Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-921/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinə qarşı “şəhid adı və şəhid ailəsi statusunun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin N-1(11N)- 1334/N0N4 saylı, N6 sentyabr N0N4-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 “şəhid”, ailə üzvlərinə isə “şəhid ailəsi” hesab edilməsi haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.N0N3-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Cavabdeh göstərilməklə X7 “şəhid”, ailə üzvlərinə “şəhid ailəsi” hesab edilməsi haqqında arayışın verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.N0N3-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi əsl Cavabdeh ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum ərinin ölümü hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədardır (xx.xx.N0N1-ci il tarixli, N saylı əmr, Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0N1-ci il tarixli, 054əç nömrəli əmrindən çıxarışa əsasən). X8 xx.xx.198N-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. N016-cı ilin iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi tərəfindən xidmətə çağırılmışdır. Torpaqların işğalı ilə barışmayan çavuş Məmmədov müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Silahlı Qüvvələr sırasında xidmətini davam etdirmişdir. Xidmət zamanı dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. N0N0-ci ildə Vətən Müharibəsi zamanı dəfələrlə hərbi hissə tapşırıqlarını yerinə yetirmək üçün müharibə zonasına təminat üçün ezam olunmuş, torpaqların azad olunmasından sonra da öz hərbi qulluqçu borcunu yerinə yetirmək üçün dəfələrlə işğaldan azad olunmuş torpaqlara ezam edilmişdir. X3 xx.xx.N0N1-ci il tarixli, N44 nömrəli telefonaqram əsasında, N nömrəli hərbi hissə komandirinin əmrinə əsasən Şuşa şəhərinə 3 gün müddətinə ezam olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N noyabr N0N1-ci il tarixli, 334 saylı əmrindən çıxarışa əsasən ölümü xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədardır. X3 xx.xx.N009-cu il tarixdə iddiaçı ilə nikah bağlayıb. İki yetkinlik yaşına çatmayan övladı var: xx.xx.N011-ci il təvəllüdlü X1N, xx.xx.N013-cü il təvəllüdlü X13. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 13 iyul 198N-ci il təvəllüdlü X3na Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “kəskin ürək damar və ağciyər çatışmazlığı” diaqnozu nəticəsində ölmüşdür. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələlərinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci abzasına əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qarunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir və şəhidlik statusu ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-1334 /N0N4 saylı, N6 sentyabr N0N4-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə döyüş səraitində yerləşən və döyüş tapşırıqları yerinə yetirən N saylı hərbi hissəsə ezamiyyətdə olmaqla hərbi hərbi hissədə xidmət edən butün həbi qulluqçular kimi mərhum X6 da döyüş tapşırıqlarını yerinə yetirməsi üzrə hərbi xidməti vəzifəsinin icrası ilə bağlı ölümünə düzgün qiymət verməmişdir. Mərhum hərbi qulluçusu X3 xx.xx.N0N1-ci il tarixdə Müdafiə Nazirliyinin Mənzil-İstismar Hissəsi rəisinin xx.xx.N0N1-ci il tarixli N44 nömrəli telefonoqramına əsasən N (üç) gün müddətinə xidməti zərurət ilə əlaqədar olaraq N nömrəli hərbi hissəyə (Şuşa şəhəri) ezam olunmuş və verilmiş tapşırıqları yerinə yetirərkən xx.xx.N0N1-ci il tarixdə komotoz vəziyyətə düşərək hospitala göndərilmişdir ki, bu da sonradan hərbi qulluqçunun həlak olması ilə nəticələnmişdir. Bu hissədə məhkəmə mərhumun məhz döyüş şəraitində, döyüş tapşırıqlarını yerinə yetirən hərbi hissəyə döyüş təminatı ilə bağlı zəruri yüklərin aparılması faktını döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı kimi qiymətləndirməmiş, hətta yanlış olaraq mərhumun ölüm səbəbi kimi "hərbi xidmət vəzifələrinin icrası" göstərilməsinin səbəbini onun hərbi xidmətdə olmaqla hərbi qulluqçu hesab edilməsindən irəli gəldiyini qeyd etmişdir ki, bu da yanlış qərarın qəbul edilməsilə nəticələnmişdir. Halbu ki, N saylı hərbi hissə komandirinin əmrində ölümün hərbi xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olduğu göstərilmişdir.Döyüş səraitində yerləşən hərbi hissənin hərbi qulluqçuları məhz döyüş tapşırıqlarını yerinə yetir. O cümlədən mərhum X8 da döyüş tapşırıqlarını yerinə yetirməsi üzrə hərbi xidməti vəzifəsinin yerinə yetirmş və ölümü məhz döyüş səraitində döyüş tapşırıqlarını yerinə yetirməsi üzrə hərbi xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 1.N.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. İşin materiallarından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 117 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu X3 N nömrəli hərbi hissəyə (Şuşa şəhəri), N (üç) gün müddətinə ezamiyyətə N0 aprel N0N1-ci il tarixdən getmiş hesab edilsin. (Əsas: Mənzilİstismar İdarəsi rəisinin xx.xx.N0N1-ci il tarixli N44 nömrəli telefonoqramı); N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 119 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu X3 xx.xx.N0N1-ci il tarixdə müalicəyə, N14 nömrəli hərbi hissəyə qəbul olunduğuna görə ezamiyyətdə olanların siyahısından çıxarılıb hospitalda olanların siyahısına qoyulsun. (Əsas: tibb xidməti leytenantı M.Z.Məhərrəmovun raportu); N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 1N0 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu X3 xx.xx.N0N1-ci il tarixdə müalicəsini davam etdirmək üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına köçürülmüş hesab edilsin. (Əsas: tibb xidməti leytenantı M.Z.Məhərrəmovun raportu); N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, N39 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu X3 xx.xx.N0N1-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etdiyinə görə xx.xx.N0N1-ci il tarixdən bütün növ təminatdan çıxarılmış hesab edilsin. Ölüm hərbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədardır. (Əsas: Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0N1-ci il tarixli 054əç nömrəli əmrindən çıxarış); Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N6. 10.N0N1-ci il tarixli 054əç nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 167-ci maddəsinə müvafiq olaraq Hərbi İnşaat taborunun (N nömrəli hərbi hissə) İnşaat bölüyünün inşaat taqımının inşaat manqasının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu X3 xx.xx.N0N1-ci il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinin sıralarından çıxarılmış hesab edilsin. xx.xx.N0N1-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında müalicədə olarkən "ağciyərürək çatışmazlığının digər formaları" nəticəsində vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır; N saylı hərbi hissənin xx.xx.N0N4-cü il tarixli, N340 nömrəli məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissə xx.xx.N0N1-ci il tarixdə Şuşa şəhərində döyüş tapşırıqlarını yerinə yetirən döyüş şəraitində yerləşən hərbi hissə kimi fəaliyyət göstərmişdir; N saylı hərbi hissənin xx.xx.N0N4-cü il tarixli, 144 nömrəli arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə xidmət etmiş və xx.xx.N0N1-ci il tarixində vəfat etmiş mərhum müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu X3 xx.xx.N0N1-ci il tarixdə Müdafiə Nazirliyinin Mənzil-İstismar Hissəsi rəisinin xx.xx.N0N1-ci il tarixli N44 nömrəli telefonoqramına əsasən N (üç) gün müddətinə xidməti zərurət ilə əlaqədar olaraq N nömrəli hərbi hissəyə (Şuşa şəhəri) ezam olunmuş və verilmiş tapşırıqları yerinə yetirərkən xx.xx.N0N1-ci il tarixdə komotoz vəziyyətə düşərək hospitala göndərilmişdir. Qeyd edilən sənədlər iddia tələbinin təmininə əsasdır. Tərəflərin izahatları: Məhkəmənin N-1(103)-9N1/N0N5 saylı xx.xx.N0N5-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayəti ilə bağlı işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi apellyasiya şikayəti ilə bağlı işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 6N.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.N, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, N.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu N3 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr N. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.N. Aşağıdakılar şəhid hesab edilirlər: 1.N.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.N.N. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.N.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.N.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; ğ1.N.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.N.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və XN Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.N.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr N008-ci il tarixli Qərarı: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.N.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Həmin Qərara əsasən, ... “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə dair 30 dekabr N008 -ci il tarixli Qərarı :
1. Silahlı Qüvvələri formalaşdıran hərbi qulluqçuların hərbi vəzifələri «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının N5 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin N-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. N. Göründüyü kimi «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itikin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, Qaydalarda qanunvericiliklə digər hadisələrin müəyyən olunması mümkünlüyünün nəzərdə tutulması (1.N.6-cı bənd) «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Belə ki, qanunvericiliklə digər hadisələrin müəyyən edilməməsi Qaydaların 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə baxan səlahiyyətli dövlət orqanları tərəfindən qeyd olunan Qanunun 1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uyğrunda həlak olmuş, itkin düşmüş və ya ölmüş hesab edilmiş şəxslərə şəhid adının verilməsini istisna etmir. Lakin Qaydaların 1.N.6-cı bəndinə sonradan əlavə olunmuş «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəasında atəşkəs dövrünə aid məhz iki halın xüsusi olaraq göstərilməsi, qanun normasına nisbətən daha məhdud xarakterli təəssürat yaratmaqla, qeyd olunan Qanun əsasında şəhid adının verilməsini istisna etməsə də, hər hansı başqa şəraitdə həlak olmuş şəxslərə şəhid adının verilməsini mümkünsüz edən kimi görünür. Qaydaların 1.N.6-ci bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsi Nazirlər Kabinetinə tövsiyə edilməlidir.
Müharibə veteranı,silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə : N. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx.xx.N0N1-ci il tarixdə Müdafiə Nazirliyinin Mənzil-İstismar Hissəsi rəisinin xx.xx.N0N1-ci il tarixli N44 nömrəli telefonoqramına əsasən N (üç) gün müddətinə xidməti zərurət ilə əlaqədar olaraq N nömrəli hərbi hissəyə (Şuşa şəhəri) ezam olunmuş mərhum hərbi qulluçusu X3na “şəhid”və ailə üzvlərinə “şəhid ailəsi” statusunun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edən birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 13 iyul 198N-ci il təvəllüdlü X3 Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “kəskin ürək damar və ağciyər çatışmazlığı” diaqnozu nəticəsində ölmüşdür. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələlərinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci abzasına əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir və şəhidlik statusu ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəxsin hər hansı hərbi xidməti vəzifəsinin icrası ilə əlaqədar deyil, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı müəyyən edilməlidir. Hazırkı iş üzrə qeyd edilən hal müəyyən olunmamışdır. İddiaçının istinad etdiyi sənədlərdə mərhumun ölüm səbəbi kimi “hərbi xidmət vəzifələrinin icrası” göstərilməsinin səbəbi isə onun hərbi xidmətdə olmaqla hərbi qulluqçu hesab edilməsindən irəli gəlmişdir. Şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı iş üzrə X8 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmamış, hərbi xidməti vəzifəsinin icrası zamanı xəstəlikdən (kəskin ürək-damar və ağciyər çatışmazlığı) vəfat etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Məhkəmə kollegiyası iddia tələbinin əsaslı olmasına dair mövqeyini sadalanan qanunvericilik normalarına istinad edərək aşağıda qeyd edilən sənədlərlə əsaslandırır. Belə ki, iş materiallarında olan: - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 117 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu X3 N nömrəli hərbi hissəyə (Şuşa şəhəri), N (üç) gün müddətinə ezamiyyətə N0 aprel N0N1-ci il tarixdən getmiş hesab edilsin.(Əsas: Mənzilİstismar İdarəsi rəisinin xx.xx.N0N1-ci il tarixli N44 nömrəli telefonoqramı); - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 119 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu X3 xx.xx.N0N1-ci il tarixdə müalicəyə, N14 nömrəli hərbi hissəyə qəbul olunduğuna görə ezamiyyətdə olanların siyahısından çıxarılıb hospitalda olanların siyahısına qoyulsun. (Əsas: tibb xidməti leytenantı M.Z.Məhərrəmovun raportu); - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 1N0 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu X3 xx.xx.N0N1-ci il tarixdə müalicəsini davam etdirmək üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına köçürülmüş hesab edilsin. (Əsas: tibb xidməti leytenantı M.Z.Məhərrəmovun raportu); - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, N39 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu X3 xx.xx.N0N1-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etdiyinə görə xx.xx.N0N1-ci il tarixdən bütün növ təminatlardan çıxarılsın. (Əsas: ******* nömrəli ölüm haqqında şəhadətnamə); - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 334 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu X3 1-ci inşaat bölüyünün N-ci inşaat taqımının N-ci inşaat manqasının komandiri “ağciyər-ürək çatışmazlığının digər formaları” səbəbi ilə həlak olduğuna görə, N noyabr N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatdan çıxarılmış hesab edilsin. Ölüm hərbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədardır. (Əsas: Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0N1-ci il tarixli 054əç nömrəli əmrindən çıxarış); - Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N6. 10.N0N1-ci il tarixli 054əç nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə müvafiq olaraq Hərbi İnşaat taborunun (N nömrəli hərbi hissə) İnşaat bölüyünün inşaat taqımının inşaat manqasının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu X3 xx.xx.N0N1-ci il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinin sıralarından çıxarılmış hesab edilsin. xx.xx.N0N1-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında müalicədə olarkən “ağciyərürək çatışmazlığının digər formaları” nəticəsində vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır; - N saylı hərbi hissənin xx.xx.N0N4-cü il tarixli, N340 nömrəli məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissə xx.xx.N0N1-ci il tarixdə Şuşa şəhərində döyüş tapşırıqlarını yerinə yetirən döyüş şəraitində yerləşən hərbi hissə kimi fəaliyyət göstərmişdir; - N saylı hərbi hissənin xx.xx.N0N4-cü il tarixli, 144 nömrəli arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə xidmət etmiş və xx.xx.N0N1-ci il tarixində vəfat etmiş mərhum müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu X3 xx.xx.N0N1-ci il tarixdə Müdafiə Nazirliyinin Mənzil-İstismar Hissəsi rəisinin xx.xx.N0N1-ci il tarixli N44 nömrəli telefonoqramına əsasən N (üç) gün müddətinə xidməti zərurət ilə əlaqədar olaraq N nömrəli hərbi hissəyə (Şuşa şəhəri) ezam olunmuş və verilmiş tapşırıqları yerinə yetirərkən xx.xx.N0N1-ci il tarixdə komotoz vəziyyətə düşərək hospitala göndərilmişdir. - Cavabdeh xx.xx.N0N4-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü ii tarixli, 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən, Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.N0N1-ci il tarixli 1451 nömrəli bildirişinə və xx.xx.N0N1-ci il tarixli ölüm haqqında tibbi şəhadətnaməyə əsasən hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 13 iyul 198N-ci il təvəllüdlü mərhum X3 “kəskin ürək-damar və ağciyər çatışmazlığı” nəticəsində vəfat etmişdir. Bu səbəbdən mərhum Rəşad Məmmədova “şəhid” statusunun verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. - Apellyasiya baxışında araşdırma zamanı məhkəmə sorğusuna əsasən hərbi hissə tərəfindən təqdim edilmiş X3 mebel intervallarının daşınması məqsədilə N75 nömrəli hərbi hissədən Mənzil istismar idarəsinin sərəncamına ayrılacaq 3 ədəd yük avtomobilinə maşın böyüklərinin təyin olunması və xx.xx.N0N1-ci il tarixindən 3 gün müddətinə N nömrəli hərbi hissəyə ezam olunmasını əks etdirən N44 nömrəli telefonoqram iş materiallarına əlavə edilmişdir. - Apellyasiya araşdırması zamanı iddiaçının vəkili tərəfindən təqdim olunmuş iş materiallarına əlavə edilən Məmmədli kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi Bakı Şəhər 1N saylı Vəkil bürosuna göndərilmiş məktubda göstərilmişdir ki, mərhum hərbi qulluqçu X1 rayon Məmmədli kəndində qeydiyyatsız yaşamışdır. Mərhum hərbi qulluqşu X6 ğlümündən sonra yaşadığı Məmmədli kənd Əziz Əliyev küçəsinin sakilərinin müraciətləri əsasında mərhum hərbi qulluqçu X6 adına xatirə bulaq tikilməsi xahiş olunmuşdur və xatirə bulağının tikintisinə Məmmədli kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən köməklik göstərilmişdir. Bulağın təsvirini əks etdirən foto şəkillər iş materiallarına daxil edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verərək qeyd edir ki, iddiaçının mərhum əri X8 döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı döyüşən hərbi hissəyə ezam olunmuş və hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar ölmüşdür. Belə ki, X8 mebel intervallarının daşınması məqsədilə N75 nömrəli hərbi hissədən Mənzil istismar idarəsinin sərəncamına ayrılacaq 3 ədəd yük avtomobilinə maşın böyüklərinin təyin olunması və xx.xx.N0N1-ci il tarixindən 3 gün müddətinə N nömrəli hərbi hissəyə ezam olunması döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktını müəyyən edir. Həmçinin ölüm səbəbinin hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olması faktı nizami hissə üzrə əmrdə öz əksini tapmışdır. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə dair 30 dekabr N008 -ci il tarixli qərarına əsasən qanunvericiliklə digər hadisələrin müəyyən edilməməsi Qaydaların 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə baxan səlahiyyətli dövlət orqanları tərəfindən qeyd olunan Qanunun 1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, itkin düşmüş və ya ölmüş hesab edilmiş şəxslərə şəhid adının verilməsini istisna etmir. Konstitusiya Məhkəməsinin Plenum Qərarında əks olunmuş mövqedən çıxış edərək o nəticəyə gəlmək mümkün olur ki, hazırkı inzibati iş üzrə qeyd edilən hallar arasında səbəbli əlaqə mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.N-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, X7 “şəhid”, ailə üzvlərinə “şəhid ailəsi” hesab edilməsi haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-1334/N0N4 saylı, N6 sentyabr N0N4-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. X7 “şəhid”, ailə üzvlərinə “şəhid ailəsi” hesab edilməsi haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova