Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-923/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (xx.xx.1971-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X7 X8 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X9 X8 üzrə Mərkəzi Filialı) qarşı əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4554/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı 5 il müddətin 2 il 6 ay və X10 Tikinti Sahəsində hüquqşünas vəzifəsində işlədiyi 1 il 5 ay 11 gün hesablayıb nəzərə alınmaqla, xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 26 il 4 ay 7 gün iş stajına malik olması, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və ona xüsusi rütbəli şəxs kimi əmək pensiyasının təyin olunması və hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2060/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim Z.Allahyarov) İddiaçı Cavabdeh1nə qarşı sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə iddiaçının olduğu kimi saxlanılması, Cavabdeh1 Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsi ilə əvəz edilməsi və Cavabdeh1 cavabdeh siyahısından çıxarılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2060/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim Z.Allahyarov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Xüsusi X3rşı sosial sığorta stajının nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək onun xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətin qanunvericiliyə əsasən bir ili 6 ay sayılmaqla, ZE seriyalı, ******* nömrəli hərbi biletdə qeyd edilən dövrün və xüsusi rütbəli şəxs kimi Ədliyyə orqanlarında qulluq etdiyi xidmət illərinin onun sığorta stajına daxil edilərək, 25 ildən çox qulluq stajının tamamlandığı nəzərə alınaraq ona xüsusi rütbəli şəxs kimi pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2017-ci ilədək) güzəştli əsaslarla əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində anadan olmaqla yuxarıda qeyd olunan ünvanda yaşayır. Ailəlidir, himayəsində həyat yoldaşı və 2 uşağı vardır. O, xx.xx.1988-ci il tarixdə N.Nərimanov adına sovxozuna çilingər peşəsinə işə qəbul olunmaqla xx.xx.1988-ci il tarixdə dispeçer koməkçisi işinə köçürülmüş və xx.xx.1989-cu il tarixə kimi N.Nərimanov adına sovxozda işləmişdir. xx.xx.1989-cu il tarixdə Bakı İstehsal Birliyi X4 sexinə çilingər köməkçisi işinə qəbul olunmaqla xx.xx.1989-cu ildə həmin sexdə İİ dərəcəli çilingər işinə köçürülmüş, xx.xx.1990-cı il tarixdə isə Dublyonka sexinə köçürülmüş və xx.xx.1993-cü il tarixə kimi həmin işdə işləmişdir. xx xxxx 1993-cü il tarixdə X10 Tikinti Sahəsinə hüquqşünas vəzifəsinə qəbul edilmiş və xx xxxxxx 1994-cü il tarixə kimi həmin vəzifədə işləmişdir. xx.xx.1994-cü ildə Daşdalıqjar sovxozun avtomobil parkına avtomobil mühəndisi təyin edilmiş və xx.xx.1995-ci il tarixə kimi həmin işdə işləmişdir. xx.xx.1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə polis orqanlarında xidmətə qəbul edilməklə inspektor, xx.xx.2001-ci ildən Lənkəran Rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları bölməsinin məhkəmə nəzarətçisi, xx.xx.2002-ci ildən məhkəmə icraçısı, xx.xx.2009-cu ildən böyük məhkəmə icraçısı, xx.xx.2017-ci ildən hazırkı dövrə qədər Lənkəran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru (probasiya üzrə) vəzifəsində çalışır. 2019-cu ilin yanvar ayının 15- də o, Cavabdeh1nə müraciət etməklə 2017-ci ilin iyul ayına kimi olan dövr üzrə pensiyaya çıxmaq hüququnun yarandığını və ona görə də, ona pensiya təyin olunmasını xahiş etmişdir. Lakin, DSMF-nun Lənkəran şəhər Şöbəsi xx.xx.2019- cu il tarixli cavab məktubuna əsasən ona pensiya təyin edilməsindən imtina etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Cavabdeh1 bildirir ki, onun xx.xx.2019-cu il tarixli ərizəsi şöbənin pensiya təyin edən komissiyasında araşdırılmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə tənzimlənir. Bu Qanunun tələblərinə əsasən onun ədliyyə orqanlarında 25 il iş stajı olmalıdır. Təqdim etdiyi sənədlərə əsasən ədliyyə orqanlarında tələb olunan 25 il iş stajına qarşı 22 il 2 ay 26 gün iş stajı olduğundan ona qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Təhsil illərinin və hüquqşünas vəzifəsində işlədiyi dövrün güzəştli iş stajına daxil edilməsindən ötrü məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Hesab edir ki, o, xx.xx.1988-ci il tarixdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmaqla xx.xx.1993-cü ildə həmin tədris müəssisəsini bitirmişdir. xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə kimi olan dövrdə X10 Tikinti Sahəsində hüquqşünas vəzifəsində işləmişdir. X10 Tikinti Sahəsində hüquqşünas vəzifəsində işlədiyi dövr mübahisəli deyil və təbii ki, müvafiq qaydada staj kimi qəbul edilir. Lakin, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi olan dövr, yəni Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı 5 il qanunvericiliyin tələblərinə zidd olaraq bir il 6ay staj kimi qəbul olunmamış və əsassız olaraq ona pensiya təyin olunmasından imtina edilmişdir. Dövlət X9 Lənkəran rayon Şöbəsi 15/İ-2019-cu il tarixli imtina məktubunda 08/İV-1995-ci ildən 30/Vİ-2017-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2 il 2 ay 26 gün ədliyyə stajını nəzərə almışdır. Əslində isə yuxarıda istinad etdiyi qərara əsasən Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı dövr və X10 Tikinti Sahəsində hüquqşünas vəzifəsində işlədiyi dövr də nəzərə alınmaqla iş stajı 26 il 4 ay 7 gün olması qəbul edilməli və ona 01/Vİİ-2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında pensiya təyin olunmalı idi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4554/2019 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətin qanunvericiliyə əsasən bir ili 6 ay sayılmaqla, ZE seriyalı, ******* nömrəli hərbi biletdə qeyd edilən dövrün və xüsusi rütbəli şəxs kimi Ədliyyə orqanlarında qulluq etdiyi xidmət illərinin onun sığorta stajına daxil edilərək, 25 ildən çox qulluq stajının tamamladığı nəzərə alınaraq ona xüsusi rütbəli şəxs kimi pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2017-ci il tarixədək) güzəştli əsaslarla əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4554/2019 nömrəli qərarını ləğv edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci ildən Ədliyyə polis orqanlarında xidmətə qəbul edilib, xx.xx.2017-ci il tarixədək xidmət müddəti 22 il 02 ay 20 gün təşkil edir. İddiaçı Azərbaycan Politexnik İnstitutunun qiyabi şöbəsinə xx.xx.1988-ci ildə daxil olub, xx.xx.1989-cu il tarixdə əyani şöbəyə keçirilib və xx.xx.1993cü ildə məzun olub. İddiaçı məxsus olan və xx.xx.1988-ci ildə doldurulmuş İT-İ seriyalı, ******* saylı əmək kitabçasının onun xx xxxx 1993-xx xxxxxx 1994-cü illərdə X10 Tikinti Sahəsində “Hüquqşünas” vəzifəsində çalışması öz əksini tapmayıb. Belə ki, iddiaçının hüquqşünas kimi işlədiyini təsdiqləyən sübut kimi başqa bir əmək kitabçasına (İT-İ seriyalı, 226071 nömrəli) istinad edir. Həmin kitabçada onun xx xxxx 1993-cü ildə doldurulduğu qeyd edilir. Halbuki, iddiaçının artıq 1988-ci ildə doldurulmuş əmək kitabçası vardı. Təkrarən və yalnız “hüquqşünas” peşəsinin əks olduğu ayrıca əmək kitabçasına zərurət yox idi. İddiaçı bu hala aydınlıq gətirə bilmir. İddiaçının ali hüquq təhsili yoxdur, ona görə də, onun “hüquqşünas” peşəsində çalışması mümkün deyildir. Bundan başqa, iddiaçı institutu xx xxxx 1993-cü ildə bitirib, ancaq artıq xx xxxx 1993-cü ildə “hüquqşünas” kimi işə qəbul edilmişdir. Qeyd edilənlər məlum əmək kitabçasının mötəbərliyini tam şübhə altına alır. Beləliklə, iddiaçı xx xxxx 2017-ci il tarixinədək 25 il qulluq stajına malik olmadığından ona ƏPQ-nin 9.7.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilə bilməz. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə kollegiyası iclasının keçirilmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuş, xx.xx.1988-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtonəqliyyat” fakültəsinə daxil olmuş, xx.xx.1993-cü il tarixdə həmin faktultəni bitirmişdir. ZE seriyalı, 006223 nömrəli Hərbi biletdən görünür ki, xx.xx.1993-cü il tarixdə ona leytenant hərbi rütbəsi verilmişdir. ИТ-İ seriyalı,1700055 nömrəli və ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçalarına əsasən, o, xx.xx.1988-ci il tarixdə N.Nərimanov adına sovxozuna çilingər peşəsinə işə qəbul olunmaqla xx.xx.1988-ci il tarixdə dispeçer koməkçisi işinə keçirilmiş və xx.xx.1989-cu il tarixə kimi N.Nərimanov adına sovxozda işləmişdir. xx.xx.1989-cu il tarixdə Bakı İstehsal Birliyi X4 sexinə çilingər köməkçisi işinə qəbul olunmaqla xx.xx.1989-cu ildə həmin sexdə İİ dərəcəli çilingər işinə keçirilmiş, xx.xx.1990-cı il tarixdə isə Dublyonka sexinə keçirilmiş və xx.xx.1993-cü il tarixə kimi həmin işdə işləmişdir. xx xxxx 1993-cü il tarixdə X10 Tikinti Sahəsinə hüquqşünas vəzifəsinə qəbul edilmiş və xx xxxxxx 1994- cü il tarixə kimi həmin vəzifədə işləmişdir. xx.xx.1994-cü ildə Daşdalıqjar sovxozun avtomobil parkına avtomobil mühəndisi təyin edilmiş və xx.xx.1995-ci il tarixə kimi həmin işdə işləmişdir. xx.xx.1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə polis orqanlarında xidmətə qəbul edilməklə inspektor, xx.xx.2001-ci ildən Lənkəran Rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları bölməsinin məhkəmə nəzarətçisi, xx.xx.2002-ci ildən məhkəmə icraçısı, xx.xx.2009-cu ildən böyük məhkəmə icraçısı, xx.xx.2017-ci ildən hazırkı dövrə qədər Lənkəran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru (probasiya üzrə) vəzifəsində çalışır. İddiaçı xx.xx.2017-ci il tarixə qədər onun iş stajının nəzərə alınmaqla ona ədliyyə qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən onun ədliyyə orqanlarında 25 il iş stajı olmalıdır. Təqdim etdiyi sənədlərə əsasən ədliyyə orqanlarında tələb olunan 25 il iş stajına qarşı 22 il 2 ay 26 gün olduğundan ona qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Təhsil illərinin və hüquqşünas vəzifəsində işlədiyi dövrün güzəştli iş stajına daxil edilməsindən ötrü məhkəmə müraciət etməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətin qanunvericiliyə əsasən bir ili 6 ay sayılmaqla, ZE seriyalı, ******* nömrəli hərbi biletdə qeyd edilən dövrün və xüsusi rütbəli şəxs kimi Ədliyyə orqanlarında qulluq etdiyi xidmət illərinin onun sığorta stajına daxil edilərək, 25 ildən çox qulluq stajının tamamladığı nəzərə alınaraq ona xüsusi rütbəli şəxs kimi pensiya hüququnun yarandığı tarixdən güzəştli əsaslarla əmək pensiyası təyin edilməli və həmin tarixdən ödənilməmiş pensiya məbləği ödənilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1995-ci ildən Ədliyyə polis orqanlarında xidmətə qəbul edilib. xx.xx.2017-ci ilədək xidmət müddəti 22 il 02 ay 20 gün təşkil edir. İddiaçı Azərbaycan Politexnik İnstitutunun qiyabi şöbəsinə xx.xx.1988-ci ildə daxil olub, xx.xx.1989-cu il tarixdə əyani şöbəyə keçirilib və xx.xx.1993-cü ildə məzun olub. İddiaçıya məxsus olan və xx.xx.1988-ci ildə doldurulmuş İT-İ seriyalı, ******* saylı əmək kitabçasında onun xx xxxx 1993-xx xxxxxx 1994-cü illərdə X10 tikinti Sahəsində “hüquqşünas” vəzifəsində çalışması öz əksini tapmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 186 nömrəli Qərarına əsasən, iş haqqında məlumatların daxil edilməsi, əmək kitabçalarının uçotu, doldurulmuş və ya doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu işə götürən şəxsin imzası olmaqla, möhürlənməlidir. “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərar qəbul edərkən, işin faktiki hallarını xidməti vəzifəsinə uyğun olaraq, tam araşdırmamış, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasını əsas götürərək, qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi onun xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətin qanunvericiliyə əsasən bir ili 6 ay sayılmaqla, ZE seriyalı, ******* nömrəli hərbi biletdə qeyd edilən dövrün və xüsusi rütbəli şəxs kimi Ədliyyə orqanlarında qulluq etdiyi xidmət illərinin onun sığorta stajına daxil edilərək, 25 ildən çox qulluq stajının tamamlandığı nəzərə alınaraq ona xüsusi rütbəli şəxs kimi pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2017-ci ilədək) güzəştli əsaslarla əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir. Göründüyü kimi, iddiaçı ona hərbi qulluqçu kimi deyil, xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçının iddia ərizəsində qeyd etdiyi, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarında qeyd edilir ki, “Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.” Göründüyü kimi, Qərarın bu müddəası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən nəzərə alınır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə görə “hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, Qanununun 9.5.1-ci maddəsi şəxsin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi hallarına şamil edilir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının tələbi hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi olmadığından “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarı hazırkı iş üzrə tətbiq edilə bilməz. Həmin Qanunun 9.7.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2017-ci il tarixədək) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətin onun ədliyyə qulluq stajına daxil edilməsi yolverilməzdir. Yuxarıda qeyd edilənlərə və iş materiallarında olan hazırkı sənədlərlə iddiaçı xx xxxx 2017-ci il tarixinədək 25 il qulluq stajına malik olmadığından ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4554/2019 nömrəli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsi (hazırda Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X9 X8 üzrə Mərkəzi Filialı) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4554/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Xüsusi X3rşı “xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətin qanunvericiliyə əsasən bir ili 6 ay sayılmaqla, ZE seriyalı, ******* nömrəli hərbi biletdə qeyd edilən dövrün və xüsusi rütbəli şəxs kimi Ədliyyə orqanlarında qulluq etdiyi xidmət illərinin onun sığorta stajına daxil edilərək, 25 ildən çox qulluq stajının tamamladığı nəzərə alınaraq ona xüsusi rütbəli şəxs kimi pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2017-ci il tarixədək) güzəştli əsaslarla əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-923/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-923/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver