Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-922/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X9 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, 3-cü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9137/2022 saylı 16 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azad Həmkarlar İttifaqı Yataqxana və mənzil komissiyasının xx.xx.2004-cü il tarixli iclasının protokolundan çıxarışa əsasən İddiaçı Riyaziyyat və Mexanika institutunun Xüsusi Konstruktor bürosunda mühəndis X15 AMEA-nın Şərifzadə küçəsi 12, 2 №-li yataqxanasına daimi qeydiyyata götürülmüşdür. İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş 20 saylı xx.xx.2004-cü il tarixli orderə əsasən AMEA Yataqxana və mənzil komissiyasının xx.xx.2004-cü il tarixli 01 nömrəli protokolu əsasında ünvan 3 ünvanında yerləşən 55 nömrəli mənzil bir nəfər ailə tərkibində AMEA Riyaziyyat və Mexanika institutunun Xüsusi Konstruktor bürosunda mühəndis X8 verilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X15 ünvan 4 ünvanında qeydiyyatdadır. AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin tabeliyində Yataqxananın müdiri Azər Quliyev, həmin yataqxananın santexniki Zaur Quliyev, fəhlə Tural Məlikov, operator Əli Məlikov, elektrik Sabit Sarxanov, xadimə Sürahi Nəcəfova tərəfindən 14 mart 2022-ci il tarixində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, X15 AMEA-da işləmir və vaxtilə yataqxanada məskunlaşmış 55 A nömrəli otaqda uzun müddətdir yaşamır. AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin tabeliyində Yataqxananın müdiri Azər Quliyev, həmin yataqxananın elektriki Sabit Sarxanov, fəhləsi Tural Məlikov, santexniki Zaur Quliyev, xadiməsi Sürahi Nəcəfova tərəfindən 18 mart 2022-ci il tarixində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin 66 saylı 9 mart 2022-ci il tarixli əmrinə uyğun olaraq AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin tabeliyində Yataqxanada yoxlama zamanı 55 A nömrəli otaqda X7 yaşamaması müəyyənləşdirildi. İddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 09122994-1222 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, qeydiyyatdan çıxarılma ilə əlaqədar mülki qaydada məhkəmə orqanında iddia qaldırılmalıdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “AMEA-nın Yataqxanasının yerləşdiyi ünvana ünvan 6imi qeydiyyata alınmış X7 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxananın qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanında yerləşən İddiaçı yataqxanasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Xüsusi Konstruktor bürosunun mühəndisi vəzifəsində 01 oktyabr 2003-cü il tarixə qədər çalışmış, AMEA əməkdaşı olmuş X15 05 noyabr 2004cü il tarixdə 20 nömrəli orderlə sözügedən yataqxanada yaşayış sahəsi kimi 55 A nömrəli otaqla təmin olunmuş və həmin yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdır. X7 əmək müqaviləsinə 13 oktyabr 2003-cü il tarixində AMEA Riyaziyyat və Mexanika XKB ASC-nin idarə heyətinin sədrinin 13 oktyabr 2003-cü il tarixli 20 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq öz xahişi ilə xitam verilmişdir. Bununla belə, vaxtilə AMEA-nın Yataqxanasında yaşayış yeri üzrə qeydiyyata alınmış, lakin hazırda AMEA-da işləməyən X15 2015-ci ildən qeyd olunan otaqda yaşamır və onun yaşayış yeri AMEA-ya məlum deyildir. 10-18 mart 2022-ci il tarixlərində ünvan 7 ünvanında yerləşən İddiaçına aid yataqxananın 2-ci mərtəbəsində yerləşən, 55 A saylı otaqda yaşayışın olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə keçirilən yoxlamalar zamanı tərtib olunmuş 14 mart 2022-ci il və 18 mart 2022-ci il tarixli aktlarla müəyyən olunmuşdur ki, X15 həmin 55 A nömrəli otaqda 2015-ci ildən yaşamır, onun yaşayış yeri AMEA-ya məlum deyildir. 14 mart 2022-ci il tarixində ünvan 8 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X18, həmin yataqxananın elektriki X12, fəhlə vəzifəsində çalışan X16, santexnik X19, xadimə X4 tərəflərindən tərtib olunan aktla müəyyən olunur ki, X15 vaxtilə yataqxanada məskunlaşsa da lakin qeyd edilən otaqda uzun müddətdir yaşamır. 18 mart 2022-ci il tarixində ünvan 8 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X18, həmin yataqxananın elektriki X12, fəhlə vəzifəsində çalışan X16, santexnik X19, xadimə X4 tərəflərindən tərtib olunan aktla AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyindəki Yataqxanada yoxlama zamanı X7 istifadəsinə verilmiş 55 A nömrəli otaqda heç kəsin yaşamaması müəyyənləşdirilmişdir. 55 A nömrəli otağı bağlı saxlamaqda davam edən X15 hal-hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləmir və sözügedən 55 A nömrəli otaqda yaşamır, lakin qeydiyyatda qalmaqda davam edir. Sözügedən 55 A nömrəli otağın X15 tərəfindən AMEAya qaytarılması məqsədi ilə sözügedən sənədlər AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinə təqdim olunduqdan sonra, AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri tərəfindən cavabdeh orqana müraciət ünvanlanmış, lakin sonuncu tərəfindən məhkəməyə müraciət olunması tovsiyyə edilmişdir. Hal-hazırda qeyd olunan səbəblərlə bağlı bir sıra şəxslərin, o cümlədən X7 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan Yataqxanada qeydiyyatdan çıxarmadan otaqla təmin olunmaq üçün AMEA-nın onlarla əməkdaşını, o cümlədən AMEA-nın doktorant, dissertant və magistrantlarını yaşayış sahələri ilə təmin etmək mümkün deyildir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9137/2022 saylı 16 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə və məhkəmə qərarına uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdi ki, məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı yataqxanası Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrində Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrində AMEA-nın Aspirantları üçün yataqxana binası kimi qeydiyyatdan keçmişdir. Məhkəməyə təqdim olunmuş İddiaçı Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 01-6/757 nömrəli arayışında qeyd edilmişdir ki, vətəndaş X15 (FİN-2HDHS3M; doğum tarixixx.xx.1969) İddiaçı magistratura, doktorantura və dissertanturasında hazırda təhsil almır. İlkin iddia verildikdən sonra AMEA məhkəməyə iddia ərizəsinə dəqiqləşmələr təqdim edərək bildirmişdir ki, ünvan 9 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında qeydiyyatda olan vətəndaş X7 yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması barədə yekun məhkəmə qərarının çıxarılması zamanı xahiş edirik nəzərə alasız ki, AMEA-nın aspirantlar yataqxanası Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 93-cü maddəsinə əsasən vətəndaşların AMEA-da təhsil aldıqları müddət ərzində yaşamaları üçün nəzərdə tutulduğundan, vətəndaşlar AMEA-da təhsillərini başa vurduqdan sonra həmin yataqxanadan qeydiyyatdan çıxmalı və onlara yaşamaq üçün verilən yaşayış sahəsini AMEA-ya təhvil verməlidirlər. Hər hansı bir sənədlə, o cümlədən AMEA-nın aspirantlar yataqxanasına kim tərəfindən verilməsindən asılı olmayaraq, hər hansı bir orderin verilməsi qanunsuzdur. Heç bir müdriyyətin və ya həmkarlar ittifaqı komitəsinin belə bir order vermək səlahiyyətləri olmamışdır və yoxdur. Vətəndaş könüllü olaraq AMEA-nın yataqxanasından qeydiyyatdan çıxmadığına və Bakı şəhər Yasamal rayon Polis İdarəsinin onu qeydiyyatdan çıxarmaqdan imtina etdiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı tərəf məhkəməyə müraciət etmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılma öhdəliyi Polis İdarəsinin üzərinə qoyulması ilə bağlı Məhkəmənin yekun qərarı çıxarılsın. Eyni zamanda bildiririk ki, vətəndaşın vaxtilə yataqxanaya hansı sənədlər əsasında və hansı formada qeydiyyata düşməsi hazırda yataqxanada yaşayıb- yaşamaması və ya digər halların onun qeydiyyatdan çıxarılmasına heç bir aidiyyəti yoxdur. Bu məsələ ilə bağlı, yəni qeydiyyatdan çıxarılması üçün əhəmiyyət kəsb edən yeganə hal vətəndaşın qanunun birbaşa tələblərinə əsasən hazırda AMEA-da təhsil almaması faktıdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, o, 1989-cu ildə Bakı Dövlət Universiteti Mexanika-Riyaziyyat fakültəsini əla qiymətlərlə bitirərək, gənc mütəxəssis kimi AMEA Riyaziyyat və Mexanika İnstitutu Xüsusi Konstruktor Bürosuna mühəndis vəzifəsinə işə qəbul olunmuşdu. 1994-cü ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun disertantı olmuşam.2003-cü ildə AMEA Riyaziyyat və Mexanika institutu Xüsusi Konstruktor Bürosunun “Səhmdar Cəmiyyətə” keçməsi ilə əlaqədar olaraq həmin ilin dekabrında Akademiyanın rəhbərliyi tərəfindən AMEA MAKA X14 Tədqiqi İnstitutunda fəaliyyətini davam etdirmək üçün göndərilmişdi. Həmin idarədə aparıcı elmi işçi vəzifəsində çalışmış, 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin 463 saylı xx.xx.2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Milli Aerokosmik Agentliyi (MAKA) Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tabeçiliyindən alınaraq yeni yaranan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibinə verilmişdir. O, Akademiyaya gənc mütəxəssis kimi 1989-cu ildə təyinatla gəlmişdi. Aspirantlar yataqxanasında 1(bir) otaqla təmin olunmuş, hal-hazırda həmin otaqda (ünvan 10 ünvanında) yaşayır. Evli olmuş, 2 övladı var. Yoldaşı ikinci uşaqdan sonra ağır beyin (şizoferiya) xəstəliyinə tutulmuşdur. Hətta ona İ qrup əlillik də verilmişdir. 2022-ci il fevralın 28-də uzun sürən xəstəlikdən sonra yoldaşı vəfat edib. İndi 2 azyaşlı uşaqları ilə yaşayır. Mənzil probleminə görə o, dəfələrlə müvafiq qurumlara müraciətlər etmişdi. İşlədiyi idarə 2007-ci ilə qədər AMEA-nın tərkibində olmuş və ondan asılı olmayan səbəblərdən həmin idarə Müdafiə Nazirliyinin tabeliyinə verilmişdir. Ev məsələsilə əlaqədar olaraq dəfələrlə AMEA-nın rəhbərliyinə kömək etmələri üçün müraciətlər etmiş, hətta onu AMEA-yaya qaytarmalarını da xahiş etmişdi. Onun çoxlu elmi məqalələri var, həmişə mövzular üzrə məsul icraçı olmuşdu. AMEA-nın Torpaqşünaslıq, İdarəetmə Sistemləri (Kibernetika), Neft və Qaz, Fiziologiya institutları ilə elmi-texniki əməkdaşlıq müqavilələri işləmişdi. Uzun illər AMEA-da çalışmışdı (1990-2007). O, AMEA-ya təyinatla gəlmiş, otaqla təmin olunmuş, uzun müddət AMEA-da işləmiş, çoxlu töhfələr vermiş, xüsusi xidmətləri olmuşdur. Həmkarlar ittifaqı Komitəsinin fəal üzvü olmuş və hal-hazırda AMEA-nin Aspirantlar yataqxanasında yaşayır. AMEA-nın köhnə rəhbərliyi tərəfindən ona verilmiş və uzun müddət onun himayəsinə olan (1990-2007-ci illərdə), yaşadığı mərtəbədə yerləşən əşyalar ilə dolu olan xidməti otağın yeni gələn komendant tərəfindən ondan icazəsiz, müxtəlif bəhanələr ilə otağın qıfılı sındırılaraq qapısı açılmış və orada olan bütün avadanlıqlar, əşyalar, onun elmi yazıları, qeydlərin, kitabları və.s nəticədə yoxa çıxmışdır. Ona xeyli miqdarda maddi-mənəvi ziyanlar dəymişdir. O, həmin əlavə otağı da tələb edir, ona görə ki, öz əşyalarını həmin otaqda yerləşdirsin. Qeyd edilənləri nəzərə alaraq onun qeydiyyat, mənzil hüquqlarının qorunması, uzun müddət istifadə etdiyi əlavə otağın ona qaytarılması üçün müvafiq köməklik edilməsini və onun xeyrinə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onu təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv ediıməsini xahiş etmişdir. 3-cü şəxs X15 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinə dair yazılı etirazın məzmununa uyğun izahat vermiş, bununla bağlı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı tələbi, “AMEA-nın Yataqxanasının yerləşdiyi ünvana ünvan 6imi qeydiyyata alınmış X7 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxananın qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmiş və ona bu məsələ ilə bağlı məhkəmə orqanına müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış üçüncü şəxsin AMEA-nın əməkdaşı olmaması və ya təhsil almaması barədə dəlilinin və yaxud hazırkı halda həmin mənzildə faktiki yaşamamasının onun həmin mənzildən pasport qeydiyyatından çıxarmağa bilavasitə əsas verməməsinə, Ramis Hümmətovun sözügedən aspirantlar yataqxanasının mənzilini işlədiyi və təhsil aldığı dövrdə müdriyyət və həmkarlar ittifaqının birgə qərarı ilə əldə etməsinə, müdriyyətin verdiyi order əsasında həmin mənzilə köçməsinə, qeyd edilən order və qərar əsasında həmin mənzilə pasport qeydiyyatına alınmasına, adı çəkilən orderin, orderin verilməsinə əsas olmuş müdriyyət və həmkarlar ittifaqı komitəsinin qərarının mübahisələndirilməməsinə, qeyd edilən sənədlərlə üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadəsinə verilmiş mənzilə dair istifadə hüququnun mövcud olub-olmamasının, yaxud hüququn itirilib-itirilməməsinin mülki hüququn predmeti olmaqla cavabdeh inzibati orqanın inzibati icraatı zamanı yoxlayıb qiymətləndirəcəyi məsələ olmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qanunvericiliyin tələblərindən aydın olur ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göründüyü kimi, istifadə hüququna xitam verilmə barədə məhkəmə qərarının mövcudluğu və ya istifadə hüququn olmadığının müəyyən edilməsi şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılması əsası qismində çıxış edir. İşin hallarından görünür ki, İddiaçı Azad Həmkarlar İttifaqının xx.xx.2004-cü il tarixli 20 nömrəli orderinə əsasən ünvan 3 ünvanında yerləşən 55 nömrəli mənzil bir nəfər ailə tərkibində üçüncü şəxs X7 istifadəsinə verilmişdir. İddiaçı Azad Həmkarlar İttifaqı Yataqxana və mənzil komissiyasının xx.xx.2004-cü il tarixli iclasının protokolundan çıxarışa əsasən İddiaçı Riyaziyyat və Mexanika institutunun Xüsusi Konstruktor bürosunda mühəndis X15 AMEA-nın Şərifzadə küçəsi 12, 2 №-li yataqxanasına daimi qeydiyyata götürülmüşdür. X15 xx.xx.2004-cü il tarixdən ünvan 12 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmış və qeydiyyata alınma üçün 20 nömrəli order və xx.xx.2004-cü il tarixli protokol əsas götürülmüşdür. Kollegiya qeyd edir ki, sözügedən mənzilin üçüncü şəxsin istifadəsinə verilərkən qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Həmin Məcəllənin 105-ci maddəsinə görə aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Azərbaycan SSR Nazirlər Sovetinin 29 avqust 1980-ci il tarixli 363 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi əsasnamə”nin 2-ci bəndinə görə yataqxanada fəhlələrə, qulluqçulara, tələblərə və şagirdlərə yaşayış sahsi yataqxananın tabe olduğu müəssisənin müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Yaşayış sahəsi verilməsi haqqında qərara əsasən müdriyyət yataqxanada yaşayış sahəsinin tutulmasına dair müəyyən edilmiş formada order verir. Həmin Əsasnamənin 16-cı bəndinə görə yataqxanalarda yaşayan şəxslər Azərbaycan SSR Mənzil Məcəlləsinin 108-ci maddəsində nəzərdə tutulan hallarda və qaydada yataqxanadan çıxarılmalıdırlar. Beləliklə, hüquq münasibətlərini tənzimləyən dövr qanunvericiliyin tələblərindən görünür ki, yataqxanada mənzil sahəsi vətəndaşların istifadəsinə iş və ya təhsil dövründə, müvafiq müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı əsasında verilməklə eyni zamanda həmin mənzili tutmaq üçün müdiriyyət tərəfindən order təqdim edilir. Əmək müqaviləsi əsasında işləmiş, eləcə də təhsil almış və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan çıxarılmalıdırlar. Qanunvericilik eyni zamanda digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməyən şəxslərin dairəsini də müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğularına cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 091-46589- 1222 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş X7 fərdi uçot kartoçkasının təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X1, ev 12, mənzil 55 ünvanında qeydiyyatdadır. Qeydiyyata alınmasına əsas olan sənəd AMEA Yataqxanasının 20 nömrəli orderi və xx.xx.2004-cü il tarixli protokolu. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-16069-1222 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü X15 xx.xx.2004-cü il tarixdən hal-hazıradək ünvan 12 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. R.Hümmətovun qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 679 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 13 ünvanında yerləşən bina aspirantların yaşadığı yataqxanadır və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının balansındadır. Tələb olunan məlumatlar balanssaxlayan təşkilat tərəfindən təqdim edilə bilər. İddiaçı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli, 01-6/757 nömrəli arayışında qeyd edilmişdir ki, vətəndaş X15 (FİN - 2HDHS3M; doğum tarixi - xx.xx.1969) İddiaçı magistratura, doktorantura və dissertanturasında hazırda təhsil almır. İddiaçı Rəyasət Heyətinin 59 saylı xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, X15 hazırda İddiaçında işləmir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 091-22994-1222 nömrəli məktubda bildirilmişdir ki, siyahıda adları qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək məqsədəmüvafiqdir. Beləliklə, hazırkı işin faktiki hallarından müəyyən edilir ki, 3-cü şəxs X15 order əsasında ona verilmiş yataqxanada qeydiyyatdadır və onun istifadə hüququna xitam verilməsi barədə mülki məhkəmə icraatı qaydasında qəbul olunmuş qərar mövcud deyil. 3cü şəxsin istifadə hüququnun hal-hazırda mövcud olub-olmaması, bu hüquqa xitam verilməsi və ya itirilmə əsaslarının mövcud olub-olmadığının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Həmçinin apellyasiya baxışı zamanı 3-cü şəxs tərəfindən sözügedən otağa dair kommunal xidmətlərin ödənilməsi barədə qəbzlər təqdim edilmişdir. Həmin qəbzlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, qəbzlər 2012-2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2022, 2021, 2022 və 2023-cü illər üzrə olan dövrləri əhatə edir ki, bu da Ramis Hümmətovun mütəmadi olaraq həmin otaqda yaşamasını ehtiva edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9137/2022 saylı 16 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9137/2022 saylı 16 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-922/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-922/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver