Məhkəmə qərarları › İş №2-1(103)-92/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-92/2020

23.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-92/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiаçı “xxxx” QSC-nin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Torpaqların Dövlət X2 Dövlət Agentliyinə qarşı bildirişlərin qanunsuz hesab edilməsi və torpaq sahəsinin qiymətləndirilməsinin icra sənədi verilən zaman qüvvədə olan əsasnamənin tələblərinə uyğun aparılması tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, şifahi məhkəmə iclasında baxaraq Müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarı ilə iddia təmin edilərək, cavabdehləri “xxxx” QSC-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0,44 ha torpaq sahəsinin yeni qiymətlərlə təklif edilməsinə dair bildirişlərin qanunsuz hesab edilməsi, “xxxx” QSC-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0,44 hektar torpaq sahəsinin qiymətləndirilməsi, icra sənədi verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisəsi və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılması Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Torpaqların Dövlət X2 Dövlət Agentliyinə həvalə edilmişdir (hakim M.Bayramov). Həmin qərardan cavabdehlər apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2017-ci il tarixli 2-1(103)-2236/2017 saylı qərarı ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva). Həmin qərardan cavabdehlər kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2018-ci il tarixli 2-1(102)- 284/2018 saylı qərarı ilə cavabdehlərin kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2017-ci il tarixli 2-1(103)-2236/2017 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-128/2019 saylı qərarı ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir (sədrlik edən və məruzəçi H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova). Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(102)- 2302/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-128/2019 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir. İşin halları: İddiаçı “xxxx” QSC cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Torpaqların Dövlət X2 Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin bildirişlərinin qanunsuz hesab edilməsi, “xxxx” QSC-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0,44 hektar torpaq sahəsinin qiymətləndirilməsi, icra sənədi verilən zaman qüvvədə olan Azərbaycan respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisəsi və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-164/15 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən tələbkar “xxxx” QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçivani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət X4 Dövlət Agentliyinə həvalə edilmişdir. Məhkəmə qərarını Dövlət adından elan edilməsinə və onun icrasının məcburi olmasına baxmayaraq, cavabdeh tərəfindən bu günədək məhkəmə qərarı icra edilməmişdir. Tələbin könüllü icrası ilə əlaqədar Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru X6 Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət X4 Dövlət Agentliyinə xx/xx-4953/1 saylı xx.xx.2016-cı il tarixli, xx.xx.2015-cı il tarixli, xx.xx.2016-cı il tarixli bildirişlər göndərməsinə baxmayaraq, tələb Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Dövlət jKomitəsi Yanında Torpaqların Dövlət X4 Dövlət Agentliyi tərəfində icra edilməmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “xxxx” QSCyə ünvanladığı xx.xx.2016-cı il tarixli **********58 saylı bildirişlə, “xxxx” QSC-nin istifadəsində olan, özəlləşdirilməsi barədə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin qüvvəyə minmiş 2-1 (81 )-164/15 saylı Qərarı olan, 4346.2 kv.m. torpaq sahəsini 869000 manata satın alınması və ya satınalma hüququ ilə icrayə götürülməsi təklifolunmuşdur. İddiaçı, “xxxx” QSC-i tərəfindən 16/1832 saylı xx.xx.2016-cı il tarixli və 17/1901 saylı xx.xx.2017-ci il tarixli məktubları ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-164/15 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən tələbkar “xxxx” QSC-nin istifadəsində oan Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçivani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət X4 Dövlət Agentliyinə həvalə olunduğunu, Azərbaycan Respublikası Prezidntinin xx.xx.1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 13-cü bəndinə əsasənƏmlak Məsələləri Dövlət Komitəsi məhkəmənin xx.xx.2015-ci il tarixli 2-1(81)-164/2015 saylı qərarı daxiil olduğu andan 20 gün müddətində özələşdirilmiş müəssisənin (obyektin) «mülkiyyətçisinə torpaq sahəsinin dəyəri (Azərbaycan Respublikası Nazirlər Kabinetinin (1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun) müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsinin verilməsi xahiş ediləsədə (Həmin əsasnamənin tələblərinə görə istifadələrində olan torpaq sahəsi 9-cu zonada yerləşir və 1 kvm – 12,40 manat təşkil edir) müraciətlər cavabsız qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, digər apellyasiya şikayətini qəbul edərək, izahatında göstərdi ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da əsassız məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir.Belə ki, iddiaçının tələblərindən biri “bildirişin qanunsuz sayılması”dır ki, inzibati icraat qaydasında belə bir tələbə baxılması inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati icraat qaydasında baxılan işlərin dairəsi müəyyənləşdirilmiş, lakin inzibati orqan tərəfindən verilmiş bildirişin qanunsuz sayılması barədə tələb həmin iddia növlərinin heç biri ilə uyğunluq təşkil etmir.Məhkəmə eyni zamanda, iddianın digər hissəsi üzrə qərar qəbul edərkən də maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.Belə ki, məhkəmə iddiaçının iddia ərizəsində qeyd edilənlərə əsaslanmaqla mübahisəli torpaq sahəsinin dəyərinin hazırda qüvvədə olan qanunvericilik aktına əsasən hesablanmasını iddiaçının vəziyyətini ağırlaşdıran hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi kimi şərh etmiş, bu səbəbdən torpaq sahəsinin qiymətləndirilməsinin icra sənədinin verildiyi zaman qüvvədə olan Əsasnaməyə uyğun aparılmalı olduğu qənaətinə gəlmişdir. İddiaçı ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında torpaq sahəsinin alqısatqısı ilə bağlı hüquq münasibətinin yarandığı vaxt icra sənədinin verildiyi zaman deyil, alqı-satqı müqaviləsinin bağlanılacağı zamandır.Bu səbəbdən, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yaranacaq hüquq münasibətinə həmin münasibətin yarandığı zaman qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq sahəsinin qiymətləndirilməsinin hazırda qüvvədə olan qanunvericiliyə uyğun aparılması fiziki və ya hüquqi şəxsin vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi kimi təfsir edilə bilməz.Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmənin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçının vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə dair mövqeyi əsassızdır.Göründüyü kimi, məhkəmənin qəbul etdiyi qərar işin müəyyən edilmiş halları ilə uyğunsuzluq təşkil edir və kifayət qədər əsaslandırılmamışdır. Nümayəndə apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Torpaqların Dövlət X2 Dövlət Agentliyi verdiyi apellyasiya şikayətində göstərmişdir ki, qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətindədir və onun dəyərinin müəyyən edilməsi hüququ mülkiyyətçiyə (dövlətə və onun adından satıcı qismində iştirak edən Əmlak Məsələləri Dövlət Komitəsinə) məxsusdur. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq sahəsinin qiymətləndirilməsi qüvvədə olan qanunvericiliyə əsasən aparılmışdır və bununla iddiaçının heç bir hüququ pozulmamışdır. Cavabdeh apellyasiya şikayətində birinci is=nstansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı “xxxx” QSC və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Torpaqların Dövlət X2 Dövlət Agentliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən iştirakçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 164/2015 saylı, xx xxxx 2015-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkəti qanunsuz hesab edilməklə “xxxx” QSC-nin istifadəsində olan ünvan 1 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Cavabdeh2nə həvalə edilmişdir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 164/2015 saylı, xx xxxx 2015-ci il tarixli qərarı xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2016-cı il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli **********58 saylı bildirişin surətindən görünür ki, İddiaçı müraciətinə baxılmış ünvan 3 ünvanında özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən dəyəri 869.000 manat təşkil eğən 4346.2 kv.metr torpaq sahəsi satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün İddiaçı-nə təklif olunur. Torpaq sahəsinin satın alınmasına və ya icarəyə götürülməsinə razılıq bildirilmədiyi halda onun satış qiyməti «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcək. Bu bildirişin təqdim edildiyi tarixdən 15 gün müddətində torpaq sahəsinin satın alınmasından və ya icarəyə götürülməsindən imtina edildikdə, habelə bu təkliflərə göstərilən müddətdə münasibət bildirilmədikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satılacaqdır. Birinci instansiya məhkəməsi İddiaçı-nin cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Dövlət Komitəsinin və Cavabdeh2 bildirişlərinin qanunsuz hesab edilməsinə dair iddia tələbini iddianın mümkünlüyü nöqteyi nəzərdən araşdıraraq hesab etmişdir ki, İddiaçı-nin bildirişləri inzibati akt kimi qəbul etməklə, həmin bildirişlərin inzibati akt kimi qanunsuz hesab edilməsini tələb etməkdə haqlıdır. Belə ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarına əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin göstərilən qərarına əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuniliyi mübahisələndirilən göstərilən bildirişlərlə yeni qiymətlər göstərildiyindən, bununla da iddiaçı üçün daha artıq məbləğ ödənilməsinə dair vəzifələr müəyyən edilməsinə yönəldiyindən İddiaçı göstərilən bildirişləri inzibati akt kimi qəbul etməklə, həmin bildirişlərin inzibati akt kimi qanunsuz hesab edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında göstərilən iddiaçının “cavabdeh AR ƏMDK və AR ƏMDK yanında X1 üzrə Dövlət Agentliyinin bildirişlərinin qanunsuz hesab edilməsi” birinci tələbi ilə bağlı qeyd edir ki, iş materiallarında AR ƏMDK tərəfindən "xxxx" QSC xx xxxxxx 2016-cı il tarixli bildiriş mövcuddur və iddia ərizəsində yalnız həmin bildirişdən bəhs edilir, iddiaçıya ünvanlanmış digər bildiriş iş materiallarında yoxdur. Məhkəmə kollegiyası tərəfindən İPM-nin 13-cü maddəsinin tələbləri baxımından iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım göstərilmişdir. İPM-nin 13-cu maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı birinci iddia tələbini dəqiqləşdirilərək “cavabdeh AR ƏMDK xx xxxxxx 2016-cı il tarixli bildirişinin qanunsuz hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı "xxxx" QSCnin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin qiymətləndirilməsinin, icra sənədi verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmasından cavabdeh tərəfindən imtina edilməsi əsassızdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 164/2015 saylı, xx xxxx 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkəti qanunsuz hesab edilməklə “xxxx” QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Cavabdeh2nə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-164/2015 saylı, 30iyun 2015-ci il tarixli qərarı xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2016-cı il tarixdə icraya yönəldilmişdir. Hazırda iddiaçı "xxxx" QSC-i istifadəsində olan torpaq sahəsinin icra sənədi verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmasını tələb etməkdə haqlıdır. Bu səbəbdən də «xxxx» QSC mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən - müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Əsasnamənin 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadədə olan torpaqlar nəzərdə tutulur. Əsasnamənin 6-cı bəndinə əsasən isə müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. Həmin Əsasnamənin 13 bəndinə əsasənƏmlak Məsələləri Dövlər Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində obyektin mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Göründüyü kimi, cavabdehin hərəkəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında» Əsasnamənin tələblərinə ziddir. Belə ki, şərh olunduğu kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 164/2015 saylı, xx xxxx 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkəti qanunsuz hesab edilməklə "xxxx" QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Cavabdeh2nə həvalə edilmişdir. Göstərilən xüsusata əsasən işin bu cür halında iddiaçı "xxxx" QSC-nin Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsini özəlləşdirilməsi (satın alma hüququ) göstərilən məhkəmə qərarının hələ qəbul edilməsinədək yarandığından; məhkəmə "xxxx" QSC-nin belə bir hüququnu nəzərə almaqla xx xxxx 2015-ci il tarixdə göstərilən qərarı qəbul etmişdir. Odur ki, "xxxx" QSC-nin satın alma hüququ xx xxxx 2015-ci il tarixədək qüvvədə olan qiymətlə həyata keçirilməlidir. Həmin tarixdən zaman etibarı ilə daha sonra müəyyən edilmiş qiymət "xxxx" QSC-nə tətbiqi onun vəziyyətini (maddi vəziyyətini) pisləşdirdiyindən, ona tətbiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən, mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi olabilməz. Azərbaycan Respublikası Konstitusiyası 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi, geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi, həmin aktın qəbul edilməsindən qabaq yaranmış hüquq münasibətinə tətbiq edilməsidir. Sadalanan qanunvericilik aktlarına əsasən iddiaçı "xxxx" QSC-nin Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq 1 sahəsini özəlləlləşdirilməsi (satın alma hüququ) göstərilən məhkəmə qərarının hələ qəbul edilməsinədək yarandığından; məhkəmə "xxxx" QSC-nin belə bir hüququnu nəzərə almaqla xx xxxx 2015-ci il tarixdə göstərilən qərarı qəbul etdiyindən həmin tarixdən zaman etibarı ilə daha sonra qəbul edilmiş normativ aktla müəyyən edilmiş qiymət "xxxx" QSC-nə tətbiqi onun vəziyyətini (maddi vəziyyətini) pisləşdirdiyindən, ona tətbiq oluna bilməz. Göründüyü kimi, Cavabdeh2 qanunla və onun fəaliyytəini tənzimləyən Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamə ilə onun fəaliyyətinə aid olan məsələnin ona aid olmamasına əsaslanmaqla iddiaçının tələbinin təmin edilməsindən imtina etmiş və hazırda da əsassız olaraq həmin dəlillərlə iddiaya etiraz edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 istər torpaq sahəsinin dəyərinin yeni qiymətlə müəyyən edilməli olması və istərsə də dövlət əmlakının özəlləşdirilməsinin Komitənin səlahiyyətində olmasına dair dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 453 saylı, xx xxxxxx 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişiklər barədə arayışları Azərbaycan Respublikası Prezidenti Adminstarsiyasına təqdim etmək sahədəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komiəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə Cavabdeh2 yaradılmış və həmin Agentliyin Əsasnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət X2 Dövlət Agentliyinin Əsasnaməsinin 3.0.2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirmək səlahiyyəti həmin Agentliyə həvalə edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında hər iki cavabdehin həmiştirakçılığına yol verilib-verilməməsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddiaçının birinci dəqiqləşdirilmiş iddia tələbi AR ƏMDK xx xxxxxx 2016-cı il tarixli bildirişinin qanunsuz hesab edilməsi barədə cavabdeh AR ƏMDK-nə qarşıdır, ikinci tələbi torpaq sahəsinin qiymətləndirilməsi icra sənədi verilən zaman qüvvədə olan “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılması tarixli bildirişinin qanunsuz hesab edilməsi barədə cavabdeh AR ƏMDK yanında Torpaqların Dövlət X2 Dövlət Ağentliyinə qarşıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin tələblər üzrə subyektiv hüququ var, cavabdehlər həmin tələblərə cavab verməli olan şəxslərdir. Hər iki cavabdehin hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənir. Mübahisə predmeti baxımından hər iki cavabdeh müştərək hüquqlara malikdir və birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, iddiaçının dəqiqləşdirilmiş iddia ərizəsi nəzərə alınaraq, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarı birinci tələb üzrə dəyişdirilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “xxxx” QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin yeni qiymətlərlə təklif edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli bildirişi qanunsuz hesab edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmadır. Azərbaycan Respublikası İPM-nin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Torpaqların Dövlət X2 Dövlət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarı birinci tələb üzrə dəyişdirilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “xxxx” QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin yeni qiymətlərlə təklif edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli bildirişi qanunsuz hesab edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar