Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-921/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi X1rşı “keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3348/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşıkeçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərgin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 3348/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3348/2019 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Cavabdehin təqdim etdiyi Azərbaycan Respublikası Dövlət X9 Beyləqan şəhər şöbəsinin 026489 nömrəli pensiyaçının uçot vərəqinə əsasən İddiaçı xx.xx.1994-cü ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin təqdim etdiyi TSEK-in 124 nömrəli Arayışın surətindən görünür ki, İddiaçı İİ qrup əlillik dərəcəsi təyin edilmiş və əlilliyin səbəbli əlaqəsi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralandığı qeyd olunmuşdur. “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət X7 təqdim olunan məlumat vərəqi”nə əsasən iddiaçı MAHHX əsgəri, xx.xx.1992-cü ildə (xəstəliyə görə) xidmətdən tərxis olunmuşdur, cəmi təminatı 439,00 manat təşkil etmişdir. xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət X9 Hərbi qulluqçular və X5 iş departamentinə müraciət edərək əlilliyə görə pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi Azərbaycan Respublikasının Dövlət X9 Beyləqan rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 28/3677 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2017-ci il tarixədək (2007-ci ildə 92.48, 2008-ci ildə 109.90, 2009-cu ildə 135.78, 2010-cu ildə 136.47, 2011-ci ildə 151.12, 2012-ci ildə 155.00, 2013-cü ildə 155.58, 2014-cü ildə 169.87, 2015-ci ildə 165.64, 2016-cı ildə 167.87, 2017-ci ildə isə 186.05 AZN) məbləğində pensiya ödənilmişdir. Pensiya ödənişi xx.xx.2017-ci il tarixdən dayandırılmışdır. Cavabdehin təqdim etdiyi 15/2708-020331 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Hərbi Qulluqçular və X5 İş İdarəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 20.16.1ci maddəsinə əsasən 2-ci qrup əlil kimi əmək pensiyası xx.xx.2017-ci il tarixdən ömürlük 351.20 manat məbləğində təyin edilmiş; xx.xx.2007-ci il tarixdən isə yenidən hesablanmış və xx.xx.2016-cı ildən ömürlük 351 manat 20 qəpik məbləğində pensiya təyin olunmuşdur. Cavabdehin iddiaçının ərizəsinə cavab olaraq ünvanladığı **********6 nömrəli, xx.xx.2019-ci il tarixli məktubunda bildirilmişdir ki, DSMF-nin Beyləqan rayon şöbəsinin 28/3676 nömrəli məktubunda əmək pensiya xx xxxxxxx 2017-ci il tarixənədək ödənildiyi qeyd edildi; Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx xxxxxxx 2017-ci il tarixli MN-09288 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə x xxxxxx 2017-ci il tarixində təminat xərcliyinin 493,00 manat 80 faizi 351,20 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. əmək pensiya üzrə keçmiş müddət üçün hesablanmış 6029,80 manat məbləğində fərq xx.xx.2017xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə müvafiq kart hesabına köçürülmüşdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 12.2-ci (Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri) maddəsinə əsasən hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanunun 20-ci ( Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinin 20.16.-ci bəndinə əsasən, bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, İİ qrup müharibə əlillərinə—80 faizi, İİİ qrup müharibə əlillərinə—55 faizi. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.2-ci (Əmək pensiyasının təyin edilməsi müddətləri) maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İşin faktiki hallarına əsasən iddiaçı Müdafiə Nazirliyinin (MAHHX əsgəri) hərbi qulluqçu olaraq,xx.xx.1992-ci ildə (xəstəliyə görə) hərbi xidmətdən tərxis olunmuş, ona xx.xx.1994-cü ildə ikinci qrup əlili kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçının hərbi qulluqçu kimi əmək pensiya almaq hüququ artıq 1994-cü ildə yaranmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi xx.xx.2017-ci il tarixdən pensiya məbləği hesablanıb ödənilməsi qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilə qədər olan redaksiyasında əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan əmək pensiyasının təyin olunması hüququ nəzərdə tutulmuşdu. Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3.-cü bəndinə görə, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 3348/2019 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-921/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-921/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver