Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-915/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xüsusi X2rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1424/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1424/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xüsusi X2rşı iddia tələbi təmin edilərək, iddiaçıya xx.xx.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı nəzərə alınaraq əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Qaradağ rayon şöbəsinin üzərinə qoyulmuşdur. Qərarla razılaşmayan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlillərinə görə, iddiaçının işlədiyi peşələr «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin göstəricilərin siyahısı»nda göstərilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının x xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Qaradağ rayon şöbəsi, əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)- 2070/19 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1424/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinin apelyasiya şikayəti təmin edilməmişdir. Qərardan cavabdeh kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin İİK-nın 21(102)- 216/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)- 2070/19 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək təkrar apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ərizə iləAzərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri, Qaradağ rayon şöbəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh xx xxxxxx 2019-cu il tarixli məktubla müraciətin təminindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqları xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 9.1-ci maddəsində yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilmə şərtləri müəyyən edilmişdir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin əsas şərti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq etdiyi siyahı üzrə tələb olunan sığorta stajının yığılmasıdır. Sizin xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Volqodon X1raşdırıcı peşəsi, xx.xx.1994cü il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1997-ci ıl tarixdən xx.xx.1999-cu il tarixədək Bakı Dərin özüllər zavodundakı qaz kəsicisi peşəsi, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək “X7” MMC-dəki quraşdırıcı peşəsi və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin müəssisədəki kəsici peşəsi, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “xxxxxxxx” MMC-də işlədiyiniz quraşdırıcı peşəsi (əgər polad və dəmir beton konstruksiyaların quraşdırılması ilə məşğul olmusunuzsa) Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda nəzərdə tutulmuşdur və 57 yaşında pensiyaya hüquq verir. Lakin xx.xx.2006-cı il tarixədək güzəştli stajınız 10 il təşkil edir. Güzəşt şərtlərlə 57 yaşında yaşa görə pensiya hüququ üçün isə xx.xx.2006-cı il tarixədək azı 12 il 6 ay güzəştli staj tələb olunur. xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək xxxxxxxx MMC-də işlədiyiniz quraşdırıcı briqadiri siyahıya daxil edilməmişdir. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda bir cox sahələrdə briqadirlər güzəşt hüququ verən vəzifələrin siyahısında nəzərdə tutulmuşdur. Məsələn, Metallurgiya istehsalı sahəsində bunker briqadirləri, tökücü maşın briqadirləri, qəliblər təsərrüfatının briqadirləri, filiz Təsərrüfatının briqadirləri; boru istehsalında çəkici şöbələrinin briqadirləri, boru elektrik caynaq dəzgahlarının sazlayıcı briqadirləri; koks kimya istehsalında əsas istehsal sahələrinin briqadirləri və s. həmin siyahıda nəzərdə tutulmuşdur. xx.xx.2011-ci il tarixdən hal hazıradək işlədiyiniz quraşdırıcı usta peşəsi Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, Sizin güzəştli şərtlərlə əmək pensiyası hüququnuz 60 (xx.xx.2017-ci il tarixdən Qanunda edilmiş dəyişikliyə qörə) yaşında yaranacaqdır. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Qaradağ rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı nəzərə alınaraq əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci ildən hazırki vaxta qədər əmək fəaliyyəti ilə məşğul olur. Həmin işlər zərərli iş şəraitində aparılan işlərə aiddir. O, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu müddətdə, yəni x xxxxxx 2006-cı ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahı üzrə 20 il ümumi, 10 il zərərli iş stajını tamamlamışdır. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Qaradağ rayon Şöbəsinə müraciət etmişdir. Lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “Metallurgiya istehsalatı” adlanan İİİ Bölməsindəki “Polad və ferroərintilər istehsalatı” yarımbölməsinin “isti işlərdə məşğul olan (tökücü pult, qazla kəsmə, əsas post, yığıcı mexanizmlər) pəstahların fasiləsiz tökmə maşınlarının operatorları” şifrinə və “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlanan X bölməsinin “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsinin “dəniz buruqları özüllərinin və estakadalarının quraşdırılması və təmiri üzrə çilingərlər” adlanan 1100000a-18496 şifrinə uyğunlaşdırılmalıdır. Hər iki hal iddiaçıya münasibətdə mövcud olduğuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır. Belə ki, iddiaçı hesab edir ki, ona 52 yaşdan (xx xxxx 2014-cü il tarixdən) güzəştli şərtlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarına görə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququ olan şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə stajı 2006cı ilin yanvarın 1-dək 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx xxxx 1962-ci il təvəllüdlü olmaqla 52 yaşını xx xxxx 2014-cü il tarixdə tamamlamışdır. İşdə olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki,İddiaçı 1979-1980-ci illərdə təhsil almış, xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilə qədər sovet ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilə qədər Volqa-Don Tikinti-Quraşdırma İdarəsində quraşdırıcı, xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilə qədər Bakı Dərin Özüllər Zavodunda çilingər, qazla kəsici, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilə qədər çilingərmontajçı, xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilə qədər Bakı Dərin Özüllər Zavodunda qazla kəsici, xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə qədər “X7” LTD-də quraşdırıcı, xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilə qədər kəsici, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə qədər kəsici, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə qədər «xxxxxxxx» MMC-də quraşdırıcı, xx.xx.2005-ci ildən xx.xx.2011-ci ilə qədər quraşdırıcı birqadiri vəzifəsində işləmişdir. Kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişi ilə əlaqədar iddiaçının işlədiyi xx.xx.1997-xx.xx.1999-cu illərlə bağlı “Bakı Dərin Özüllər Zavodu”na və xx.xx.1999-xx.xx.2003-cü illərlə bağlı (“X7”LTD-də işlədiyi dövrə aid) “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə işlədiyi peşələrin xarakterinə görə güzəştli iş stajına aid olub-olmaması barədə sorğular edilmişdir. “Bakı Dərin Özüllər Zavodu” xx xxxx 2020-ci il tarixli məktubla sorğunu cavablandıraraq bildirmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixli 60/K saylı əmrə əsasən Bakı Dərin Özüllər zavodunda 5-ci dərəcəli yığıcı cilingər peşəsinə qəbul olunmuş, xx xxxxxx 1999-cu il tarixli 10/K saylı əmrə əsasən öz arzusu ilə işdən azad edilmişdir. Onun işlədiyi yığıcı cilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilən müvafiq bəndlərdə nəzərdə tutulmamışdır. “X7”LTD ləğv olunduğundan iddiaçıya aid məlumatları əldə etmək mümkün olmamışdır. Beləliklə, iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli siyahısında nəzərdə tutulmamışdır. Qeyd etmək lazımdır ki, həmin peşələr 2 nömrəli siyahıda nəzərdə tutulmuşdur ki, bu hüququnun yaranması üçün onun 25 il ümumi stajı, bu müddətin azı 12 il 6 ayını 2 nömrəli siyahıda göstərilən işlərdə çalışması və 57 yaşa catması tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Belə olan halda hazırki iş üzrə iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanununvericiliyin tələblərinə ziddir və cavabdehin imtinası iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1424/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinin apelyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1424/2019 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xüsusi X2rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-915/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-915/2020
21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver