Məhkəmə qərarları › İş №2-1(103)-920/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-920/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-920/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); X5 və X9 ibarət tərkibdə; Məhkəmə iclas katibi İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı1, İddiaçının vəkili X7, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X8 və vəkili X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Museyib qızının cavabdeh Azərbaycan Respublikası ƏMDk yanında DƏDRX-in 1saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X8) qarşı “çıxarışın və orderin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-84/2019 saylı qərarından üçüncü şəxstərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 Dərgah oğlu və Süleymanova Könül Müseyib qızı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən cavabdeh X4 Binəqədi rayonu, Goradil kəndində yerləşən 2034V nömrəli bağ sahəsinə dair verilmiş xx.xx.2017-ci il tarixli (seriya RX N 1189324), ********** nömrəli dövlət qeydiyyat nömrəsinin ləğv edilməsi, bununla bağlı verilmiş müvafiq sənədlərin (çıxarış və s.) və xx.xx.1991-ci il tarixli, B/S nömrəli orderin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 84/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-84/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxs və onun vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili apellyasiya şikayətini təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından göründüyü kimi iddiaçı Binəqədi rayonu, Goradil kəndində yerləşən 2034V nömrəli bağ sahəsinə dair verilmiş xx.xx.2017-ci il tarixli (seriya RX N 1189324), ********** nömrəli dövlət qeydiyyat nömrəsinin ləğv edilməsi, bununla bağlı verilmiş müvafiq sənədlərin (çıxarış və s.) və xx.xx.1991-ci il tarixli, B/S nömrəli orderin etibarsız hesab edilməsini mübahisələndirir. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2014-cü il tarixli Qərarı ilə bu kateqoriyadan olan işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-84/2019 saylı qərarı ləğv edilməli, iddia qeyri-mümkün sayılmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X2 apellyasiya şikayəti təmin olunsun. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 84/2019 saylı qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1 Dərgah oğlu və Süleymanova Könül Müseyib qızının iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar