Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-927/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1972-ci il tarixdə Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuş, Kürdəmir rayonu, Muradxan Ərazi dairəsi, Muradxan kəndində qeydiyyatdadır, iddia ərizəsinə əsasən qeyd edilən ünvan-ünvan 1ail Rayon İcra və Probasiya Şöbəsinə qarşı “sifariş məktubunun ləğv edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-7325/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədovun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 69,9 kv.m ümumi 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin açıq hərrac vasitəsilə satılmasına dair xx.xx.2020-ci il tarixli 7505 nömrəli sifariş məktubunun ləğv edilməsi və onun hərəkətlərinin qanunsuz hesab olunması, “xxxx” MMCnin ünvan 2 ünvanında yerləşən 69,9 kv.m ümumi, 58,2 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsinin satılmasına dair xx.xx.2020-ci il tarixə təyin edilmiş hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(041)-927/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh, yəni ondan əsas borca görə 74.090 ABŞ dolları, faiz borcuna görə 6496 ABŞ dolları, dəbbə borcuna görə 1000 ABŞ dolları olmaqla, cəmi 81586 ABŞ dolları, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun 20 manat isə xidmət haqqının tutularaq iddiaçı "xxxx" X1 xeyrinə tutulması, tələbin onun yəni İddiaçı və X3 ümumi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 69,9 kv.m ümumi 58.2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 120.000 manat müəyyən olunmaqla, açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin iddiaçı "xxxx” İKB-nın xeyrinə ödənilməsi, ipotekaya qoyulmuş ünvan 2 ünvanında yerləşən mənzilin boşaldılması və təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(106)-10/2019 saylı qətnaməsi ilə cavabdehin yəni onun apellyasiya şikayəti qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 927/2016 saylı, xx xxxx 2016-cı il tarixli, qətnaməsi ondan əsas borca görə 74.090 ABŞ dolar, faiz borcuna görə 6496 ABŞ dolları faiz borcunun 1.000 ABŞ dolları həcmində dəbbə pulunun, cəmi 81.586 ABŞ dollarının və ipoteka qaydasında yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməsi hissələrində ləğv edilmiş, iddia tələbinin İddiaçı faiz borcunun tutulması hissəsində qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli, 6-G-l-0-2266-14 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı 74.090 ABŞ dolları, faiz borcuna görə 6255.03 ABŞ dolları və 1000 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 81.345 ABŞ dolları 93 sent alınıb iddiaçı “X2 Bankına ödənilməsi, ipoteka qaydasında yüklü edilmiş və ünvan 3 ünvanında yerləşən 69.9 kv.m ümumi, 58.2 k\ .m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış (start) qiyməti 600.000 manat müəyyən edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-927/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən hissədə dəyişdirilmədən saxlanılmış, məhkəmə xərclərini təşkil edən ekspertiza tədqiqatının 145 (yüz qırx beş) manat cavabdeh İddiaçı alınıb dövlət nəfinə ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(102)-2072/2020 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2( 106)- 10/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, "xxxx” İKB ASC ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli 6-G-l-0-2266-14 saylı "Kredit Müqaviləsi“nə əsasən ona illik 25 faiz olmaqla 36 aylıq müddətə 89.000 ABŞ dolları məbləğində istehlak məqsədi ilə kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi onunla, yəni İddiaçı ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı və X3 ümumi mülkiyyətində olan AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. O, müqaviləni imzalayarkən həmin vaxt mövcud olan bazar şərtlərini nəzərə almışdır və həmin şərtlər daxilində borcunu qaytarmaqda heç bir problemi yox idi. Lakin sonradan baş vermiş devalvasiya nəticəsində ABŞ dollarının dəyəri birdən-birə 100 faizdən artıq qalmış, bu isə onun öhdəliklərini yerinə yetirmək vəzifəsinin icrasını mümkünsüz etmişdir. Başqa sözlə, həmin kredit müqaviləsi bağlanarkən onun əsas götürdüyü şərait əhəmiyyətli dərəcədə dəyişmiş və o həmin müqaviləni bağlayarkən ümid etməyə haqqı çatanlardan tamamilə məhrum olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-7325/2020 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı “Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədovun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 69,9 kv.m ümumi 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin açıq hərrac vasitəsilə satılmasına dair xx.xx.2020-ci il tarixli 7505 nömrəli sifariş məktubunun ləğv edilməsi və onun hərəkətlərinin qanunsuz hesab olunması, “xxxx” MMC-nin ünvan 2 ünvanında yerləşən 69,9 kv.m ümumi 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşasış sahəsinin satılmasına dair xx.xx.2020-ci il tarixə təyin edilmiş hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti (şikayət iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 20 saylı Vəkil Bürosu) tərəfindən imzalanmışdır) verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-7325/2020 nömrəli qərardadının ləğv edilərək, iddia ərizəsinin mümkün sayılaraq icraata qəbul edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının apellyasiya şikayətində “şikayət” qeyd etməsi məhkəmə tərəfindən texniki yazı xətası kimi qiymətləndirilir. Tərəflər məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq hesab etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və həmin məsələyə mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi məhkəmə iclasında onun iştirakının təmin edilməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında iddiaçının iddia ərizəsində qeyd etdiyi əlaqə nömrəsinə birinci instansiya məhkəməsi tərəfindən SMS bildiriş göndərilmişdir, yəni məhkəmə iclası barədə iddiaçının məlumatı olmuşdur. Bu səbəbdən də qeyd edilən dəlil məhkəmə kollegiyası tərəfindən əsassız hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1. –ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 21.6-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında”Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Göründüyü kimi, icra orqanının (məmurunun) hərəkət və ya hərəkətsizliyindən ayrıca iddianın qaldırılması istisna edilir. Odur ki, icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və həmin məsələyə mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-7325/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-927/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-927/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver