Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-92/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X4 və X2 iştirakı ilə, İddiaçı “İddiaçı”nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə rəy verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-904/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı "qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” DTA 05 formasında ərizə ilə cavabdehə müraciət edərək 448,881.60 manat vergi məbləğinin ona qaytarılmasını xahiş etmişdir. Cavabdeh DTA-05 formasının nəzərə alınmaması haqqında 7 aprel 2020-ci il tarixli cavabı ilə bildirmişdir ki, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarının 7.3-cü bəndinə əsasən artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA- 05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir. Bundan əlavə, təqdim edilmiş ərizəyə əlavə olunmuş müqavilənin 11-ci maddəsinin 1-ci bəndinə əsasən Borcalanın bu müqavilə ilə və yaxud istənilən Fərdi Kredit müqaviləsi üzrə istənilən şəxsə verəcəyi bütün ödənişlər istənilən hazırki, yaxud gələcək vergidən azaddır və bu kimi vergi tutulmur və ya bu kimi vergi hesabına olmur, istisna hal odur ki, Borcalandan verginin çıxılacağı yaxud tutulacağı bu kimi məbləğ elə həddə artırılır ki, bu kimi vergi tutulması, yaxud çıxılmasından sonra bu kimi vergi tutulması, yaxud çıxılması tələb olunmayacağı təqdirdə, alacağına bərabər miqdarda xalis məbləğ alsın və saxlasın (bu kimi vergi tutulması və ya çıxılmasına nəzərən istənilən öhdəlikdən azad məbləğ). Həmin maddənin 2-ci bəndinə əsasən Maddə 11.1-in müddəalarına zidd olmayaraq, əgər borcverəndən bu Müqavilə üzrə aldığı və ya alacağı hər hansı məbləğə nəzərən (o cümlədən, lakin bununla məhdudlaşdırılmayaraq, bu 11-ci maddə üzrə aldığı, yaxud alacağı istənilən məbləğ) vergi yaxud digər öhdəliklər hesabına (təsis olunduğu yurisdiksiya üzrə xalis gəlirinə qoyulan vergi deyil) ödəniş etmək tələb olunarsa, yaxud istənilən bu kimi ödənişə nəzərən Borcverənin üzərinə hər hansı öhdəlik təsdiqlənmişsə, qoyulmuşsa, tutulmuşsa və ya dəyərləndirilmişdirsə, Borcalan Borcverənin tələbi ilə dərhal bu kimi ödənişi, yaxud öhdəliyi bununla əlaqədar ödəniləcək və ya qarşılanacaq istənilən faiz, cərimələr məsrəflərlə birlikdə dərhal kompensasiya edir. Qeyd olunanlara əsasən tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin vergilər tutulmadan tam məbləğdə qeyri-rezident şəxsin bank hesabına ödənildiyi və bu əməliyyatlardan yaranan vergi öhdəliyinin gəliri ödəyən şəxs tərəfindən yerinə yetirildiyi halda rezident müəssisə tərəfındən qeyri-rezident şəxsə edilən ödəmələrə görə ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilən vergi məbləği qeyri-rezidentlərin gəlirini təşkil etmir və qeyri-rezidentə münasibətdə artıq ödəmə yaratmır. İddiaçı vergi orqanının onun müraciətinə cavabından narazı qalaraq müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, hazırda iddiaçı “İddiaçı” cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən “faiz gəlirindən ödənilmiş 448.881.60 manat məbləğində verginin ona geri qaytarılması ilə bağlı vergi orqanı tərəfindən “Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə rəy”in hazırlanıb ona və AR Maliyyə Nazirliyinin yerli bölmələrinə göndərilməsi”ni tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş kommersiya bankıdır. Qurum 2005-ci ildən etibarən "xxxx" ASC üçün layihələrin maliyyələşdirilməsi və ticarət yönümlü maliyyələşdirmə üzrə kreditor qismində çıxış edir və Azərbaycan Respublikası mənbəyindən 6.900.797,89 manata qədər faiz gəliri əldə etmişdir. AR Vergi Məcəlləsinin 125-ci maddəsinin tələblərinə uyğun olaraq “İddiaçı”nin faiz gəlirlərinin 10 faizi ödəmə mənbəyində vergiyə cəlb edilmişdir. 25 avqust 2004-ci il tarixdə Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş imzalanmışdır. Sazişin 11-ci maddəsinin 3 “a” bəndinə əsasən Azərbaycan Respublikasında yaranan və Almaniya Federativ Respublikası tərəfindən zəmanət verilmiş ixrac, yaxud birbaşa xarici investisiyalarla bağlı kreditlərə (borclara) münasibətdə ödənilən yaxud Almaniya Federativ Respublikasının Hökumətinə, X11, “Kreditanştalt für Videraufbau”ya, Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə ödənilən faiz məbləğləri Azərbaycan vergilərindən azad olunur. “İddiaçı”nin "xxxx" ASC-yə verdiyi kreditlərə də Almaniya Federativ Respublikası tərəfindən yaradılan İdxal-İxrac Agentliyi (Euler Hermes) tərəfindən zəmanət verilmişdir. Qeyd olunan dövr ərzində ödənişlərin ödəmə mənbəyində vergidən azad olunması üçün vergi orqanlarına DTA 03 forması (ərizəsi) təqdim olunmamışdır. Buna görə də "xxxx" ASC tərəfindən “İddiaçı”nin gəlirləri ödəmə mənbəyində vergiyə cəlb olunmuş və müvafiq vergi məbləği dövlət büdcəsinə köçürülmüşdür. “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7.1-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi ilə bağlı normanın nəzərdə tutulmasına baxmayaraq, DTA 03 ərizə forması təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını - DTA 05 forması təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər. Bununla əlaqədar, “İddiaçı” AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinə 20 dekabr 2018-ci il tarixdə DTA-05 forması ilə müraciət etmişdir. Həmin müraciətə vergi orqanı tərəfindən sözügedən Qaydaların tələbləri pozulmaqla yalnız 19 fevral 2019-cu il tarixdə cavab verilmiş, müvafiq cavab məktubunda da bir sıra sənədlər və dəqiqləşdirmələr tələb edilmişdir. Həmin Qaydaların 8-ci bəndinə əsasən daxil olmuş müraciətlərə vergi orqanı tərəfindən 20 iş günü ərzində baxılmalı olduğu halda, “İddiaçı”nin müraciəti gec cavablandırılmış, bununla da vergi orqanının qanunsuz olaraq etdiyi hərəkətsizliyi nəticəsində “İddiaçı”nin hüquqları pozulmuşdur. AR Vergilər Nazirliyinin 19 fevral 2019-cu il tarixli məktubu əsasında tələb edilən sənədlər əlavə olunaraq vergi orqanına yenidən müraciət edilsə də, vergi orqanı tərəfindən 07 aprel 2020-ci il tarixədək müraciətin cavablandırılmasından yayınmışdır. Bu müddətdə vergi orqanı tərəfindən müraciətin mahiyyətinə aid olmayan məlumatlar və sənədlər tələb edilmiş və məsələnin qısa müddət ərzində həll edilməsinə nail olmaq üçün “İddiaçı” tərəfindən qeyd olunan əlavə tələblər də dərhal icra edilmişdir. Bundan əlavə, vergi orqanı tərəfindən əsassız olaraq araşdırma müddətləri dəfələrlə uzadılmaqla bərabər həmin Qaydaların müddətlə bağlı tələbləri dəfələrlə pozulmuşdur. 29 iyul 2019-cu il və 29 avqust 2019-cu il tarixlərdə əlavə araşdırma tələb olunduğu əsas gətirilərək hər dəfə 20 gün müddətində müraciətə baxmaq üçün müddət vergi orqanı tərəfindən uzadılmışdır. Uzadılmış müddətin başa çatmasına baxmayaraq müraciətlərə cavab verilməmişdir. Hazırki iş üzrə vergi orqanı tərəfindən heç vaxt “İddiaçı”yə Qaydaların 8-ci bəndində nəzərdə tutulan bildiriş göndərilməmişdir. Beləliklə, vergi orqanının bildiriş göndərməməsi və müraciətlərə baxılma müddətinin tarixini göstərməkdən yayınması vergi orqanının Qaydalarda nəzərdə tutulan öhdəliklərinin pozulmasının göstəricisidir. Bütün bunları nəzərə alaraq, “İddiaçı” tərəfindən 19 sentyabr 2019-cu il tarixdə “Vergi orqanın hərəkətsizliyi və prosessual müddətlərin pozulmasına dair” şikayət ərizəsi ilə AR Vergilər Nazirliyinə müraciət edilmişdir. Həmin şikayət ərizəsinə verilən 14 oktyabr 2019-cu il tarixli cavab məktubunda bir daha “İddiaçı”nin gəlir məbləği, qaytarılmalı olan vergi məbləği və qeyri-rezidentin bank rekvizitlərini dəqiqləşdirərək vergi orqanına məlumat təqdim edilməsi tövsiyə edilmişdir. Vergi orqanının 14 oktyabr 2019-cu il tarixli məktubu “İddiaçı” tərəfindən nəzərə alınaraq, yenidən 6 dekabr 2019-cu il tarixli məktubla vergi orqanına müraciət edilmişdir. Həmin müraciətə baxılma müddətləri uzadılaraq sonda 7 aprel 2020-ci il tarixdə vergi orqanı tərəfindən DTA-05 formasının nəzərə alınmaması haqqında imtina məktubu göndərilmişdir. Həmin imtina məktubunda yalnız bir əsas qeyd edilmişdir: “İddiaçı” ilə "xxxx" ASC arasında bağlanmış 2005-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin vergilər tutulmadan tam məbləğdə qeyri-rezident şəxsin bank hesabına ödənildiyi və bu əməliyyatlardan yaranan vergi öhdəliyinin gəliri ödəyən şəxs tərəfindən yerinə yetirildiyi halda rezident müəssisə tərəfindən qeyri-rezident şəxsə edilən ödəmələrə görə ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilən vergi məbləği qeyri-rezidentlərin gəlirini təşkil etmir və qeyri-rezidentə münasibətdə artıq ödəmə yaratmır”. Müvafiq əsaslandırmanın düzgün olmadığını, “İddiaçı”nin müraciətindən imtina edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduğu hesab edilir. Vergi orqanı Azərbaycan Respublikasının qanunvericiliyində beynəlxalq müqavilələrin üstün hüquqi qüvvəyə malik olduğunu nəzərə almadan (Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsinə və Vergi Məcəlləsinin 2.5-ci maddəsinə zidd olaraq), Landesbanka imtina məktubu təqdim etməklə onun Sazişin tələblərinə uyğun olaraq vergidən azad olunma hüququnun həyata keçirilməsinə mane olmuşdur. Belə ki, Sazişin 11-ci maddəsinin 3 “a” bəndinə əsasən Azərbaycan Respublikasında yaranan və Almaniya Federativ Respublikası tərəfindən zəmanət verilmiş ixrac, yaxud birbaşa xarici investisiyalarla bağlı kreditlərə münasibətdə ödənilən faiz məbləğləri Azərbaycan vergilərindən azad olunur. Bununla da, Sazişin bu bəndinə əsasən Almaniya müstəsna vergitutma hüququna malikdir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının "xxxx" ASC-yə verdiyi kreditə Almaniya Federativ Respublikası tərəfindən yaradılan İdxal-İxrac Agentliyi (Euler Hermes) tərəfindən zəmanət verildiyinə görə “İddiaçı”nin həmin kreditdən əldə edilən faiz gəlirləri Azərbaycanda vergiyə cəlb edilməməlidir. Müvafiq Qaydaların tələbinə əsasən qeyrirezident Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi üçün DTA 03 ərizə forması ilə müraciət etməlidir, əks təqdirdə qeyri-rezident tərəfindən müvafiq vergilər ödənilməlidir. Lakin Sazişə əsasən qeyri-rezidentin ikiqat vergitutmanm aradan qaldırılması üçün müraciət etmək hüququ mövcuddur. Bu hüququn reallaşdırılması Qaydaların tələbinə uyğun olaraq DTA 05 ərizə formasının vergi orqanına təqdim edilməsi yolu ilə həyata keçirilə bilər. Qeyd edildiyi kimi, “İddiaçı” tərəfindən DTA 03 ərizə forması verilmədiyinə görə "xxxx" ASC tərəfindən “İddiaçı”nin faiz gəlirlərindən 10 faiz vergi məbləği tutularaq dövlət büdcəsinə köçürülmüşdür. “İddiaçı” tərəfindən isə, artıq Almaniyada bu faiz gəlirlərindən vergi ödənildiyinə görə ikiqat vergitutmanın aradan qaldırılması hüququnu həyata keçirmək üçün DTA 05 forması ilə AR Vergilər Nazirliyinə (DVX) müraciət edilmişdir. Göründüyü kimi, vergi orqanı “İddiaçı”-yə DTA 05 ərizə formasının nəzərə alınmaması haqqında imtina məktubu verməklə “İddiaçı”nin ikiqat vergitutmaya məruz qalmasına və Sazişlə nəzərdə tutulan hüquqlarının pozulmasına səbəb olmuşdur. Bununla da, vergi orqanı öz qanunsuz hərəkətləri (hərəkətsizliyi) ilə beynəlxalq müqaviləyə əsasən Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsinin qarşısını almışdır. "xxxx" ASC Azərbaycan Respublikası vergi qanunvericiliyinin (AR Vergi Məcəlləsinin 125 və 150-ci maddələri) tələblərini əsas götürərək “İddiaçı” və "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən “İddiaçı”nin faiz gəlirindən ödəmə mənbəyində vergini tutmuş və yerdə qalan məbləği “İddiaçı”yə köçürmüşdür. Beləliklə, “İddiaçı”yə köçürülən məbləğ onun net gəlirini təşkil etmişdir. Buna baxmayaraq, vergi orqanı “LandesbankBerlin AG”nin vergi agenti kimi "xxxx" ASC tərəfindən ödənilən vergi məbləğinin “İddiaçı”nin faiz gəlirinə uyğun olaraq hesablanıb ödənildiyini nəzərə almamışdır. Bununla da, vergi orqanı “İddiaçı”nin Sazişə uyğun olaraq vergidən azad olma hüququnu pozmuşdur. Bundan əlavə, müqavilədə xalis gəlirin göstərilməsi (yəni vergi çıxılmaqla) və ya müqavilə üzrə ümumi məbləğin (vergilər daxil) göstərilməsi müqavilə tərəfinin əldə etdiyi gəlirin məbləğinə təsir etmir. Bu səbəbdən də, vergi orqanının 7 aprel 2020-ci il tarixli məktubunda rezident tərəfindən ödəmə mənbəyində ödənilən verginin qeyri-rezidentin gəlir məbləğinə daxil edilməməsi ilə bağlı yanaşması düzgün deyil. Nəzərə alınmalıdır ki, "xxxx" ASC tərəfindən dövlət büdcəsinə ödənilən 10 faiz vergi məbləği “İddiaçı”nin gəlirini təşkil etməsəydi, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, "xxxx" ASC-nin həmin məbləğdən vergi ödəmək öhdəliyi yaranmazdı. Bu səbəbdən də, “İddiaçı” və "xxxx" ASC arasında bağlanan müqavilədə “İddiaçı”yə ödəniləcək xalis gəlirin (vergilər çıxılmaqla) göstərilməsi, "xxxx" ASC tərəfindən ödənilən vergi məbləğinin “İddiaçı”nin gəlir məbləğinə daxil edilməməsi anlamına gəlmir. Beynəlxalq təcrübədə bu tip müqavilələrə bir çox hallarda rast gəlmək olar. Azərbaycan Respublikasında da vergi orqanı tərəfindən bu tip müqavilələrə əsasən artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması təcrübəsi olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununa əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Bu səbəbdən də, hazırki iş üzrə də inzibati orqan kimi vergi orqanı fərqli inzibati praktika tətbiq edə bilməz. Hesab edilir ki, oxşar işlər üzrə müvafiq sənədlər məhkəmə tərəfindən vergi orqanından tələb edilə bilər. “İddiaçı” tərəfindən 20 dekabr 2018-ci il tarixdən başlayaraq müraciətlər edilmiş və bütün lazımi sənədlər təqdim edilmişdir. Buna baxmayaraq, bir ildən çox müddət keçdikdən sonra vergi orqanı "xxxx" ASC tərəfindən ödənilmiş vergi məbləğinin qeyrirezident kimi “İddiaçı”nin gəlirlərinə daxil olmama əsası ilə “İddiaçı”nin müraciətindən imtina etmişdir. Halbuki vergi orqanı “İddiaçı” və "xxxx" ASC arasında bağlanmış müvafiq müqavilədən, həmin müqavilədə olan 11-ci bənd barəsində əvvəlcədən xəbərdar olmuş və bir ildən çox müddət ərzində vergi orqanı tərəfindən yazılmış məktublarda bu məsələyə toxunulmamış, sadəcə məbləğlərlə bağlı müvafiq dəqiqləşmələr tələb edilmişdir. “İddiaçı”nin vergi orqanın verdiyi şikayət ərizəsinin cavabı olan 14 oktyabr 2020-ci il tarixli məktubuna baxdıqda da görünür ki, yalnız məbləğlərin və bank rekvizitlərinin dəqiqləşməsi barədə tələblər olmuşdur. Beləliklə, qeyd edilən hallar vergi orqanın süründürməçilik etməsini və əsassız olaraq qeyri-rezidentə vergi məbləğinin qaytarılmasından boyun qaçırdığını göstərir. Eyni zamanda, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” adından və mahiyyətindən də bəlli olduğu kimi sadəcə artıq ödənilmiş vergilərin geri qaytarılması və s. ilə bağlı təşkilati məsələləri, o cümlədən müraciət qaydasını, tələb edilən sənədlərin siyahısını, müraciət müddətlərini, həmçinin vergi orqanının yalnız müraciət qaydasına uyğun olaraq sənədlərin təqdim edilmədiyi təqdirdə bununla bağlı imtina vermək səlahiyyətlərini nəzərdə tutur. Lakin hal-hazırda vergi orqanı Sazişin tələblərinə zidd olaraq qeyri-rezidentin adından vergi agenti kimi "xxxx" ASC tərəfindən ödənilmiş verginin geri qaytarılmasından imtina etməklə Qaydalarda nəzərdə tutulan səlahiyyət hədlərindən kənara çıxmış olur. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, “İddiaçı”ın iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan, iddia rədd edilməlidir. Almaniya Federativ Respublikasının rezidenti olan “İddiaçı” 24 dekabr 2018-ci il tarixli “Qeyrirezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” DTA 05 formasında ərizə ilə vergi orqanına müraciət etmişdir. Vergi orqanı tərəfindən ona 19 fevral 2019-cu il tarixdə cavab verilmişdir. Ərizədə göstərilmiş gəlir məbləğinin (manatla) və qaytarılmalı olan vergi məbləğinin gəlir ödəyən tərəfindən təqdim edilmiş müvafiq dövr ÖMV (ödəmə mənbəyində tutulan vergi) vergi bəyannamələrində öz əksini tapmaması, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu müəyyən edən sənədin (pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki şəxs (lər) haqqında müvafiq ölkənin dövlət reyestrindən çıxarış), banklar arasında bağlanan fərdi kredit müqaviləsinin (əsas müqavilə) və ona edilən bütün düzəlişlərin, faizin hesablanması metodunun (açıqlaması) təqdim edilməməsi, təqdim edilən bank sənədlərinin oxunaqlı olmaması bildirilmişdir. Həmçinin, Euler Hermes tərəfindən verilən zəmanət bəyannaməsi xarici (alman) dildə təqdim edilmiş və ərizədə qeyri-rezidentin bank rekvizitlərinin əvəzinə gəlir ödəyənin məlumatlarının qeyd edildiyi, bununla yanaşı vergidən azadolmanın Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında bağlanan gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişin 11-ci maddəsinin hansı bəndinə aid olduğunun əsaslandırılması bildirilmişdir. Müəssisənin eyni məzmunlu 1 iyul 2019-ci il tarixli DTA-05 forması barədə müraciəti 1JT2019-CU il tarixli məktubla cavablandırılmışdır. Bu məktubla qeyri-rezidentə 31 may 2019-cu il tarixli DTA-05 formasının baxılmaqda olduğu bildirilmişdir. Bununla yanaşı, həmin DTA-05 forması ilə bağlı vergi orqanının 29 avqust 2019-cu il tarixli araşdırma müddətinin uzadılması barədə məktubu “İddiaçı” müəssisəsinə göndərilmişdir. Bu məktubla bildirilmişdir ki, müraciətlə əlaqədar digər dövlətin səlahiyyətli orqanına sorğu göndərilmişdir və müraciətə baxılma müddəti sorğuya cavab daxil olanadək uzadılmışdır. DTA-05 formasında göstərilmiş gəlir məbləğinin və qaytarılmalı olan vergi məbləğlərinin dəqiqləşdirilməsi bildirilməsinə baxmayaraq, ərizədə yenidən “İddiaçı”nin "xxxx" ASC-nin 690.079,7 manat faiz gəliri əldə etdiyi göstərilmişdir. Ərizədə göstərilən zamanda cəlb olunmuş gəlir məbləği, qaytarılmalı olan vergi məbləğini və qeyri-rezidentin bank rekvizitlərini dəqiqləşdirərək vergi orqanına bu barədə yazılı şəkildə məlumat verilməsi bir daha tövsiyə edilmişdir. Yuxarıda qeyd olunan nöqsanlar tam aradan qaldırılmamış, həmçinin vergi orqanı tərəfindən aparılan araşdırmalar zamanı tərəflər arasında müqavilə şərtlərinə əsasən Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin vergilər tutulmadan tam məbləğdə qeyri-rezident şəxsin bank hesabına ödənilməli olduğu və bu əməliyyatlardan yaranan vergi öhdəliyinin gəliri ödəyən şəxs tərəfindən yerinə yetirilməli olduğu halda rezident müəssisə tərəfindən qeyri-rezident şəxsə edilən ödəmələrə görə ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilən vergi məbləği qeyri-rezidentlərin gəlirini təşkil etmədiyi və qeyri-rezidentə münasibətdə artıq ödəmə yaratmadığı müəyyən edilmişdir. Bu səbəbdən 7 aprel 2020-ci il tarixli DTA-05 formasının nəzərə alınmaması haqqında bildiriş göndərilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən onun faiz gəlirindən 10% vergi məbləği tutularaq dövlət büdcəsinə köçürüldüyünü, Almaniyada bu faiz gəlirlərindən vergi tutularaq ödənildiyini və Azərbaycanda ödənilmiş vergilər geri qaytarılmadığından ikiqat vergitutmadan azad olunmaq hüququndan məhrum olduğunu bildirmişdir. “İddiaçı” (borc verən qismində) ilə "xxxx" ASC (borc alan qismində) arasında bağlanmış Əsas kredit müqaviləsi və digər təsdiqedici sənədlərlə müəyyən olunmuşdur ki, müqavilənin 4-cü maddəsinin müddəalarına əsasən borcalan hər Fərdi Kredit Müqaviləsi üzrə verilmiş və veriləcək istənilən məbləğə görə borc verənə faiz ödəyir. Həmin müqavilənin 11-ci maddəsinin 1-ci bəndinə əsasən Borcalanın bu müqavilə ilə və yaxud istənilən Fərdi Kredit müqaviləsi üzrə istənilən şəxsə verəcəyi bütün ödənişlər istənilən hazırkı, yaxud gələcək vergidən azaddır və bu kimi vergi tutulmur və ya bu kimi vergi hesabına olmur, istisna hal odur ki, Borcalandan verginin çıxılacağı yaxud tutulacağı bu kimi məbləğ elə həddə artırılır ki, bu kimi vergi tutulması, yaxud çıxılmasından sonra bu kimi vergi tutulması, yaxud çıxılması tələb olunmayacağı təqdirdə, alacağına bərabər miqdarda xalis məbləğ alsın və saxlansın (bu kimi vergi tutulması və ya çıxılmasına nəzərən istənilən öhdəlikdən azad məbləğ). Həmin maddənin 2-ci bəndinə əsasən Maddə 11.1-in müddəalarına zidd olmayaraq, əgər borcverəndən bu Müqavilə üzrə aldığı və ya alacağı hər hansı məbləğə nəzərən (o cümlədən, lakin bununla məhdudlaşdırılmayaraq, bu 11-ci maddə üzrə aldığı, yaxud alacağı istənilən məbləğ) vergi yaxud digər öhdəliklər hesabına (təsis olunduğu yurisdiksiya üzrə xalis gəlirinə qoyulan vergi deyil) ödəniş etmək tələb olunarsa, yaxud istənilən bu kimi ödənişə nisbətdə Borcverənin üzərinə hər hansı öhdəlik təsdiqlənmişsə, qoyulmuşsa, tutulmuşsa və ya dəyərləndirilmişdirsə, Borcalan Borcverənin tələbi ilə dərhal bu kimi ödənişi, yaxud öhdəliyi bununla əlaqədar ödəniləcək və ya qarşılanacaq istənilən faiz, cərimələr məsrəflərlə birlikdə dərhal kompensasiya edir. Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin 11-ci bəndinin 1-ci hissəsinə əsasən Razılığa gələn Dövlətdə yaranan və Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən faizlər həmin digər Dövlətdə vergiyə cəlb oluna bilər. Göründüyü kimi, Sazişin birinci tələbinə əsasən faizlərin ödənişi həyata keçirilməlidir. İndiki halda isə, iddiaçı tərəfindən faizlərin ödənildiyini təsdiq edən sənədlər təqdim edilməmişdir. Belə olduğu təqdirdə isə, hansısa faizə görə ödəmə mənbəyində vergilərin ödənilməsini mübahisələndirmək Sazişin tələblərinə ziddir. Başqa sözlə deyilsə, faiz ödənişi olmadığı halda Sazişin tətbiqi də mümkün deyildir. Bundan başqa, Sazişin 11-ci bəndinin 5-ci hissəsinə əsasən bu maddədə istifadə olunan “faizlər” termini borcların ipoteka təminatı halları daxil olmaqla, istənilən borc tələbindən olan gəlirləri, o cümlədən dövlətin qiymətli kağızlarından və istiqrazlarından, onlarla bağlı mükafatlar və uduşlu qiymətli kağızlardan uduşlar daxil olmaqla, əldə olunan gəlirləri ifadə edir. Vaxtında aparılmayan ödənişlərə görə tətbiq edilən cərimələr bu maddənin məqsədləri üçün “faizlər” sayılmır. Həmçinin Sazişin 11-ci bəndinin 8-ci hissəsinə əsasən əgər faizlərin ödəyicisi və faizlərin faktiki sahibi arasında, yaxud onların hər biri ilə istənilən üçüncü şəxs arasında mövcud olan xüsusi münasibətlər səbəbindən borc tələbi ilə əlaqədar ödənilən faizlərin məbləği bu münasibətlər olmadığı halda faizlərin ödəyicisi və faktiki sahibi arasında razılaşdırıla bilən məbləğdən artıq olarsa, bu halda, bu maddənin müddəaları yalnız sonuncu adıçəkilən məbləğə şamil edilir. Bu halda, artıq məbləğ Razılığa gələn Dövlətlərdən hər birinin qanunvericiliyinə müvafiq olaraq və bu Sazişin digər müddəaları nəzərə alınmaqla vergiyə cəlb edilə bilər. Göründüyü kimi, Sazişin tələbinə əsasən də iki şəxs arasında fərqli münasibətləri tənzimləyən müddəaların olduğu müqavilə zamanı hər kəsin öz qanunvericiliyinə əsasən hərəkət etməli olduğu bildirilmişdir. Mübahisələndirilən halda isə, iddiaçı və "xxxx" ASC arasındakı müqavilədə bütün vergi öhdəliklərinin "xxxx" ASC tərəfindən ödəniləcəyi barədə şərti öz üzərinə götürmüşdür. Bundan başqa, araşdırma zamanı "xxxx" ASC tərəfindən iddiaçıya hər hansı faiz ödənişi olmadığı üçün iddiaçının hansı məbləğlərə ikiqat vergitutmaya məruz qaldığı aydın deyildir. Qeyd olunmalıdır ki, bu əməliyyatlar üzrə borcalan "xxxx" ASC qeyri-rezidentin yerinə vergi öhdəliklərini həyata keçirən vergi agenti olaraq deyil, öz vergi öhdəliklərini yerinə yetirən vergi ödəyicisi olaraq çıxış edir. "xxxx" ASC-nin kredit müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olmayaraq, “İddiaçı”-yə net (xalis) məbləğ köçürməli olduğu halda, öz vergi öhdəliklərinə uyğun olaraq vergini tutub qalan hissəni borcalana köçürməli və müqavilədə nəzərdə tutulduğu kimi bu məbləği borcalana kompensasiya etməməsi halında mülki hüquq münasibətləri zəminində həll edilməli münasibətləri, artıq ödəmə iddiası ilə dövlət büdcəsindən tələb etməsi tamamilə əsassızdır. İddia ərizəsində Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydaları ilə müəyyən edilmiş müddətlərə əməl edilmədiyi bildirilmişdir. İddiaçının sorğularına qanunla müəyyən edilmiş müddətlərdə cavablandırılmasını iş materiallarına əlavə edilmiş cavab məktublarından görmək olar. İddiaçı bütün hallarda müraciətinin araşdırıldığı barədə məlumatlandırılmış, mövcud sənədlər əsasında aparılan araşdırma üzrə əsaslandırılmış imtina bildirişi göndərilmiş və bütün hallarda araşdırmanın başa çatdırılması üçün tələb olunan sənədlərin tamamlanması tövsiyə olunmuşdur. Təqdim olunmuş müraciətlərdə mövcud nöqsan və çatrışmazlıqların, o cümlədən ərizədə göstərilmiş gəlir məbləğinin (manatla) və qaytarılmalı olan vergi məbləğinin gəlir ödəyən tərəfindən təqdim edilmiş müvafiq dövr ödəmə mənbəyində tutulan vergi bəyannamələrində öz əksini tapmaması, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu müəyyən edən sənədin (pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki şəxs (lər) haqqında müvafiq ölkənin dövlət reyestrindən çıxarış), banklar arasında bağlanan fərdi kredit müqaviləsinin (əsas müqavilə) və ona edilən bütün düzəlişlərin, faizin hesablanması metodunun (açıqlaması), təqdim edilməməsi, Euler Hermes tərəfindən verilən zəmanət bəyannaməsi xarici (alman) dildə təqdim edilmiş və ərizədə qeyri-rezidentin bank rekvizitlərinin əvəzinə gəlir ödəyənin məlumatlarının qeyd edilməsi və digər aşkar olunmuş nöqsanlar müxtəlif cavab məktubları ilə iddiaçının nəzərinə çatdırılmışdır. Göründüyü kimi, qeyri-rezidentin müraciəti müvafiq təsdiqedici sənədlərin təqdim edilməsinə və onların dövlət dilinə tərcümə olunmasına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaq üçün baxılmış və araşdırmanın davam etdirilməsi barədə həm qeyri-rezidentin sənədlərdə göstərilən poçt ünvanına, həm də "xxxx" ASC-yə göndərilməsi təmin edilmiş və qaydaların tələblərinə tam əməl edilmişdir. Qeyd olunan səbəblərdən ödənilmiş vergi məbləğləri qeyri-rezidentə aid olmadığından, ödənilmiş vergi məbləğlərinin geri qaytarılması barədə rəyin verilməsi tələbi tamamilə əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-904/2021 nömrəli 27 aprel 2021-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, iddiaçının faiz gəlirindən ödənilmiş 448.881.60 məbləğində verginin ona geri qaytarılması ilə bağlı rəyin hazırlanıb iddiaçıya və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin aidiyyəti strukturuna göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi ərizədə müvafiq formaya əməl edilməməsi (lazımi qaydada doldurulmaması) qaldırılan məsələnin həllindən imtina üçün əsas ola bilməz. Bundan başqa, üçüncü şəxs "xxxx" ASC tərəfindən aparılmış ödənişlərin (bu hal bəyannamədə də təkzib olunmur) müvafiq əməliyyatlar üzrə öz öhdəliyi üzrə deyil, qeyri-rezident kimi hazırkı iddiaçının Azərbaycan mənbəyindən əldə olunan gəlirindən tutulması həm üçüncü şəxsin məhkəməyə təqdim olunmuş yazılı münasibətində əksini tapır, həm də cavabdeh orqan bu ödənişlərin "xxxx" ASC-nin özünə aid hansı vergi olmasını sübut edə bilməməsi ilə dolayısı ilə təsdiqlənir. “İddiaçı”nin "xxxx" ASC-yə verdiyi kreditə Almaniya Federativ Respublikası tərəfindən yaradılan İdxal İxrac agentliyi tərəfindən zəmanət verildiyindən, iddiaçının həmin kreditdən əldə edilən faiz gəlirləri Azərbaycanda vergiyə cəlb edilməməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə qərarında qeyd olunur ki, iddiaçının təqdim etdiyi ərizədə müvafiq formaya əməl edilməməsi (lazımi qaydada doldurulmaması) qaldırılan məsələnin həllindən imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaların 7.3-cü bəndinə əsasən artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin həmin Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir. Təqdim olunmuş müraciətlərdə mövcud nöqsan və çatrışmazlıqların o cümlədən, ərizədə göstərilmiş gəlir məbləğinin (manatla) və qaytarılmalı olan vergi məbləğinin gəlir ödəyən tərəfindən təqdim edilmiş müvafiq dövr ÖMV (ödəmə mənbəyində tutulan vergi) vergi bəyannamələrində öz əksini tapmaması; gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu müəyyən edən sənədin (pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki şəxs(lər) haqqında müvafiq ölkənin dövlət reyestrindən çıxarış); banklar arasında bağlanan fərdi kredit müqaviləsinin (əsas müqavilə) və ona edilən bütün düzəlişlərin, faizin hesablanması metodunun (açıqlaması), təqdim edilməməsi; Euler Hermes tərəfindən verilən zəmanət bəyannaməsi xarici (alman) dildə təqdim edilmiş və ərizədə qeyri-rezidentin bank rekvizitlərinin əvəzinə gəlir ödəyənin məlumatlarının qeyd edilməsi və digər aşkar olunmuş nöqsanlar müxtəlif cavab məktubları ilə iddiaçının nəzərinə çatdırılmışdır. Göründüyü kimi, qeyri-rezidentin müraciəti müvafiq təsdiqedici sənədlərin təqdim edilməsinə və onların dövlət dilinə tərcümə olunmasına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaq üçün baxılmış və araşdırmanın davam etdirilməsi barədə həm qeyri-rezidentin sənədlərdə göstərilən xarici poçt ünvanına, həm də "xxxx" ASC-yə göndərilməsi təmin edilmiş və qaydaların tələblərinə tam əməl edilmişdir. Məhkəmə cavabdeh vergi orqanının imtinasını "İnzibati icraat haqqında" Qanunun 13, 15, 17 ,19-cu maddələrinin tələblərinin pozulması kimi qiymətlədirir, lakin bu nəticənin hansı araşdırma ilə müəyyən edilməsini bildirmir. Bundan başqa məhkəmə tərəfindən üçüncü şəxs "xxxx" ASC tərəfindən aparılmış ödənişlərinin bəyannamələrində göstərildiyini və bu halın təkzib olunmadığını bildirmişdir. Bununla bağlı bildiririk ki, vergi orqanı tərəfindən aparılmış araşdırmalar zamanı Azərbaycan Beynəlxalq Bankı ASC-nin (bundan sonra Bank) təqdim etdiyi bəyannamə məlumatlarının məhkəməyə təqdim edilən ödəniş sənədlərinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli ödəniş sənədi Bank tərəfindən təqdim edilmiş bəyannamələrlə müqayisə edildiyi zaman ödəniş sənədinin 70352,10 manat olduğu halda, bəyannamə məlumatlarında 5157,27 manat olduğu müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən "xxxx" ASC-nin yazılı münasibəti və vergi orqanı tərəfindən ödənilmiş məbləğlərin Bankın hansı vergi öhdəlikləri olması barədə sübut edə bilməməsi əsasını gətirməklə iddia təmin edilmişdir. Məhkəmə qərar qəbul edərkən qeyri-rezidentlə Bank arasında olan müqaviləyə istinad edərək qeyrirezidentə çatası məbləğdən vergilərin tutulmalı olmaması bildirmiş və bu səbəbdən iddianı təmin etmişdir. İlk növbədə qeyd edilir ki, vəsaitlərin qaytarılmasından imtina edilməsinin əsasında cavabdeh vergi orqanı da tərəflər arasında bağlanmış müqavilənin “məbləğlərin vergilər tutulmadan çatdırılması” barədə şərtlərinə istinad edir. Belə ki, vergi orqanı tərəfindən də araşdırılmış məlumatlara əsasən Bank tərəfindən ödənilmiş məbləğlərdən müqavilə şərtlərinə görə hər hansı vergi tutulmamışdır. Belə olan halda qeyri rezidentin gəlirlərindən tutulmamış vergi məbləğinin hansı əsasa görə qaytarılmalı olması hər hansı qanunvericilik norması ilə müəyyən edilməmişdir. İddiaçı (borc verən qismində) ilə 'Azərbaycan Beynəlxalq Bankı" ASC (borc alan qismində) arasında bağlanmış Əsas kredit müqaviləsinin 4-cü maddəsinin müddəalarına əsasən borcalan hər Fərdi Kredit Müqaviləsi üzrə verilmiş və veriləcək istənilən məbləğə görə borc verənə faiz ödəyir. Həmin kredit müqaviləsinin 11-ci maddəsinin 1-ci bəndinə əsasən Borcalanın bu müqavilə ilə və yaxud Fərdi Kredit müqaviləsi üzrə şəxsə edəcəyi bütün ödənişlər hazırki, yaxud gələcək vergidən azaddır və bu məbləğə görə vergi tutulmur istisna hal odur ki, borcalandan verginin çıxılacağı yaxud tutulacağı halda məbləği elə həddə artırılır ki, vergi tutulması, yaxud çıxılmasından sonra müvafiq vergi tutulması, yaxud çıxılması tələb olunmayacağı təqdirdə, alacağına bərabər miqdarda xalis məbləğ alsın və saxlasın (bu kimi vergi tutulması və ya çıxılmasına nəzərən istənilən öhdəlikdən azad məbləğ). Həmin maddənin 2-ci bəndinə əsasən 11.1-ci maddənin müddəalarına zidd olmayaraq, əgər borcverəndən bu Müqavilə üzrə aldığı və ya alacağı hər hansı məbləğə nəzərən (o cümlədən, lakin bununla məhdudlaşdırılmayaraq, bu 11-ci maddə üzrə aldığı, yaxud alacağı istənilən məbləğ) vergi yaxud digər öhdəliklər hesabına (təsis olunduğu yurisdiksiya üzrə xalis gəlirinə qoyulan vergi deyil) ödəniş etmək tələb olunarsa, yaxud istənilən bu kimi ödənişə nəzərən Borcverənin üzərinə hər hansı öhdəlik qoyulmuşsa, Borcalan Borcverənin tələbi ilə dərhal bu kimi ödənişi, yaxud öhdəliyi bununla əlaqədar ödəniləcək və ya qarşılanacaq istənilən faiz, cərimələr məsrəflərlə birlikdə dərhal kompensasiya edir. Məhkəmə isə müqavilənin 11-ci maddəsinin 1-ci və 2-ci bəndinə ümumiyyətlə qiymət verməyərək, həmin maddənin 4-cü bəndinə istinad etmiş və İddiaçı-nin bu ödənişlərin hesabatını aparması halının bu ödənişləri büdcədən geri tələb etməyə haqlı etdiyi nəticəsinə gəlmişdir. Kredit müqaviləsinin 11-ci maddəsinin 4-cü bəndinə əsasən daxili qanunvericilikdə vergitutma nəzərdə tutulduğu halda həmin ödənişi təsdiq edən qəbzlər 30 təqvim günü ərzində borcalana təqdim edilməlidir. Beləliklə, iddianın təmin edilməsinin əsasında duran hal qeyrirezidentin bu vergi ödənişlərinin hesabatını aparması və bu ödənişlər barədə lazımı qaydada məlumatlandırılmasıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin 11-ci maddəsinin “3a”bəndinə istinad edərək faiz gəlirlərin Azərbaycanda vergiyə cəlb edilməli olmadığını bildirir. Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin (bundan sonra Saziş) 11-ci maddəsində nəzərdə tutulmuş azadolmaya istinad olunması ilə bağlı bildiririk ki, qeyri-rezidentin gəliri tutulmalı vergilər çıxılmadan ona tam məbləğdə köçürüldüyündən, tətbiq olunan vergitutmanın onun gəlirindən çıxılmadığından bu cür istinad tamamilə əsassızdır. Sazişdə qeyd olunan güzəştlər qeyri-rezidentin gəlirindən vergi çıxılmadığı hallara şamil edilmir. Belə olan halda hər iki dövlət arasında müvafiq sazişin olmadığı təqdirdə belə tərəflər arasında əməliyyat üzrə vergitutma münasibətləri dəyişməz qalır. Xüsusilə vurğulanmalıdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin əsas məqsədi gəlirin iki dəfə vergiyə cəlb etməmək, yaxud iki dəfə vergidən azad etməmək prinsiplərinin üzərində qurulub. Hazırkı iş üzrə, qeyri-rezidentə çatası məbləğdən hər hansı vergilərin ödənilmədiyi müəyyənləşdirilmişdir. Qeyd edilən sazişlər Azərbaycan Respublikasında olan gəlir ödəyən şəxsin müvafiq vergiləri öz hesabına ödəməsi ilə bağlı münasibətləri tənzimləmir. Məhkəmə qeyrirezidentə vəsaitlərin qaytarılması ilə bağlı qanunvericiliyin maddələrini formal olaraq sadalamaqla kifayətlənmiş, həmin maddələrin düzgün tətbiq olunub-olunmamasını, o cümlədən işin faktiki hallarını araşdırmamışdır. Məhkəmə rezident və qeyri-rezident arasında əməliyyatların mövcud olmasını, rezident tərəfindən müəyyən vergi ödənişlərinin həyata keçirilməsini, qaytarma ilə bağlı qanunvericilikdə müddəaların mövcud olmasını nəzərə almaqla kifayətlənmiş, bu ödənişlərin həqiqətən 1) həmin qeyri-rezident tərəfindən çəkilməsi halını, 2) qeyri-rezidentin həmin vəsaitlərə hüququnun yaranıb yaranmaması hissəsini əhəmiyyətli hesab etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, qanunvericiliyin tutulmuş vergilərin qaytarılması ilə bağlı tələbi ilk növbədə qeyri-rezidentin gəlirlərinin vergitutmaya məruz qalmasını tələb edir. Hazırkı iş üzrə məhkəmənin istinad etdiyi Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun ödəmə mənbəyində verginin tutulması həyata keçirilməmişdir. Belə ki, ödəmə mənbəyində verginin tutulması, qeyri-rezidentə köçürülən məbləğin vergi qədər azaldılmasını nəzərdə tutur. Ödəmə mənbəyində tutulmuş verginin qaytarılması ilə bağlı qanunvericiliyin tələbi isə vergi həcmində azaldılmış hissənin ona geri qaytarılmasını nəzərdə tutur. Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən qeyri-rezidentin, Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur. Göründüyü kimi, qeyrirezidentə aparılan ödənişlərdən ödəmə mənbəyində vergi tutulması əsas tələb kimi müəyyən edilmişdir. İş üzrə ərizə ilə birlikdə təqdim olunmuş sənədlərdən görünür ki, qeyrirezidentə faiz borcu ilə bağlı çatası məbləğ 3 561 334,52 avrodur. Vergi Məcəlləsinn 125-ci maddəsinin tələbinə əsasən bu ödənişlərdən mənbədə 10% yəni, 356133 manat tutulmalı idi. 125-ci maddədə nəzərdə tutulan “ödəmə mənbəyində vergi tutulur” tələbi qeyrirezidentə ödənilən məbləğin 356133 manat həcmində azalması halını nəzərdə tutur. Məhz həmin halda qeyri-rezident vergitutmaya məruz qaldığından həmin vəsaitlərin müvafiq DTA ərizə formaları əsasında geri qaytarılması hüququ yaranır. Lakin işin faktiki hallarına əsasən köçürülmüş 3 561 334,52 manat məbləğdən vergi tutulmamışdır (çıxılmamışdır), həmin vəsaitlər tam həcmdə xalis olaraq qeyri-rezidentin bank hesabına göndərilmişdir. Xüsusilə vurğulanmalıdır ki, qeyri-rezidentlərin gəlirinin müəyyən edilməsi ona aparılan ödənişlərə əsasən müəyyən edilir və maddədə nəzərdə tutulan ümumi gəlir anlayışı həmin gəlirdən gəlirin əldə edilməsi ilə bağlı heç bir xərcin çıxılmamasını nəzərdə tutur. Bundan başqa ödəniş sənədlərinə əsasən qeyri-rezidentə köçürülən məbləğlərin vergisiz tam həcmdə ödəniş məbləğləri olması aydın görünür. Ödənilməli olan məbləğlərin vergilər çıxılmadan ödənildiyi halda qeyri-rezidentin bu məbləğləri rezidenti olmadığı dövlətin büdcəsindən tələb etməsi qanunla nəzərdə tutulmamışdır. Məhkəmə qeyri-rezidentə məbləğlərin vergilər tutulmadan (çıxılmadan) xalis həcmdə köçürülməsi barədə təqdim olunmuş ödəniş sənədlərinə qiymət verməmişdir. Əlavə olaraq "xxxx" ASC həm şifahi məhkəmə çıxışında və məhkəməyə təqdim etdiyi yazılı münasibətdə, həmdə vergi orqanına ünvanladığı müraciətdə vergiləri öz vəsaitləri hesabına ödədiyi, qeyri-rezidentin gəlirlərinə vergi hesablamadığını bildirir. Belə olan halda, ödənilməli vəsaitlər vergi məbləğinin üzərinə əlavə edilmədiyindən, vəsaitlər ödəmə mənbəyində tutulmadığından, qaytarılması tələb olunan məbləğlər ilə borcalanın borcverənə ödəməli olduğu vəsaitlər arasında əlaqəni müəyyən etmək mümkün deyildir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan mənbəyindən əldə olunan gəlirlər vergilər tutulmadan tam məbləğdə qeyrirezident şəxsin bank hesabına ödənilmişdir. Məhkəmə isə yuxarıda təqdim olunanları nəzərə almayaraq, Azərbaycan Respubikasının rezidenti olan vergi ödəyicisinin öz vəsaitlərindən ödədiyi verginin, vergitutmaya məruz qalmamış qeyri-rezidentə qaytarılması barədə səhv qənaətə gəlmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-267/2022 nömrəli 18 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn – sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmişdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdehin kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-82/2023 saylı 01 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-267/2022 saylı 18 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kasasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, qeyri-rezidentin müraciəti müvafiq təsdiqedici sənədlərin təqdim edilməsinə və onların dövlət dilinə tərcümə olunmasına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaq üçün baxılmış və araşdırmanın davam etdirilməsi barədə həm qeyri-rezidentin sənədlərdə göstərilən xarici poçt ünvanına, həm də "xxxx" ASC-yə göndərilməsi təmin edilmiş və qaydaların tələblərinə tam əməl edilmişdir. Vergi orqanı tərəfindən aparılmış araşdırmalar zamanı Azərbaycan Beynəlxalq Bankı ASC-nin (bundan sonra Bank) təqdim etdiyi bəyannamə məlumatlarının məhkəməyə təqdim edilən ödəniş sənədlərinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli ödəniş sənədi Bank tərəfindən təqdim edilmiş bəyannamələrlə müqayisə edildiyi zaman ödəniş sənədinin 70352,10 manat olduğu halda, bəyannamə məlumatlarında 5157,27 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qərar qəbul edərkən qeyri-rezidentlə Bank arasında olan müqaviləyə istinad edərək qeyri-rezidentə çatası məbləğdən vergilərin tutulmalı olmadığını bildirmiş və bu səbəbdən iddianı təmin etmişdir. İlk növbədə qeyd edir ki, vəsaitlərin qaytarılmasından imtina edilməsinin əsasında cavabdeh vergi orqanı da tərəflər arasında bağlanmış müqavilənin “məbləğlərin vergilər tutulmadan çatdırılması” barədə şərtlərinə istinad edir. Belə ki, vergi orqanı tərəfindən də araşdırılmış məlumatlara əsasən Bank tərəfindən ödənilmiş məbləğlərdən müqavilə şərtlərinə görə hər hansı vergi tutulmamışdır. Belə olan halda qeyri rezidentin gəlirlərindən tutulmamış vergi məbləğinin hansı əsasa görə qaytarılmalı olması hər hansı qanunvericilik norması ilə müəyyən edilməmişdir. Bildiririk ki, İddiaçı (borc verən qismində) ilə 'Azərbaycan Beynəlxalq Bankı" ASC (borc alan qismində) arasında bağlanmış Əsas kredit müqaviləsinin 4-cü maddəsinin müddəalarına əsasən borcalan hər Fərdi Kredit Müqaviləsi üzrə verilmiş və veriləcək istənilən məbləğə görə borc verənə faiz ödəyir. Bundan başqa məhkəmə Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin 11-ci maddəsinin “3a”bəndinə istinad edərək faiz gəlirlərin Azərbaycanda vergiyə cəlb edilməli olmadığını bildirir. Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin (bundan sonra Saziş) 11 -ci maddəsində nəzərdə tutulmuş azadolmaya istinad olunması ilə bağlı bildiririk ki, qeyri-rezidentin gəliri tutulmalı vergilər çıxılmadan ona tam məbləğdə köçürüldüyündən, tətbiq olunan vergitutmanın onun gəlirindən çıxılmadığından bu cür istinad tamamilə əsassızdır. Sazişdə qeyd olunan güzəştlər qeyrirezidentin gəlirindən vergi çıxılmadığı hallara şamil edilmir. Belə olan halda hər iki dövlət arasında müvafiq sazişin olmadığı təqdirdə belə tərəflər arasında əməliyyat üzrə vergitutma münasibətləri dəyişməz qalır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. 3-cü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X8 və X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişlər ki, iddiaçıya Bank tərəfindən kredit faizləri ödənilərkən həmin kredit faizlərinə görə ödəmə mənbəyindən 10% vergilər (hansı ki, Sazişə əsasən belə vergilərin ödənilməsindən azad idi) məhz Bank tərəfindən ödədiyi faiz məbləğlərindən çıxılmadan büdcəyə ayrıca olaraq ödənilmişdir. Qeyd olunan vergilərin ödənişi yanlış olaraq həyata keçirildiyi üçün büdcədən geri qaytarılmalıdır. Odur ki, hazırda iddiaçının bu barədə iddiası əsaslıdır və təmin olunmalıdır. Çünki sözügedən vergilər Bank tərəfindən iddiaçıya ödənilmiş kredit faizlərinə görə büdcəyə ödənilmişdir. Belə olan halda iddiaçı tərəf həmin vergilərin büdcədən qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla bağlı hər iki nümayəndə cavabdehin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı “İddiaçı”nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 mart 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 3-cü şəxs qismində cəlb edilməsi ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” DTA 05 formasında ərizə ilə cavabdehə müraciət edərək 448,881.60 manat vergi məbləğinin ona qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etmişdir. Bununla razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin olunmuşdur. Həmin qərardan narazı qalmış cavabdehin apellyasiya şikayətinə əsasən işə baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Lakin hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi fərqli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi yalnız iddiaçının kreditdən əldə edilən faiz gəlirlərinin Azərbaycanda vergiyə cəlb edilməməli olması halından çıxış edərək iddia tələbini əsaslı hesab etmiş, “İddiaçı”-yə müqavilə üzrə şərtlərin tələblərinə uyğun olaraq çatmalı olan məbləğləri və həmin məbləğlərin tam ödənilib-ödənilməməsi məsələsini araşdırmamış, nəticədə iddiaçının həqiqətən Sazişin müddəalarına zidd rəftara məruz qalmasını hərtərəfli qiymətləndirməmişdir. İşə təkrar baxan apellyasiya məhkəməsi iddiaçı “İddiaçı” ilə "xxxx" ASC arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq çatmalı olan faiz məbləğinin “İddiaçı”-yə çatıbçatmamasını, çatmadığı halda azalmanın ödəmə mənbəyində vergiyə görə baş veribverməməsini müəyyən etməli, bununla bağlı məhkəmə icraatının tərəflərinin işdə olan dəlillərini araşdırıb həmin dəlillərə münasibət bildirməli, bundan sonra, hazırkı qərarda əks olunmuş hüquqi mövqe nəzərə alınmaqla iddiaçının tələbinin əsaslılığına qiymət verməlidir. Odur ki, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyinin apellyasiya instansiyası məhkəmələri üçün məcburiliyi nəzərə alınaraq işin təkrar apellyasiya baxışı zamanı iş üzrə kassasiya instansiya məhkəməsinin qərarındakı hüquqi mövqe istiqamətində araşdırmalar aparılmış və həmin araşdırmalar nəticəsində müəyyən olunmuşdu ki, iş üzrə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcud deyildir. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin mahiyyəti ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin tərəflər arasında mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, iddiaçı “İddiaçı” (borc verən qismində) ilə "xxxx" ASC (borc alan qismində) arasında Əsas kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4-cü maddəsinin müddəalarına əsasən borcalan hər Fərdi Kredit Müqaviləsi üzrə verilmiş və veriləcək istənilən məbləğə görə borc verənə faiz ödəyir. Həmin müqavilənin 11-ci maddəsinin 2-ci bəndinə əsasən 11.1-ci maddənin müddəalarına zidd olmayaraq, əgər borcverəndən bu Müqavilə üzrə aldığı və ya alacağı hər hansı məbləğə nəzərən (o cümlədən, lakin bununla məhdudlaşdırılmayaraq, bu 11-ci maddə üzrə aldığı, yaxud alacağı istənilən məbləğ) vergi yaxud digər öhdəliklər hesabına (təsis olunduğu yurisdiksiya üzrə xalis gəlirinə qoyulan vergi istisna olmaqla) ödəniş etmək tələb olunarsa, yaxud istənilən bu kimi ödənişə nisbətdə Borcverənin üzərinə hər hansı öhdəlik təsdiqlənmişsə, qoyulmuşsa, tutulmuşsa və ya dəyərləndirilmişdirsə, Borcalan Borcverənin tələbi ilə dərhal bu kimi ödənişi, yaxud öhdəliyi bununla əlaqədar ödəniləcək və ya qarşılanacaq istənilən faiz, cərimələr məsrəflərlə birlikdə dərhal kompensasiya edir. Qeyd olunan müqavilə üzrə “İddiaçı”nin "xxxx" ASC-yə verdiyi kreditlərə Almaniya Federativ Respublikası tərəfindən yaradılan İdxal-İxrac agentliyi (Euler Hermes) tərəfindən zəmanət verilmişdir. İşin tərəflər arasında yeganə mübahisələndirilən halı "xxxx" ASC tərəfindən “İddiaçı”yə ödənilən faiz məbləğlərinə görə ödənilən ödəmə mənbəyində verginin iddiaçıya qaytarılmalı olub-olmaması ilə bağlıdır. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş ödəmə mənbəyində verginin qaytarılmasını xahiş edir və iddia tələbinin əsası kimi “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Sazişin 11-ci bəndinə istinad edir (Azərbaycan Respublikasında yaranan və Almaniya Federativ Respublikası tərəfindən zəmanət verilmiş ixrac yaxud birbaşa xarici investisiyalarla bağlı kreditlərə (borclara) münasibətdə ödənilən yaxud Almaniya Federativ Respublikasının Hökumətinə, X11, «Kreditanştalt für Videraufbau»ya, Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə ödənilən faiz məbləğləri Azərbaycan vergilərindən azad olunur). Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.7-ci maddəsinə əsasən rezidentlərdən alınan faizlər şəklində gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinin iddiaçının cavabdehə müraciət etdiyi anda qüvvədə olan redaksiyasına əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Digər tərəfdən “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Sazişin 11-ci maddəsinin 1-ci bəndinə əsasən Razılığa gələn Dövlətdə yaranan və Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən faizlər həmin digər Dövlətdə vergiyə cəlb oluna bilər. Həmin maddənin 2-ci bəndinə əsasən bununla belə, bu faizlər həmçinin yarandığı Razılığa gələn Dövlətdə də onun qanunvericiliyinə uyğun olaraq vergiyə cəlb oluna bilər, lakin faizlərin faktiki sahibi Razılığa gələn digər Dövlətin rezidentidirsə, tutulan vergi faizlərin məcmu məbləğinin 10 faizindən artıq olmamalıdır. Həmin maddənin 3-cü bəndinin “a” yarım bəndinə əsasən isə Azərbaycan Respublikasında yaranan və Almaniya Federativ Respublikası tərəfindən zəmanət verilmiş ixrac yaxud birbaşa xarici investisiyalarla bağlı kreditlərə (borclara) münasibətdə ödənilən yaxud Almaniya Federativ Respublikasının Hökumətinə, X11 «Kreditanştalt für Videraufbau»ya, Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə ödənilən faiz məbləğləri Azərbaycan vergilərindən azad olunur. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, nə qədər ki, “İddiaçı”nin "xxxx"na verdiyi kreditlərə Almaniya Federativ Respublikası tərəfindən yaradılan İdxal-İxrac Agentliyi (Euler Hermes) tərəfindən zəmanət verilmişdir, Azərbaycan Beynəlxalq Bankı”nın aldığı kreditlərə görə ödənilən faizlər “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Sazişin 11.3-cü maddəsinin “a” yarımbəndinin təsiri dairəsinə düşür. Başqa sözlə, həmin faizlərə görə "xxxx" tərəfindən (vergi agenti kimi) iddiaçıya ödənilən məbləğlərdən ödəmə mənbəyində vergi ödənilməməlidir. Bununla belə qeyd edilməlidir ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin bağlanmasının əsas məqsədi xarici investisiya potensialının artırılması və rezident şəxslərin ikiqat vergitutmaya məruz qalmamaları ilə yanaşı, vergidən yayınmanın qarşısının alınması və vergitutmanın olmamasının qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası müstəqil dövlət olaraq beynəlxalq hüququn subyekti hesab olunur və beynəlxalq hüquqda təşəkkül tapan adət normalarını beynəlxalq münasibətlərdə tətbiq edir. Eyni zamanda Azərbaycan Respublikası digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərdə İƏİT Model Konvensiya prinsiplərini əsas götürərək bağladıqları üçün həmin Model Konvensiyanın şərhlərini də sazişlərin tətbiqi zamanı istifadə etmələri ilə bağlı öz iradələrini ifadə etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası “Müqavilələr hüququ haqqında” Vyana Konvensiyasına qoşulduğu üçün həmin Konvensiyanın 31.3 (b) maddəsinə əsasən Model Konvensiyada nəzərdə tutulan şərhləri Azərbaycan Respublikası ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq saziş olan ölkələrin müvafiq sazişlərinin müddəalarının şərh edilməsi zamanı istifadə etmək imkanı yaradır. 2017-ci il Model Konvensiyanın preambulasına əsasən sazişin bağlanmasının əsas məqsədi sazişin təsirində olan vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması niyyətində olaraq, vergitutmanın olmamasına və ya vergidən yayınma vasitəsilə aşağı dərəcəli vergitutmaya şərait yaratmamaqdır. Eyni zamanda Konvensiyanın preambulasında təsdiq olunduğu kimi, vergidən yayınma hallarının qarşısını almaq konvensiyanın əsas məqsədlərinin bir hissəsidir. “Vergi konvensiyaları vasitəsilə vergidən yayınma halları” (İSBN 978-xx-xx-28794-5, səh.72-73) başlığı altında olan şərhlər aşağıdakı kimi ifadə olunmuşdur: 1) Şərh 59: Bəzi ölkələr vergidən yayınma üzrə qurulmuş əməliyyatların qarşısını almaq məqsədilə, sazişdə nəzərdə tutulan üstünlüklərdən istifadə imkanlarını məhdudlaşdırırlar. Belə qənaətə gəlmə Vyana Konvensiyasının 31-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq beynəlxalq müqavilələrin vicdanla şərh olunması ilə bağlıdır. 2) Şərh 60: Belə razılığa gəlinmişdir ki, dövlətlər vergidən yayınma üzrə qurulmuş əməliyyatlara münasibətdə sazişin üstünlüklərinin tətbiq edilməsindən imtina edə bilərlər. 3) Şərh 61: Dövlətlər üçün rəhbər tutulacaq prinsip ondan ibarətdir ki, əgər aparılan əməliyyatın əsas məqsədi daha əlverişli şərait əldə etmək və daha əlverişli vergitutmanı qorumaqdan ibarətdirsə, ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərdə nəzərdən tutulan üstünlükdən istifadə etmək mümkünsüz hesab olunur. Qeyd edilənlərə əsasən iddiaçının tələbi “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Sazişə istinadən o halda əsaslı hesab edilə bilər ki, iddiaçıya ödənilən faizlərdən "xxxx" ASC tərəfindən ödəmə mənbəyində vergi tutulsun və həmin vergi məbləği “İddiaçı”-yə çatacaq məbləğdən azaldılmaqla büdcəyə ödənilsin. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasındakı sazişin müddəalarına əsasən faiz gəlirləri “İddiaçı”-yə tam şəkildə ödənilməli və həmin ödəmələrə görə yaranacaq vergi öhdəliyi Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hesabına kompensasiya edilməlidir. Başqa sözlə, hazırkı iddianı qaldırmaqda iddiaçı “İddiaçı”-nin o halda subyektiv hüququ (eyni zamanda hüquqi marağı) mövcud olacaqdır ki, “İddiaçı”-yə çatmalı olan faiz məbləğləri Sazişə zidd olaraq məhz Azərbaycan Respublikasında vergiyə cəlbedilmə halına görə azaldılsın. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi "xxxx" ASC tərəfindən “İddiaçı”-yə faizlərin tam məbləğdə ödənilib-ödənilməməsini, məhz həmin məbləğin vergiyə cəlb edilməsi məsələsini hərtərəfli araşdırmamışdır. Belə ki, iş üzrə iddiaçı bildirir ki, "xxxx" ASC Azərbaycan Respublikası vergi qanunvericiliyinin (AR Vergi Məcəlləsinin 125 və 150-ci maddələri) tələblərini əsas götürərək “İddiaçı” və "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən “İddiaçı”nin faiz gəlirindən ödəmə mənbəyində vergini tutmuş və yerdə qalan məbləği “İddiaçı”yə köçürmüşdür. "xxxx" ASC tərəfindən dövlət büdcəsinə ödənilən 10 faiz vergi məbləği “İddiaçı”nin gəlirini təşkil etməsəydi, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, "xxxx" ASC-nin həmin məbləğdən vergi ödəmək öhdəliyi yaranmazdı. Bu səbəbdən də, “İddiaçı” və "xxxx" ASC arasında bağlanan müqavilədə “İddiaçı”yə ödəniləcək xalis gəlirin (vergilər çıxılmaqla) göstərilməsi, "xxxx" ASC tərəfindən ödənilən vergi məbləğinin “İddiaçı”nin gəlir məbləğinə daxil edilməməsi anlamına gəlmir. Cavabdeh isə bildirir ki, “İddiaçı” ilə "xxxx" ASC arasında bağlanmış 2005-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin vergilər tutulmadan tam məbləğdə qeyri-rezident şəxsin bank hesabına ödənildiyi və bu əməliyyatlardan yaranan vergi öhdəliyinin gəliri ödəyən şəxs tərəfindən yerinə yetirildiyi halda rezident müəssisə tərəfindən qeyri-rezident şəxsə edilən ödəmələrə görə ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilən vergi məbləği qeyri-rezidentlərin gəlirini təşkil etmir və qeyri-rezidentə münasibətdə artıq ödəmə yaratmır. Eyni zamanda, ödəmə mənbəyində verginin tutulması qeyri-rezidentə köçürülən məbləğin vergi qədər azaldılmasını nəzərdə tutur. Ödəmə mənbəyində tutulmuş verginin qaytarılması ilə bağlı qanunvericiliyin tələbi isə vergi həcmində azaldılmış hissənin ona geri qaytarılmasını nəzərdə tutur. “İddiaçı”-yə ödənilən faiz məbləğləri qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliridir. Lakin vergi əməliyyatı üzrə vergi ödənişləri “İddiaçı”-yə ödənilən məbləğlərin tərkibindən çıxılmadan "xxxx" ASC-nin öz vəsaitləri hesabına aparıldığından iddia tələbi əsassızdır. "xxxx" ASC-nin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli arayışda isə qeyd edilmişdir ki, ayrılmış kreditlərlə əlaqəli “İddiaçı”-yə "xxxx" ASC tərəfindən faizlərin hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Fərdi kredit müqavilələrində “İddiaçı”-yə net şəkildə çatacaq faizlərin məbləği (xalis gəlir) müəyyən edilir. Əlavə olaraq, əsas kredit müqaviləsinin 11-ci maddəsinin tələblərinə görə “İddiaçı”nin ümumi gəlirini müəyyən etmək üçün "xxxx" ASC Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə qeyri-rezidentlərin üzərinə qoyulan vergi öhdəliklərinin yuxarıda qeyd olunan xalis gəlirin üzərinə gəlməklə hesablamalı və müvafiq vergiləri “İddiaçı”nin ümumi gəlirindən tutmalıdır. Bu tələb Vergi Məcəlləsinin tələbləri ilə üst- üstə düşür. Belə ki, Vergi Məcəlləsinin qeyri-rezident hüquqi şəxslərin vergi obyektini müəyyən edən 104.3-cü maddəsinə əsasən qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, həmin Məcəllənin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur. Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən rezident tərəfindən qeyri-rezidentin, Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan faizlər üzrə 10 % dərəcəsilə vergi tutulması nəzərdə tutulmuşdur. Məlumdur ki, xalis (net) gəlir özündə gəlir əldə edənə çatan faktiki məbləği, ümumi (gross) gəlir isə xalis gəlirlə yanaşı, onun əldə olunması üçün çəkilən xərcləri (o cümlədən vergi xərcləri) də özündə ehtiva edir. Vergi Məcəlləsinin 3.2.12-ci maddəsində “gəlirin” anlayışı aşağıdakı kimi verilmişdir: malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Müqavilə üzrə “Ümumi dəyər” deyildikdə isə, burada söhbətin yalnız “xalis” gəlirdən getmədiyi, habelə “xalis” gəlirin əldə olunması üçün çəkilən əlavə xərclərin (vergi xərcləri daxil) də daxil olduğu məlum olur. Qeyd olunan kredit müqavilələri üzrə faizlərin hesablanaraq ödənilməsi zamanı yaranacaq vergi, rüsum, digər xərclərlə əlaqəli münasibətlər əsas kredit müqaviləsinin 11-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddə ilə hesablanmış faiz ödənişlərinin hər hansı tutulma və ya çıxılmaya məruz qalması halında, həmin məbləğin belə bir çıxılma və ya tutulma edilmədiyi və ya edilməsi tələb olunmadığı təqdirdə, gəlir əldə edənin ala və saxlaya biləcəyi məbləğə bərabər xalis bir məbləğ almasını və saxlamasını təmin etmək üçün lazım olan dərəcədə Borcalan tərəfindən artırılaraq ödənilməsi razılaşdırılmışdır. Yəni, faizlərin ödənilməsi ilə bağlı məbləğin tutulmaya məruz qalacağı halında, "xxxx" ASC tərəfindən ödənilməli faiz məbləğinin miqdarının tutulma həcmində artırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, "xxxx" ASC tərəfindən tutulması nəzərdə tutulan vergilər “İddiaçı”nin ümumi gəlirinə daxildir. Yuxarıda qeyd olunanlara uyğun olaraq 2014 – 2019-cu illər ərzində "xxxx" ASC tərəfindən vergi agenti olaraq “İddiaçı” adından onun əsas kredit müqaviləsi və fərdi kredit müqavilələrindən irəli gələn gəlirlərindən 452.659.37 manat həcmində vergi Vergi Məcəlləsinin 125-ci maddəsinin tələblərinə uyğun olaraq ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə ödənilmişdir. Buna müvafiq olaraq 2014 – 2019- cu illər ərzində Bank tərəfindən hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verilmişdir. Sözügedən vergilər üzrə vergi ödəyicisi “İddiaçı”dir, "xxxx" ASC isə qeyri-rezident hüquqi şəxsə gəlir ödəyən şəxs kimi vergi agenti hesab olunur. Bu səbəbdən “İddiaçı”nin adından ödənilən vergilər onun ümumi gəlirinə aid edilir. Əlavə olaraq qeyd edilir ki, “İddiaçı” tərəfindən məhkəmə qaydasında DTA-05 ərizəsi ilə tələb edilən 448.881.6 manat məbləğində vergi yuxarıda qeyd olunan 452.659,37 manat vergi məbləği ilə əhatə olunur. Göründüyü kimi, "xxxx" ASC tərəfindən “İddiaçı”-yə ödənilən faiz məbləğlərinin həcmi məsələsi ilə bağlı dəlillər ziddiyyətli olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi yalnız iddiaçının kreditdən əldə edilən faiz gəlirlərinin Azərbaycanda vergiyə cəlb edilməməli olması halından çıxış edərək iddia tələbini əsaslı hesab etmiş, “İddiaçı”-yə müqavilə üzrə şərtlərin tələblərinə uyğun olaraq çatmalı olan məbləğləri və həmin məbləğlərin tam ödənilib-ödənilməməsi məsələsini araşdırmamış, nəticədə iddiaçının həqiqətən Sazişin müddəalarına zidd rəftara məruz qalmasını hərtərəfli qiymətləndirməmişdir. Bu baxımdan iş üzrə kassasiya instansiya məhkəməsinin qərarındakı hüquqi mövqeyi də nəzərə alınaraq işin təkrar apellyasiya baxışı zamanı aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, həqiqətən də iddiaçı “İddiaçı” ilə "xxxx" ASC arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq çatmalı olan faiz məbləğləri “İddiaçı”-yə 10% vergisi çıxılmadan çatmışdır. Belə ki, təqdim edilmiş köçürmə haqqında ərizələrdən və qəbzlərdən (i.v.64-79) görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfə "xxxx" ASC tərəfindən 6 dəfə faizlərin ödənişi həyata keçirilmişdir: 2.585.216,56 avro əsas borca görə xx.xx.2014-cü ildə 657.434,73 avro faiz məbləği onun 10% vergisi- 65.743,47 avro çıxılmadan; 2.585.216,56 avro əsas borca görə xx.xx.2014-cü ildə 607.152,98 avro faiz məbləği onun 10% vergisi- 60.715,30 avro çıxılmadan; 2.585.216,56 avro əsas borca görə xx.xx.2015-ci ildə 540.158,92 avro faiz məbləği onun 10% vergisi- 54.015,89 avro çıxılmadan; 2.585.216,56 avro əsas borca görə xx.xx.2015-ci ildə 484.935,51 avro faiz məbləği onun 10% vergisi- 48.493,55 avro çıxılmadan; 2.585.216,56 avro əsas borca görə xx.xx.2016-cı ildə 448.204,29 avro faiz məbləği onun 10% vergisi- 44.820,43 avro çıxılmadan; 2.585.216,56 avro əsas borca görə xx.xx.2016-cı ildə 424.614,59 avro faiz məbləği onun 10% vergisi- 42.461,46 avro çıxılmadan ödənilmişdir. Bununla da iddiaçıya "xxxx" ASC tərəfindən faiz məbləğlərinin ödənişində 10% ödəmə mənbəyində vergiyə görə hər hansı azalma müəyyən olunmur. Beləliklə, işin təkrar apellyasiya baxışı zamanı məlum oldu ki, “İddiaçı”-yə müqavilə şərtinə görə çatmalı olan faiz məbləğləri "xxxx" ASC tərəfindən ödənilərkən həmin ödənişlər tam aparılmış, yəni Azərbaycan Respublikasında vergiyə cəlbedilmə halına görə hər hansı azaldılma olmamışdır. Bu səbəbdən iddiaçının ona ödənilmiş faiz məbləğlərindən vergiyə cəlbetmə ilə bağlı azaldılma da olmadığı halda həmin azaldılmalara istinadən ondan ikiqat verginin tutulması dəlilini irəli sürməsi əsassızdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasına qeyd olunan əməliyyatlarla bağlı X6 Respublikasında da vergilərin tutulduğunu bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, belə sübutun əldə olunması məqsədilə müvafiq sorğuların verilməsi barədə vəsatəti isə məhkəmə kollegiyası tərəfindən “həmin sorğuların verilməsinin iddiaçıya hazırki iş üzrə qaldırdığı iddia ilə bağlı “subyektiv hüquq” verməyəcəyi nəzərə alınaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası bu qənaətini həm də onunla əsaslandırır ki, iddiaçıya əsas kredit borcuna görə faizlərin ödənişi "xxxx" ASC tərəfindən tam həyata keçirilmişdir. İşin təkrar apellyasiya baxışında "xxxx" ASC-nin nümayəndələri iddiaçıya ödənilmiş həmin kredit faizlərinə görə Azərbaycan Respublikasında ödəmə mənbəyindən 10% verginin məbləğinin məhz həmin bank ("xxxx" ASC) tərəfindən büdcəyə ödənildiyini bildirmişlər. Belə olan halda həmin 10% vergi ilə bağlı iddiaçının Almaniya Federativ Respublikasında “ikinci dəfə” vergi ödənişinə məruz qalması ilə bağlı dəlillərini əsassız sayan məhkəmə kollegiyası bu dəlilin araşdırılması məqsədilə müvafiq sorğuların da verilməsini labüd hesab etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona ödənilmiş kredit faizləri ilə bağlı Azərbaycan Respublikasında məruz qalmadığı (ona ödənilmiş kredit faizlərindən çıxılmayan) vergilərə görə 448.881,60 manat pulun büdcədən ona geri qaytarılması ilə bağlı subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qeyd olunan normalar prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdə iddiaçı “İddiaçı” ilə "xxxx" ASC arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq çatmalı olan faiz məbləğlərinin “İddiaçı”-yə 10% vergi çıxılmadan çatdığı müəyyən olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona ödənilmiş kredit faizləri ilə bağlı Azərbaycan Respublikasında məruz qalmadığı (ona ödənilmiş kredit faizlərindən çıxılmayan) vergilərə görə 448.881,60 manat pulun büdcədən ona geri qaytarılması barədə iddia qaldırmaqda subyektiv hüquqa malik olmadığı üçün onun iddiası qeyri-mümkün sayılmalıdır. Buna baxmayaraq yuxarıda qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan işə mahiyyəti üzrə baxaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 904/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-904/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-92/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-92/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver