Məhkəmə qərarları › İş №2-1(103)-921/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-921/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-921/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və XN ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ******* nömrəli hərbi biletdə bildirilmişdir ki, xx.xx.N963-cü il təvəllüdlü Vəliyev Hicran İnqlab oğlu xx.xx.N993-xx.xx.N994-cü illər ərzində N №-li hərbi hissədə xidmət etmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv tərəfindən verilmiş xx.xx.20N6-ci il tarixli arxiv arayışına əsasən Arayış verilir Vəliyev Hicran İnqilab oğluna ondan ötrü ki, N №-li hərbi hissə komandirinin N5 noyabr N993-cü il tarixli 32 №-li əmrilə (əsas: səh.-N27, sıra-53; qeyd əmrdə soyadı Əliyev yazılmışdır) şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək qumbaraatan köməkçisi vəziəfsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin sentyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərindən və çəxsi heyətin əlifba qeydiyyatı kitabında H.İ.Vəliyevin xidməti barədə məlumat aşkar olunmamışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.20N8-ci il tarixli məktubda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin noyabr N993-cü il, sentyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxis heyətin əlifba qeydiyatı kitablarında xidməti barədə məlumat aşkar edilməmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli arxiv arayışında N №-li hərbi hissənin komandirinin xx.xx.N993-cü il tarixli 32 №-li əmrində (əsas: səh N27, sıra 53; əmrdə soyadı Əliyev yazılmışdır) N963-cü il təvəllüdlü Əliyev Hicran İnqilab oğlunun şəxsi heyətin siyahısına və bütün növ təlimatlara daxil edilərək qumbaraatan köməkçisi vəzifisinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komanirinin oktyabr N993-cü il, iyul-oktyabr N994cü il tarixli nizami hissə üzrə əmrlərində Vəliyev Hicran İnqilab oğlunun xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin may-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün X2 xidməti barədə əlavə araşdırma aparılmamışdır.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi katibliyinin xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən (hərbi biletinizin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini və ya hərbi bilet əvəzi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, əgər varsa hərbi xidmətini haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməyini qeyd etməklə sənədlərini ətraflı ərizəni əlavə edərək Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərdiyi təqdirdə komissiyanın iclasında müraciətə baxılaraq iddiaçı barəsində müvafiq qərar qəbul oluna bilər. Əlavə olaraq bildirilmişdir ki, əgər hərbi biletdə (və ya hərbi bilet əvəzi arayışda) hərbi xidmətlə bağlı heç bir qeyd yoxdursa, hərbi xidməti müəyyən etmək mümkün olmadığına görə xidmət dövrünü aylarla, ilini və hərbi hissəni dəqiq qeyd etməklə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət etməyi məqsədəuyğundur.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 28 aprel 2023-cü il tarixli 4/2-2N07 arayışında bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 32 №-li əmrində (əsas: səh-N27, sıra-53, əmrdə soyadı “Əliyev”, atasının adı “İnqlab” yazılmışdır) N963-cü il təvəllüdlü, sıravi Əliyev Hicran İnqlab oğlunun bütün növ təminatlarla təchiz edilərək qumbaraatn köməkçisi vəzifəsinə təyin olunması barədə məlumat vardır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin iyul-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı İnqilab oğlu barəsində məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin dekabr N993-cü il, yanvar-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi katibliyinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanan məktubda bildirilmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir.

8. Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-N4N4 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N57 nömrəli hərbi hissənin tərkibində xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək xidmətini və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixinə kimi hərbi xidmətə çağırılmış və xidmətdə olduğu müddətdə erməni təcavüzkarları tərəfindən edilmiş hücumların qarşısının alınması üçün gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı döyüşlərdə iştirak etmə faktını N57 nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 32 nömrəli əmrində döyüşlərdə iştirak etməyi və qumbaraatan köməkçisi vəzifəsinə təyin edilməyi, eyni zamanda iddiaçıya məxsus ******* nömrəli hərbi biletin, 6-cı səhifəsində müvafiq qeydin aparılması təsdiq edir. İddiaçıya "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün dəfələrlə yazılı qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh tərəf xx.xx.20N6-cı il tarixli, 9/2-4N3 nömrəli cavab məktubunda, "N57 nömrəli hərbi hissə komandirinin sentyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitabında H.İ.Vəliyevin xidməti barədə məlumat aşkar edilmədiyi" qeyd edilmişdir. xx.xx.20N8-ci il tarixli, 9/2-8N66 nömrəli cavab məktubunda və xx.xx.20N9-cu il tarixli, 9/2- N4890 nömrəli cavab məktublarında eyni məzmunlu cavablar qeyd edilmişdir. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edərək mənə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə cavab olaraq Müdafiyə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli, 4/3-8754 nömrəli məktubu ilə, iddiaçıya "Müharibə veteranı" vəsiqəsinin verilməsi üçün (hərbi biletimin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş, qalan səhifələrinin yalnız surətini və ya hərbi bilet əvəzi arayış, şəxsiyyət vəsiqəsinin surətini, yaralanma haqqında sənədi, hərbi xidmət haqqında arxiv arayışını və.s. sənədləri) hansı hərbi hissələrdə nə vaxt nə vaxt xidmət etməyi qeyd etməklə ətraflı ərizəyə əlavə edərək qeyd olunan quruma göndərəcəyi təqdirdə komissiyanın iclasında müraciətinə baxılaraq, barəsində müvafiq qərar qəbul ediləcəyi bildirilmişdir. Odur ki, o dövrdə əmrləşmənin düzgün aparılmaması və sənədlərin arxivə verilməməsi səbəbindən, əsassız olaraq iddiaçının müraciətlərinə müsbət cavab verilmir və nəticədə iddiaçının hüquqları pozulmaqda davam edir .

11. Cavabdeh tərəfindən təqdim edilmiş vəsatətdə qeyd edilmişdir ki, iddia verilərkən AR İnzibati-Prosessual Məcəlləsinin 35.N-ci maddəsinin tələblərinə riayət edilmədiyindən iddia mümkünsüz sayılmalıdır. Belə ki, hazırkı iddia AR İnzibati-Prosessual Məcəlləsinin 33.N-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Qərarının N.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s) də mövcudluğu yoxlanılmalıdır. Belə ki, iş materiallarında olan 26 iyul 2022-ci il tarixli məktubla Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası iddiaçı barəsində onun hüquqlarını məhdudlaşdıran hər hansı inzibati akt qəbul etməmiş, ərizə və hərbi xidmətini təsdiq edən müvafiq sənədlərlə Komissiyaya müraciət etməli olduğu bildirilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.

14. N-ci hala münasibətdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmur, belə ki, onun N57 saylı hərbi hissələrin tərkibində ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. İddiaçının hərbi biletində müvafiq qeyd mövcud olsa da, həmin fakt arxiv arayışı ilə təsdiqlənmir.

15. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olubolmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Məhkəmə sorğusuna verilən cavab əsasında iddiaçının məhkumluğunun olmadığı müəyyən edilir.

16. Lakin məhkəmə qeyd edir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər.

17. Birinci instansiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa, “İnzibati icraat haqqında” Qanunua, Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad etmişdir.

b)Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 2008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N993-cü il tarixdən, xx.xx.N994-cü il tarixinə kimi hərbi xidmətə çağırılmış və xidmətdə olduğu müddətdə erməni təcavüzkarları tərəfindən edilmiş hücumların qarşısının alınması üçün gedən döyüşlərdə iştirak etmişdir. İddiaçıya "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün iddiaçı ötən illər ərzində və sonuncu dəfə xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Ərizəsinə cavab olaraq Müdafiyə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2023-cü il tarixli, 4/36246 nömrəli məktubu ilə, iddiaçıya "Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-N4N4 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N57 nömrəli hərbi hissənin tərkibində xx.xx.N993cü ildən - xx.xx.N994-cü ilədək xidməti və qanuni əsaslarla ehtiyyata buraxılmağı barədə məlumatın olmadığına görə iddiaçıya "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur" cavabı verilmişdir. İddiaçı Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, cavabdeh tərəfin bu fikiri tamamilə əsassızdır. Belə ki, iddiaçının hərbi biletinin 6-cı səhifəsində N57 nömrəli hərbi-hissə komandirinin xidmətə daxil olma və xidmətdən təxris olunma tarixləri (xx.xx.N993xx.xx.N994) qeyd edilmişdir. Odur ki, o dövrdə əmrləşmənin düzgün aparılmaması və sənədlərin arxivə verilməməsi səbəbindən, əsassız olaraq iddiaçının müraciətlərinə müsbət cavab verilmir və nəticədə iddiaçının hüquqları pozulmaqda davam edir.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 24.N-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

24. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeydində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin maddənin qeydində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.N- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.N-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.N. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.N Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

31. İşin hallarından müəyyən olunur ki, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi katibliyinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanan məktubda bildirilmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir.

32. Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-N4N4 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N57 nömrəli hərbi hissənin tərkibində xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək xidmətini və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.

33. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 28 aprel 2023-cü il tarixli 4/2-2N07 arayışında bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 32 №-li əmrində (əsas: səh-N27, sıra-53, əmrdə soyadı “Əliyev”, atasının adı “İnqlab” yazılmışdır) N963-cü il təvəllüdlü, sıravi Əliyev Hicran İnqlab oğlunun bütün növ təminatlarla təchiz edilərək qumbaraatn köməkçisi vəzifəsinə təyin olunması barədə məlumat vardır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin iyul-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı İnqilab oğlu barəsində məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin dekabr N993-cü il, yanvar-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.

34. Məhkəmə Kollegiyası işin hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək cavabdehin imtinasını əsaslı hesab edir.

35. Tətbiq edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı hallar müəyyən edilməlidir: Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməməsi, eləcə də hərbi xidmətdən qanuni əsaslarla tərxis edilmiş olması; və həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır.

36. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.

37. Məhkəmə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il, 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsinə görə ona müharibə veteranı adı verilməsi üçün tətbiq edilən qanunvericiliyin şərtləri ödənilməlidir.

38. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

39. İşin sadalanan halları ilə iddiaçının N57 saylı hərbi hissənin hərbi qulluqçusu olması müəyyən olunsa da, onun hərbi xidmətdən tərxis olunması barədə heç bir sübut, yəni nə bu faktı təsdiq edən hərbi biletində müvafiq qeydlər, nə də bununla bağlı müvafiq hərbi hissənin nizami hissə üzrə əmri mövcud deyil. Döyüş əməliyyatlarında iştirak etməsi faktı isə özlüyündə iddiaçıya müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz.Beləliklə, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuna zidd sayıla və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz.

40. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istinad etdiyi dəlillər əsasında iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil və müvafiq hal sübut edilmiş sayıla bilməz. Çünki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə vətəndaşa müharibə veteranı adının verilməsi zamanı bütün sənədlərə məcmu şəkildə qiymət verilməli, şəxsin hərbi xidmətə çağrılması və döyüş bölgələrində iştirak etməsi arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müəyyən edilməlidir.

41. Hazırki iş üzrə sənədlər toplusu ilə, o cümlədən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə iddiaçının döyüş bölgəsində iştirak etməsi müəyyən olunmadığından, şahid qismində ifadə verən şəxsin izahatı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir.

42. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

43. Qeyd olunmalıdır ki, tətbiq edilən maddi hüquq normalarının təhlili (Bu qərarın 24-26cı bəndi) belə nəticəyə gəlməyə əsas verir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İddiaçının hərbi hissədən tərxis olunduğu barədə məlumat təqdim olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

44. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir.

45. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

46. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.N-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.N.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar