Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-918/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon Şöbəsinə (bundan sonra mətndə - DSMF Nərimanov RŞ) qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3085/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə- 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh DSMF Nərimanov RŞ-nə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 2007-ci il tarixədək «Qayğı Konsorsiumu»nda rəhbər vəzifələrdə, xx xxxxxx 2007-ci il tarixdən xx xxxxxx 2008-ci il tarixədək «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-də sahə rəisi vəzifəsində və Ekologiya və Təbii Sərvətlər Nazirliyində «xxxxxxxxxxxxxxxxxxxxx» MMCnin direktoru vəzifəsində işlədiyi illərin onun əmək stajına daxil edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, sonradan iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 2007-ci il tarixədək «Qayğı Konsorsiumu»nda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası hüququnun yarandığı xx xxxxx 2017-ci il tarixdən yaranmış fərqin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbionunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş və onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü il tarixə qədər 22 il 14 gün hesablanaraq 182.00 manat pensiya təyin edilmişdir. İddiaçı 29.1.1993-cü ildən xx.xx.2007-ci il tarixə kimi «Qayğı» kosorsiumunda rəhbər vəzifələrdə işləmişdir. xx.xx.2007-ci il tarixdən xx.xx.2008ci il tarixə «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-də sahə rəisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyində «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin direktoru vəzifəsində çalışmışdır. Cavabdehin etinasızlığından qeyd olunan illər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, cavabdeh DSMF Nərimanov RŞ tərəfindən iddiaya qarşı xx.xx.2018-ci il tarixli, **********6 saylı "Etiraz" təqdim olunmuş və etirazda qeyd olunmuşdur ki, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən qüvvədə olan mövcud qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixədək ümumi stajı 22 il 14 gün, xx.xx.2018-ci il tarixə pensiyasının məbləği 191.72 manat təşkil etmişdir. İddiaçıya pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı yoxlanılması zərurəti yarandığı, lakin qeyd edilən dövlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna zidd oldu, eyni zamanda sözügedən «Qayğı» Konsorsiumuna aid heç bir məlumata kompyuter informasiya bazasında araşdırılarkən rast gəlinmədiyi, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək «Qayğı» Konsorsiumunda iddiaçının işləməyi əmək kitabçasında qeyd edilsə də, həmin müddət ərzində adına sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilmədiyi qeyd olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)- 3085/2018 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2007ci il tarixinə kimi «Qayğı» konsorsiumunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyasının hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən təyin edilməsi və yaranmış məbləğ fərqinin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca cavabdeh inzibati orqanın iddiaya qarşı verdii yazılı "Etiraz"nın məzmununa uyğun olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də şikayətdə birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)-3085/2018 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərarın qəbul olunması məhkəmədən xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(103)-839/2019 saylı qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)-3085/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin xx xxx 2019-cu il tarixli qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2563/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə DSMF Nərimanov RŞ-nin kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(103)-839/2019 saylı tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2563/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «... işçilərin məcburi sosial sığortasının həyata keçirilməsi məqsədilə işəgötürənlərin təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan sonra sığortaçı təşkilatda uçota durması, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın isə məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirlərin görülməsi vəzifələri müəyyən edilmişdir. Beləliklə, bu müddəaların tələblərinin tətbiqi üçün ilk olaraq işəgötürənlərin dövlət qeydiyyatına alınması faktı müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə, sosial sığorta stajının mübahisəli dövrə münasibətdə müəyyən edilməsi üçün iddiaçının əmək kitabçasında qeyd edilmiş müəssisə ilə bağlı mübahisəli dövrdə münasibətdə sorğuların verilməsi (müəssisənin adı, hüquqi-təşkilatı formasının dəyişirilib-dəyişidirilməməsi, vergi ödəyicisi olması və s.) və uyğunsuzluqlara dair araşdrıma aparılması üçün iş yenidən apellyaisya məhkəməsinə göndərilməlidir". Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşə yeni apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iş üzrə cavabdehin nümayəndəsi X2pellyasiya şikayətinə uyğun izahat vermiş və eyni zamanda bildirmişdir ki, iddiaçının sosial sığorta stajı hesablanarkən xx.xx.1993cü ildən xx.xx.2007-ci il tarixinə kimi «Qayğı» konsorsiumunda işlədiyi illər nəzərə alınmamışdır. Belə ki, «Qayğı» konsorsiumunun mövcudluğu barədə onların heç bir məlumatı yoxdur, bundan başqa, həmin illərdə sosial ayırmalar olmamışdır. Nümayəndə göstərilənlərlə əlaqadar apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, o, «Qayğı» konsorsiumunda rəhbər vəzifələrdə işləmiş və həmin illərdə dövlət sosial sığorta haqları üzrə ayırmalar olmuş, konsorsiumun bütün sənədləri Fonda təhvil verilmişdir. O, həmçinin işlədiyi illərdə «Qayğı» konsorsiumu tərəfindən əmək haqqı məbləğlərdən məcburi sosial sığorta haqları üzrə ayırmalar barədə hesabatları və haqq-hesab cədvəllərini özündə əks etdirən qovluğu məhkəməyə təqdim etmişdir. Ona görə də iddiaçı apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını Kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3085/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1954-cü ildə anadan olmuş və ünvan 2 mənzil 69A ünvanında qeydiyyatdadır. İş materiallarında olan, Dövlət X5 Bakı şəhəri Səbail rayon Şöbəsinin «Qağayı» konsersiumuna ünvanlandırdığı xx xxxxxxx 1997-ci il tarixli «Məcburi dövlət sosial sığortasedənə (təşkilata) Bildiriş»indən (i.v. 63) göründüyü kimi «Qağayı» konsersiumun DSMF-də qeydiyyat nömrəsi ******* kimi qeyd olunmuşdur. Həmçinin iş materiallarında olan 12.09.97-ci il tarixli «Akt»dan (i.v. 98) göründüyü kimi kimi, Dövlət X5 Bakı şəhəri Yasamal rayon Şöbəsinin aparıcı müfəttişinin də imzaladığı həmin aktla «Qayğı» konsersiumu fəaliyyət göstərdiyi müddət ərzində DSMFnin vəsaiti hesabından pensiya və müavinət xərclənməmdiyi, hesabatdakı rəqəmlərlə faktiki rəqəmlər arasında fərq aşkar olunmadığı qeyd olunmuşdur. İş materiallarında olan, iddiaçının adına əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1993-cü il tarixli, 16/k saylı əmrlə «Qayğı» konsorsiumuna işə qəbul edilmiş və xx.xx.2007-ci il tarixli, 03/h saylı əmrlə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin xx.xx.2018-ci il tarixli, **********4 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı aid fərdi şəxsi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 4676 (dörd min yeddi yüz yetmiş altı) manat 08 (səkkiz) qəpik pensiya kapitalı qeydə alınmışdır. İş materiallarından görünür ki, iddiaçının müraciətinə cavabdeh DSMF Nərimanov rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, xx/xx-2319 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən qüvvədə olan mövcud qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006cı il tarixədək ümumi stajı 22 il 14 gün, xx.xx.2018-ci il tarixə pensiyasının məbləği 191.72 manat təşkil etmişdir. İddiaçıya pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı yoxlanılması zərurəti yarandığı, lakin qeyd edilən dövlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna zidd oldu, eyni zamanda sözügedən «Qayğı» Konsorsiumuna aid heç bir məlumata kompyuter informasiya bazasında araşdırılarkən rast gəlinmədiyi, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək «Qayğı» Konsorsiumunda iddiaçının işləməyi əmək kitabçasında qeyd edilsə də, həmin müddət ərzində adına sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilmədiyi qeyd olunmuşdur. Beləliklə iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1993-cü il tarixli, 16/k saylı əmrlə «Qayğı» konsorsiumuna işə qəbul edilmiş və xx.xx.2007-ci il tarixli, 03/h saylı əmrlə işdən azad edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin xx.xx.2018-ci il tarixli, **********4 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı aid fərdi şəxsi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 4676 (dörd min yeddi yüz yetmiş altı) manat 08 (səkkiz) qəpik pensiya kapitalı qeydə alınmışdır. İddiaçı yaşa görə ona pensiyasının yenidən hesablanraq ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı yoxlanılması zərurəti yarandığı, lakin qeyd edilən dövlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna zidd oldu, eyni zamanda sözügedən «Qayğı» Konsorsiumuna aid heç bir məlumata kompyuter informasiya bazasında araşdırılarkən rast gəlinmədiyi, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək «Qayğı» Konsorsiumunda iddiaçının işləməyi əmək kitabçasında qeyd edilsə də, həmin müddət ərzində adına sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilmədiyi üçün tələbinin təmin edilməsindən imtina edilmişdir. Hal-hazırda iddiaçı cavabdehin imtinasını məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır ki, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2007-ci ilə kimi əmək fəaliyyəti ilə məşğul olması işdə olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, habelə həmin illər üzrə məcburi sığorta haqlarının ödənilməsi işdə olan 12.09.97-ci il tarixli aktla öz təsdiqini tapdığından iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçıların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması. əmək pensiyası sənədlərinin təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması «Qaydaları»nın 3.1.1 bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa Azərbaycan Respublikasının Dövlət X7 haqqında «Əsasnamə»nin 8.10-cu maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Fondun vəzifəsidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixinə kimi «Qayğı» konsorsiumunda işlədiyi illər ona məxsus əmək kitabçasında əks olunduğundan, «Qağayı» konsersiumun DSMF-də ******* nömrəsi ilə qeydiyyatda olduğundan və DSMF-nin Səbail rayon şöbəsinə təqdim olunmuş DSMF vəsaitləri üzrə haqq-hesab cədvəlləri ilə təsdiq olunduğundan işə baxan birinci instansiya məhkəməsi həmin illəri sığorta stajına daxil edərək yaşa görə əmək pensiyasını hüququn yarandığı tarixdən təyin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının əsası və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarının 62-99-cu vərəqələrinə «Qayğı» konsorsiumuna məxsus iş qovluğu əlavə edilmişdir. Həmin qovluqda konsorsiumun Azərbaycan Respublikası Dövlət X7 vəsaitləri üzrə haqq-hesab cədvəlləri əks olunmuş və həmçinin qovluğa Azərbaycan Respublikası Dövlət X5 Səbail rayon şöbəsi tərəfindən məcburi dövlət sosial sığortaedəninə ünvanlanmış və Şöbənin möhürü ilə təsdiq edilmiş bildiriş də əlavə edilmişdir. Odur ki, «Qayğı» Konsorsiumuna aid heç bir məlumata kompyuter informasiya bazasında araşdırılarkən rast gəlinməməsi barədə cavabdehin dəlilləri inandırıcı və əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının «Qayğı» Konsorsiumunda işlədiyi illər onun əmək kitabçasında qeyd olunmuş, həmçinin, məcburi sosial sığorta haqları üzrə ödəmələr Konsorsiumun haqq-hesab cədvəllərində əks olunmuşdur. Bundan başqa, yuxarıda qeyd olunanlardan də göründüyü kimi, iddiaçının iddiasına qarşı verilmiş «Etiraz»ın və apellyasiya şikayətinin əsas dəlili kimi, sözügedən «Qayğı» Konsorsiumuna aid heç bir məlumata kompyuter informasiya bazasında araşdırılarkən rast gəlinmədiyi göstərilmişdir. Qeyd olunmalıdır ki, işə yeni apellyasiya qaydasında baxılarkən iş üzrə müvafiq sorğular verilmiş və məhkəməyə təqdim olunmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli X3 Şəxslərin Dövələt Qeydiyyat İdarəsinin xx.xx.2020-ci il tarixli **********694700 saylı məktubdan müəyyən olunmuşdur ki, idarədə olan reyestrə əsasən «Qayğı Konsorsiumu» xx.xx.1992-ci il tarixində qeydə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək birinci instansiya məhkəməsinin tərəflər arasında yaranmış mübahisə ilə əlaqdər gəldiyi nəticəsi ilə razılaşır ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkıişüzrətərəflərarasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3085/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-918/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-918/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver