etmiş, məhkəmə isə bunu üzə çıxarmaq üçün ekspertiza təyin etməli və həmin izahatın həqiqətən onun tərəfindən yazılıb-yazılmadığını ekspert rəyi ilə müəyyən etməli idi. Məhkəmə həmin formal sənədlərin düzgünlüyünü müəyyən etməli, tərəflərin faktiki qeyd etdiyi sübutlar əsasında mühakimə apararaq, həqiqətən müəyyən edilməsinə nail olmalıdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, cavabdehin nümayəndəsi O.Heydərli isə vergi orqanı tərəfindən vergi qanunvericiliyinin pozuntusuna yol verilmədiyi tədbir keçirilərkən iddiaçı obyektdə olmasa da, sonradan gəldiyini, mallara dair fakturaların mövcud olunmadığını, bu barədə izahat da verdiyini qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.8-ci maddəsi isə nəzərdə tutur ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda-alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İş materiallarından görünür ki, cavabdeh vergi orqanının xx.xx.2018-ci il tarixli **********5549 nömrəli qərarına (xx.xx.2018-ci il tarixdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmışdır) əsasən Bakı şəhəri, Nərimanov rayonu, X16 2A ünvanında yerləşən obyektdə (mağazada, fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda saatların və zərgərlik məmulatlarının pərakəndə satışı”) operativ vergi nəzarəti keçirilmiş, aşkar olunmuş faktlar barədə xx.xx.2018-ci il tarixli VN- 16 seriyalı 009219 nömrəli akt tərtib olunmuşdur. İşə əlavə olunmuş həmin aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN **********) məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, X16 2 A-da yerləşən obyektdə operativ vergi nəzarəti tədbiri zamanı obyektdə olan malların satış qiyməti ilə siyahısı tərtib edilmişdir, malların alış qiyməti ilə siyahısı, ekspertin rəyi akta əlavə edilmişdir, vergi ödəyicisi tərəfindən malların alışına dair rəsmi sənəd təqdim edilməmişdir. Halbuki, 71.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. İşə əlavə olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3385 nömrəli xx.xx.2018-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, qeyd olunan akt əsasında iddiaçı Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi ilə, vergi ödəyicisinə məxsus olan malların alışını təsdiq edən qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə iddiaçı 29164,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilərək, xx.xx.2019 tarixədək 29164,60 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayətində mübahisələndirir ki, həmin mallara dair məhkəməyə təqdim etdiyi sənədlər birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə ki, onun faktiki olaraq həmin malları xx.xx.2017-ci il tarixli 13 nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 xx.xx.2017-ci il tarixli AB/001 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 almış və müvafiq qaimə-fakturalar (xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017ci il və xx.xx.2017-ci il tarixli) tərtib olunmuşdur. Birincisi iş materiallarına əsasən iddiaçının istinad etdiyi həmin fakturalar operativ vergi nəzarəti zamanı cavabdeh vergi orqanına, nə də ki, birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edildiyi müəyyən olunmur. İş materiallarından isə görünən odur ki, xx.xx.2018-ci il tarixdə iddiaçının iştirakı ilə tərətib olunmuş 009219 nömrəli akt onun tərəfindən imzalanmış və bir nüsxəsini qəbul etmişdir. Eyni zamanda, onun xx.xx.2018-ci il tarixdə onun izahatı da alınmış və həmin izahatında Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, ev 2A ünvanında yerləşən obyektdə qızıl satışı ilə məşğul olduğunu, şöbədə olan bütün malların ona məxsus olduğunu, siyahı üzrə tərtib olunmuş malların sayı və qiymətləri ilə razı olduğunu, malların alışına dair rəsmi sənədinin olmadığını, özü tərəfindən izahatın yazıldığını və imzası ilə təsdiq etdiyini etiraf etmişdir. Ən azından, iddiaçının apellyasiya şikayətində bir tərəfdən boş blanka imza etdiyini, digər tərəfdən isə izahatı özü yazmadığını bildirən ziddiyyətli əsaslandırılmayan dəlilləri nəinki qeyd edilənləri təkzib edir, əksinə, həqiqliyini təsdiq edir. Ona görə də iddiaçının məhkəmə tərəfindən ekspertiza təyin edilməli olduğunu bildirən dəlilləri formal və işi uzatmaq məqsədini daşıyan dəlillər kimi qiymətləndirilməlidir. Onun apellyasiya şikayətində istinad etdiyi alqı-satqı müqavilələri əsasında təqdim edildiyini mübahisələndirdiyi qaimə fakturalar - hazırkı mərhələdə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Həmin fakturalar - Nərmin Məmməd qızı (VÖEN:**********) tərəfindən iddiaçıya təqdim edilmiş GDK seriyalı: 282203 №-li xx.xx.2017-ci il tarixli, 282202 №-li xx.xx.2017-ci il tarixli və 282201 №-li xx.xx.2017-ci il tarixli, habelə, X10 tərəfindən ona təqdim olunmuş 094829 №-li xx.xx.2017-ci il tarixli – elektron qaydada təqdim olunmayan kağız daşıyıcı üzərində tərtib olunmuş qaimə fakturalardır. Halbuki, Vergi Məcəlləsinə əlavə edilmiş, 16 dekabr 2016-cı il tarixli 454- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və 1 yanvar 2017-ci il tarixdən qanuni qüvvəyə minmiş 71-1.1-ci maddəsinin birinci cümləsi nəzərdə tuturdu ki, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Həmin Məcəllənin 71.1.1.1-ci və 75.1.5.1-ci maddələrindən isə görünür ki, malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı mallar göndərilən (verilən) vaxt elektron qaiməfaktura təqdim edilməlidir. İddiaçının hazırkı mərhələdə təqdim etdiyi qaimə fakturalar Vergi Məcəlləsinin qeyd olunan tələbinə uyğun gələn elektron qaimə-fakturalar deyildir. Vergi Məcəlləsinin 77.3-cü maddəsindən isə görünür ki, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə 29171,66 manat məbləğində maliyyə sanksiyası qismində vergi məsuliyyətinə cəlb olunması işin sübutlarla müəyyən olunan hallarına və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Belə olan halda, həmin qərar iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 70.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin inzibati akt qanuna zidd iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda, iddiaçı tərəfindən cavabdehin mübahisələndirilən qərarı ilə onun hüquqlarının pozulduğu sübuta yetirilmir. İddiaçının apellyasiya şikayətinin, operativ vergi nəzarəti zamanı aşkar olunan elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası olmayan malların “Azərekspertiza” Birliyinin ekspert rəyi ilə satış dəyərinin 29164,60 manat məbləğində müəyyən edilməsi ilə razılaşmayaraq məhkəmə tərəfindən ekspertiza təyin edilməli olduğunu ekspertizn dəlilləri də əsassızdır. Çünki, hansı halları əsas tutaraq həmin rəylə razılaşmadığı əsaslandırılmamış, digər tərəfdən işə əlavə olunmuş xx.xx.2018-cİ il tarixli “Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə” protokoldan görünür ki, hər hansı arazılığını bildirmədən həmin protokolla tanış olub onu imzalamış, üçüncü bir tərəfdən həmin malların satış qiymətlərini əks etdirən elektron qaimə fakturalırını təqdim etməmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini düzgün nəticə kimi qiymətləndirir. Bu mənada, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi işə baxarkən və qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etmədiyini obyektiv araşdırma aparmadığını, sübutlara düzgün hüquqi qiymət vermədyini və tətbiq edilməli olan hüquq normasını tətbiq etmədyini və düzgün təfsir etmədyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-138/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-138/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar