Məhkəmə qərarları › İş №2-1(103)-926/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-926/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-926/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə; İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-6703/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya təminatının bərpa edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-6703/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı pensiya təminatının bərpa olunması öhdəliyi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1489/2022, saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6703/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “əmək pensiyasının dayandırılması haqqında” **********2 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı pensiya təminatı bərpa edilərək, ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsini xx.xx.2021- ci il tarixdən bərpa etmək öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1507/2022 saylı işi üzrə qəbul etdiyi Qərarı ilə, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1489/2022 nömrəli, 4 may 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1489/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra Bakı İnzibati Məhkəməsi tərəfindən 30 yanvar 2023-cü il tarixdə icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinə ünvanladığı 18 aprel 2023-cü il tarixli, 3-17-1/2-83802/2023 nömrəli “İddiaçıa dair məhkəmə qərarının icrası haqqında” məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli 2-1(103)-1489/2022 nömrəli qərarının icrası məqsədilə tərəfimizdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilərək 327,21 manat məbləğində müəyyən edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 3023,10 manat pensiya məbləği hesablanmışdır. Həmin məbləğ xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 302,31 manat olmaqla hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. 19 iyul 2023-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən pensiya ödənişinin icrası 3 ay sonra dayandırıldığını bildirərək, tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-6703/2021 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat məbləğində cərimə təyin еdilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı icra olunub, sonradan "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, adıçəkilən şəxsin müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə məktub ünvanlanıb, inzibati icraatın gedişində İddiaçı 23 iyun 2023-cü il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda qəbulda olub. Qəbul zamanı, ona vaxtilə pensiya hüququnun olmadığı halda pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin olunmuş əmək pensiyasının ödənişinin "Əmək pensiyaları haqqında" Qanunun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilib. Daha sonra İddiaçı yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilib və bu barədə akt tərtib edilib. Daha sonra, İddiaçı vaxtilə pensiya təyin olunması haqqında qəbul olunmuş qərar tərəflərindən ləğv olunub və pensiya ödənişinin cari ilin iyul ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona artıq ödənilmiş pul vəsaiti 8894,71 manat təşkil edir. Bu barədə tərəflərindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-189154/2023 nömrəli məktubla iddiaçıya məlumat verilərək həmin artıq ödənilmiş vəsaitin könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunub.DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən pensiyanın ödənişi dayandırıldığı, iddiaçının pensiya işi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərildiyini, iddiaçının hal hazırda yaşa görə pensiya aldığını, və keçmiş dövr üçün 2393,61 manat məbləğində vəsaitin iddiaçıya ödəniləcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1489/2022 saylı işi üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı, onun icrası üçün məhkəmə tərəfindən müəyyən edilmiş müddət ərzində heç bir üzrlü səbəb olmadan icra edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının - 129-cu maddəsinin İ hissəsinə görə Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ hissəsinə uyğun olaraq, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin - 79.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. - 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. - 116.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. - 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir.; 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir.; 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, şikayətdə istinad olunur ki, məhkəmənin qərarı icra olunub, sonradan "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb.İddiaçı yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilib və bu barədə akt tərtib edilib. Daha sonra, İddiaçı vaxtilə pensiya təyin olunması haqqında qəbul olunmuş qərar tərəflərindən ləğv olunub və pensiya ödənişinin cari ilin iyul ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Məhkəmə Kollegiyası şikayətin göstərilən dəlillərinə münasibətdə bildirir ki, hazırda tərəflər arasındakı mübahisə qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarının icra olunub-olunmaması, qərar icra olunmamış sayılacağı halda borclu barəsində müvafiq məsuliyyət tədbirlərinin tətbiqi ilə bağlıdır. Cavabdeh sözügedən məhkəmə qərarının onun tərəfindən icra olunduğunu bildirir. Lakin eyni zamanda qeyd edir ki, məhkəmə qərarı icra olunduqdan sonra inzibati icraatla bağlı İddiaçı 23 iyun 2023-cü il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda iştirakı zamanı, ona vaxtilə pensiya hüququnun olmadığı halda pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin olunmuş əmək pensiyasının ödənişinin "Əmək pensiyaları haqqında" Qanunun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilib. Daha sonra İddiaçı yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilib və bu barədə akt tərtib edilib. Daha sonra, İddiaçı vaxtilə pensiya təyin olunması haqqında qəbul olunmuş qərar tərəflərindən ləğv olunub və pensiya ödənişinin cari ilin iyul ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarının 1-ci bəndindəki mövqeni xatırlatmaqla bir daha qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır.Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2565/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı 39-41-ci bəndi) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-6703/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar