Məhkəmə qərarları › İş №2-1(103)-92/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-92/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-92/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X18 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər Babayeva Rəhiməxanım Məhyəddin qızı, X12 və X8) qarşı “sərəncamların etibarsız sayılması, cavabdehin üzərinə mənzilə dair iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6004/2020 saylı qərarından 3-cü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı) qarşı Bakı ŞİH-in başçısının 2 noyabr 2016-cı il tarixli 454 nömrəli sərəncamının “2 iyun 2014-cü il tarixli 248 nömrəli sərəncamın ləğv edilməsi” hissəsində etibarsız sayılması və “13 dekabr 2013-cü il tarixli 503 saylı sərəncamın X9 aid hissədə ləğvi və Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 məhəllədə yerləşən yaşayış binasının 57 saylı mənzilinin Babayeva Rəhiməxanım Məhyəddin qızının adına sənədləşdirilməsi barədə” 16 may 2016-cı il tarixli 201 saylı sərəncamının ləğv edilməsi, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 məhəllədə yerləşən yaşayış binasının 57 saylı mənzilinə hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı ŞİH başçısının 503 saylı 13 dekabr 2013-cü il tarixli sərəncamı ilə dövlət qarşısında xidmətlərini nəzərə alaraq paraolimpiyaçı, idman ustası, 1 qrup əlil X10 Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 nömrəli məhəllədə "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, 2 otaqlı, 47,8 kv.m yaşayış sahəsi, 88,8 kv.m ümumi sahəsi olan 57 saylı mənzili verilmişdir. Həmin mənzili İman Hüseynovun satmaq və pulunu müalicəsinə sərf etmək istədiyini öyrənib iddiaçı mənzili almaq qərarına gəlmişdir. Bu məqsədlə o, İman Hüseynovla mənzili 54.000 manata almaq barədə razılığa gəlmişdir. Mənzilin alqı-satqısını həyata keçirmək üçün notariat kontoruna müraciət etdikdə, həmin qurumdan onlara izah olunmuşdur ki, mənzil özəl olmadığından və Bakı ŞİH başçısının sərəncamı ilə İman Hüseynova ayrıldığından, həmin əmlakın onun adına keçirilməsi üçün Bakı ŞİH-ə müraciət olunmalıdır. O, mənzilin verilməsi üçün həmin məbləği İman Hüseynova ödəmiş və sonuncu da mənzilin iddiaçının adına keçirilməsinə razılıq barədə ərizə vermiş və həmin ərizə notarial qaydada təsdiqlənmişdir. Bakı ŞİH-dən onlara bildirilmişdir ki, mənzilin addan-ada keçirilməsi məhkəmə qərarı əsasında mümkün ola bilər. Buna görə də həmin mənzilin iddiaçının adına keçirilməsi üçün iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməlidir. Bundan sonra iddiaçı həmin məhkəmədə sözügedən mənzilin onun adına keçirilməsi öhdəliyinin Bakı ŞİH-in üzərinə qoyulması tələbi üzrə iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2014-cü il tarixli 2- 1(81)2585/2014 saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 nömrəli məhəllədə "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, iki otaqlı, 47,8 kv.m yaşayış sahəsi, 88,8 kv.m ümumi sahəsi olan 57 saylı mənzilə dair Bakı ŞİH tərəfindən verilmiş 503 saylı 13 dekabr 2013-cü il tarixli sərəncamının İman Hüseynovun adından iddiaçının adına keçirilməsinə dair sərəncam verilməsi öhdəliyi Bakı ŞİH-in üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2014-cü il tarixli 2-1(81)2585/2014 saylı qərarı Bakı ŞİH-ə göndərildikdən sonra, qərar qüvvəyə minməmiş Bakı ŞİH başçısı tərəfindən 2 iyun 2014cü il tarixli 248 saylı sərəncam verilərək Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346- 2347 nömrəli məhəllədə "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, iki otaqlı, 47,8 kv.m yaşayış sahəsi, 88,8 kv.m ümumi sahəsi olan 57 saylı mənzil İman Hüseynovun adından iddiaçının adına keçirilmişdir. Həmin sərəncamın bir surəti iddiaçıya özü üçün və bir surəti isə "xxxx" MTK-ya təqdim etmək üçün verilmişdir. O, qeyd edilən sərəncamın surətini Zövq İnşaat” MTK-ya təqdim edən zaman MTK-nın rəhbərliyi ona bildirmişdir ki, sərəncamın surəti MTK-ya rəsmi qaydada məktubla Bakı ŞİH-dən icra üçün göndərilməlidir. Bu zaman sərəncamın kserosurətini MTK ondan almışdır. Lakin sonradan Bakı ŞİH-in məhkəmə qərarı əsasında verilmiş 248 saylı 2 iyun 2014-cü il tarixli sərəncamı birtərəfli qaydada ləğv edilərək, həmin mənzilin Babayeva Rəhiməxanım Məhyəddin qızı adlı şəxsə verilməsinə dair Bakı ŞİH 454 saylı 2 noyabr 2016-cı il tarixli sərəncam vermişdir. Sözügedən sərəncamda göstərilmişdir ki, 2 iyun 2014-cü il tarixli 248 saylı sərəncam "xxxx" MTK-ya cavabdehin hüquq şöbəsinin işçilərinin təqsirindən təqdim edilməmiş və guya paraolimpiyaçı İman Hüseynov mübahisəli mənzili X8 adlı şəxsə satmasına dair 4 noyabr 2015-ci il tarixli ilkin müqavilə bağlamış və həmin tarixli qətnamə ilə mənzili qeyd edilən şəxsə vəsiyyət etmişdir. Sərəncamda eyni zamanda göstərilmişdir ki, guya İman Hüseynov yazdığı ərizəsində mənzili Məhəmməd Bağırova satmasına və vəsiyyət etməsinə baxmayaraq pulunu ala bilmədiyindən həmin mənzili tanışının qızı Babayeva Rəhiməxanım Məhyəddin qızının adına sənədləşdirilməsini xahiş etmişdir. Bakı ŞİH iddiaçının adına mübahisəli mənzilin keçirilməsinə dair məhkəmə qərarının icrası məqsədi ilə verilmiş 248 saylı 2 iyun 2014-cü il tarixli sərəncam qüvvədə olduğu vaxtda – 16 may 2016-cı il tarixdə 201 saylı qanunsuz və əsassız sərəncam verərək mübahisəli mənzili Babayeva Rəhiməxanım Məhyəddin qızının adına keçirmiş, 7-238/17g saylı məktubla icra edilməsi üçün "xxxx" MTK-ya göndərmişdir. MTK tərəfindən mənzilin R.M.Babayevanın adına sənədləşdirildiyi barədə cavab məktubunu almışdır. Bakı ŞİH guya paraolimpiyaçı İman Hüseynovun qeyd edilən məhkəmə qərarından və 248 saylı 2 iyun 2016-cı il tarixli sərəncamdan məlumatsız olmasını və mənzilin iddiaçının adına keçirilməsinə dair həmin sərəncamın ləğv edilməsini xahiş etdiyini əsas götürərək 454 saylı 2 noyabr 2016-cı il tarixli sərəncamıla iddiaçının adına mübahisəli mənzilin keçirilməsinə dair 248 saylı 2 iyun 2014-cü il tarixli sərəncamı əsassız olaraq ləğv etmişdir. Mənzilin iddiaçının adına keçirilməsinə dair Bakı ŞİH-in 248 saylı 2 iyun 2014-cü il tarixli sərəncamı qüvvədə olduğu bir vaxtda həmin qurum tərəfindən 16 may 2016-cı il tarixli 201 saylı qanunsuz və əsassız sərəncam verilməsi və mübahisəli mənzilin Babayeva Rəhiməxanım Məhyəddin qızının adına keçirməsinə dair hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bakı ŞİH-in iddiaçının məlumatı olmadan onun adına qarşılıqlı razılıq əsasında və mənzilin razılaşdırılmış 54.000 manat pulun İman Hüseynova ödənilməsi müqabilində keçirilməsinə dair sərəncamını birtərəfli qaydada ləğv etmək səlahiyyəti olmamışdır. Eyni zamanda, mənzilin ilkin sahibi olmuş İman Hüseynovun notarial təsdiq olunmuş ərizəsindən görünür ki, o, mübahisəli mənzili iddiaçının adına sənədləşməsinə dair 12 saylı notariat kontorunda ərizə verdiyini, 1 saylı Bakı İnzibatiİ-qtisadi Məhkəməsinin 14 may 2014-cü il tarixli qərarının qəbzə imza etdirilməklə aldığını, apellyasiya və kassasiya şikayətləri vermək niyyəti olmadığını, Babayeva Rəhiməxanım Məhyəddin qızı adlı şəxsi tanımadığını və ona heç bir mənzili satmadığını, Bakı ŞİH-in 503 saylı 13 dekabr 2013-cü il tarixli sərəncamı əsasında ona verilmiş mənzillə bağlı Rəhimaxanım Babayevadan pul almadığını və həmin mənzilin onun adına sənədləşdirilməsinə dair Bakı ŞİH-ə ərizə ilə müraciət etmədiyini, adından edilmiş qanunsuzluqlara görə məsuliyyət daşımadığını və təqsirkarların cəzalandırılmalı olduğunu göstərmişdir. İddiaçı tərəfindən Bakı ŞİH-in 454 saylı 2 noyabr 2016-cı il tarixli sərəncamının ləğv edilməsi və pozulmuş hüquqlarının bərpası barədə ərizəsi əsassız olaraq 20 dekabr 2018-ci il tarixli M-574/2-110/2-t/1 saylı məktubu ilə təmin olunmamış və bu zaman iddiaçıya guya onun əvvəlki ərizəsinə 27 sentyabr 2018-ci il tarixli məktubla cavab verildiyi göstərilmişdir. Lakin həmin tarixli məktub Bakı ŞİH-ə göndərilməmişdir. Bakı ŞİH-in imtinasını əsassız hesab edilir və hesab edilir ki, mübahisəli mənzilin onun adına keçirilməsinə dair Bakı ŞİH-in 248 saylı 2 iyun 2014-cü il tarixli səncamının ləğv edilməsi üçün əsaslar olmamış, Bakı ŞİH-in məsul şəxsləri tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla mübahisəli mənzilə dair qeyd edilən sərəncam qüvvədə olduğu müddətdə mübahisəli mənzilin üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının adına keçirilməsinə dair 201 saylı 16 may 2016-cı il tarixli sərəncam verməklə və sonradan 454 saylı 2 noyabr 2016-cı il tarixli sərəncamla iddiaçının adına keçirilmiş qeyd edilən mənzilə dair 248 saylı 2 iyun 2014-cü il tarixli sərəncamı ləğv etməklə onun mənzil hüquqlarını pozmuşdur. Göstərilənlərə və İPM-in 2.2.1 və 32-ci maddələrinə əsaslanaraq, Bakı ŞİH-in başçısının 2 noyabr 2016-cı il tarixli 454 nömrəli sərəncamının “2 iyun 2014-cü il tarixli 248 nömrəli sərəncamın ləğv edilməsi” hissəsində etibarsız sayılması və “13 dekabr 2013-cü il tarixli 503 saylı sərəncamın X9 aid hissədə ləğvi və Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 məhəllədə yerləşən yaşayış binasının 57 saylı mənzilinin Babayeva Rəhiməxanım Məhyəddin qızının adına sənədləşdirilməsi barədə” 16 may 2016-cı il tarixli 201 saylı sərəncamının ləğv edilməsi, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 məhəllədə yerləşən yaşayış binasının 57 saylı mənzilinə hüquqlarının bərpa edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmənin 18 fevral 2019-cu il tarixli qərardadı ilə X12 və X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək Bakı ŞİH başçısının cavabdehin 2 noyabr 2016-cı il tarixli 454 nömrəli sərəncamının “2 iyun 2014cü il tarixli 248 nömrəli sərəncamın ləğv edilməsi” hissəsində etibarsız sayılması;Bakı ŞİH başçısının “13 dekabr 2013-cü il tarixli 503 nömrəli sərəncamın X9 aid hissədə ləğvi və Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 məhəllədə yerləşən yaşayış binasının 57 saylı mənzilinin Babayeva Rəhiməxanım Məhyəddin qızının adına sənədləşdirilməsi barədə” 16 may 2016-cı il tarixli 201 saylı sərəncamının etibarsız sayılması; məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 məhəllədə yerləşən yaşayış binasının 57 saylı mənzilinə dair iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul olunması öhdəliyinin cavabdeh Bakı ŞİH-in üzərinə qoyulması kimi qəbul olunmasını xahiş etmiş, məhkəmənin 4 iyun 2019-cu il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1008/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2223/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş və birinci instansiya məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-858/2020 saylı, 19 iyun 2020ci il tarixli qərarı ilə üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6004/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı ŞİH başçısının 2 noyabr 2016-cı il tarixli 454 nömrəli sərəncamının “2 iyun 2014-cü il tarixli 248 nömrəli sərəncamın ləğv edilməsi” hissəsində etibarsız sayılması, Bakı ŞİH başçısının 16 may 2016-cı il tarixli 201 saylı sərəncamının etibarsız sayılması, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, Bakı şəhəri, ünvan 1-də yerləşən yaşayış binasının giriş 2, 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilinə dair İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı ŞİH-in üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan 3-cü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin diqqətdən kənarda saxladığı məqam ondan ibarətdir ki. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 454 saylı 02.1 1.2016-cı il tarixli və 201 saylı 16.05.2016-cı il tarixli sərəncamlarının etibarsız sayılması hissəsində iddia müddəti iddiaçı tərəfindən dəfələrlə ötürülsə də və ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilməsə də, buna əhəmiyyət verilməmişdir. Sadəcə iddiaçı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək mübahisəli mənzilin onun adına keçirilməsini xahiş etmiş, mənzilin addan-ada keçirilməsi tələbi ilə sərəncamların etibarsız hesab edilməsi tələblərini birləşdirmiş və belə fikir yaratmaq məqsədi güdmüşdür ki, guya iddia qaldırmaq hüququ mənzilin addan-ada keçirilməsi barədə Bakı şəhər İH müraciət etdiyi və ya imtina casabı aldığı tarixdən yaranır. Hətta iddiaçı ilk dəfə mənzilin addan-ada keçirilməsindən imtina barədə Bakı şəhər İH-dən aldığı M-574/2-110/2-t/l saylı, 27.09.2018-ci il tarixli imtinadan da şikayət etmək hüququnu itirdiyi və məhkəməyə müraciət etmədiyi üçün bununla bağlı həmn ilin dekabr ayında yenidən müraciət edib, 20.12.2018-ci il tarixli M- 574/2-110/2-t/l saylı məktub almışdır. Məhkəmə qərarını əsaslandırarkən özü də yuxarıda qeyd etdiyi faktları etiraf etsə də, 3 hissədən ibarət 2 tələb üzrə iddiaçının iddia müddətinin ötdüyünü qabartmamış, ona qiymət verməmiş, əksinə gizlətməyə, tələbləri qarışdırmağa çalışmışdır. Belə ki, iddiaçıya Bakı şəhər İHB-nın 454 saylı 02.11.2016-cı il tarixli və 201 saylı 16.05.2016-cı il tarixli sərəncamlarının mövcud olması və mənafeyinə toxunması ən azından 2-1(81)-6455/2017 saylı (2-1(81) 416/2018) işə 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsində onun Bakı şəhər İH-yə qarşı eyni məzmunlu iddia ərizəsinə baxılarkən və iş üzrə qərar qəbul edilərkən, qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən məlum idi. O da məlum idi ki, Babayeva Rəhiməxanım 3-cü şəxs kimi prosesə cəlb edilib, inzibati məhkəmə icraatının iştirakçısıdır və mənzil onun adına keçirilmişdir. Göründüyü kimi sərəncamların mübahisələndirilməsi barədə hazırkı iddiaya istər müəyyən etmə və ya tanınma, istərsə də mübahisələndirmə haqqında iddia kimi yanaşılsa iddia müddəti iddiaçı tərəfindən dəfələrlə ötürülməklə mübahisələndirdiyi hallar ona məlum olandan 1 ildən artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırılmışdır. Həm inzibati icraatda, həm də mülki prosesdə tərəfin və ya vətəndaşın məluımatlandırılmaması, yəni formal əsaslara görə qərarın və inzibati aktın, qətnamənin ləğvi və ya etibarsız sayılması nəzərdə tutulmamışdır. İlk əvvəl vətəndaş məlumatlandırılmaması onun hansı sənədin vermək imkanından mərhum etmişdir məsələsi aydınlaşdırılmalı idi. Hazırkı halda isə iddiaçı iddia müddətini ötürdüyü və bunu bildiyi üçün inzibati aktın ləğv edilməsi ilə bağlı iddiasında dəyişiklik etmiş, onu dəyişdirib, aktın etibarsız hesab edilməsini xahiş etmişdir. İşin mahiyyəti, iddiaçının mənzilə hüququnun olub-olmamasını müəyyən etmək əvəzinə məhkəmə lazımi məqamları araşdırmamış və onlara qiymət verməmişdir ki, iddiaçının mənzilə hansı hüququ var. Bununla yanaşı hazırkı məhkəmə qərarının əsaslandırma hissəsində düzgün olaraq 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-2585/2014 saylı. 24 may 2014-cü il tarixli qərarı sübutlar siyahısına daxil edilməmiş, həmin qərarla müəyyən edilən hallardan istifadə edilməmişdir. Belə ki, qərar əsassız olduğu, hər hansı araşdırma aparılmadan qəbul edildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 2-1(10З)- 1885/2017 saylı, 20 sentyabr 2017-ci il tarixli qərardadı ilə ləğv edilmiş və İddiaçı Bakı şəhər İH-yə ümumiyyətlə müraciəti olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1528/2018 saylı 03.08.2018-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Başqa bir tərəfdən 2-1(81)-416/2018 saylı işə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-2585/2014 saylı, 24 may 2014-cü il tarixli qərarı qanuni qüvvəsini almadığı, hətta tərtib edilmədiyi halda, qəbul edildikdən 1 həftə sonra 02.06.2014-cü il tarixdə Bakı şəhər İH tərəfindən icra edilmişdir. Məlum olmuşdur ki. Bakı şəhər İH-nin bir neçə əməkdaşı vəzifələrindən sui-istifadə etməklə, yalan yolu, saxtakarlıq etməklə hər hansı qeydiyyat aparmadın 02.06.2014-cu tarixli sərəncamın verilməsinə nail olmuş, sonradan isə cəzalandırılmışlar. Bununla bağlı sənədlər 2-1(81)- 416/2018 saylı işdə olsa da, hazırkı işə baxarkən məhkəmə onlara baxış keçirməmiş, onlardan istifadə etməmişdir. Həmçinin qeyd edilməlidir ki, mübahisəli mənzil Bakı şəhər İH tərəfindən X9 dövlət mənzil fondundan verilmiş, mənzil Özəlləşdirilməmiş, üzərində mülkiyyət hüquqları İ.Hüseynovun adına dövlət qeydiyyatından keçirilməmiş, dövlət mənzil fondundan çıxarılmamışdır. Bununla bağlı müvafiq sənədlər tərtib edilmiş olsaydı mənzilin özəlləşdirilməsi mümkün olardı və Bakı şəhər İH-nin mənzilin addanada keçirməyə səlahiyyət olmazdı. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestri obyekti olmadığı üçün İ.Hüseynovun ümumiyyətlə mənzili satmağa səlahiyyəti olmamışdır. İ.Hüseynovun səlahiyyəti yalnız ondan ibarət olmuşdur ki, o dövlət mənzil fondunda qalan, özəlləşdirilməyən mənzilin başqa şəxsin adına keçirilməsinə razılıq verə bilər. İ.Hüseynov isə dələduzluq yolu ilə mənzilin addan-ada keçirilməsinə razılıq verilməsi üçün bir neçə şəxsdən, o cümlədən ondan pul almışdır. İ.Hüseynovun mənzilin addan-ada keçirilməsinə razılıq verilməsi üçün pul alması hələ həmin mənzilin adda-ada keçirilməsi üçün əsas deyildir. Bununla bağlı dövlət mənzil fondunun adından Bakı şəhər İH-nin də razılığı olmalıdır ki, İddiaçı halında belə bir razılıq olmamış, Bakı şəhər İH-nin razılığı ona olmuşdur. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə mənzilin onun adına keçirilməsi barədə müraciəti də o 2016-cı ildə müraciət etdikdən 2 ildən artıq müddət sonra, 2018-ci ilin dekabr ayında olmuşdur ki, həmin vaxt mənzil artıq onun adında idi. İddiaçı İ.Hüseynovla münasibətləri, İ.Hüseynovun ondan dələduzluq etməklə pul alması ilə bağlı mübahisəyə mülki xarakterli iddia kimi ümumi məhkəmədə baxılmalıdır və həmin mübahisənin, İ.Hüseynovun İddiaçı pul almasının Bakı şəhər İHyə aidiyyəti yoxdur. İ.Hüseynovun isə hər dəfə müxtəlif ərizələr verməklə, gah mənzilin İddiaçı satması, gah M.Bağırova satması barədə notarial qaydasında verdiyi müxtəlif məzmunlu ərizələri sübut kimi qəbul edilə bilməz. 31.10.2016-cı il tarixli və bundan sonra 28.11.2019-cu il tarixdə 6 və 12 saylı Kontorlarda notariat qaydasında təsdiq edilmiş ərizələrdə İman Hüseynov göstərmişdir ki, mübahisəli, mənzili R.Babayevaya satmışdır, İddiaçı tanımır və həmin mənzilə görə ondan pul almamışdır. Həm işin yuxanda qeyd edilən digər məqamlarları, həm də İ.Hüseynovun istinad etdikləri ərizələrində göstərilmiş dəlillər 18.02.2018-ci il tarixli ərizədə göstərilənlərin həqiqəti əks etdirmədiyini sübut edir. Bu məqamlar araşdırılmalı olsa da, 1-ci instansiya məhkəməsi onlara əhəmiyyət verməmişdir. Məhkəmə şikayət verilən qərarda bir tərəfdən göstərir ki, Bakı şəhər İcra hakimiyyətinin MTK-da olan mənzilləri addan-ada dəyişdirməyə səlahiyyəti yoxdur, digər tərəfdən isə addan-ada dəyişdirmək vəzifəsini Bakı şəhər İcra Hakimiyyətinə həvalə edir. Bu fikirlər biri-digərinə ziddir. Əgər belə bir məqam varsa, onda bu mübahisə mülkidir, Bakı şəhər İcra hakimiyyəti ilə əlaqəsi yoxdur və ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və 3-cü şəxslər X12 və X4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və 3-cü şəxslər X12 və X3 iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddia inzibati orqanın 2 noyabr 2016-cı il tarixli 454 nömrəli və 16 may 2016-cı il tarixli 201 nömrəli sərəncamlarının etibarsız hesab olunmasından ibarətdir. Bu iddia, İPM-nin 2.2.5-ci və 36-cı maddələri anlamında müəyyən etmə və tanınma haqqında iddiadır. 31. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası İPM-də müəyyən etmə və tanınma haqqında iddialara münasibətdə iddia müddətləri müəyyən olunmamışdır. Bakı ŞİH başçısının 13 dekabr 2013-cü il tarixli 503 nömrəli qərarında X9 1 nəfər ailə tərkibi ilə, "xxxx" MTK-ya məxsus, ünvan 1 ünvanındakı yaşayış binasının 2-ci girişinin 9cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m., yaşayış sahəsi 47,8 kv.m. olan 2 otaqlı 57 saylı mənzil verilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2585/2014 saylı 24 may 2014-cü il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilərək, ünvan 2 ünvanında yerləşən binanın 2ci giriş, 9-cu mərtəbə, 2 otaqlı, 47.8 kv.m yaşayış sahəsindən (ümumi sahəsi 88,8 kv.m) ibarət 57 nömrəli mənzilinə dair Bakı ŞİH tərəfindən verilmiş 503 nömrəli 13 dekabr 2013cü il tarixli sərəncamın addan-ada keçirilməsi və həmin mənzilin İddiaçı adına sənədləşdirilməsi barədə sərəncam verilməsi öhdəliyi Bakı ŞİH-in üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1885/2017 saylı 20 sentyabr 2017-ci il tarixli qərardadı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2585/2014 saylı 14 may 2014-cü il tarixli qərarı ləğv edilmiş və işə üçüncü şəxslər X12 və X3 iştirakları ilə yenidən baxılması üçün iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 416/2018 saylı 13 fevral 2018-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı ŞİH-ə (üçüncü şəxslər X12, Bağırov Məhəmməd Adıgözəl oğlu və X2) qarşı mənzilin rəsmiləşdirilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1528/2018 saylı 3 avqust 2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-416/2018 saylı 13 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş və İddiaçı cavabdeh Bakı ŞİH-ə qarşı (üçüncü şəxslər X12, Bağırov Məhəmməd Adıgözəl oğlu və X2) mənzilin rəsmiləşdirilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı ŞİH başçısının 2 noyabr 2016-cı il tarixli 454 nömrəli qərarında (1-ci bənd) paraolimpiyaçı, idman ustası X9 məxsus Xətai rayonu, Sarayevo küçəsi, 2346 – 2347-ci məhəllədə yerləşən yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilin İddiaçı adına keçirilməsi barədə Bakı ŞİH başçısının 2 iyun 2014-cü il tarixli 248 saylı sərəncamının ləğv edilməsi, (2-ci bənd) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2014-cü il tarixli 2- 1(81)- 2585/2014 saylı qərarından idman ustası İman Hüseynovun xəbərsiz olması barədə məlumatını nəzərə alaraq, həmin qərardan apellyasiya şikayəti verilməsinin təmin edilməsinin ŞİH hüquq şöbəsinə (S.Nəsibov) tapşırılması qərara alınmışdır. X5 notarial qaydada təsdiqlənmiş 18 fevral 2018-ci il tarixli ərizəsində bildirilmişdir ki, Bakı ŞİH 503 saylı 13 dekabr 2013-cü il tarixli sərəncamına əsasən "xxxx" MTK tərəfindən ünvan 3 ünvanında inşa edilmiş çoxçərtəbəli yaşayış evində 2-ci giriş, 9-cu mənzilin dəyəri kimi 2014-cü ilin aprel ayında 3 dəfəyə İddiaçı aldığı 54.000 manat nağd pulun müqabilində həmin mənzilin İddiaçı keçirilməsinə və gələcəkdə mənzillə bağlı heç bir iddia və tələbinin olmayacağı ilə bağlı notarial qaydada ərizə vermişdir. Bu gün də həmin ərizədəkiləri təsdiq etməklə yanaşı bildirir ki, mənzilin İddiaçı adına keçirilməsi ilə əlaqədar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 2014-cü ilin aprel – may aylarında keçirilən iclaslarda iştirak etməklə yanaşı, məhkəmənin bu işlə bağlı qəbul etdiyi 14 may 2014-cü il tarixli 2-1(81)-2595/2014 saylı qərarının surətini qəbzə imza etməklə almışdır. Həmin qərardan apellyasiya və kassasiya şikayətləri verməmişdir və belə niyyəti də olmamışdır Bakı ŞİH başçısının 2 iyun 2014-cü il tarixli 248 nömrəli qərarında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2014-cü il tarixli 2-1(81)-2585/2014 saylı qərarına əsaslanaraq qərara alınmışdır ki, Bakı ŞİH başçısının 503 saylı 13 dekabr 2013-cü il tarixli sərəncamı ilə "xxxx" MTK-ya məxsus Bakı şəhəri, ünvan 1- də yerləşən yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzili X6 adından İddiaçı adına keçirilsin. Bakı ŞİH başçısının 16 may 2016-cı il tarixli 201 nömrəli qərarında qərara alınmışdır ki, (1-ci bənd) Bakı ŞİH başçısının 503 saylı 13 dekabr 2013-cü il tarixli sərəncamı vətəndaş X9 aid hissədə ləğv edilsin; (2-ci bənd) X1 rəsmi ərizəsi nəzərə alınaraq "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, ünvan 1-də yerləşən yaşayış binasının giriş 2, 9cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzili Babayeva Rəhiməxanım Məhyəddin qızının adına rəsmiləşdirilsin. «İnzibati icraat haqqında» Azərbaycan Respuiblikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan, barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər, inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 1-də yerləşən yaşayış binasının giriş 2, 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilinə hazırda hər hansı hüququnun olub-olmamasından asılı olmayaraq, onunla bağlı olan Bakı ŞİH başçısının 2 noyabr 2016- cı il tarixli 454 nömrəli və 16 may 2016-cı il tarixli 201 nömrəli sərəncamların qəbulu birbaşa hazırkı İddiaçı qanunla qorunan maraqlarına toxunan haldır. Odur ki, İddiaçı bu inzibati aktların qəbulu üzrə inzibati icraatda məlumatlandırılmaması və iştirakının təmin olunmaması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 24.1, 36-cı maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, bu səbəbdən də həmin sərəncamların etibarsız sayılması üzrə hazırkı İddiaçı subyektiv hüquqa malik olur. Müstəqil hüquqi şəxs olan hər hansı MTK tərəfindən inşa edilmiş yaşayış binasındakı mənzilin bir şəxsin adından başqa şəxsin adına hər hansı formada rəsmiləşdirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərində deyil. Odur ki, Bakı ŞİH başçısının 2 noyabr 2016-cı il tarixli 454 nömrəli və 16 may 2016-cı il tarixli 201 nömrəli sərəncamları «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 65.1.2 və 65.1.5-ci maddələrinə əsasən etibarsız inzibati aktlar sayılmalıdırlar. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddianın üçüncü hissəsinə, yəni “iddiaçının adına inzibati aktın qəbulu” tələbinə gəldikdə isə, məhkəmənin mövqeyi belə olmuşdur ki, cavabdeh tərəfindən İddiaçı mübahisə obyekti olan mənzillə bağlı ona ünvanlanmış müvafiq müraciətinə baxılmalı və bu zaman «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 24.1, 24.2-ci maddələrinin də tələbləri nəzərə alınmaqla nəticəsi barədə hər hansı akt qəbul olunmalıdır. Odur ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, Bakı şəhəri, ünvan 1-də yerləşən yaşayış binasının giriş 2, 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilinə dair İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı ŞİH-in üzərinə qoyulmalıdır Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6004/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar