Məhkəmə qərarları › İş №2-1(103)-924/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-924/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-924/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinə qarşı (üçüncü şəxs: “X3” MMC) «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6540/2021 saylı, 01.10.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşditrilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən araşdırmanın düzgün aparılmaması nəticəsində onun məzuniyyət hüquqlarının pozulması ilə bağlı 7000 manat məbləğində dəymiş maddi ziyanın, əmək haqqının gecikdirildiyinə görə 1850 manat məbləğində kompensasiyasının, Xidmətin qərarı və hərəkəti nəticəsində 100 000 manat məbləğində dəymiş mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 08.01.2021-ji il tarixdə qeyri-qanuni üçüncü şəxs tərəfindən işdən azad edilmişdir. O, hüquqlarının bərpası barədə dəfələrlə cavabdehə müraciət etmiş, lakin heç bir nəticəsi olmamış, bununla dacavabdehin hərəkətsizliyi nəticəsində hüquqları koöud şəkildə pozulmuş, maddi və mənəvi ziyana məruz qalmışdır.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 2.2.7-ci maddəsinə istinadən iddiaçı hesab edir ki, vurulmuş ziyanın əvəzi ona ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6540/2021 saylı, 01.10.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadında işlədiyi “X3” MMC (3-cü şəxs) tərəfindən 05.01.2021-ci il tarixində işdən azad edilmişdir. Halbuki, iddia ərizəsində işdən azad olunma tarixi 08.01.2021-ji il tarixdə qeyd olunmuşdur. Bu da onu göstərir ki, məhkəmə tərəfindən iş materialları kifayət qədər araşdırılmamış, hakim iddia ərizəsini oxumamış, iddiaya əlavə edilən dəlilləri nəzərə almamışdır.İddiaçı hesab edir ki, iddia ərizəsi və bütün iş materialları kifayət qədər araşdırılmadan iddia tələbinin mümkün sayılmaması kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş İddiaçı üçüncü şəxs “X3” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh müfəttişliyin nümayəndəsi S.Həsənov izahatında iddiaçının müraciəti əsasında araşdırılma aparıldığını və iddiaçının işdən çıxarılarkən əmək qanunvericiliyinin tələblərinini pozduğuna görə “X3” MMC-nqin direktoru barəsində X1 barəsində 11 fevral 2021-ci il tarixində AR İXM-in 192.4-cü maddəsi ilə protokol tərtib olunduğunu və həmin protokol əsasında 01 mart 2021-ci il tarixində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarla 700 manat inzibati cərimə tətbiq olunduğunu və həmin cərimənn artıq onun tərəfindən ödənildiyini bildirərək. bu barədə sənədləri məhkəməyə təqdim etmiş və iddiaçının müfəttişliyə qarşı olan iddia tələbinin, hazırkı apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək qərardadın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddiaçının tələbindən göründüyü kimi, cavabdehə qarşı məhkəmədə ziyan tələbinə dair iddia qaldıraraq, 7000 manat məbləğində maddi ziyanın; əmək haqqının gecikdirildiyinə görə 1850 manat məbləğində kompensasiyanın və 100 000 manat məbləğində mənəvi ziyanın ödənilməsini tələb etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinin tələbinə görə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, inzibati orqanının hərəkətsizliyi ( hərəkəti) nəticəsində vurulmuş ziyana görə maraqlı şəxs məhkəməyə müraciət etməzdən öncə, inzibati orqanın özünə həmin ziyanın əvəzini ödənilməsi üçün ərizə ilə müraciət etməli, imtina cavabı aldıqda yalnız məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarına əsasən iddiaçının cavabdehə qarşı məhkəmədə iddia qaldırırana qədər vurulmuş ziyanın əvəzi olaraq qeyd olunan məbləğlərdə sonuncuya ilkin müraciətinin mövcudluğu müəyyən edilmir. İddiaçının işə əlavə olunmuş cavabdehə ünvanladığı ərizələrinə gəldincə isə, həmin ərizələrin məzmunundan görünür ki, həmin müraciətləri işlədiyi “X3” MMC tərəfindən onun əmək hüquqlarının pozulması ilə əlaqədar olmuşdur. Cavabdehin nümayəndəsinin hazırkı mərhələdə məhkəməyə verdiyi izahatına və onun tərəfindən təqdim olunmuş sənədlərə əsasən isə müəyyən olunur ki, məhz həmin müraciətləri ilə əlaqədar inzibati icraat başlanılmış, nəticəsi isə ondan ibarət olmuşdur ki, iddiaçının işlədiyi müəssisənin rəhdəri barədə inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında da qəbul olunmuş qərarla sonuncu barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmuşdur. Beləliklə də iş materiallarına əsasən iddiaçının, cavabdeh tərəfindən araşdırmanın düzgün aparılmaması nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya tələbinə dair inziabati icraat başlanıldığı müəyyən olunmur. Halbuuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 28.1.1-ci maddəsinə əsasən fiziki şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən 30.1-ci ərizə yazılı formada tərtib olunmalıdır. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi,inzibati akt qəbul etmək səlahiyətinə malik olan müvafiq inzibati orqana fiziki şəxs tərəfindən müvafiq tələbi ilə bağlı yazılı formada ərizə ilə müraciət etməlidir ki, onun həmin tələbinə müvafiq olaraq inzibati icraat başlanmış olsun. İddiaçının isə, qeyd edildiyi kimi, ona vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi ilə bağlı cavabdehə ünvanlanmış ilkin yazılı müraciəti mövud deyil. Beləliklə də, iddiaçının hazırkı iddia tələblərinin inzibati məhkəmə icraatını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, onun İPM-in 2.2.7-ci maddəsinə istinadən, cavabdehin hərəkətsizliyi nəticəsində ona vurulmuş ziyanın əvəzinin sonuncu tərəfindən ödənilməsi tələbinə dair hazırkı iddia ərizəsi əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. İPM-in 35.1-ci və 35.3-cü maddələri isə nəzərdə tutur ki. inzibati icraat qaydasında qaldırılan iddia əsaslandırıldığı halda, mümkün sayılır. Əks halda məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının həmin qərardala razılaşmayaraq, məhkəmə tərəfindən bütün iş materiallarının, o cümlədən iddia ərizəsinin, kifayət qədər araşdırılmadığını mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6540/2021 saylı, 01.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6540/2021 saylı, 01.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar