Məhkəmə qərarları › İş №2-1(103)-920/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-920/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-920/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əlilliyinin təyin edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2-1(112)-7132/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 61-80 faiz əlillik təyinatı aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Dövlət Tibbi Sosial Ekpertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli əllillik təyinatına imtina edilməsi barədə (əlilliyin ləğv edilməsi) qərarın qanunsuz sayılması və əlillik alt sistemdə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Dövlət Tibbi Sosial Ekpertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli əllillik təyinatına imtina edilməsi barədə (əlilliyin ləğv edilməsi) qərarın ləğv olunması və əlillik alt sistemdə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1981-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. İddiaçıya leytenant hərbi rütbəsini fərqlənmə ilə Ali Hərbi Məktəbi bitirdiyinə görə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən təqdim edilmişdir. xx.xx.1998-ci ildən xx.xx.2021-ci ilədək Müdafiə Nazirliyinin tərkibində bir çox hərbi hissələrdə xidmət etmişdir. Xidmətin çox hissəsi Xüsusi Təyinatlı və düşmənlə təmas şəraitində olan hərbi hissələrdə keçirmişdir. Vətən Müharibəsi zamanı döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. xx.xx.2021-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Vətən Müharibəsi zamanı Ali Baş Komandan tərəfindən “X4”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. İddiaçı qeyd edir ki, Vətən Müharibəsində aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik şəhadətnaməsi verilmişdir. Tibb müəssiəsinin göndərişi əsasında xx.xx.2023-cü ildə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilmiş, lakin faiz dərəcəsi göstərilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin iddiaçıya təyin etdiyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilmiş, lakin faiz dərəcəsi göstərilməməsi ilə razı deyildir, belə ki, səhətində olan xəstəliklərə əsasən iddiaçıya 61-80 faiz əlilllik təyin edilməlidir. İddiaçı hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin xx.xx.2022-ci ildə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 61-80 faiz əlillik təyinatı aparılmalıdır. İddiaçının əlillik müddətinin dəyişdirilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki iddiaçı tibb müəssisəsinin göndərişinə əsasən 2022-ci ildə qiymətləndirilmiş və bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyinin 61-80 faiz əlillik təyinatı aparılmadığı üçün iddiaçı hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X1 xx.xx.2022- ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Postkontuzion sindrom. Üzvi sayıqlama [şizofreniyayabənzər] pozuntusu. Yüngül koqnitiv pozuntu. Nevrasteniya Gərginlik tipli baş ağrısı. Baş beynin ocaqlı travması. Baş beynin silkələnməsi. Kəllədaxili travmaların nəticələri; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnm və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (aitı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrf’nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7132/2023 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, əlillik alt sistemində İddiaçı xx.xx.2023-cü il tarixdə təyin edilmiş müddətsiz əlilliyinin əlillik təyinatından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar əsasında silinməsi qanunsuz hesab edilmiş və İddiaçı xx.xx.2023-cü il tarixdə təyin edilmiş müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayəti iddia ərizəsinə verilmiş yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı məlumat sırf texniki qüsur səbəbi ilə olmuşdur, e-sosial platformasında əlillik təyinatı ilə bağlı imtina alan vətəndaşların şəxsi kabinetlərində “Əlillik müddəti” bölümündə “Müddətsiz” qeydinin düşməsi sistemdə mövcud olan texniki qüsur səbəbi ilə əks olunmaqda idi və vətəndaş İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin sistemdən çıxarıldığı dövr qeyd edilmiş problemin davam etdiyi müddəti əhatə etmişdir. Belə ki, bu problem daha öncədən aşkarlanmış və aradan qaldırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-1493/2024 saylı qərarı ilə (hakimlər R.Ə.Səmədov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və E.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2-1(112)-7132/2023 saylı qərarı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması qeyd edilməklə dəyişdirilmədən saxlanılmışdır. Qərarda aşağıdakılar göstərilmişdir: “ ... İşin apellyasiya qaydasında icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizəsinə əsasən iddiaçı ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizə icraata qəbul edilmişdir. ... Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında izahatını vermiş həkim-mütəxəssis (iddiaçının müalicə həkimi) X7 iş üzrə bildirmişdir ki, İddiaçı impulsif şəxsdir. Yəni, ətraf qıcıqlara həssas, reaksiyası çox emosionaldır. Bir mövzu barəsində çox danışır və həmin mövzudan kənara çıxa bilmir. Aqressiv olduğu vaxtlar olur. Növbə gözləyə bilmir çox səbrsizdir. Münaqişəyə çox meyillidir. Ailə üzvlərinə və ətrafına zərər verir. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3-288/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. İddiaçı üzvü mənşəli (İİ Qarabağ müharibəsi zamanı almış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, psixotik daxilolmalarla F07.0 (üzvi mənşəli şəxsiyyət pozuntusu) diaqnozu qoyulmuşdur. Həkim-mütəxəssisin məhkəmə iclasında qeyd etdikləri məhkəmə tərəfindən 43 nömrəli Şəhər Poliklinikasından tələb olunmuş iddiaçının ambulator tibbi kitabçada qeyd olunanlarla da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 kod altında qeyd olunmuşdur”. Apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2842/2024 saylı qərarı ilə (hakimlər R.S.Nəbizadə (sədrlik edən və məruzəçi), N.İ.Rəsulbəyova və A.Ə.Hüseyn) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2- 1(103)-1493/2024 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2842/2024 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 32. İş materiallarında olan J00049614NFD nömrəli, 28 noyabr 2022-ci il tarixli göndərişdə iddiaçıya əsas diaqnoz kimi XBT-10 kodu F07.0 olan-üzvi mənşəli şəxsiyyət pozuntusu qeyd edilmişdir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən şəxsə F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu qoyularkən müvafiq qaydada qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsdə əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) halı müəyyən edilərkən 2 il müddətinə 35-60 faiz dərəcəsi ilə əlillik, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti müəyyən edilərsə isə 2 il müddətinə 65-80 faiz dərəcəsi ilə əlillik təyin edilir.

34. Yuxarıda da qeyd edilənlərdən fərqli olaraq işə baxarkən məhkəmələr bu hala diqqət yetirməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində F07.0 kodunun olduğunu bildirərək iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi qənaətinə gəlinmişdir.

35. Eyni zamanda qeyd edilməlidir ki, XBT10 kodu F07.0 olan xəstəlik özü ayrılıqda, yəni 7.6.2-ci bəndin altbəndində olan qiymətləndirmə aparılmadan əlillik təyini üçün əsas vermir.

36. Odur ki, növbəti apelyasiya baxışı zamanı işin bu halı araşdırılmaqla iddiaçının xəstəlik vəziyyəti qiymətləndirilməklə onun vəziyyətinin 7.6.2-ci bəndinin hansı alt bəndinə uyğun olub olmaması müəyyən edilməli, əlillik müəyyən olunduğu halda uyğun bəndə müvafiq olaraq əlillik müddəti göstərilməlidir”. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-920/2025 saylı qərardadı ilə iş üzrə İddiaçı 28 noyabr 2022-ci il tarixli, J00049614NFD saylı göndərişdə qeyd edilənlər nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən iddiaçı əyani müayinə olunmaqla yenidən inzibati icraatın aparılması və bunun üçün cavabdeh inzibati orqana 1 ay müddətin təyin edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1298/2025 saylı qərarında göstərilmişdir ki, “ ... Hazırkı psixi vəziyyəti m¸təxəssislər tərəfindən “‹zvi mənşəli y¸ng¸l ifadəli şəxsiyyət pozuntusu. Hal-hazırda məhsuldar psixopataloji simptomatika aşkar olunmur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir”. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-920/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi cavabdeh orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X10 həvalə edilmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş T 352/2025 saylı ekspert rəyində göstərilmişdir ki, “ .. vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 2 nömrəli X2 tərtib edilmiş xx.xx.2022-ci il tarixli J00049614NFD nömrəli göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar); Ağırlaşmalar: F07.2-Postkontuzion sindrom. Üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar); F06.2-Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu. Üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar); F06.7- Yüngül koqnutiv pozuntu. Üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar); F48.0-Nevrasteniya. Üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar); Yanaşı xəstəliklər: G44.2-Gərginlik tipli baş ağrısı. Gərginliklə bağlı müxtəlif tipli baş ağrıları. S06.3- Baş beyinin ocaqlı travması. S06.O-Baş beyin silkələnməsi. T90.5-Kəllədaxili travmaların nəticələri” diaqnoz ona stasionarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında qoyulsa da, xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı zəif görmədən, qulaqlarında küydən, zəif eşitmədən, yaddaş zəifləməsindən, baş gicəllənmədən, baş ağrısından, yuxu pozulmasından və əsəbilikdən şikayətlənmiş, Azərbaycan Respublikası SN Respublika Psixiatriya Xəstəxanasının 11.08-xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar) kimi, Azərbaycan Respublikası SN Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli tibbi rəyində diaqnoz “Üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar)” kimi müəyyənləşdirilmiş, yəni hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Xəstəliklərin müalicə alınmaqla reabilitasiyası mümkün deyildir, lakin uzun müddətli remissiya halları rast gəlinəndir”. Rəyi imzalamış ekspertlərdən biri - X5 məhkəmə iclasında video zəng vasitəsilə dinlənildi və o, məhkəməyə aşağıdakıları bildirdi: “ ... Tibbi sənədlərə əsasən iddiaçıda üzvi mənşəli şəxsiyyət pozuntusu mövcuddur. İddiaçıda üzvi baş-beyin kontuziyası, yaddaş pozuntuları və halüsinasiyaların mövcudluğu tibbi sənədlərin əsasında əksini tapır. İddiaçıda mövcud xəstəliklər daimi və xroniki xarakter almışdır. Ekspert rəyində əksini tapan ağırlaşmalar hazırda iddiaçıda mövcuddur. 2022-ci il tarixli tibbi sənədlər əsasında da iddiaçıda mövcud ağırlaşmalar əksini tapır. Ekspertiza keçirilərkən həmin tibbi sənədlərdən kənara çıxılması yolverilməzdir. İddiaçının əsas diaqnozu F07.0 (üzvi mənşəli şəxsiyyət pozuntusu) kimi təsbit olunmuşdur. Sonradan əmələ gələn postkontuzion sindrom, üzvi sayıqlama (şizofreniyaya bənzər) pozuntusu isə xəstəliyin ağırlaşmasıdır. Sözügedən xəstəliklər xroniki olduğundan sağalmaz xəstəliklərdir”. İşin apellyasiya qaydasında icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etdiyi tələbinin dəqiqləşdirilməsi haqqında ərizəsinə əsasən iddiaçı ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə əlilliyin təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır və qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 1.8-ci bəndinə görə, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Qaydaların 1.9-cu bəndinə müvafiq olaraq, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31- 60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Qaydaların 1.10-cu bəndinə əsasən, orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Qaydaların 1.11-ci bəndinə müvafiq olaraq, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Qaydaların 4-cü bəndinə görə, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:

7. Psixi və davranış pozuntuları 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. 7.6.2. - baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular – F06; üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0; postensefalit sindromu - F07.1; postkontuzion sindrom - F07.2; baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları - F07.8. Qiymətləndirmə 7.6.2.1. - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60 - 2 il. 7.6.2.2. - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80 - 2 il. T 352/2025 saylı ekspert rəyində istinad olunmuş tibbi sənədlərdən məlumatlar: “ ... İddiaçı adma Bakı 2 nömrəli X2 tərtib edilmiş xx.xx.2022-ci il tarixli, J00049614NFD nömrəli göndərişdə qeyd edilmişdir... “Xəstəliyin başlanma tarixi: xx.xx.2020-ci il, gedişatı xronikidir. XBT10 kodu ilə: Əsas diaqnoz: F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar); Ağırlaşmalar: F07.2- Postkontuzion sindrom. Üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar); F06.2-Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu. Üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar); F06.7-Yüngül koqnutiv pozuntu. Üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar); F48.0- Nevrasteniya. Üzvi (baş beyinin kontuziyası) ifadə olunmuş yaddaş pozuntuları və psixotik pozuntularla (hallusinozlar); Yanaşı xəstəliklər: G44.2-Gərginlik tipli baş ağrısı. Gərginliklə bağlı müxtəlif tipli baş ağrıları. S06.3-Baş beyinin ocaqlı travması. S06.0- Baş beyin silkələnməsi. T90.5- Kəllədaxili travmaların nəticələri”. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozuna münasibətdə - F.07.0 koduna istinad edilmişdir. Sözügedən diaqnoz F07.0 kodu ilə yuxarıda istinad olunan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə (üzvi mənşəli şəxsiyyət pozuntusu) nəzərdə tutulmuşdur. Eyni zamanda ağırlaşmaların da mövcud olması (F07.2-Postkontuzion sindrom və s.) iş materiallarında olan sənədlərlə, ekspert rəyi və məhkəmə iclasında dinlənilən ekspertin izahatından da müyyən edilir. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2-1(112)-7132/2023 saylı qərarı dəyişdirilməli, iddia ərizəsi təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin olunması öhdəliyi Cavabdehnə həvalə edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2-1(112)-7132/2023 saylı qərarı dəyişdirilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə əlilliyin təyin olunması (orqanizmin funksiyalarının pozulması dərəcəsi müəyyən edilməklə) öhdəliyi Cavabdehnə həvalə edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar