Məhkəmə qərarları › İş №2-1(103)-923/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-923/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-923/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2884/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********250000 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-2884/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********250000 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********250000 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş ”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********250000 nömrəli qərar ləğv edilmişdir. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qeyd olunan səbəblərə görə razı deyil. Uçot-baza məlumatına əsasən İddiaçı QSC-nin xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2013-cü il tarixdən isə ƏDV məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyətinin “ixtisaslaşdırılmamış topdansatış”dan ibarət olduğu müəyyən edilmişdir. Vergi orqanında aparılan araşdırma zamanı İddiaçı QSC-nin 2021-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aparılmış 568.488,22 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında”xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri (həmin vergi ödəyiciləri barədə məlumat cədvəl formasında məktuba əlavə edilmişdir) ilə aparılmış 568.488,22 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və xidmətlərin həcminin və çeşidinin İddiaçı QSC-nin vergi orqanında olan baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmaması əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə bağlı həmin məktubda göstərilən sənədlərin vergi orqanına təqdim ediməsi tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda göstərilən sənədlər təqdim edilməmiş, əsaslandırılmış və ətraflı cavab verilməmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 113.697,65 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********250000 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. "X6" QSC-nin kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********250000 nömrəli qərardan narazı olması və həmin qərarın ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli inzibati şikayətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Araşdırma zamanı İddiaçı QSC tərəfindən 2021-ci il ərzində 10.585.705,40 manat (ƏDV-siz) dəyərində elektron qaimə faktura əldə edilməsi, bundan 187.536,00 manat hissəsinin (zərf a5, salfetka qutu, mərmər təmizləmək üçün kimyəvi maddə və s.) "xxxx" MMC-dən, 6.108,00 manat hissəsinin (brayl blok, dizlik, tabletka) "xxxx" MMC-dən, 59.455,58 manat hissəsinin (monaflex, metal boru F1000, tablet duz və s.) "xxxx" MMC-dən, 8.560,00 manat hissəsinin (İzolyator PF 120 və İzolyator PF 70) "xxxx" MMC-dən,18.594,00 manat hissəsinin (contactor, şüşə qumu, 350lik iri dənəli daş və s.) "xxxx" MMC-dən, 73.676,50 manat hissəsinin (yük qaldırmaq üçün kəndir 18 mm, salafan şəffaf 1.5mtx100mt 400 mikron, orqanik şüşə 2.5-3mm (1.2x1.8) və s.) "xxxx" MMC-dən, 3.042,00 manat hissəsinin (Scaffolding tag holder və Scafftag *yaşıl kart) "xxxx" MMC-dən, 270,00 manat hissəsinin (rulovoy kalonka təzyiq trubası, natijnoy, ATF və s.) "xxxx" MMC-dən, 17.183,80 manat hissəsinin (təhlükəsizlik kəməri, lanyard və monoflex) "xxxx" MMC-dən, 44.360,00 manat hissəsinin (1/2 “yüksək təzyiqli şlanq (İç Yivli) - 20m. 1000Bar, 2” yanğın söndürən şlanq birləşdirici (qurdağzı) ilə - 2” fire hose w / daluminium gost hose couplin və s.) "xxxx" MMC-dən, 5.091,00 manat hissəsinin (taxta pallet 80x120, Radiator panel və s.)"xxxx" MMC-dən, 107.617,54 manat hissəsinin (dəmir list, “LİST 12X1500X6000MM S275 JR, setka panel 2x2.5 və s.) "xxxx" MMC-dən və 36.993,80 manat hissəsinin isə (projektor 300 w LED, boya tapançasının iynəsi, 3M 8822 raspirator və s.) "xxxx" MMC-dən əldə edilməsi həmin vergi ödəyicilərinin cəmiyyətə təqdim etdiyi elektron qaimə-fakturalarda qeyd olunan malların əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilmişdir. İnzibati şikayətin araşdırılmasının nəticəsi üzrə “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********968200 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə İddiaçı QSC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********250000 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 187.536,00 manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə satışda “mərmər təmizləmək üçün kimyəvi maddə, kağız SR A3 246qr qovluq üçün (250 ədəd), tualet kağızı (1 bağlama 8 ədəd), duru sabun, kağız A4 və s.” qeyd olunduğu müəyyən edildiyi, lakin elektron qaimə-faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda Cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********112900 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021 - xx.xx.2021-ci il tarixləri ərzində cəmi 163.978,44 manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satışda “yorğan laperla, pastel, kombinezon loqolu oda davamlı, Akkumulyator 12v, Epo sement Y40 və s.” qeyd olunduğu müəyyən edildiyi, lakin elektron qaimə-faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********076700 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021 - xx.xx.2022-ci il tarixlərində 160.182,87 manat dəyərində təqdim edilmiş elektron qaimə fakturalar üzrə satışda “Metal boru F1000, Monaflex (yanmaz xususi scaffold uchun), Tablet duz (Ukraniya) Yataq dəsti pambıq, Tibbi geyim (dəst) və s.” qeyd olunduğu müəyyən edildiyi, lakin elektron qaimə-faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda Cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1ci,3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********170400 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərində 190.061,99 manat dəyərində təqdim edilmiş elektron qaimə faktura üzrə satışda “Drive-5W-40-SM/CF- 210LT (DP3310.10.030), Lampa 30 vvat, İzolyator PF 120, Əl-üz sabunu 0,75 qr, SRZ (Kuşak), Küçə işığı 100 vatt və s.” qeyd olunduğu müəyyən edildiyi, lakin elektron qaiməfaktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda Cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********139200 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərində 350.569,37 manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satışda “Gödəkçə, STARMAX 315/80R22.5 DC700 PLUS TEKER, Projektor lampası Osram Povverstar HQİ-TS 2000 VV/D/S K125, HANKOOK 315/80R22.5 AM09 TEKER, Pəncərə tutacağı və s.” qeyd olunduğu müəyyən edildiyi, lakin elektron qaimə-faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda Cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********986900 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021 - xx.xx.2022-ci il tarixində 179.642,5 manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satışda “Kostyum dəsti (şalvar/pencək), Kurtka, Yük qaldırmaq üçün kəndir 18mm, Ayaqqabı (yay), Graco boya şlankı 500bar (15 mt-lik) və s.” qeyd olunduğu müəyyən edildiyi, lakin elektron qaiməfaktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda Cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********250200 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərində 23.506,00 manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satışda “Broshur A4, Qələm diyircəkli, Portret İ.Əliyev (50x70), AGARDİCİ, Paltar sabunu 72%, Kagiz deşən, Flamastr və s.” qeyd olunduğu müəyyən edildiyi, lakin elektron qaimə-faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda Cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Həmçinin müəssisənin təsisçisinin (və ya rəhbərinin) təsis etdiyi (və ya rəhbər olduğu) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarının 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisidir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci, 2.1.3-cü və 2.1.7-ci yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********455700 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərində 41.358,00 manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satışda “Yağ filtiri, Amartizator arxa, Antifiriz, Hava kollektoru, Akkumlyator 100 A/h Bilizaro, Kartel boltu və s.” qeyd olunduğu müəyyən edildiyi, lakin elektron qaimə-faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********336100 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021xx.xx.2021-ci il tarixlərində 30.425,89 manat dəyərində təqdim edilmiş elektron qaiməfakturalar üzrə satışda “Tehlukezsizlik Kemeri, qıfıl, Nakladka, Akkumluyator, və s.” qeyd olunduğu müəyyən edildiyi, lakin elektron qaimə-faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Həmçinin müəssisənin təsisçisinin (və ya rəhbərinin) təsis etdiyi (və ya rəhbər olduğu) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarının 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisidir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci, 2.1.3-cü və 2.1.7-ci yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********802000 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərində 82.697,82 manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satışda “Yüksək təzyiqli şlanq, Electromagnectik flowmete, Air hose, X4 siyirtmə, Ball Valve DN 65 və s.” qeyd olunduğu müəyyən edildiyi, lakin elektron qaimə-faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********463000 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021 – xx.xx.2021-ci il tarixlərində 209331,63 manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satışda “asma tavan üçün met.karkas, konteyner, beton pilitə, stabilizatorun linki, vitraj şüşəsi, buzlu şüşə, profil, çınqıl və s.” qeyd olunduğu müəyyən edildiyi, lakin elektron qaimə-faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 2.1.3-cü, 2.1.7-ci, 3.1.1 yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********040800 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021xx.xx.2021-ci il tarixlərində 236.549,14 manat dəyərində təqdim edilmiş elektron qaiməfakturalar üzrə satışda “Sprey Kraska, Zibil qabı, Sendviç bıcağı, tibbi maska, Yağ filtri ASAS filter sp 680, qum, metlax və s.” qeyd olunduğu müəyyən edildiyi, lakin elektron qaimə-faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********130600 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində 147461,8 manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satışda “HUAWEİ” GPON OLT avadanlığının xarakteristikası, Mebel avadanlıqları, PSQ 70, Boya şlankı 15 mt-lik, Boya tapançasının iynəsi, ŞEF 10 və s.” qeyd olunduğu müəyyən edildiyi, lakin elektron qaimə-faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3 yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********115100 nömrəli qərar qəbul edilmişdir. Qeyd edilənlərə nəzər salındıqda müəyyən olunur ki, riskli hesab edilən vergi ödəyiciləri riskli əməliyyat apardığı 2021-ci il ərzində İddiaçı QSC-yə də mal (iş,xidmət) təqdim etmişdir. Adları yuxarıda qeyd olunan vergi ödəyiciləri ilə 568.488,22 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin İddiaçı QSC-nin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir. Qeyd olunan hal əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Qərarda göstərilir: “Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.” Məhkəmənin Vergi Məcəlləsinin 3.8-ci maddəsinə istinad etməsi anlaşılan deyil. Belə ki, mübahisələndirilən qərarla vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilən vergi qaninvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmiş, mahiyyətinə və məzmununa görə Vergi Məcəlləsinin tələblərinə uyğun qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin qeyd olunan müddəası ümumiyyətlə vergi orqanlarına və onların apardıqları yoxlamalara tətbiq edilmir. Həmin müddəa Vergi Məcəlləsini, eləcə də bu Məcəlləyə əlavə və dəyişiklikləri qəbul edən qanunverici orqana şamil olunur və qanunvericilik prosesində riayət olunması məcburi olan norma-prinsipdir. Göründüyü kimi məhkəmə tərəfindən qərar qəbul edilərkən yanlış maddi hüquq norması tətbiq edilmişdir. Məhkəmə qərarında qeyd olunur: “Vergi Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.” Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq bildirilir ki, kameral vergi yoxlamasının nəticəsi ilə bağlı vergi ödəyicisi üçün öhdəlik müəyyən edən inzibati akt (qərar) qəbul edilmişdir. Bununla da vergi ödəyicisinin vergi qaninvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmişdir. Vergi orqanının qəbul etdiyi inzibati akt (qərar) ilə vergi ödəyicisinin təqsirliliyini müəyyən edir ki, bu da təqsirsizlik presmupsiyasının mütləq hüquq olmadığı təsdiqini tapır. Məhkəmə qərarında qeyd olunur: “Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı MMC-lərin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının əməliyyat apardığı MMC-lərdən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin əməliyyat apardığı MMC-lərdən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya e-qaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür.” Məhkəmənin qeyd olunan dəlili formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, vergi orqanında aparılan araşdırmalar zamanı yuxarıda adları qeyd olunan vergi ödəyicilərinin məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Bu barədə sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq, sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Cavabdehin vermiş olduğu apellyasiya şikayətinin 10-cu səhifəsində aşağıdakı kimi bir ifadə olduğunu görünür: “Vergi ödəyiciləri riskli əməliyyat apardıqları 2021-ci il ərzində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə də mal (iş, xidmət) təqdim etmişlər. Adları yuxarıda qeyd edilən vergi ödəyiciləri ilə 568.488.22 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (iş, xidmətlərin) həmçinin çeşidinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vergi orqanlarının üçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir. Qeyd olunan hal əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur”. Uçot baza məlumatlarından da görünür ki, cəmiyyətin iqtisadi fəaliyyətləri çoxsahəli və çoxnövlüdür. Odur ki, istənilən malları, işləri və xidmətləri ala da bilər və sata da bilər. Ona görə də vergi orqanlarının analoqu olmayan bu yanaşması tam səhvdir. Apellyasiya şikayətinin 11-ci səhifəsində cavabdeh bildirir ki, onların qəbul etdiyi qərar sübuta yetirilmişdir, amma heç bir halda və heç bir şey sübut edilməmişdir. Vergi orqanları qeyd edirlər ki, məhkəmənin nəzərə aldığı 3.8-ci maddə ümumiyyətlə istinad kimi düzgün deyildir. Amma onlar Vergi Məcəlləsinin 1-ci maddəsini unutmuşlar. Apellyasiya şikayətinin 11-ci səhifəsində cavabdeh qeyd edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozmasını sübut etmişlər. Belə bir sübut yoxdur. Əgər olsa idi onda məhkəmə cəmiyyətin xeyrinə qərar çıxarmazdı. Şikayətdə aşağıdakı kimi mətn vardır: “Məhkəmənin qeyd olunan dəlili formal olmaqla yanaşı yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, vergi orqanında aparılan araşdırmalar zamanı yuxanda adları qeyd olunan vergi ödəyicilərinin məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvəfiq qərarlar qəbul edilmişdir. Bu barədə sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq, sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır”. Bu, artıq vergi orqanlarının özlərinin qərar qəbul etməsini və qərarları əməliyyatlar apardıqdan sonra qəbul etdiklərini sübut edir ki, məhkəmənin qərarında da göstərilmişdir ki, əməliyyatlar aparanda həmin vergi ödəyiciləri riskli olmamışlar. Əlbəttə ki, vergitutma baxımından vergi orqanları çıxış edir və onlar təkcə vergi ödəyicilərinin yox, bütün maraqları nəzərə almalıdır. Cavabdeh bildirir ki, 568.488,22 manatlıq malların həcmi və çeşidi onlarda olan uçot baza məlumatlarında yoxdur. Həmçinin qeyd edirlər ki, satdıqları malların da çeşidi aldıqları ilə düz gəlmir. Amma iddiaçı onların ilkin göndərdikləri uyğunsuzluq məktubuna və digər məktublarma cavabında əlavə kimi aldığı və satdığı malları cədvəl formasında təqdim etmiş və aldığı malları kodları ilə də satmışdır. İddiaçının alıcıları isə böyük iri vergi ödəyiciləridir. Amma cavabdeh ümumiyyətlə buna məhəl qoymamışdır. Bütün bunları iddiaçının nümayəndəsi kameral yoxlama zamanı onların müfəttişlərinə də bildirmişdir. Apellyasiya şikayətində də qeyd edirlər ki, kameral yoxlaması üçün sənədlər təqdim edilməmişdir, yəni kameral hesablamaq üçün əsas bunu gətirirlər. Amma həm sənədlər, həm də açıqlamalar, izahatlar və cədvəllər tam olaraq cavabdehə təqdim edilmişdir. Bunu xx.xx.2022-ci il tarixli şikayət məktubuna, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublara əlavə olunan sənədlərdən də görmək olar. Amma cavabdeh bildirir ki, normal izahat və sənədlər təqdim edilməmişdir. Apellyasiya şikayətində ümumiyytlə Vergi Məcəlləsinin 175.11-ci və 109.9-cu maddələri haqqında, həmçinin 14-cü, 67-ci və 83.9-cü maddələri haqqında heç nə bildirilməmişdir. Yəni həmin maddələr Cəmiyyətin tam haqlı olduğunu təsdiqləyir. Cəmiyyət ortalama 34109 manat vergi ödəmiş, həm də əlavə olaraq 113697,64 manat vergi kameral olaraq hesablamışlar və ödəmişlər. Ən ağır formada əgər apardıqları əməliyyatlar riskli əməliyyatlar kimi qəbul edilsə belə, onda Vergi Məcəlləsinin buna aid maddələri vardır ki, ƏDV və mənfəət vergisi məqsədləri üçün həmin maddələr tədbiq edilir. Bunlar Məcəllənin 175.11-ci və 109.9-cu maddələri, həmçinin 14-cü, 67-ci və 83.9-cü maddələridir. Nəticə olaraq qısaca bildirilir ki, hesablamalar belə olmalıdır. Satışdan ticarət əlavəsi hesablanılır və bunun da 20% mənfəət vergisi hesablanılır. Yəni satışdan (777621,29 - 777621,29 manat/1,25) *20% = 31.104,85 manat mənfəət vergisi olacaqdır. Nazirlər Kabinetinin qərarına və Vergi Məcəlləsinin tələblərinə baxdıqda satışın maya dəyəri (777621,29/1,25) = 622000 manat təşkil edir. Amma onlarda alışın maya dəyəri 568488,22 manatdır və nəticə etibarı ilə (777621,29 - 568488,22)* 20% = 41826,61 manat mənfəət vergisi ödəmişlər bu da (41826,61 - 31104,85) = 10721,76 manat daha çox vergi deməkdir. Vergi Məcəlləsinin tələblərinə görə bir vergini ikinci dəfə tutmaq olmaz. Bu, bir imperativ normadır. Həmçinin apellyasiya şikayətinə etiraza əlavə olaraq qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyəcisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsi ilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyat apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olaması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaiınə-faktura sistemi vasitəsi ilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırki iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaiməfakturalar tərtib edilərkən iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən, bu barədə İnternet Vergi İdarəsi portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdehdə bununla bağlı hər hansı mübahisə açmamışdır. İddiaçının əməliyyatlar apardığı vergi ödəyiciləri bu əməliyyatların aparılmasından təxminən iki ay sonra cavabdeh tərəfindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Belə olan halda iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsi portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfiət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyinin tələbinə uyğun olmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı iddiaçıya satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanması kimi səlahiyyətləri mövcud deyildir. Həmçinin əməliyyat apardığı vergi ödəyicilərindən ona təqdim olunan malların həmin vergi ödəyicilərin idxal zamanı və ya e-qaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə, bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Vergi orqanı iddiaçının vergi ödəyicilərindən aldığı malların digər müəssisələrə təqdim edilməsini qəbul etdiyi və buna müvafiq mənfəət hesabladığı halda həmin malların əldə edilməsi ilə bağlı xərcləri qəbul etməməsi aydın deyildir. Bununla yanaşı vergi orqanı iddiaçının əmtəəsiz əməliyyat sübut edəcəksə belə bu zaman mənfəət vergisini hesablama qaydası riskli əməliyyat üçün qanunla nəzərdə tutulmuş qaydaya uyğun olmamışdır. Belə ki, vergi orqanı iddiaçının vergi ödəyiciləri ilə apardığı əməliyyatlar üzrə 568.488.22 manat məbləği xərc olaraq nəzərə almadıqda Vergi Məcəlləsinin 109.9cu maddəsini tətbiq etməklə həmin malların VM-nin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normaların tələbinə də əməl etməmiş, ümumilikdə xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət vergisi hesablamışdır. Göründüyü kimi, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prossesual hüquq normalarını pozmuş, bununla da qanunsuz, əlverişsiz inzibati akt qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 iyun 2022-ci il tarixli, **********250000 nömrəli qərarından görünür ki, İddiaçı QSC-yə kameral yoxlama nəticəsində 2021-ci il üzrə 113.697,64 manat mənfəət vergisi hesablanmışdır (təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 488.367,25 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 602.064,89 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği - 113.697,64 manat). Həmin qərarda qeyd olunur: xx.xx.2022-ci il tarixli **********170000 nömrəli uyğunsuzluq məktubunda qeyd edilənlərə əsasən hesablama aparılır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 sentyabr 2022-ci il tarixli, **********968200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarından görünür ki, İddiaçı QSC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 iyun 2022-ci il tarixli, **********250000 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022ci il tarixli **********112900 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021ci il tarixli **********076700 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022ci il tarixli **********170400 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022ci il tarixli **********139200 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022ci il tarixli **********986900 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022ci il tarixli **********250200 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021ci il tarixli **********455700 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xx.xx.2022-ci il tarixli **********336100 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək riskli vergi ödəyicisi hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021ci il tarixli **********802000 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021ci il tarixli **********463000 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022ci il tarixli **********040800 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021ci il tarixli **********130600 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021ci il tarixli **********115100 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2013-cü il tarixdən isə ƏDV məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyəti "ixtisaslaşdırılmamış topdansatış”dan ibarət olmuşdur. Vergi orqanında aparılan araşdırma zamanı İddiaçı QSC-nin 2021-ci il ərzində "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə aparılmış 568.488,22 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən kameral vergi yoxlamasının nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********250000 nömrəli qərar qəbul olunmuş və 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 113.697,64 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 sentyabr 2022-ci il tarixli, **********968200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən İddiaçı QSC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 iyun 2022-ci il tarixli, **********250000 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabehin mövqeyinə görə iddiaçı tərəfindən 2021-ci il ərzində 10.585.705,40 manat (ƏDV-siz) dəyərində elektron qaimə-faktura əldə edilmiş, bundan 187.536,00 manat hissəsinin "xxxx" MMC-dən, 6.108,0 manat hissəsinin "xxxx" MMC-dən, 59.455,58 manat hissəsinin "xxxx" MMC-dən, 8.560,0 manat hissəsinin "xxxx" MMC-dən,18.594,0 manat hissəsinin "xxxx" MMC-dən, 73.676,50 manat hissəsinin "xxxx" MMC-dən, 3.042,00 manat hissəsinin "xxxx" MMC-dən, 270.0 manat hissəsinin "xxxx"xxxx"POQBA-007’' MMC-dən, 44.360,00 manat hissəsinin "xxxx" MMC-dən, 5.091,00 manat hissəsinin "xxxx" MMC-dən, 107.617,54 manat hissəsinin "xxxx" MMC-dən və 36.993,80 manat hissəsinin isə "xxxx" MMC-dən etsə də, həmin qaimə-fakturalarda qeyd olunan malların həmin müəssisələrin elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış aktlarına əsasən əldə etdikləri müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının təqdim etdiyi e-qaimələrdə öz əksini tapan malların adları çəkilən vergi ödəyiciləri tərəfindən əldə edilməsini təsdiq edən sənədlər olmadığından onların almadıqları malları iddiaçıya satdığı müəyyən edilmişdir. Odur ki, iddiaçının həmin müəssisələrlə apardığı əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirirlərək, təqdim etdiyi e-qaimələr riskli qaimələr kimi qəbul edilmiş və mənfəət vergisinin hesablanmasında gəlirin əldə edilməsinə yönəlmiş xərc kimi nəzərə alınmamış, nəticə etibarı ilə iddiaçıya xx.xx.2022-ci il tarixli qərarla əlavə mənfəət vergisi hesablanmışdır. İş materiallarına iddiaçının "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırma aktları, təhvil-təslim aktları, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırma aktları, təhvil-təslim aktları, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırma aktı, təhvil-təslim aktları, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırma aktı, təhvil-təslim aktları, TURİNOZ" MMC ilə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırma aktı, təhvil-təslim aktı, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırma aktı, təhvil-təslim aktı, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il qiymətlərin razılaşdırma protokolları, təhvil-təslim aktları əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qərarlarından görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixli **********112900 nömrəli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********076700 nömrəli, "xxxx" MMC xx.xx.2022-ci il tarixli **********170400 nömrəli, "xxxx" MMC xx.xx.2022-ci il tarixli **********139200 nömrəli, "xxxx" MMC xx.xx.2022-ci il tarixli **********986900 nömrəli, "xxxx" MMC xx.xx.2022-ci il tarixli **********250200 nömrəli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********455700 nömrəli, "xxxx" MMC xx.xx.2022-ci il tarixli **********336100 nömrəli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********802000 nömrəli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********463000 nömrəli, "xxxx" MMC xx.xx.2022-ci il tarixli **********040800 nömrəli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********130600 nömrəli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********115100 nömrəli qərarlarla riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Göründüyü kimi, iddiaçının vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt həmin MMC-lər müvafiq olaraq riskli vergi ödəyiciləri olmamışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tələblərindən göründüyü kimi, vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı MMC-lərin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. İddiaçının, əməliyyat apardığı MMC-lərdən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin əməliyyat apardığı MMC-lərdən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya e-qaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə, bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Belə ki, vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmış, cavabdeh vergi ödəyicisinin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş elektron qaimə fakturalardan isə görünür ki, iddiaçı 2021-ci il ərzində e-qaimələr əsasında "xxxx" MMC, "xxxx"ASC, "xxxx" QSC, "xxxx" Birgə Müəssisəsi, DTX Hərbi Tibb Baş İdarəsi kimi müəssisələrə mal təqdim etmişdir. Cavabdeh inzibati şikayətin təmin edilməməsi barədə qərarında da araşdırma zamanı 2021-ci il ərzində iddiaçının X9 S.P.A Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (VÖEN **********) 309.272,39 manat, "Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi"nin Azerbaycan Respublikasindakı Filialına (VÖEN **********) 485.355,00 manat dəyərində mal təqdim edildiyini aşkar etdiyini bilavasitə qeyd etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2884/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar