Məhkəmə qərarları › İş №2-1(103)-915/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-915/2023

10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-915/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X29 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X12 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8334/2022 saylı 03 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı MMC (VÖEN: **********) xx.xx.2019-cu ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 3r. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6625 №-li qərarı ilə İddiaçı MMC-də nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022- ci il tarixədək (xx.xx.2022-ci il daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********6636 №li tələbnamə İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vegi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002622 saylı xx.xx.2022-ci il tarixli aktdan və ona əlavədən görünür ki, 07 nəfər fiziki şəxsin (X30, X11, X31, X32, X19, X33, X8) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunmuşdur və qeyd edilən akt İddiaçı MMC-nin (“X27”) qanuni təmsilçisi Mamedov Gusein tərəfindən imzalanaraq qəbul edilməkdən imtina olunmuşdur. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, BŞLGBİ-nin xx.xx.2022-ci il tarixli **********6625 saylı qərarına əsasən "xxxx" MMC-də OVN tədbirləri həyata keçirilmişdir. Həmin tədbirlərin nəticəsinə görə xx.xx.2022-ci il tarixli DVX002622 saylı aktın tərtib edilməsi barədə onlara fevralın 10-da heç bir məlumat verilməmiş və həmin akt, qeyri müəyyən səbəbdən yalnız xx.xx.2022-ci il tarixli **********297800 saylı Bildirişlə AVİSsistemi vasitəsilə onlara göndərilmişdir. Qeyd edilən aktda muzdlu işə cəlb olunmuş cəmi 25 nəfərdən, 7 (yeddi) nəfərin əmək müqavilələrinin qüvvəyə minmədən işləri yerinə yetirdikləri bildirilir. Aktda qeyd edilən 7 nəfərlə bağlı aşağıdakıları nəzərə çatdırırlar: 1) X13 yazdığı izahatına əsasən o, Tibb Universitetinin müəllimi (onların əməkdaşı) Arzu xanımın tələbəsi olaraq, yoxlama keçirilən günü təcrübə keçmək məqsədi ilə klinikaya gəlmiş, stasionar otaqda olduğu üçün (daxili qaydalara əsasən) ağ xalat geyinmişdir. Klinikanın muzdlu işçisi olmadığından ona xx.xx.2022-ci ildə təcrübə keçməsi ilə əlaqədar heç bir ödəniş (əmək haqqı və s.) edilməmişdir. Qeyd edilənlər X13 yazdığı izahatında öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixindən etibarən klinikaya təcrübə ilə əlaqədar bir daha gəlməmişdir. 2) X14 yazdığı izahatına əsasən xx.xx.2022-ci il tarixində klinikada həkim köməkçisi kimi fəaliyyət göstərən Parlanova Jalənin həmin gün özünün toy mərasimi olması səbəbindən əvəz etməsi səbəbindən klinikada olmuşdur. Həmin gün üçün klinika tərəfindən X20 heç bir ödəniş edilməmişdir. 3) Aktın əlavəsində 2-ci sətrdə adı qeyd edilmiş Həsənova Pərvanə adlı şəxs ümumiyyətlə yoxlama aparılan müddətdə klinikada olmamışdır. Göndərilmiş yoxlama materiallarına əlavə edilmiş izahatlarda digər bir şəxs X15 mövcuddur. X3 alınmış izahatda xx.xx.2022-ci il tarixndə klinikaya əlavə işlə əlaqədar müraciət etdiyi, onların klinikasında işləmədiyini və maaş almadığını bildirmişdir. X1 Bakı Şəhər Səhiyyə İdarəsində (Semaşko klinikası) həkim kimi rəsmi fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2022-ci il tarixli DVX002622 saylı aktda əsassız olaraq adları qeyd edilmiş Şükürova Gülər, Azayeva Mədinə və Həsənova Pərvanənin ümumi siyahıdan çıxarılaraq qərar qəbul edilməsi xahiş olunmuşdur. Aktda adları qeyd edilmiş digər 3 nəfər, yəni X30, X33, X8 ilə tərəflərindən elektron qaydada əmək müqaviləsi bağlanmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7763 №-li qərarı ilə İddiaçı MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 07 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, onun vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının, məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********7764 №-li Tələbnamə ilə İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixədək 14.000 manat məbləğində vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi tələb olunmuşdur. Hazırda İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7763 №-li qərarının ləğvi” barədədir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti həyata keçirilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 10 fevral 2022-ci il tarixli 002622 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında BŞLGBİ tərəfindən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********7763 saylı nömrəli qərar çıxarılmışdır. xx.xx.2022-ci il tarixli, **********6636 saylı “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" tələbnamə ilə xx.xx.2022-ci il tarixində tələbnamə ilə tanış olduqdan sonra tərəflərindən xx.xx.2022-ci il tarixində tələbnaməyə imza edilmiş və möhür vurulmuşdur. Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" tələbnamənin üçüncü bəndində, tələbnamədə göstərilən sənədlərin bir iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının BŞLGBİ-yə təqdim olunması qeyd olunmuşdur. Həmçinin, tələbnamənin 5-ci abzasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 377 və 380-ci maddələrinə əsasən sənədlərin verilməsi barədə tələb yönəldilən şəxs tərəfindən həmin sənədləri göstərilən müddətdə təqdim edilməsi tarixindən operativ vergi nəzarəti müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanılır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Lakin, tələbnamə ilə xx.xx.2022-ci il tarixində tanış olmaqlarına baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən sənədlərin təqdim olunması üçün nəzərdə tutulan bir iş günü müddəti gözlənilmədən, xx.xx.2022-ci il tarixli DVX 002622 saylı AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə VM-nin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmişdir. BŞLGBİ-nin xx.xx.2022-ci il tarixli **********7763 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Müəssisədə əmək müqaviləsi olmayan və izahatları vergi əməkdaşları tərəfindən məcburi alınan şəxslər araşdırılmış və məlum olmuşdur ki, X30 müəssisənin işçisi olmamış, vergi yoxlaması keçirilən zaman müəssisənin fəaliyyəti və iş şəraiti ilə tanış olmaq məqsədilə gəldiyini və həmin müəssisədə stajor kimi fəalliyyət göstərəcəyini öz izahatında bildirmişdir. İzahatı alınan digər şəxs isə X8 olmuşdur ki, həmin şəxs müəssisədə olan zaman bəstəkarlar ittifaqında mühasib vəzifəsində işlədiyini və hələ də orada əmək müqaviləsinə xitam verilmədiyini bildirmişdir. Həmin müddətdə bəstəkarlar ittifaqında hələ də əmək müqaviləsinə xitam verilmədiyi üçün müəssisə tərəfindən onun əmək müqaviləsinin tərtib edilməsi mümkün olmamışdır. İzahatda adı qeyd olunan şəxslərdən digəri isə X34 olmuşdur ki, həmin şəxs müəssisədə həkim kimi fəaliyyət göstərən Jalə xanımın “DA VİNCİ” klinikasında asistenti vəzifəsində fəaliyyət göstərməkdədir. Həmin gün X6 xanımla digər klinikaya birlikdə gedəcəyi üçün müəssisədə olmuş və vergi orqanı əməkdaşları tərəfindən müəssisənin işçilərindən biri kimi qeydiyyata alınmışdır. Vergi orqanı əməkdaşlarına onun müəssisənin işçisi olmadığı barədə məlumat verilsə də məhəl qoyulmamış və aktda həmin şəxsin adı da qeyd edilmişdir. Aktda adı qeyd edilənlərdən digəri isə X21 olmuşdur ki, həmin şəxs də müəssisənin işçisi olmamış, vergi yoxlaması keçirilən zaman müəssisənin fəaliyyəti və iş şəraiti ilə tanış olmaq məqsədilə gəldiyini və həmin müəssisədə stajor kimi fəalliyyət göstərəcəyini öz izahatında bildirmişdir. Faktiki olaraq həmin şəxs müəssisə tərəfindən işçi olaraq qəbul edilməmişdir. Digər bir şəxs isə X32 olmuşdur ki, həmin şəxs klinikada fəaliyyət göstərən Arzu İsmayılovanın tələbəsi olduğunu və klinikada heç kimi tanımadığını, əmək fəaliyyəti ilə məşğul olmadığını bildirmişdir. X15 öz izahatında qeyd etmişdir ki, müəssisəyə ilk dəfə gəlmiş, xalat geyinərək iş rejiminə baxmaq və iş rejimi ilə qane olduğu halda müəssisədə işləyə biləcəyini bildirmişdir. Yəni həmin şəxs öz izahatında müəssisə ilə heç bir əlaqəsinin olmadığını açıq-aşkar bildirmişdir. Əmək müqaviləsiz işçi kimi hesab edilən şəxslərdən digəri isə X22r. Həmin şəxs İddiaçı MMCdən əvvəl “Kəpəz” klinikasında yəni "xxxx" MMC-də əmək fəaliyyətini ilə məşğul olmuşdur. Vergi yoxlması gələn zaman həmin şəxs hələ də əvvəlki iş yerində qeydiyyatda olmuş, iddiaçı müəssisədə işləyəcəyi üçün iş şəraiti ilə tanış olmaq məqsədilə müəssisəyə həmin gün gəlmişdir. X16 əmək müqaviləsinə əvvəlki işlədiyi müəssisədə 11 fevral 2022-ci il tarixində xitam verilmiş və həmin şəxs müəssisədə elə həmin gün qeydiyyata alınmışdır. İzahatlar vergi orqanı əməkdaşları tərəfindən məcburən alınmış və tərəflərindən adlarını məcburən işçi kimi əmək müqaviləsilə qeydiyyatdan keçirdikləri şəxslərin çoxu İddiaçı MMC-də işçiləri kimi bir gün də olsa gələrək işləməyiblər, yəni onların müəssisə ilə demək olar ki, heç bir iş əlaqələri olmamışdır. Həmin gün izahatları alınmış şəxslərin əksəriyyəti vergi əməkdaşlarının davranışlarından öz narazılıqlarını bildirmiş və onlardan alınan izahatları vergi orqanının əməkdaşlarından çəkindikləri üçün imzaladıqlarını bildirmişlər. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, BŞLGBİ-nin xx.xx.2022-ci il tarixli **********6625 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi AZ1078 Bakı şəh., Nərimanov rayonu, Maqsud Əlizadə, 20 ünvanında yerləşən İddiaçı MMC-ə məxsus “X27" adlı obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 7 (yeddi) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 002622 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi iştirak etmiş, lakin aktı imzalamaqdan və nüsxəsini almaqdan imtina etmiş və bu hal müvafiq aktda qeyd olunmuşdur. Tərtib edilmiş akt əsasında BŞLGBİ tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7763 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********516100 saylı əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”-nın 10.4-cü bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmişdir. İddiaçının obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin faktiki sayı və onların şəxsiyyəti müəyyən edilmişdir. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) zahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən qeyd edilən tələblərə riayət edilmişdir. İddiaçının işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərlə əmək münasibətinin mövcud olmasına dair arqumenti əsassızdır. Belə ki, vergi orqanının işçiləri operativ vergi nəzarəti tədbirini həyata keçirən zaman, həmin şəxslərin iş başında aşkarlanması, iş xalatlarını soyunaraq, təşviş içində qaçmaqları, vergi işçilərinə verdikləri izahatlar əsasında məhz həmin klinikalarda işə götürülmələri faktlarının özləri tərəfindən təsdiq edilməsi və müvafiq əmək haqqı məbləğlərinin danışılması eyni zamanda vergi ödəyicisinin həmin şəxslərin bəzilərinin orada stajorluq əsasında fəaliyyət göstərməsilə bağlı hər hansı bir sübut təqdim etməməsi, faktla bağlı operativ vergi nəzarəti tədbirini həyata keçirən zaman vergi işçilərinin kamera ilə video çəkiliş edilməsinə icazə verilməməsi (obyektin özündə olan kamera görüntüləri əsas kimi məhkəmə tərəfindən nəzərə alına bilər), vergi işçilərinin haqlı olaraq həmin vergi ödəyicisi barəsində əsaslı şəkildə akt tərtib etmələrini bir daha sübut edir. İddiaçının əsas fəaliyyət növü 15001 kodlu '‘Klinikaların Fəaliyyəti” növünə daxildir, bu baxımdan iddiaçının ərizədə göstərdiyi kimi, obyekti ixtisaslasmış, yəni tibbi xidmətlərlə bağlı olduğundan, orada həmin şəxslərin ixtisasca fəaliyyət təcrübəsi olmadığı halda işə cəlb olunması məntiqə uyğun deyildir, əks halda, vergi ödəyicisi stajorluq fəaliyyətinə cəlb edilmiş şəxslərlə bağlı stajorluq üzrə peşə istehsalat təcrübəsinin keçilməsi üçün göndəriş olunan müəssisənin sənədlərini təqdim edə və ya bu barədə stajorluq keçilməsi üzrə hər hansı müqavilə təqdim edə bilərdi. Həmçinin, vergi ödəyicisinin iddia etdiyi, şəxsin həmin müəssisə ilə deyil, başqa müəssisədə müqaviləsinin olması barədə iddiası əsassızdır, belə ki, Əmək Məcəlləsi şəxsin eyni anda iki müəssisədə fəaliyyət göstərməsi halını məhdudlaşdırmır və bu olduğu təqdirdə hər iki müəssisə əmək müqaviləsi bağlana bilər, bundan əlavə həmin şəxsin digər müəssisədə müqaviləsinin olması barədə ödəyici hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8334/2022 saylı 03 oktyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa, iş materiallarına və Avropa Məhkəməsinin qərarlarına istinad edilməklə əsaslandırılmışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddiaya dair yazılı etirazla eynilik təəşkil edir. Əlavə olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X23 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6625 №-li qərarı ilə İddiaçı MMC-də nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7763 №-li qərarı ilə İddiaçı MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 07 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, onun vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Hazırkı iddia üzrə iddiaçı vergi orqanının qeyd edilən **********7763 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğvini tələb edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qaydaların 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. Həmin Qaydaların 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. Həmin Qaydaların 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. Həmin Qaydaların 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. Həmin Qaydaların 10-cu bəndi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: Həmin Qaydaların 10.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. Həmin Qaydaların 10.2-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. Həmin Qaydaların 10.3-cü bəndinə görə operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. Həmin Qaydaların 10.4-cü bəndinə görə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıbbağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. Həmin Qaydaların 10.5-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. Həmin Qaydaların 10.6-cı bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. Həmin Qaydaların 10.7-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. Operativ vergi nəzarəti tədbiri aşağıdakı prosedur ardıcıllıqla aparılır: 1. Vergi ödəyicisinin tam adı, eyniləşdirmə nömrəsi, onun rəhbərinin (və ya səlahiyyətli nümayəndəsinin) və ya fərdi sahibkarın soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədinin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli. 2. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar vergi ödəyicisinin rəhbərinə (və ya onun səlahiyyətli nümayəndəsinə) və ya fərdi sahibkara təqdim edilməli. 3.Vergi ödəyicisinin «Nəzarət kitabçası»nda operativ vergi nəzarətinin başlanması barədə müvafiq qeydiyyat aparılmalı. 4. Operativ vergi nəzarətini həyata keçirmək məqsədi ilə vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən müvafiq izahatlar, arayışlar, məlumatlar almalı və zəruri sənədlərlə tanış olmalı. 5. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə operativ vergi nəzarətinin həyata keçirildiyi vaxta vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilməli. 6. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilməli. 7. İşlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərlə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin mövcudluğu araşdırılmalı, zərurət olduğu halda bu müqavilələrin surətləri götürülməli. 8. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri bağlamaqla işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərə əmək kitabçalarının aparılması, maaş cədvəllərinin tərtib edilməsi, işçilərdən gəlir vergisinin tutulması araşdırılmalı. 9. İşəgötürənin sosial müdafiə fondunda qeydiyyatı və bu fonda ayırmalar araşdırılmalı. 10. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə əmək müqavilələri bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı müəyyənləşdirilməli və bu şəxslərin siyahısı tərtib olunmalı. 11. Operativ vergi nəzarətinin nəticələri barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə akt tərtib edilməli. 13. Tərtib olunmuş aktın bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilməlidir. Hazırki işdə keçirilmiş operativ vergi yoxlaması zamanı izahat vermiş X8 İddiaçı MMC-yə məxsus Mərkəzi Hospitalda 2021-ci ilin dekabr ayının sonundan mühasib işlədiyini, MMC ilə əmək müqaviləsinin olmadığını, müqavilənin surətinin ona təqdim edilmədiyini, 300 manat məbləğində əmək haqqı aldığını, analıq məzuniyyətindən qayıtdıqdan sonra Davinçe klinikasında işə başladığını, keçmiş iş yerində əmək müqaviləsinə xitam verilmədiyi üçün bu iş yerində onunla əmək müqaviləsinin hələlik bağlanılmadığını bildirmişdir. X35 izahatında 10 fevral 2022-ci ildən həkim kimi işə qəbul edildiyini, MMC ilə əmək müqaviləsinin olmadığını, müqavilənin surətinin ona təqdim edilmədiyini, 300 manat məbləğində əmək haqqını kart vasitəsilə aldığını, doktor Hüseyn və Nuray xanımla birlikdə işlədiyini qeyd etmişdir. X19 izahatında 08 fevral 2022-ci il tarixdən stajçı işlədiyini, MMC ilə əmək müqaviləsinin olmadığını, müqavilənin surətinin ona təqdim edilmədiyini, 300 manat məbləğində əmək haqqı aldığını, mühasib Nərgiz xanım, resepşndəki Nuray xanım və Məmmədov Hüseyni tanıdığını, X18 Davinçi Klinikasına staj keçməyi ilə əlaqədar heç bir arayış təqdim olunmadığını bildirmişdir. X31 izahatında 10 fevral 2022-ci ildən İbrahimova Nuranəni əvəz etdiyini, MMC ilə əmək müqaviləsinin olmadığını, lakin X24, Leyla və Nuranəni tanıdığını bildirmişdir. Həsənova Təranə izahatında işə götürülmək üçün ilk dəfə bu Klinikaya xalat geyinib tanışlıq məqsədilə gəldiyini, bu Klinikada özü müraciət edən xəstə sayının nə qədər olduğunu bilmək istədiyini, xx.xx.2022-ci il tarixdən ginekoloq həkim işləyə biləcəyini, lakin onunla əmək müqaviləsinin olmadığını, müqavilənin surətinin ona təqdim edilmədiyini, işçilərdən heç kimi tanımadığını bildirmişdir. X30 izahatında xx.xx.2022-ci il tarixdən MMC-yə qeydiyyatçı vəzifəsində praktika keçdiyini, MMC ilə əmək müqaviləsinin olmadığını, müqavilənin surətinin ona təqdim edilmədiyini, 300 manat məbləğində əmək haqqı aldığını, baş həkimi, qeydiyyat rəhbəri Nuray xanımı tanıdığını, vergi qeydiyyatından keçmədiyini, sabit qəbzinin də olmadığını, onun 2-ci gündür ki, praktika keçdiyini bildirmişdir. X32 izahatında xx.xx.2022-ci il tarixdən Klinikaya praktika üçün gəldiyini, MMC ilə əmək müqaviləsinin olmadığını, müqavilənin surətinin ona təqdim edilmədiyini, əmək haqqının hələ daşınılmadığını, işçilərdən ginekoloq Arzu xanımı tanıdığını bildirmişdir. Yuxarıda adı çəkilən aktın nəticəsi olaraq qəbul edilmiş qərarın ləğvi ilə bağlı iddiaçının tələbi rədd edildiyindən və iddiaçı bu nəticə ilə razılaşmayıb apellyasiya şikayəti verdiyi üçün, apellyasiya şikayətində də vergi yoxlaması zamanı izahatları alınan şəxslərin məcburən izahat verdiklərini bildirdiyi üçün apellyasiya baxışı zamanı məhkəmə kollegiyası həmin halların araşdırılması məqsədilə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmiş 7 nəfərin məhkəmədə iştirakının təmin edilməsini iddiaçıya, vergi yoxlamasını keçirən müfəttişlərin iştirakının təmin edilməsini isə cavabdeh qurumun nümayəndəsinə həvalə edilmişdir. Vergi orqanının göstərdiyi 7 nəfər əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunan şəxslərdən 5 nəfəri, vergi yoxlamasının aparılmasına cəlb olunan müfəttişlərdən 5 nəfəri məhkəmə iclasında iştirak etmiş, şahid kimi 2 nəfər fiziki şəxs və 1 müfəttişin isə məhkəmə iclasında iştirakları təmin olunmamışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X33 qızı ifadə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən Klinikada həkim-laborant kimi çalışmış, MMC-nin rəhbəri tərəfindən klinikanın açılması ilə bağlı iş təklifi almış və təklifi dəyərləndirmək istəmiş, aralarındakı məsafənin qısa olması səbəbindən işlədiyi işdən icazə alaraq iş paltarında bu Klinikaya gəlmiş, hər iki Klinika İnqilab ərazisində yerləşirdi, laboratoriya şəraiti ilə tanış olub, həkimlə görüşəcəkdi, lakin vergi əməkdaşları ona girişdə - dəhlizdə yaxınlaşaraq vəsiqəsini tələb etmişlər, o, bu yoxlamanın “COVİD”-lə bağlı olduğunu fikirləşmiş, çünki klinikalarda belə hallar baş verirdi, həmin şəxslər özlərini təqdim etməmişlər, izahatının da sona qədər verilməsi üçün ona şəraitin yaradılmamışdı, izahatını dəhlizdə girişdən sağda olan otaqda vermiş, əməkdaşlar tərəfindən ona əmək haqqının nə qədər olması ilə bağlı rəhbərliklə danışılması barədə suallar verilmiş, bu səbəbdən də 300 manat əmək haqqı aldığını demiş, həmin məbləği aldığı ona vergi əməkdaşları tərəfindən deyilmiş, bunu izahatında yazmış, əməkdaşlara izahatda yazdığına görə məsuliyyət daşımayacağını bildirmiş, onlar tərəfindən də izahatın ona heç bir problem yaratmayacağı bildirilmiş, müəsisənin VÖEN-ni bilmədiyini, izahatda bunun vergi orqanının əməkdaşı tərəfindən yazıldığını bildirmişdir. Şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 10 fevral 2022-ci il tarixdə saat 10-da mühasib vəzifəsində işlədiyi üçün işə gəlmiş, ona ayrıca otaq verilmiş, birdən 10 nəfərə yaxın vergi əməkdaşının gəldiyini görmüş, izahatını özü sərbəst vermiş, lakin bu zaman ona orada işləməsinin 3-5 ay əvvələ yazılması deyilmiş, əvvəlcədən direktorla tanış olmuşdu, sonradan onunla bir otaqda oturan Könül adlı işçi ilə, qeydiyyatda oturan Nuray adlı işçi, kassadakı işçi ilə tanış olduğunu bildirmişdir. Yoxlama keçirilən xx.xx.2022-ci il tarixdə günün ikinci yarısında onunla əmək müqaviləsi bağlanılmış və əmək müqavilə bildirişi işəgötürən tərəfindən sistemə işlənmişdir. Şahid qismində dindirilmiş X32 ifadəsində bildirmişdir ki, tibb kollecini bitirmiş, həmin Klinikada çalışan ginekoloq Arzu İsmayılova tanışları (anasının sinif yoldaşının bacısı) olmuş, Arzu həkim həmin klinikada işləməklə yanaşı Tədris Cərrahiyyədə işləmiş, lakin orada qəbuluna düşə bilməmiş, buna görə də "xxxx" MMC-yə onun yanında praktikaya getməsi üçün orada olmuş, onun otağında praktika ilə bağlı danışıq aparmış, ağ xalat geyinmədiyini, onu əlində götürdüyünü, lakin bir neçə əməkdaşın otağa daxil olduğunu görmüş, ondan ad və soyadı soruşulmuş və o da demiş, ondan işçi olubolmadığı da soruşulmuş, o da işçi olmadığını demiş, həmin gün Klinikaya praktika üçün gəlmiş, izahatı könüllü deyil, məcburi şəkildə yazmış, hətta vergi orqanının əməkdaşı onun üstünə qışqırmışdır. Şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, Davinçe hospitalında işləmiş, oradakı əmək haqqı onu qane etməmiş, həmin vaxt "xxxx" MMC-də 5 vakant vəzifə olmuş, Jalə xanım da hospitalda işləmiş, yoxlama aparılan zaman onun iş yeri və iş şəraiti ilə tanış olmağa çağırılmış, operator kimi (xəstəyə cavabın hazırlanması) işləyəcəkdi, əvvəl işlədiyi hospitalda da həmin işə baxırdı, İbrahimova Nuranəni tanımış, bu səbəbdən də rəhbərin qəbuluna deyil, onun yanına getmişdi, onun işdən çıxacağını və onun yerinə gedəcəyini bilirdi, oktyabr ayından həmin işdən çıxmış, yoxlama aparılan zamanı formasız olmuşdur. Şahid qismində dindirilmiş Əliyeva (Bağırova) Leyla Mehdi qızı ifadəsində bildirmişdir ki, praktika işinə görə həmin Klinikaya getmiş, qeydiyyat işinə görə müraciət etmişdi, xx.xx.2022-ci il tarixdə onun ilk iş günü olmuş, onunla staj müqaviləsi də bağlanılmışdı. Vergi yoxlamasının keçirilməsində iştirak edən vergi müfəttişlərindən şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, yoxlama üzrə qrup rəhbərinin qərarı MMC-nin rəhbərinə təqdim edilmiş, yoxlama zamanı video çəkilişin aparılıb-aparılmadığını xatırlamır, ifadələri alınan hər kəs ağ xalatda olmuş və həkim olmaları səbəbindən tanınmışlar, işçilərin adları soruşularaq onlarla əmək müqaviləsinin olub-olmadığı portalda yoxlanılmış, mühasibatlıqda işləyən xanım özü yaxınlaşaraq analıq məzuniyyətində olmasını, işə təzə çıxdığını bildirmişdi, izahatı alınan şəxslərə qarşı yoxlama zamanı və xüsusilə də izahat alınmasında heç bir fiziki təzyiq, zor və ya izahata məcburetmə tətbiq edilməmişdir. Şahid qismində dindirilmiş vergi müfəttişi X37 ifadəsində bildirmişdir ki, Klinikaya operativ vergi yoxlamasının keçirilməsi üçün vergi orqanının 6 nəfər əməkdaşı getmiş, izahat üçün blanklar standart formada hazır olur, həmin blaklardakı suallar izahatı alınan şəxslər tərəfindən şəxsən cavablandırılır, bu zaman həmin şəxslərə qarşı vergi orqanı əməkdaşları tərəfindən heç bir məcburiyyət hərəkətləri edilməmiş, izahatların alınması bir otaqda həyata keçirilmiş və bu zaman Klinikanın baş həkimi də orada olmuşdur. Şahid qismində dindirilmiş vergi müfəttişi X25 ifadəsində bildirmişdir ki, Klinikaya operativ vergi yoxlamasının keçirilməsi haqqında olan qərarla və müfəttişlərin hər birinin vəsiqəsi ilə gedilmiş, işçilərin əmək müqaviləsinin olub-olmamasının müəyyən edilməsi üçün yoxlama keçirilmiş, işçilərdən bəzilərinin əmək müqaviləsi olsa da, bəzilərininki olmamış, lakin həmin şəxslər həkim kimi ağ xalatda olduqları üçün işçi olduqları müəyyən edilmiş, çünki Klinikaya müraciət edən vətəndaşları belə şəkildə- ağ xalatda qəbul edirdilər, əmək müqaviləsi olmayan işçilər barədə məlumatlar mühasiblər ilə də araşdırılmış və həmin şəxslərin əmək müqavilə bildirişlərinin olmadığı bir daha təsdiqlənmişdir. Şahid qismində dindirilmiş vergi müfəttişi X38 ifadəsində bildirmişdir ki, ifadələrin verilməsi üçün lazim olan formada tərtib edilmiş hazır blanklar bütün operativ vergi yoxlamalarına gedərkən götürülür, həmin blanklarda standart suallar qoyulur, onların cavablandırılması şəxsən izahatı verən şəxsin özü tərəfindən aparılır, bu yoxlama da Klinikanın iş vaxtı aparılmış, yoxlamaya əsas olan sənədlər Klinikanın rəhbərinə göstərilmiş, əmək müqaviləsi olmayan şəxslər müəyyən edilmiş, onların izahatları alınmış, bu zaman onlara heç bir təzyiq göstərilməmiş, izahat hər bir şəxsin özü tərəfindən yazılaraq imza edilmiş, işçi siyahısı MMC-yə getməmişdən qabaq lakin həmin gün (yoxlamanın keçirildiyi gün) portaldan çıxarılmışdı. Şahid qismində dindirilmiş vergi müfəttişi X9 ifadəsində bildirmişdi ki, yoxlamadan uzun müddət keçdiyindən onun keçirildiyi günü və vaxtı tam olaraq xatırlamır, vergi ödəyicisinin yerləşdiyi obyektə yaxınlaşaraq ödəyicini sənədlərlə tanış etmişlər, aktda adı şəkilən çəxslər ağ xalatda olmuşlar, onlar orada olan digər şəxslərdən (sadə vətəndaşlardan) seçilmişlər, yoxlama zamanı video yazı aparılmamışdı, standart sualların olduğu blanklar hazır boş blank şəklində izahatı alınan şəxslərə təqdim olunmuş, onlar tərəfindən doldurulduqdan sonra şəxslər imza etmişlər, otağın şəraitinə uyğun olaraq izahatlar toplu şəkildə alınmış, bu zaman həmin şəxslərə hər hansı təzyiq vergi müfəttişləri tərəfindən göstərilməmiş, izahat otağına bütün yoxlayıcılar cəlb edilmişdi. Beləliklə, aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri qanunda müəyyən edilmiş prosedur ardıcıllıqla aparılmış, belə ki, operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisi barədə məlumatlar tam qeyd edilməklə, vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumatlar əldə edilmiş, əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunan 7 nəfər fiziki şəxsin şəxsiyyət vəsiqə rekvizitləri müəyyənləşdirilmiş, onların aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslər barədə məsələlər aydınlaşdırılmış, 7 nəfər fiziki şəxsin izahatları alınmış, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin surətinin verilmədiyi, həmin fiziki şəxslərin hansı tarixdən işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyənləşdirilmişdir. Həmçinin operativ vergi yoxlaması keçirilən zaman vergi orqanının əməkdaşları tərəfindən video çəkiliş aparılmasa da, qabaqcadan həmin vergi ödəyicisinin işçilərinin əmək müqavilələri barədə məlumatlar portaldan çıxarılmış, hazır sualların olduğu blanklar əmək müqaviləsinin bağlanmadığı müəyyən olunan işçilərə təqdim olunmuş, suallar həmin şəxslərin özü tərəfindən cavablandırılmış və izahatlar şəxsən imzalanmışdır. Əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilən şəxslərə izahatlarının alındığı zaman hər hansı təzyiqin edilməsi barədə hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu barədə məlumat şahid ifadəsində qeyd olunsa da, həmin hal ifadəsi alınan vergi müfəttişləri tərəfindən inkar olunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkilinə vergi yoxlaması zamanı MMC-də olan video kamera görüntülərinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, sonuncu tərəfindən həmin tarixə olan videogörüntülər qalmadığı üçün təqdim edilməmişdir. Şahid ifadəsi alınan Nərgiz Abdullayevanın təqdim etdiyi əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, "xxxx" MMC ilə X8 arasında sonuncunun MMC-də əlavə iş yeri olmaqla mühasib vəzifəsinə təyin olunması ilə bağlı əmək müqaviləsi bağlanmış və həmin müqavilə bildirişi xx.xx.2022-ci il tarixdə saat 14:22:44-də imzalanmışdır. X31 ilə “Yasamal Hospital” arasında 11 fevral 2022-ci il tarixdə əmək müqaviləsinin bağlanmasına dair əmək müqavilə bildirişi də məhkəməyə təqdim olunmuşdur. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərtib etdiyi aktda əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyini aşkar etdiyi X2 həmin tarixdə (günün ikinci yarısı) işəgötürənlə əmək müqaviləsi olsa da, həmin tarixdə akt tərtib olunmasına baxmayaraq aktdakı məlumatlar qanunda göstərilən 1 gün ərzində yoxlanılmamış (əmək qanunvericiliyinin tələbinə görə də əmək müqaviləsi işçinin işə götürüldüyü vaxtdan bir gün müddətində bağlanır), nəticədə bir neçə gündən sonra aktın nəticəsi olaraq müvafiq qərar qəbul edilərkən həmin məsələ bir daha yoxlanmadan şəxsə münasibətdə iddiaçıya 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Digər- X31 ilə “Yasamal Hospital” arasında 11 fevral 2022-ci il tarixdə əmək müqaviləsinin bağlanmasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxslə əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlandığı üçün xx.xx.2022-ci il tarixdə operativ vergi yoxlaması keçirilən zaman bu məsələyə qiymət verilməsi və ona münasibətdə maliyyə sanksiyasının tətbiq olunmaması qeyri-mümkün olmuşdur. Kollegiya həmin şəxsə münasibətdə 2000 manat maliyyə sanksiyasının tətbiqinin düzgün olduğunu həm də həmin şəxsin verdiyi izahat və ifadəsinə görə yoxlama aparılan zaman işçi olması faktı ilə əsaslandırır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində - a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək və c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 №-li qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. İş üzrə operativ vergi yoxlamasının keçirildiyi zaman əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunan 7 nəfərdən (xx.xx.2022-ci il tarixə əmək müqaviləsi olan Nərgiz Abdullayeva istisna olmaqla) 2 nəfər- Şəhanə Xəlilova və Təranə Həsənova ilə bağlı qeyd olunur ki, həmin şəxslər ifadə vermək üçün məhkəmə iclasında iştirak etməsələr də, onların vergi yoxlamasının keçirildiyi vaxt verdikləri izahatdan müəyyən olunur ki, Şəhanə Xəlilova stajçı kimi işlədiyini və ona 300 manat əmək haqqının verildiyini bildirmiş, digər şəxs- Təranə Həsənova isə ilk dəfə xalat geyinib obyektə gəldiyini, xəstələrin sayını bilmək üçün və könüllü müraciət edən vətəndaşların sayını öyrənmək üçün gəldiyini, onunla əmək müqaviləsi bağlanmadığını və əmək haqqının verilmədiyini bildirmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Şəhanə Xəlilova vergi yoxlaması dövründə verdiyi izahatında ona stajçı işləsə də rəhbərlik tərəfindən 300 manat əmək haqqının verildiyini özü etiraf etmiş, Təranə Həsənova isə həmin obyektə ilk dəfə xəstə olan və müraciət edən vətəndaşların sayını bilmək üçün gəldiyini bildirsə də, izahatında səmimi olmamış, çünki yoxlama zamanı obyektdə ağ xalatda olmuş və o, vergi orqanı müfəttişlərinin də bildirdiyi kimi, geyimi ilə, həkim olduğu üçün vətəndaşlardan fərqlənmiş, buna görə də əmək haqqı almadığını bildirsə də, bu hal onun əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunmasını təkzib etmir. Belə ki, həmin şəxsin yoxlama keçirilən zaman obyektdə ağ xalatda olub, həkim kimi rəftar etməsi və adi vətəndaşlardan seçilməsi onun işçi hesab olunması üçün yetərli əlamətlərdir. Daha sonra, məhkəmə kollegiyası digər 4 nəfərin həm vergi yoxlaması dövründə, həm də məhkəmə iclasında verdikləri izahatlara qiymət verərək hesab edir ki, vergi yoxlaması keçirilən zaman həmin şəxslərdən Günel Salahova və Leyla Bağırova işəgötürən tərəfindən onlara 300 manat əmək haqqının verildiyini bildirdikləri üçün onların əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunduqlarına görə həmin şəxslərə münasibətdə vergi orqanının müvafiq maliyyə sanksiyası tətbiq etməsi düzgün olmuşdur. Mədinə Azayeva isə izahatında başqa həkimi əvəz etdiyini və ona əmək haqqının verilmədiyini bildirsə də, sonradan (xx.xx.2022-ci ildə) onunla əmək müqaviləsinin bağlanması onu deməyə əsas verir ki, artıq həmin şəxs xx.xx.2022-ci il tarixdə də işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan müəyyən işlərin görülməsinə cəlb edilibmiş, sadəcə onunla əmək müqaviləsi vergi yoxlamasından sonra gecikməklə bağlanmışdır. Gülər Şükürova isə izahatında obyektə praktika üçün gəldiyini və əmək haqqının danışılmadığını bildirsə də, onun bu obyektə praktika üçün göndərildiyinə dair sənədin təqdim olunmaması, yoxlama zamanı onun da ağ xalatda olub, müəyyən işləri görməsi əmək müqaviləsi bağlanmadan işlərə cəlb olunmasına dəlalət edir. Odur ki, həmin şəxslərə münasibətdə də vergi orqanının müvafiq məbləğdə maliyyə sanksiyası tətbiq etməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarının Nərgiz Abdullayevaya (yoxlamanın keçirildiyi xx.xx.2022-ci il tarixdə əmək müqavilə bildirişi olan şəxsə) münasibətdə qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının məhz həmin şəxsə münasibətdə təmin olunmaması- vergi orqanının qərarının 1 nəfər şəxsə münasibətdə ləğv edilməməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8334/2022 saylı 03 oktyabr 2022-ci il tarixli qərarı qismən – iddia tələbinin “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “**********7763 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının X4 münasibətdə (2000 manat maliyyə sanksiyasının tətbiqi hissəsində) ləğv edilməsinin təmin edilmədiyi” hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, və vergi orqanının qərarı X4 münasibətdə (2000 manat maliyyə sanksiyasının tətbiqi hissəsində) ləğv edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8334/2022 saylı 03 oktyabr 2022-ci il tarixli qərarı qismən – iddia tələbinin “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “**********7763 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının X4 münasibətdə (2000 manat maliyyə sanksiyasının tətbiqi hissəsində) ləğv edilməsinin təmin edilmədiyi” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “**********7763 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı X4 münasibətdə (2000 manat maliyyə sanksiyasının tətbiqi hissəsində) ləğv edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8334/2022 saylı 03 oktyabr 2022-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar