Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-926/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X9 və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsnin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “xidmət müddəti ərzində istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyasının, son haqq-hesabın və əmək haqqına artımların ödənilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3365/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3365/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı əsas məzuniyyətdən istifadə etmədiyi 1994, 1995, 1996, 1997, 1998 və 2007-ci illər üzrə pul kompensasiyasının hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Cavabdehnə həvalə edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın qismən ləğv edib, 1999, 2000, 2001, 2002, 2003 və 2006-cı illər üzrə ödənilməyən məzuniyyət haqlarının pul kompensasiyasının, eyni zamanda son haqq-hesabın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər tələbinə əsasən bu ödənişlər edilibsə, bu barədə rəsmi sənəd ona təqdim olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə dəlilləri ilə razılaşmadığini bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının qismən ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini mübahisələndirilən hissədə yoxlayır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, məzuniyyətlə əlaqədar kompensasiya və əməkhaqqı fərqi ödənilməsini xahiş etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli, 038-12467Ə-3219 saylı məktubla müraciətin təmin edilməsindən imtina etmiş, iddiaçıya bildirmişdir ki, o, Həyat X2 üzrə Polis Alayının xx xxxx 2008-ci il tarixli, 93 ş/h nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz arzusu ilə) daxili işlər orqanlarından xaric olunmuşdur. İşlədiyi müddət ərzində yalnız 2004-2005-ci illərin məzuniyyətindən istifadə etməmişdir və bununla əlaqədar 355,20 manat məzuniyyətlə əlaqədar kompensasiya hesablanmışdır. Hesablanmış vəsaitin ödənilməsi barədə Alaya müraciət etməmiş və plastik kart rekvizitləri mühasibatlığa təqdim etməmişdir. Bu səbəbdən də qeyd olunan vəsaitin ona ödənilməsi mümkün olmamışdır. Daxili işlər orqanlarından xaric olunması ilə əlaqədar hesablanmış məzuniyyətlə əlaqədar kompensasiyanın ona ödənilməsi barədə Alay rəhbərliyinə göstəriş verilmişdir. Həyat X2 üzrə Polis Alayına müraciət etməsi xahiş edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildən xx.xx.2008-ci ilə qədər işlədiyi müddət ərzində ödənilməyən məzuniyyət haqqlarını (2004-2005-ci il çıxmaq şərti ilə), xx.xx.2008-ci ildə işdən azad olması ilə əlaqədar son haqq-hesabını, 2006-cı ildə əmək haqlarının artırılması ilə əlaqədar olan fərqin hesablanıb inflyasiya nəzərə alınmaqla kompensasiya ilə ödənilməsi öhdəliyini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.2008-ci ilə qədər Azərbaycan Respublikası DİN-nin Mühafizə Baş Polis İdarəsinin Həyat X2 üzrə polis alayında işləmişdir. Polis orqanlarında 16 il, 08 ay, 14 gün çalışmışdır ki, bu da ona 20 il, 01 ay, 14 gün imtiyazlı şərtlərlə iş stajı imkanı vermişdir. Bu müddət ərzində məzuniyyətlərə çıxsa da tələbat üzündən işdə saxlanılmış və bununla əlaqədar məzuniyyət haqları ödənilməmişdir. 2006-ci ildə əmək haqları artırılsa da, işdən çıxana qədər bu artım hesablanıb ona ödənilməmişdir. Bundan əlavə 2008-ci il iyun ayının 18-dən sonra işdən azad olunsa da işlədiyi müddətin son haqq-hesabları hesablanıb ona ödənilməmişdir. Bu barədə xidmət etdiyi alayın rəhbərliyi ilə görüşüb məlumat versə də, hər dəfə məsələni araşdırıb ona köməklik ediləcəyi barədə söz verilmiş, lakin heç bir köməklik edilməmişdir. Ondan sonra bir müddət alayda rəhbərlik dəyişikliyi olduğundan və onun sağlığında olan problemlərlə əlaqədar bu işin üstünə düşməmişdir. 2018-ci il may ayının ortalarında poçt vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Baş Polis İdarəsinin rəisi polis generalı cənab Yaşar Əliyevin adına rəsmi məlumat göndərərək, bu işi araşdırıb köməklik etməsi üçün göstəriş verməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin rəis müavini cənab Daşqın Mehdiyev xx.xx.2019 cu il 038-124678-3219 saylı məktuba cavab verərək, istifadə etmədiyi 2004 və 2005-ci illər üçün 355,20 manat məbləğində vəsaitin ona ödənilməsi barədə göstəriş vermişdir. Halbuki ona yuxarıda qeyd etdiyi kimi işlədiyi müddət ərzində heç vaxt məzuniyyət haqları ödənilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, iddiaçı xidmətdən tərxis olunarkən, xidmət müddəti ərzində 1999, 2000, 2001, 2002, 2003 və 2006-cı illər üzrə məzuniyyətlərindən istifadə etmədiyini və həmin illərə görə də ona pul kompensasiyasnın ödənilməli olduğunu, cavabdeh isə bunun əksi olaraq iddiaçının həmin illərin məzuniyyətindən istifadə olunduğunu bildirir. İddiacı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarını aşağıdakı hissələrdə mübahisələndirir:
1. 1999, 2000, 2001, 2002, 2003 və 2006-cı illər üzrə ödənilməyən məzuniyyət haqlarının pul kompensasiyasının hesablanıb ödənilməsi;
2. Xidmətdən tərxis olunmaya görə ödənş, yəni son-haqq hesabın ödənilməsi Məhkəmə kollegiyası iddiaçının 1999, 2000, 2001, 2002, 2003 və 2006-cı illər üzrə ödənilməyən məzuniyyət haqlarının pul kompensasiyasının hesablanıb ödənilməsi hissəsundə sözügedən dəlilləri ilə razılaşmır və bununla əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 X1 üzrə Polis Alayı tərəfindən verilmiş 250/532 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Alayda işləmişdir. xx.xx.2008-ci il tarixdə Həyat X2 üzrə Polis Alayının 93 ş/h nömrəli əmri ilə (135-ci maddənin 1-ci bəndinə əsasən öz xahişi ilə) DİO-dan xaric olunmuşdur. xx.xx.2008-ci il tarixdə DİO-dan xaric olunduğu üçün sabiq əməkdaşa əməkhaqqının artım fərqi şamil olunmur. Alayın məzuniyyətlərin verilməsi barədə qeydiyyat kitabında və şəxsi vərəqlərdə aparılmış qeydiyyatlara əsasən X6 1999-2000-2001-2002-2003-2006-cı illərin məzuniyyətindən istifadə edib və məzuniyyət müavinətlərinin ödənilməsi təmin edilib. Lakin 2004-2005-ci illərin məzuniyyətindən istifadə etmədiyindən, istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya (iki ilə) 355,20 manat borc yaranıb. 1999-cu il 326 nömrəli (xx.xx.1999-xx.xx.1999), 2000-ci il 509 nömrəli (xx.xx.2000-xx.xx.2001), 2001-ci il 237 nömrəli (xx.xx.2001-xx.xx.2001), 2002-ci il 610 nömrəli (xx.xx.2002-xx.xx.2002), 2003-cü il 466 nömrəli (xx.xx.2003-xx.xx.2004), 2004 və 2005-ci ildə istifadə etməyib, 2006-cı il 42 nömrəli (xx.xx.2006-xx.xx.2006). Əlavə olaraq İddiaçı Alaya müraciət etməmiş və plastik kart rekvizitləri təqdim etməmişdir. Bu səbəbdən də Baş Mühafizə İdarəsinin 018/6-4-göst-39 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli göstərişini əldə rəhbər tutaraq, (eyni vaxtda ödənilməsi təmin edilməsi məqsədi ilə, sabiq əməkdaşlara əvvəlki illərdə hesablanmış əməkhaqlarının artım fərqlərinə, məzuniyyət müavinətlərinə və s. maliyyə imkanı daxilində) hər ay 100 manatdan çox olmamaqla ödənişin təmin olunması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırılması zamanı iş materiallarında olan sənədlər əsasında, həmçinin alayın məzuniyyət verilməsi barədə qeydiyyat kitabından çıxarışlara baxış keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı 1999, 2000, 2001, 2002, 2003 və 2006-cı illərin hesabına olan əsas məzuniyyətlərdən istifadə etmişdir. Qeyd edilənlərə əsasən iddiaçının 1999, 2000, 2001, 2002, 2003 və 2006-cı illər üzrə məzuniyyətdən istifadə etdiyindən həmin hissədə iddia rədd edərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının xidmətdən tərxis olunmaya görə ödənş, yəni sonhaqq hesabın ödənilməsi dəlili ilə bağlı aşağıdakıların qeyd edir. “Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarın 8-ci maddəsinin b bəndindən görünür ki, xidmətdən tərxis olunmaya görə ödəniş xüsusi rütbəsi olan əməkdaşlara pensiya almaq hüququ olmadan tərxis edilən xidmət müddəti dörd ildən az olanlara aylıq vəzifə və rütbə maaşlarının yarısı məbləğində, xidmət müddəti dörd il və daha çox onlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində ödənilir. Kollegiya cavabdeh tərəfindən son haqq-hesabın iddiaçıya ödənildiyi nəticəsinə gəlir. Əvvəla, birinci instansiya məhkəməsi tərəfindən edilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 X2 üzrə Polis Alayı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 250/1190 saylı məktubdan görünür ki, alayın sabiq əməkdaşı İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək xidmət aparmış, xx.xx.2008-ci il tarixdən isə Polis Alayının müvafiq əmri ilə (öz xahişi ilə) Daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. “Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarın 8-ci maddəsinin b bəndinə uyğun olaraq, X3 xidmətdən tərxis olunmaya görə son haqq-hesab ödənilmişdir. İkincisi isə, son haqq-hesab verilmədiyi halda, bu pulun xidmətdən tərxis olunduğu 10 ildən cox müddət ərzində iddiaçı tərəfindən tələb edilməməsi bir daha təstiq edir ki, cavabdeh tərəfindən son haqq-hesab ona verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərar yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apelyasiya şikayətinin dəliləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanalara əsasasən kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiacı İddiaçı apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3365/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirzə Tağızadə
Hakim: Ülvi Mayılov
Hakim: Valeh Ağayev