Məhkəmə qərarları › İş №2-1(103)-916/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-916/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-916/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon xidmət nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4821/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qərarından cavabdehin apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun 03.01.1992-ci il tarixdən 30.05.2003-cü il tarixədək "xxxx" Sığorta Şirkətində (Nicat Sığorta Şirkəti), 02.06.2003-cü il tarixdən 30.12.2005-ci il tarixədək “İbrahim” çoxsahəli müstəqil kiçik müəssisəsində işlədiyi müddət sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.10.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının 03.01.1992-ci il tarixdən 30.05.2003-cü il tarixədək "xxxx" Sığorta Şirkətində (Nicat Sığorta Şirkəti) işlədiyi müddət sosial sığorta stajına daxil edilərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ərizə təqdim edib, iddiadan imtina etdiyini bildirərək, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi ərizəni müdafiə etmiş, cavabdehin nümayəndəsi ərizəyə etiraz etməmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qanunauyğun olduğu və hər hansı üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, bu əsasla iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və İPM-in 55, 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon xidmət nümayəndəliyinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasından imtinası qəbul olunsun. İş üzrə icraata xitam verilsin. İddiadan imtina edilməsi eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar