Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-927/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2753/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illik ümumi və 12 il 6 aydan çox güzəştli əmək stajının olması nəzərə alınaraq, pensiya hüququnun yarandığı xx.xx.2017-ci ildən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədəqərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.33.1.). İddianın əsaslarına görə, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, onun iki illik həqiqi hərbi xidmətdə olduğu müddət nəzərə alınmadan, xx.xx.1977-ci ildən xx.xx.2017-ci il tarixədək, yəni, 57 yaşının tamam olduğu müddətdə (həmin müddətdən sonrakı dövr nəzərə alınmadan) 31 il 02 ay 28 gün əmək stajı olmuşdur. Əmək fəaliyyəti müddətində tütün istehsalı sahəsində, fəhlə, tütün istehsalı xəttində operator kimi vəzifələrdə işləmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına, həm də hazırda qüvvədə olan "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən, qeyd etdiyi vəzifələr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələr hesab olunur. Əmək fəaliyyətinin 16 ilindən çoxunu həmin zərərli işlərdə çalışmışdır. xx.xx.2017-ci ildə onun 57 yaşı tamam olmuş və həmin dövrdə qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdə edilmiş dəyişiklikdən əvvəlki redaksiyasına görə onun xx.xx.2017-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. O, xx.xx.2020-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi cavabdeh Filiala ərizə ilə müraciət etmiş, lakin sonuncu ona cavab verməmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 fevral 1978-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 3 fevral 2020-ci il tarixli 2 nömrəli arayışında qeyd olunan işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamış, bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı iddiaçıya münasibətdə 38.600,00 manat tələb olunduğu halda, onun fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı, cəmi, 36.648,54 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2753/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarını düzgün hesab etmir. Belə ki, «X2» arxiv arayışında iddiaçının tütün sexində fəhlə kimi işlədyi (07 il 03 ay 06 gün +6 ay 29 gün), habelə, operator kimi işlədəyi (08 il 03 ay 06 gün) peşələr (cəmi 16 il 09 ay 05 gün) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 27.5.1-ci hissəsinin «a» bəndində nəzərdə tutulmuşdur. İddiaçı 57 yaşının tamam olduğu tarixə qədər 31 il 2 ay 28 gün ümumi, 16 il 09 ay 05 gün güzəştli iş stajı vardır. «X2» şirkəti tərəfindən məhkəmənin sorğusuna xx.xx.2021-ci il cavab məktubunda onun fəhlə və operator kimi, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarında qeyd edilən 27.5. Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının a) yarım bölməsinə aid olması bildirilsə də, məhkəmə, səhvən, Siyahıda güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmadığı qənaətinə gəlmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov iddiaçının güzəştli stajının olmadığını vurğulayaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İddiaçının iş materiallarında olan şəxsiyyət vəsiqəsinin (№0771433 Bakı-Nizami RPİ xx.xx.2010) surətinə əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğlmuşdur. Belə olan halda, xx.xx.2017-ci il tarixində onun 57 yaşı tamam olur. Həmin tarixə qədər müddətdə, işin mübahisələndirilməyən halına görə onun azı 25 il ümumi stajı mövcuddur. Həmin tarixə olan güzəştli stajına gəldikdə isə hazırkı mübahisənin predmetini də məhz iddiaçının azı 12 il ay güzəştli staja malik olub-olmaması ilə bağlıdır. Qeyd olunanlar baxımından, tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin qanuni əsasını «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyası təşkil edir. Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasına görə isə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün xx.xx.2017-ci ilə qədər onun 57 yaşı tamam olmalı, azı 25 il ümumi və 12 il 6 ay xüsusi stajı mövcud olmalıdır. İddiaçıya münasibətdə qanun müəyyən etdiyi 1-ci şərt ödənilir, yəni, onun 57 yaşı xx.xx.2017-ci il tarixində tamam olmuş və həmin tarixə həm də qanunun müəyyən etdiyi 2ci şərt də ödənilir, yəni, onun azı 25 il iş stajı da mövcuddur ki, işin bu halları cavabdeh tərəfindən mübahisələndirilmir. Hər bir halda, iddiaçının xx.xx.1960-cı il tarixinə kimi əmək kitabçası (İT-İ №0225314 xx.xx.1978), hərbi bileti (HZ №3989344, 21.!0.1979) iş stajı araşdırıldıqda, onun aşağıdakı kimi sığorta stajı müəyyən olunur: xx.xx.1977-xx.xx.1979: 11 №-li «Hərbiicarət»də konditer – 1 il 11 ay 22 gün; xx.xx.1979 – xx.xx.1981 müddətli həqiqi hərbi xidmət – 2 il 26 gün; xx.xx.1982 - xx.xx.1982: Bakı azbest və keramik məmulatlar Kombinatı – 13 gün; xx.xx.1982 – xx.xx.1985: İctimai iaşə obyektində bufetçi: 2 il 9 ay 13 gün; xx.xx.1985 – xx.xx.1987: İctimai iaşə müəssisələr birliyində mətbəxçi-2 il 1 ay 14 gün; xx.xx.1987-xx.xx.1989: «Kirov» adına maşınqayırma zavodunda köməkçi təsərrüfatda 5- dərəcəli fəhlə - 1 il 3 ay 22 gün; xx.xx.1989 – xx.xx.1992: həmin maşınqayırma zavodunda 2-ci dərəcəli fəhlə - 2 il 5 ay 10 gün; xx.xx.1992-xx.xx.1993: «Neftsənayegeofizika» Bakı bölməsi təcrübi metodik işlər dəstəsində fəhlə - 1 il 6 ay 29 gün; xx.xx.1993 – xx.xx.1998: Bakı tütün kombinatı: Yanğından mühafizədə mühafizəçi – 4 il 1 ay 14 gün; xx.xx.2000 – xx.xx.2007: «X2» ASC-də tütün sexində fəhlə – 7 il 3 ay 6 gün; xx.xx.2007–xx.xx.2016: həmin tütün sexində operator – 8 il 11 ay; xx.xx.2016 - xx.xx.2017: həmin tütün sexində fəhlə 2 ay 22 gün İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, 57 yaşının tamamlandığı xx.xx.2017-cı il tarixinədək, onun 33 il 11 ay 12 gün ümumi stajı toplanır. İş materiallarına əsasən iddiaçının çalışdığı “X2”ASC-nin 2 nömrəli 03 fevral 2020-ci il tarixli arxiv arayışına, habelə, məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahlı məktubunda bildirilmişdir: “İddiaçı fəhlə və operator kimi vəzifə funskiyaları - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 27.5. Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının a) yarım bölməsinə aiddir.” Eyni zamanda, “X2”ASC-nin xx.xx.2021-ci il tarixli izahlı məktubunda həm də bildirilmişdir ki, İddiaçı tütün sexində fəhlə və operator kimi əmək funksiyaları aşağıdakılardan ibarətdir: “ -yarpaq tütün partiyalarını istehsalat xəttinə vermək və transportyorun üzərinə düzmək; -tütünü, tütün kiplərindən əllə çıxarmalı və doğranması üçün transportyorun üzərinə qoymalı; jilka ilə dolu olan qutuları dəmir qablara doldurmalı və istehsalat xəttinə verməli; -doğranmış tütünün qablaşdırılması məqsədilə istehsalat planına uyğun olaraq tütünqutularının için əselofan qoyaraq hazırlamalı; -doğranmış tütünü tərəzidə çəkməli və tütün qablarına qablaşdırmalı; -doğranmış tütün qutularını arabaya yığmalı və şəxsən onu lift tərəfə daşımalı” -Anbarın tələbinə uyğun olaraq tütünü liftə doldurmalı” -bütün artıq materialları, tullantıları yığmaq və liftə dolduraraq pressə göndərməli; -istehsalat zamanı yaranan tozu tərəzidə çəkməli və qutulara doldurmalı və anbara göndərmək üçüne liftə yığmalı; -bütün vaxtı istehsalat xəttini təmiz və səliqəli saxlanılmalı. Maşınların ətrafında olan künclərdə və ya avadanlıqların üzərində olan çirkin/tozun olmasına yol verməməli; -istehsalat xəttlərində par/suyun verilməsi, sıxılmış hava əməliyyatların razılaşdırılmış parametrlər əsasında olmasını təmin etməlidirlər; -gələn təzyiq tələb olunan tələbatdan aşağıdırsa, o zaman xətt dayandırılmalı və növbə rəisinə məlumat verilməlidir.; -istehsal xəttlərini tez-tez yoxlamalı və istehsal olunan məhsulun vəziyyətini müşahidə etməli; -hər hansı qeyri-normal hal olduğu təqdirdə (məs., nəmlik, rəng, qırıntının ölçüsü ümumi vəziyyət) yoxlanılmalıdır, dərhal düzəldilməlidir və birbaşa rəhbərə məlumat verməlidir; -istehsalat xətlərində par, su və sous/aromat materiallarını tənzimləmək üçün quraşdırılan avtomatik nəzarət avadanlıqlarının işləməsini diqqətlə yoxlamalıdır. Həmçinin nəzarət avadanlıqlarının işləməsinə nəzarət etməli, hər hansı öir avadanlığın yaxşı işləməməsi təqdirində dərhal mexanikin nəzərəinə çatdırmalı, -istehsal xətlərini hər zaman təmiz və səliqəli saxlamalıdır. Avadanlıqların səthində və ya maşının künclərində tozun /çirkin yığılmasına yol verməməlidir; -istehsal xəttinin hər hansı bir avadanlığını/bölməsini təmir edərkən, düzəldərkən mexanikə tam yardım göstərməli; -hər hansı axıntı və tütün itkisinin qarşısını almalıdır; -tütündə hər hansı yad materialın (natəmizlyin) olmasının qarşısını almalıdır. ” İşin hazırkı apellyasiya mərhələsində konkret olaraq iddiaçının qeyd olunan işlərdən hansılarını görüdüyünü müəyyən edilməsi üçün «X2» ASC-yə təkrar məhkəmə sorğusu göndərilmiş və sonuncu tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı cavabında aşağıdakıları bildirmişdir: “İddiaçı müəssisəmizin tütün sexində işlədiyi fəhlə və operator peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın: 27.5. Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının a) yarım bölməsinə (fəhlələr) aiddir. ... 27.5.1-ci bölməsinin a) yarım bölməsi üzrə (fəhlələr) fəhlə vəzifəsinə: tütün yarpaqlarını düzən, tütün keşinin presləyicisi və çeşidləyicisi, operator vəzifəsinə: tənzimləşdirici maşinist, tütün kəsən maşın maşınisti və pnevmatik qurğu maşinisti aiddir.” İşəgötürən müəssisənin qeyd olunan məktubları və arayşlarının təhlilindən görünür ki, iddiaçının həmin müəssisədə tütün istesalatında “fəhlə” kimi əmək funksiyaları geniş bir dairəni əhatə edir. Onun məşğul olduğu operator işi də Siyahının “fəhlə” göstəricisinə aid olunmaqla, tənzimləşdirici maşinist, tütün kəsən maşın maşınisti və pnevmatik qurğu maşinisti kimi, fəaliyyətlərindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında"Siyahının 27.5.1-ci “Tütün istehsalı” bölməsinin “a) fəhlələr” bəndinə isə aşağıdakı göstəricilər daxil edilmişdir: “Tütün üzrə kupajçılar, penvmatik qurğu maşinistləri, papirov-siqaret mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütün yumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri”. Göründüyü kimi, iddiaçının «X2» ASC-də tütün yarpaqlarını düzən, tütün keşinin presləyicisi və çeşidləyicisi kimi gördüyü fəhlə işələri, habelə, onun operator kimi yerinə yetirdiyi tənzimləşdirici maşinist, tütün kəsən maşın maşınisti və pnevmatik qurğu maşinisti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 27.5.1-ci bəndində təsbit olunan güzəştli pensiya hüququ verən göstəricilər sırasında mövcuddur. İddiaçının sığorta əmək stajının yuxarıda qeyd olunan təhlilindən isə göründüyü kimi, onun 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixinədək «X2» ASC-də tütün sexində güzəştli pensiya hüququ verən işlərdə xx.xx.2000-xx.xx.2007-ci illəri əhatə edən dövr üzrə 16 il 1 ay 28 gün (7 il 3 ay 6 gün+8 il 11 ay+ 2 ay 22 gün) çalışmışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya güzəştli pensiya təyin olunmasından imtinasının əsası kimi istinad etdiyi, onun«X2» ASC-də tütün sexindəki fəaliyyəti üzrə yerinə yetirdiyi işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmadığını, dolayısıilə güzəştli stajının mövcud olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Halbuki, qeyd olunanlardan göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixinə onun 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli stajının mövcudluğu sübuta yetirilir. Belə olan halda, onun həmin Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olan redaksiyasına görə 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən yaşa görə güzəştli şərtlərələ əmək pensiyası hüququ yaranmış olur. Həmin Qanunun əmək pensiyasının ödənilmə qaydasını tənzimləyən 32-ci maddəsi isə aşağıdakıları nəzərdə tutur: 32.1.Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1.Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin sübutlara müəyyən edilən halları və qanunvericilyin qeyd olunan tələbləri baxımından, cavabdeh tərəfindən iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina olunması əsassızdır. Cavabdeh iddiaçının xeyrinə olan halların araşdırılması istiqamətində hərəkətsizlik nümayiş etdirmişdir. Halbuki, 24.1-ci maddəsinə əsasən inzibati inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi, cavabdeh hərtərəfli araşdırma aparmamış, iddiaçının xeyrinə olan araşıdırılmasından imtina etmiş, bütün bunlar isə son nəticədə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə işdə olan sübutlarla müəyyən olunan hallara və maddi hüquq normalarına uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarı düzgün hesab etmədiyini əsaslandıran və səhv nəticəyə gəldiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2753/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalı və iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2020-ci il tarixindən (işdə olan “Operativ expres” poçt daşıma xidmətinin qəbzinə əsasən iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsi cavabdehə xx.xx.2020ci il tarixində çatdırılmışdır: i.v.22,25) əvvəlki üç il üçün hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2753/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin olunsun. İddiaçı, 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2020-ci il tarixindən əvvəlki üç il üçün hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-927/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-927/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver