Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-925/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2181/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adı verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona “müharibə veteranı adı və statusunun verilməsi üçün sənədlərin Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2181/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd olunmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2181/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, apellyasiya şikayəti əsaslandırılmamış, iddiaçının qərardan narazı olması barədə dəlillər və o cümlədən, şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməmişdir. Odur ki, İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixli məktub göndərilərək Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, bildirilmişdir ki, tərtib olunmuş apellyasiya şikayətində iddia tələbinin təmin olunması qeyd olunsa da, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2181/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qərarından narazı olması barədə dəlillər və o cümlədən, şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməmişdir.Halbuki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 85.3-cü maddəsinə əsasən, şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. İddiaçıya yuxarıda qeyd olunanlara əsasən, apellyasiya şikayətini düzgün tərtib edərək məhkəməyə təqdim etmələri tövsiyə olunmuşdur. Qeyd olunan məktub xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetlərinə yerləşdirilsə də iddiaçı tərəfindən heç bir münasibət bildirilməmişdir. Eyni zamanda məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb belə hesab edir ki, İPM-in 81, 85, 86, 87ci maddələrinin müddəalarını, habelə “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, sözügedən qərardadlarda izah olunmuşdur ki, “...təcrübədə rast gəlinən şikayət hüququndan sui-istifadə hallarına da “əsaslandırılmamış şikayət” çərçivəsində qiymət verilməklə onların mümkünlüyü həll edilə bilər. Belə ki, ümumi hüquq nəzəriyyəsində şikayət hüququndan sui-istifadə hüququn ənənəvi olaraq nəzərdə tutulduğundan fərqli məqsədlə zərərli istifadəsi kimi qəbul edilir. Bir qayda olaraq, usandırıcı, açıq-aydın əsaslandırılmamış və şikayət hüququnun məqsədlərinə aşkar zidd olan, daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar təkrar məhkəməyə təqdim edilməsi, xüsusən də məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən, gərəksiz iş yükü yaradan, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımi qaydada baxmağa əngəl törədən və digər bənzəri hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər (§60)” və “şikayət hüququndan sui-istifadə edildikdə, şikayət əsaslandırılmamış hesab edilə bilər (§61)”. Əsaslandırılmamış kassasiya şikayəti isə İPM-in 94.2-ci maddəsinə əsasən mümkün sayılmamalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən görünür ki məhkəmənin e-2- 1(112)-2181/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçının narazı olması barədə dəlillər və o cümlədən, şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-ə əsasən: 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. 85.3-cü maddəsinə əsasən, şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixli məktub göndərilərək apellyasiya şikayətini düzgün tərtib edərək məhkəməyə təqdim etmələri tövsiyə olunsada, iddiaçı tərəfindən heç bir münasibət bildirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2181/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiçı tərəfindən verilmiş apellyasiya şikayətində şikayət verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilmədiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2181/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-925/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-925/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver