Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-927/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı Bəkir qızının, Cavabdehin nümayəndələri X4 və X1 iştirakları ilə İddiaçı Bəkir qızının cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması barədə” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1824/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1824/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin İddiaçı Bəkir qızı barəsindəki işdən çıxarma barədə xx xxxxxx 2016-cı il tarixli, 09/12-55 saylı əmri qanunsuz və əsassız hesab edilərək həmin əmr ləğv edilmiş, İddiaçı Bəkir qızının işə bərpa olunması, işə bərpa və məcburi iş buraxma günləri üçün ona aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin, mükafatların, məzuniyyətlərin və məzuniyyətlərə əlavə olunan müavinətlərin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinə həvalə edilmiş, ekspert rəyinin verilməsi ilə bağlı xərc qismində 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyindən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və ekspert rəyinin verilməsi ilə bağlı xərcin iddiaçıdan tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən prosessual hüquq normalarını nəzərə almamış, iddia tələbinin mümkünlüyü barədə heç bir qənaətə gəlmişdir. İddiaçı tərəfindən iddia olunan məcburi işburaxma müddətinə görə əmək haqqının cavabdeh təşkilat tərəfindən ödənilməsi tələbi məcburetmə haqqında iddianın predmetini təşkil edir. Belə ki, iddiaçının bu iddia tələbinin təmin olunması mövcud iddia ərizəsi ilə əlaqədar məhkəmə icraatının yekun nəticəsindən asılı olduğundan iddiaçı iddia tələbini həmin hissəsində haqlı deyildir və məhkəmənin həmin iddia tələbini təmin etməsi qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qərarın ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin xx xxxxxx 2016-cı il tarixli, 09/12-55 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin Aktuar hesablamalar və proqnozlar sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilmiş və onunla bağlanmış xx xxxx 2013- cü il tarixli əmək müqaviləsinə (kontraktına) xx xxxxxx 2016-cı il tarixdə xitam verilmişdir. Bundan sonra İddiaçı Bəkir qızı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçının barəsində Yasamal RPİ tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2016-cı il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı apelyasiya şikayətinə münasibətdə ləğv edilərək Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad olunmuşdur. xx.xx.2016ci il tarixli, 09/12-55 saylı əmrlə rəhbərlik həbsdə olduğu tarixdə düzgün olmayaraq ərizəsi əsasında iddiaçını tutduğu vəzifədən azad etmiş və xx xxxx 2013-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Həmin gün həbsdə olduğu halda rəhbərlik qanuna zidd olaraq barəsində işdən çıxma əmri vermişdir. Belə ki, xx xxxxxx 2016-cı il tarixdə Yasamal rayon Polis İdarəsinə çağırılaraq şübhəli şəxs qismində saxlanılmışdır. xx xxxxxx 2016-cı il tarixdən Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qərarda həbs etmənin əvvəli düzgün olaraq xx xxxxxx 2016-cı il tarixdən qeyd edilmişdir. xx xxxxxx 2016-cı il tarixdən öz xahişi ilə işdən azad olunmağı barədə əmr verilmişdir. xx xxxxxx 2016-cı il tarixdən şübhəli şəxs kimi saxlanıldığı halda 19 fevralda işdən azad olmağı barədə ərizə yazmağı qeyri-mümkün idi. Lakin bir neçə gündən sonra sərbəst buraxıldı və bu işdə hər hansı bir iştirakının olmaması barədə Yasamal rayon polis idarəsi tərəfindən cinayət işinə xitam verilmişdir. İşdən çıxma barədə ərizəni aparat rəhbəri tutulmamışdan təxminən 2 ay 10 gün əvvəl ona məcburi qaydada yazdırmışdır. Həmin ərizə 1 aydan sonra əmək qanunvericiliyinə görə hüquqi qüvvəsini itirmişdir. Lakin həmin hüquqi qüvvəsi olmayan ərizə əsasında rəhbərlik onu işdən azad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)- 1079/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı Bəkir qızı tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2- 1(103)- 2462/2018 saylı qərardadı ilə apelyasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(102)-2451/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2462/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş, işin mahiyyəti üzrə baxılması istiqamətində prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(103)-711/2018 saylı qərardadı ilə İddiaçı Bəkir qızının apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1079/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı Bəkir qızının iddia tələbi mümkün sayılmaqla iş mahiyyəti üzrə baxılması istiqamətində sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İşə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsinin hazırki mübahisələndirilən qərarı ilə iddia tələbi təmin edilmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, inzibati işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin xx xxxxxx 2016-cı il tarixli, 09/12-55 nömrəli əmrindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin Aktuar hesablamalar və proqnozlar sektorunun aparıcı məsləhətçisi X2 tutduğu vəzifədən azad edilmiş və xx xxxx 2013-cü il tarixli əmək müqaviləsinə (kontraktına) xx xxxxxx 2016-cı il tarixdə xitam verilmişdir. İşdən müəyyən olunur ki, cavabdeh iddiaçını tutduğu vəzifədən azad edərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən iddiaçının işdən azad edilməsi barədə ərizəsinə istinad etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və X5 nazirinə ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli ərizədən görünür ki, Nazirliyin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin Aktuar hesablamalar və proqnozlar sektorunun aparıcı məsləhətçisi İddiaçı Bəkir qızı xx xxxxxx 2016-cı il tarixdən onun tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İşin hallarından məlum olmuşdur ki, iddiaçı işdən azad olunduğu tarixdə-yəni xx xxxxxx 2016-cı il tarixdə Yasamal rayon Polis İdarəsinə çağırılaraq şübhəli şəxs qismində saxlanılmış, xx xxxxxx 2016-cı il tarixdən Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı sözügedən ərizəni mübahisələndirərək ərizədəki imzanın ona aid olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 26713 nömrəli ekspert rəyində bildirilmişdir ki, ekspertizaya təqdim olunmuş, 2-1(82)-1824/2019 nömrəli işin 183-cü vərəqəsində olan Azərbaycan Respublikasının Əmək və X5 naziri S.Müslümova İddiaçı Bəkir qızı tərəfindən ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli ərizədə “İddiaçı” soyadı önündəki imza-İddiaçı Bəkir qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilməsinin bir əsası kimi dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsini xahiş etməsidir. İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır (maddə 67.3). Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər (maddə 67.12). Beləliklə, müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və X5 nazirinə ünvanlanmış “xx xxxxxx 2019-cu il tarixdən vəzifədən azad edilmə barədə xx xxxxxx 2016-cı il tarixli ərizədəki imza İddiaçı Bəkir qızı tərəfindən imzalanmamışdır. İddiaçının həqiqi iradəsini əks etdirməyən işdən azad olunma barədə ərizə isə onun tutduğu vəzifədən azad olunmasına əsas verməmişdir. Qeyd edilənlərə əsasən cavabdehi mübahisələndirilən əmri qanunsuz inzibati akt olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan həmin aktın ləğv edilməsi barədə iddia tələbi əsaslı olmuşdur. İddiaçının tələblərindən biri də məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi bağlıdır. İPM-nin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. “Dövlət qulluğu” haqqında Qanunun 22.2-ci maddəsinə görə dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Kollegiya sadalanan normalardan çıxış edərək hesab edir ki, məhkəmə cavabdeh inzibati orqanın İddiaçı Bəkir qızı barəsindəki işdən çıxarma barədə əmrinin qanunsuz və əsassız hesab edərək həmin əmrin ləğv etməklə yanaşı, həmin inzibati aktın ləğvinin nəticəsi olaraq iddiaçının işə bərpa olunması və məcburi işburaxma dövrü üçün aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin, mükafatların, məzuniyyətlərin və məzuniyyətlərə əlavə olunan müavinətlərin ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayabilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakıəsaslara istinad edə bilə. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Bu səbəbdən də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1824/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-927/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-927/2020
21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver