Məhkəmə qərarları › İş №2-1(103)-915/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-915/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-915/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs: 5 saylı şəhər Poliklinikası) qarşı “əlillik müddətinin uzadılması və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9970/2021 saylı iş üzrə qəbul etdiyi 28 oktyabr 2021ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı 2-ci dərəcəli (qrup) əlillik müddətinin uzadılmasından imtina barədə cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və mövcud 2766003AADWB (TQS № 088- də) saylı Göndərişdə əks olunmuş/təsdiqlənmiş tibbi diaqnozları/xəstəlikləri nəzərə alınmaqla, əlillik müddətinin 1 (bir) il - növbəti müayinəyədək uzadılması vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9970/2021 saylı iş üzrə qəbul etdiyi 28 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş, apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin (TSE və RA-nın) xx.xx.2021-ci il tarixli Qərarı ilə əlillik müddətinin uzadılmasından guya “Tam reabilitasiya olmağı bildirilərək və eyni zamanda 5 (beş) il də stasionar müalicənin yetərli olmaması ilə bağlı mənə müalicənin davam etdirilməsi” məsləhət görülərək imtina edilmişdir. Halbuki, hələ müharibə vaxtı (Əfqanıstan, 1-ci Vətən) və sonradan kəskinləşən, 2012-ci ildən isə 2- ci dərəcəli əlilliyimə səbəb olmuş, “seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı” diaqnoz/xəstəlikdən 10 (on) il müddətində nəinki sağalmamış, hətta bu xəstəliyi kəskinləşməklə səhhəti daha da pisləşmişdir. Cavabdehlərin (TSEK-in) sonuncu müayinəsinə görə hazırda diaqozu: “Seropozitiv revmatoid artrit, revmatoid artrit, seropozitiv forma 11 dərəcə aktivlik İll mərhələ hormondan asılı. Dayaq-hərəkət aparatının funksional pozğunluğu 11 dərəcə İkinsili osteoparoz pataloji sınıq olmadan. Sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları, dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dərəcə xəstəlikləridir. Səhhətində ağırlaşma olduğuna görə səhiyyə müəssisəsi tərəfindən müayinə edildikdən sonra rəsmiləşdirilmiş 2766003AADWB (TQS № 088) saylı göndərişdə səhhətini əks etdirən bütün funksional diaqnostik, laboratorlar, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi təsdiqlənmişdir və ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətlər qeyd edilmişdir. Belə halda müvafiq qaydada əlillik vəziyyəti tələb olunduğu kimi, iştirakı olmadan qiymətləndirilib, əlillik müddətimin heç olmazsa 1 (bir) il də - növbəti müayinəyədək uzadılması və bu müddətdə reabilitasiya tədbirlərinə cəlb olunmağı barədə müvafiq qərar verilməli idi. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, mübahisənin obyektiv və ədalətli həlli üçün iş üzrə əlavə məhkəmə tibbi- ekspertizası təyin edilməlidir. İş materiallarından müəyyən edilir ki: İddiaçı əlillik vəziyyəti 5 saylı Şəhər Poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər=> M06.8- Digər d...; Diaqnozun mətni: Revmatoid artrit, poliartrit.ş İİİ aktivlik dərəcəsi, hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatoid artrit, poliartrit.ş İİİ aktivlik dərəcəsi, hormondan asılı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 5 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05- M14 - lltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d...; Diaqnozun mətni: Revmatoid artrit, poliartrit İİİ aktivlik dərəcəsi,hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatoid artrit, poliartrit İİİ aktivlik dərəcəsi,hormondan asılı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 2766003AABMO saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 lltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero...; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - İltihabı poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero....; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 5 Nömrəli Şəhər Poliklinikası tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına ünvanlanmış İddiaçı barəsində TQS №088 2766003AADWB göndərişə əsasən aşağıdakı diaqnoz qoyulmuşdur (Göndərişin rəsmiləşdirildiyi tarix: xx.xx.2021): Əsas diaqnoz M05 - Seropozitiv revmatoid artrit revmatoid artrit, poliartrit, seropazitiv forma İİ dər aktivlik İİİ mərh. hormondan asılı. dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dər. ikincili osteoparoz pataloji sınıq olmadan; ağırlaşması m95.8 - Sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dər. m81 - patoloji sınıq olmadan osteoporoz ikincili osteoparoz pataloji sınıq olmadan TSEK-ə göndərişə əsas verən göndərişin status localis qrafasında müəyyən olunur ki, hər iki pəncənin “Axilles” daban mahmızı sol pəncədə “hallux valqus” revmatoid artrit, poliartrit, seropazitiv forma ii dərəcə aktivlik iii mərhələ hormondan asılı. dayaq-hərəkət aparatının funksional pozğunluğu ii dərəcə. ikincili osteoparoz pataloloji sınıq olmadan. 2012-ci İldən İİ qrup əlildir. Əlillik müddəti bitdiyinə görə TSEK-ə göndərilir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADWB saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero...; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, Revmatoid artrit, poliartrit, seropazitiv forma İİ dər aktivlik İİİ mərh. hormondan asılı. Dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dər. İkincili osteoparoz pataloji sınıq olmadan.Sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları, Dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dər.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər son 5(beş) ildə stasionar müalicə yetərli deyil. İxtisaslaşmiş müayinə və müalicə məsləhət görülür” səbəbi ilə xx.xx.2021-ci il tarixdə imtina verilmişdir. Bundan sonra iddiaçı hazıki tələblə məhkəməyə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi 3 ayrı tələbdən ibarət olmaqla, xx.xx.2021-ci il tarixli qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi – müəyyən etmə və tanınmaq haqqında; 2-ci dərəcəli (qrup) əlilin ixtisaslaşmış müayinə və müalicə almağının təmini məqsədilə, cavabdehin üzərinə əlillik müddətinin 1 (bir) il - növbəti müayinəyədək uzadılması - məcburetmə haqqında; reabilitasiya tədbirlərinə cəlb olunmağı vəzifə qoyulması - öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İşin hallarından görünür ki, iddiaçıya 2012-ci ildən ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu təyinatın xx.xx.2021-ci ildə bitməsindən sonra, əlillik müddətinin növbəti 1 il üçün uzadılmasından cavabdeh orqan tərəfindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0- J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0- E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. TSEK-ə göndərişə əsas verən göndərişin status localis qrafasında müəyyən olunur ki, hər iki pəncənin “Axilles” daban mahmızı sol pəncədə “Hallux valqus” revmatoid artrit, poliartrit, seropazitiv forma İİ dərəcə aktivlik İİİ mərhələ hormondan asılı. Dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dərəcə. İkincili osteoparoz pataloloji sınıq olmadan. 2012-ci ildən İİ qrup əlildir. Əlillik müddəti bitdiyinə görə TSEK-ə göndərilir. İnzibati orqan tərəfindən qeyd edilən göndəriş əsasında iddiaçının əlilliyinin növbəti 1 il uzadılmasına dair xx.xx.2021-ci il tarixli imtinasının əsası kimi isə “tam reabilitasiya olunması - səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar son 5 ildə stasionar müalicə yetərli deyil. İxtisaslaşmış müayinə və müalicə məsləhət görülür” qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin xx.xx.2021-ci il tarixli qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, “... səhiyyə müəssisəsi tərəfindən TSEK-ə olan göndərişə əsasən əsas diaqnoz (M05) və onun ağırlaşmaları (M95.8 və M81) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsinə əsasən, hər hansı dərəcədə (İ, İİ və İİİ) əlillik təyin etmir. Bu səbəbdən əlilliyin təyin edilməsindən imtinada iddiaçının “tam reabilitasiya olunması səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar son 5 ildə stasionar müalicə yetərli deyil. İxtisaslaşmış müayinə və müalicə məsləhət görülür” əsasının göstərilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, əsas diaqnoz və onun ağırlaşması əlillik təyin etmədiyindən inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Odur ki, cavabdeh qurumun imtinasının məzmununun məhkəmənin qənəatindən fərqli olması səbəbindən aparılmış qiymətləndirmənin nəticəsinin etibarsız hesab edilməsini həddən artıq formallıq hesab edir. ... Göndərişdə göstərilən “yanaşı xəstəliklər” qrafasında XBT 10-a əsasən, əlillik müəyyən edən xəstəlik və kodu göstərilməsinə baxmayaraq (İ11.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi İİ mərh), məhkəmə qeyd edir ki, əlillik göndərişdə qeyd olunmuş məlumatlar əsasında qiymətləndirildiyindən əlilliyin təyin edilməsi üçün əsas qismində məhz əsas diaqnoz və onun ağırlaşması nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı cavabdehin imtina əsaslarının düzgünlüyünün yoxlanılması və işin hallarının obyektiv araşdırılması məqsədilə hazırki iş üzrə məhkəmətibbi ekspertizası təyin edilmiş, T121/2022 saylı ekspert rəyi xx.xx.2022-ci il taridə məhkəməyə daxil olmuşdur. Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “1-3. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2766003AADWB saylı göndərişlə göndərilmiş 088 saylı arayışda olan diaqnoz “seropozitiv revmatoid artrit, revmatoid artrit, poliartrit, seropazitiv forma İ dərəcə, aktivlik İİİ mərhələ, hormondan asılı, dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dərəcə, ikincili osteoparoz patoloji sınıq olmadan, sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları, dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dərəcə” kliniki, laboratorinstrumental müayinələr əsasında düzgün müəyyən olunmuşdur. Qeyd edilən diaqnoz əyani müayinədə anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmadığından “Diaqnoz” əlillik əlaməti təyin etmir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli №-413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamədə olan xəstəliklərin əhatə dairəsinə düşmür. 4. Vətəndaş İddiaçı düçar olduğu yuxarıda qeyd edilən xəstəlik xronikidir, xroniki xəstəliklər tam reabilitasiya olunmurlar, lakin ilin yaz və payız fəslində nəmişli havada xəstəlik kəskinləşə bilər və bu zaman səhhətinə uyğun müvafiq müalicə təyin edilir.” Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya həmçinin qeyd edir ki, işin hallarından və qeyd edilən ekspert rəyinin nəticə hissəsindən də aydın olur ki, iddiaçının sağlamlıq vəziyyətinə uyğun olan diaqnozu qanunvericilikdə müəyyən edilmiş ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas olan diaqnozlar sırasına daxil deyildir. Həmin diaqnoz üzrə sağlamlıq vəziyyətinin pisləşməsi isə xroniki nasazlıq olduğundan cavabdehin imtinasında qeyd edildiyi kimi ixtisaslaşmış müalicə tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən, cavabdehin iddiaçıya ikinci qrup əlilliyin növbəti 1 il üçün təyin edilməsinə dair xx.xx.2021-ci il tarixli imtina cavabının əsaslı olduğu, İddiaçı xx.xx.2021-ci il tarixli qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi və 2-ci dərəcəli (qrup) əlilin ixtisaslaşmış müayinə və müalicə almağının təmini məqsədilə, cavabdehin üzərinə əlillik müddətinin 1 (bir) il - növbəti müayinəyədək uzadılmasına dair iddia tələblərinin isə əsassız olduğu müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. AR İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı apelyasiya şikayətində revmatoid artrit xəstəliyindən və onun ağırlaşmasından əziyyət çəkdiyini bildirirərək həmin xəstəlik üzrə ona növbəti 1 il üçün əlillik dərəcəsi təyin edilməli olduğunu bildirmiş, lakin işin yuxarıda müəyyən edilən faktiki hallarının əksini sübut edən hər hansı dəlilli şikayətinə əlavə etməmiş, məhkəmə araşdırması zamanı təqdim etməmişdir. Cavabdeh apelyasiya şikayətində həmçinin “Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 128 nömrəli Qərarına istinad edərək, qərarın ona münasibətdə tətbiq edilməli olduğunu bildirmişdir. Bununla bağlı kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, “Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 128 nömrəli Qərarına və həmin qərara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 215 nömrəli qərara əsasən 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 iyul tarixinədək, xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunan rayonlarda (şəhərlərdə) isə sərtləşmə müddətinin başa çatdığı tarixədək uzadılmışdır. İddiaçının əlillik müddəti isə xx.xx.2021-ci il tarixdə başa çatdığı və xx.xx.2021-ci il tarixdə qiymətləndirildiyindən qeyd edilən qərarın ona şamil olunmalı olması əsası müəyyən edilmir. Kollegiya həmçinin bildirir ki, hazırki iddia tələbi xx.xx.2021-ci il tarixli qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi və 2-ci dərəcəli (qrup) əlilin ixtisaslaşmış müayinə və müalicə almağının təmini məqsədilə, cavabdehin üzərinə əlillik müddətinin 1 (bir) il - növbəti müayinəyədək uzadılması hissələrində əsassız olduğundan, reabilitasiya tədbirlərinə cəlb olunmağı vəzifə qoyulması hissəsində də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə isə işin faktiki halları baxımından qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9970/2021 saylı iş üzrə qəbul etdiyi 28 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar