Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-926/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X19 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X11 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4057/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İdarənin 15 yanvar 2021-ci il tarixdə, **********12 saylı məktubunda göstərilənlərin qanunsuz hesab olunması, cavabdehin üzərinə Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evə və həyətyanı sahəyə dair Dövlət Arxivində saxlanılan arxiv sənədlərinin tələb edilərək alınması və həmin sənədlər əsasında Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həyətyanı sahənin X7 (Salman Baba oğlu) və ya Salman Qılman oğluna məxsus olmasına dair arayış verilməsi vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 15 yanvar 2021-ci il tarixdə, **********12 saylı məktubunda göstərilənlərin qanunsuz hesab olunması, cavabdehin üzərinə Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evə və həyətyanı sahəyə dair Dövlət Arxivində saxlanılan arxiv sənədlərinin tələb edilərək alınması və həmin sənədlər əsasında Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin X8 (Salman Baba oğlu) məxsus olmasına dair arayış verilməsi vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin X9 məxsus olmasına dair arayış verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X9 (Baba Salman oğlu) məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası, X12 31 avqust 1998-ci ildə vəfat etmişdir. Atası vəfat edəndən sonra ondan miras qalmış və faktiki olaraq onun tərəfindən miras əmlak kimi qəbul edilmiş Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı ev və həmin evin həyətyanı sahəsi onun istifadəsində və sahibliyindədir. X2 vəfat edəndən xeyli müddət sonra həmin evə dair sənədləşməni adına rəsmiləşdirmək üçün vərəsə olaraq ərizə ilə Bakı şəhəri 19 saylı Notariat Kontoruna rəsmi müraciət etmiş və 21 fevral 2019-cu il tarixdə həmin notariat kontorunda vərəsəlik işi açılaraq vərəsələrin dairəsi müəyyən olunmuşdur. X2 ondan miras qalmış Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evə və həmin evin həyatyanı sahəsinə, yəni daşınmaz əmlak üzərində faktiki olaraq mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs olsa da həmin hüququ təsdiq edən çıxarış almadan ölmüş və bu səbəbdən də halhazıradək vərəsəlik hüquqları rəsmiləşdirilməmiş qalmışdır. Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı ev və həmin evin həyətyanı sahəsinin atasına məxsus olmasını təsdiq edən arxiv sənədlərini, qohumluq münasibətlərini təsdiq edən doğum və ölüm sənədlərinin surətlərini rəsmi qaydada cavabdeh təşkilata təqdim etmiş və həmin ərizəsi ilə xahiş etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci və 4.3-cü maddəsinə əsasən həmin evə və torpaq sahəsinə dair dövlət arxivində saxlanılan rəsmi sənədlərin tələb edilməsini, həmin sənədlər əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə həmin əmlakın, yəni Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evə dair hüququn (həyətyanı sahədə daxil olmaqla) ölmüş şəxsə, yəni X9 məxsus olmasma dair arayış verilsin. Cavabdeh təşkilata verdiyi rəsmi ərizəyə 15 yanvar 2021-ci il tarixdə, **********12 saylı məktubla cavab verilmiş və həmin cavab məktubu ilə ərizədə göstəridiyi tələblər əsassız olaraq yerinə yetirilməmiş, faktiki olaraq tələbini həyata keçirməkdən imtina etmişdir. Belə ki, cavab məktubun məzmunu ilə onlara ünvanladığı ərizənin məzmununa baxdıqda məlum olur ki, cavabdeh təşkilat ümumiyyətlə ərizənin məzmununa uyğun cavab verməmişdir. Yazılmış cavab məktubunda qeyd edilir ki, 14 dekabr 2020-ci il tarixli ərizəyə baxıldığını, X13 və ya Salman Qılman oğlu, həmçinin X5 adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı fərdi yaşayış evinin qeydiyyatan keçməsi ilə bağlı məlumat (sənəd) akşar edilməmişdir. Baxmayaraq ki, ərizədə həmin ünvanda yerləşən evin mərhum X2na məxsus olmasını, onun adına qeydiyyatdan keçməsini və həmin sənədlərin dövlət arxivində saxlanıldığını qeyd etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Türkan Üzümçülük sovxozunun ərazisində yerləşmişdir. Həmçinin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə X21 və ya Salman Qılman oğlunun, həmçinin X5 adlarına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, bu səbəbdən də həmin əmlak ilə bağlı məlumat (sənəd) İdarədə aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlarla bağlı İddiaçı **********67 qeydiyyat nömrəli, 04 iyul 2018-ci il tarixli, **********12 qeydiyyat nömrəli, 15 yanvar 2021-ci il tarixli məktublar ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4057/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X9 (Baba Salman oğluna) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, N-400 №-li arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Türkan məscidinin sənədlərində Salman Qılman oğlunun doğum tarixinə dair məlumat aşkar edilmişdir. Doğum tarixi: 1875-ci il (sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb). Valideynləri: atası-X1 və anası Gülnisə (sənəddə olduğu kimi) Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, M-117 №-li arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən sənədlərində 1926-1932-ci illərə dair Bakı şəhəri Türkan kəndi üzrə doğum haqqında bərpa kitablarında (ayı, günü qeyd olunmayıb) 1921-ci ildə doğulan (soyadı qeyd olunmayıb) Baba Salman oğlunun təvəllüdü qeyd olunur. X16 və anası Bibixanım Əlihüseyn qızı. Bakı şəhəri, 12 №-li Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.1991-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan X14 öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən şəxsi evini oğlu X15 bağışlamışdır. Bakı şəhəri, Yasamal rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 08 sentyabr 1998-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1998-ci ildə ölmüşdür Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 4 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 679 saylı məktubdan görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş X23 (Baba Səlman) oğlunun miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri, 19 saylı notariat ofisinə oğlu İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X23 (Baba Səlman) oğlunun vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2019-cu il tarixdə tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşdirmə aparılması üçün mərhum X23 (Baba Səlman) oğlunun adına ünvan 5 ünvanına dair çıxarış və ya texniki pasportun verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə xx.xx.2019-cu il tarixdə sorğu göndərilmişdir. Yuxarıda göstərilən ünvana dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilməmişdir. Mərhum X23 (Baba Səlman) oğlunun adına çıxarışın (mülkiyyət hüququ təsdiq edən sənəd) olmadığından İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********62 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, 2174 saylı arxiv arayışından görünür ki, həqiqətən keçmiş Bakı şəhər XDS İK-nin torpaq şöbəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan Mərdəkən, Qala, Türkan, Binə, Kişlə, kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə xx.xx.1939-cu il tarixli aktlar kitabında SSRİ X6 “Kolxozçulara ictimai torpaqlarını dağıdılmaqdan mühafizə etmək tədbirləri” haqqındakı xx.xx.1939 saylı qərarına əsasən kolxozçuların, tək təsərrüfatçıların və qeyri kolxoz üzvləri olmayanların Türkan kəndi Stalin adına kolxozun üzvlərinə ayrılmış torpaq sahələrinin 0,25-dən 0,30 hektara qədər aparılması barədə tərtib olunmuş kitabın 317 saylı saxlama vahidinin 109-cı səhifələrinin 151/322-ci sıra sayında Baba Səlman oğluna ayrılmış torpağın ümumi sahəsi 039, o cümlədən yaşayış binası altında 001 olmaqla evin yanında uzunluğu 37 eni 21, sahəsi 007, qeyri yerlərdə sahə 032 uzunluğu 127 eni 25 artıq 031 olması barədə müvafiq qeydiyyatlar vardır. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, BA-02492-2021 saylı məktubundan görünür ki, həqiqətən keçmiş Bakı şəhər XDS İK-nin torpaq şöbəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan Mərdəkən, Qala, Türkan, Binə, Kişlə, kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə xx.xx.1939-cu il tarixli aktlar kitabında SSRİ X6 “Kolxozçulara ictimai torpaqlarını dağıdılmaqdan mühafizə etmək tədbirləri” haqqındakı xx.xx.1939 saylı qərarına əsasən, kolxozçuların, tək təsərrüfatçıların və qeyri kolxoz üzvləri olmayanların Türkan kəndi Stalin adına kolxozun üzvlərinə ayrılmış torpaq sahələrinin 0,25-dən 0,30 hektara qədər aparılması barədə tərtib olunmuş kitabın 317 saylı saxlama vahidinin 109-cı səhifələrinin 151/322-ci sıra sayında Baba Səlman oğluna ayrılmış torpağın ümumi sahəsi 039, o cümlədən yaşayış binası altında 001 olmaqla evin yanında uzunluğu 37 eni 21, sahəsi 007, qeyri yerlərdə sahə 032 uzunluğu 127 eni 25 artıq 031 olması barədə müvafiq qeydiyyatlar vardır Azərbaycan Respublikası Bakı Şəhri Xəzər Rayonu Türkan Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 40 nömrəli məktubdan görünür ki, Türkan qəsəbəsi, Xanlar küçəsi, 4 saylı dalanda yerləşən fərdi həyətyanı sahə İddiaçı istifadəsindədir İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********12 saylı məktubdan görünür ki, X21 və ya Salman Qılman oğlunun, həmçinin X5 adlarına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, S Xanlar küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 1970-ci ildən qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 20-ci maddəsinə əsasən X17 X10 İcraiyyə Komitəsi ayrılan sahənin ölçüsündən asılı olmayaraq, bu Məcəllənin 1-ci maddəsinin ikinci hissəsində göstərilmiş torpaqlardan başqa hər cür torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verir. Rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Şəhər və qəsəbə xalq deputatları sovetlərinin icraiyyət komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq qəsəbə xalq deputatları sovetlərinin icraiyyət komitələləri isə həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin, idarələrinin, təşkilatlarının istifadəsindəki torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından və bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada kənd xalq deputatları sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. 27-ci maddəsinə əsasən torpaq istifadəçiləri torpaq sahəsi onlara hansı məqsədlər üçün vermişsə, o sahələrdən həmin məqsədlər üçün istifadə hüququn malikdirlər və istifadə etməlidirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1, 8.0.5 və 8.0.7-ci maddələrinin tələblərinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezıdentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” təlimatın 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4, ev 1 ünvanındakı evin və onun həyətyanı sahəsinin iddiaçının mərhum X2na qanuni əsaslarla ayrılmışdır və sonuncu həmin həyətyanı torpaq sahəsinin qanuni istifadəçisi olmuşdur. 1996-cı il tarixli “Torpaq islahatları haqqında” Qanunun 9-cu və 10-cu maddələrinə görə həmin torpaq sahəsi qanuni istifadəçi kimi X5 mülkiyyətinə keçmişdir. İşin faktiki hallarına görə isə X12 həmin həyətyanı torpaq sahəsinin və orada yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarını qeydə almadan xx.xx.1998-ci ildə ölmüşdür. Bundan əlavə cavabdeh inzibati orqanın özünün də qeyd etdiyi kimi həmin torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Türkan Üzümçülük sovxozunun ərazisində yerləşir ki, bu da mübahisəli ərazi ilə bağlı 1939-cu ildə verilmiş qərarın həmin dövrdə səlahiyyətli olan orqan tərəfindən verildiyini bir daha təsdiq edir. İş materiallarından göründüyü kimi cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinasında göstərilən əsasların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. Qeyd edilməlidir ki, mərhum X2na məxsus olması haqqında arayışın verilməsini tələb etdiyi fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi uzun müddətdir ki, iddiaçının faktiki istifadəsindədir. Həmçinin, qeyd olunan torpaq sahəsinə başqa şəxslərin müraciəti olmamışdır. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 19 may 2022-ci il tarixli məktubla Mərdəkan, Qala, Türkan, Binə, Kişlə kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə xx.xx.1939-cu il tarixli aktlar kitabının üz qabığı, 90-cı səhifəsi və Baba Salman oğlu barədə olan 109-cu səhifənin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X9 (Baba Salman oğlu) məxsus olmasına dair arayışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4057/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-926/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-926/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver