Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-93/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-996/20 saylı iş üzrə qəbul etdiyi 13 mart 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivi ünvanında yerləşən, sahəsi 500 kv. metr olan 60 saylı bağ sahəsinə və Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivi ünvanında yerləşən, sahəsi 500 kv. metr olan 8 saylı bağ sahəsinə dair mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və vahid dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-996/20 saylı iş üzrə qəbul etdiyi 13 mart 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən Qardağ rayonu, Səngəçal bağ massivi ünvanında yerləşən 8 saylı bağ sahəsi X1 ayrıc aktından 640 metr, 60 saylı bağ sahəsi isə 635 metr kənarda yerləşir. Həmçinin, üzvlük kitabçasında bağ nömrəsində və protokoldan çıxarışda düzəliş edilmişdir. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş X1 üzvlərinin siyahısında iddiaçının adı bir dəfə qeyd olunmuşdur. Lakin iddiaçı “60” və “8” saylı bağ sahələrinin daşınmazəmlakın dövlət reyestrində qeydiyyata alınması üçün İdarəyə ayrıayrı ərizələrlə müraciət etmişdir. Sözügedən ünvanda yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, iki bağ sahəsi bir hasar daxilindədir və ara sərhədlər şərtidir. Qeyd olunan səbəblərə görə ərizələrin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubları ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan “Dəniz Neftçisi” X4 üzvlərinin yığıncağının 20.05.1996-cı il tarixli, 6 saylı Protokolundan Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsinin sədrinin məlumatı dinlənilərək, İddiaçı ərizəsinə əsasən sonuncunun X3 üzvlüyə qəbul edilməsi və sahəsi 500 kv. metr olan 60 saylı bağ sahəsinin ona təhkim edilməsi qərara alınmışdır. N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X4 üzvlərinin yığıncağının 27.05.1999-cu il tarixli, 54 saylı Protokolundan Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, N.Nərimanov adına NQÇİ-nin işçisi İddiaçı ərizəsinə əsasən sonuncunun X3 üzvlüyünə qəbul edilməsi; Bakı şəhər XDS İcraiyyə Komitəsinin 22.09.1989- cu il tarixli, 10/369 saylı qərarı ilə Sənqəçal bağ massivində N.Nərimanov adına NQÇİ-yə ayrılmış torpaq sahəsindən İddiaçı sahəsi 500 kv. metr olan 8 saylı bağ sahəsinin verilməsi qərara alınmışdır. “Sahil” X4 tərəfindən verilmiş 60 №li bağçının üzvlük kitabçasından görünür ki, Bağçılıq cəmiyəti üzvlərinin 20.05.1996-cı il tarixli, 6 saylı Protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş 1993-cü ildən X6 İdarəsində işləyən İddiaçı Sənqəçal bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv. metr olan 60 saylı bağ sahəsi 20.05.1996-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. N.Nərimanov adına NQÇİ “Dəniz Neftçisi” X4 tərəfindən verilmiş 8 nömrəli bağçılığın üzvlük kitabçasından görünür ki, Bağçılıq cəmiyəti üzvlərinin 27.05.1999-cu il tarixli, 54 saylı Protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş N.Nərimanov adına NQÇİ-də işləyən İddiaçı Səngəçal bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv. metr olan 8 saylı bağ sahəsi 27.05.1999-cu il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. İddiaçı qeyd edilən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizələrlə cavabdeh inzibati orqana müraciət etmişdir. DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********12 nömrəli, 15.11.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivi ünvanında yerləşən 60 saylı bağ sahəsinin 635,0 kv m. hissəsi X1 ayrıc aktından kənarda yerləşir. Həmçinin üzvlük kitabçasında bağ nömrəsində düzəliş edilmişdir. Bundan əlavə İdarəyə təqdim edilmiş X1 siyahısında adı bir dəfə qeyd olunmuşdur, lakin eyni bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində digər “8” saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün İdarəyə ərizə ilə müraciət mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********16 nömrəli, 15.11.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivi ünvanında yerləşən 8 saylı bağ sahəsinin 640,0 kv m. hissəsi X1 ayrıc aktından kənarda yerləşir. Həmçinin üzvlük kitabçasında bağ nömrəsində düzəliş edilmişdir. Bundan əlavə İdarəyə təqdim edilmiş X1 siyahısında adı bir dəfə qeyd olunmuşdur, lakin eyni bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində digər “60” saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün İdarəyə ərizə ilə müraciət mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Kollegiya işin hallarını nəzərə alaraq 05 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertin qarşısında aşağıdakı sualın cavablandırılması xahiş olunmuşdur: “İddiaçı “Dəniz Neftçisi” X4 üzvlərinin yığıncağının 20.05.1996-cı il tarixli, 6 saylı Protokolu ilə ayrılmış sahəsi 500 kv. metr olan 60 saylı bağ sahəsi və N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X4 üzvlərinin yığıncağının 27.05.1999-cu il tarixli, 54 saylı Protokolu ilə ayrılmış sahəsi 500 kv. metr olan 8 saylı bağ sahəsi Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X1 (əvvəlki “Dəniz Neftçisi” X4) ayrıc aktı hüdudlarında yerləşirmi?” Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2021-ci il tarilxi, 10/1811 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “İddiaçı “Dəniz Neftçisi” X4 üzvlərinin yığıncağının 20.05.1996-cı il tarixli, 6 saylı Protokolu ilə ayrılmış sahəsi 500 kv. metr olan 60 saylı bağ sahəsi və N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X4 üzvlərinin yığıncağının 27.05.1999-cu il tarixli, 54 saylı Protokolu ilə ayrılmış sahəsi 500 kv. metr olan 8 saylı bağ sahəsi kimi iddia etdiyi sahələr 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlmtlarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən N.Nərimanov adına NQÇİ-nin X1 ayrıcından kənarda yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin 7-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2017-ci il tarixli, 2186 saylı Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan ləğv edilmiş bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin 7-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. AR Torpaq Məcəlləsinin 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). T orpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (65.3). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). 01.01.2001-ci il tarixinədək icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sərbəst torpaq sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən 01.01.2001-ci il tarixinədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sərbəst torpaq sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır: ərizə; torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon) icra hakimiyyətinin sərəncamının və ya XDS-nin (ZDS-nin) qərarının təsdiq edilmiş surəti, zəruri hallarda, sərəncamın ( qərarın) arxiv çıxarışı və torpaq sahəsinin ayrıc aktı (planı); torpaq sahəsinin planı və ölçüsü; dövlət rüsumunun ödənilməsi barədə qəbz. İş materillarından müəyyən olunur ki, cavabdeh inzibati orqanın imtinasının əsaslarından biri olan mübahisəli torpaq sahələrinin ayrıc aktından kənarda yerləşməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəməyə təqdim edilən 16 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki, “Dəniz Neftçisi” X4 üzvlərinin yığıncağının 20.05.1996-cı il tarixli, 6 saylı Protokolu ilə ayrılmış sahəsi 500 kv. metr olan 60 saylı bağ sahəsi və N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X4 üzvlərinin yığıncağının 27.05.1999-cu il tarixli, 54 saylı Protokolu ilə ayrılmış sahəsi 500 kv. metr olan 8 saylı bağ sahəsi kimi iddia etdiyi sahələr 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən N.Nərimanov adına NQÇİ-nin X1 ayrıcından kənarda yerləşir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclası zamanı N.Nərimanov adına NQÇİ-nin X3 dair qovluğa baxış keçirilərkən müəyyən edilmişdir ki, paylanmış bağ sahəsinin siyahısında İddiaçı adı yalnız bir dəfə ( 8 saylı bağla bağlı) qeyd edilmişdir. 60 saylı bağ sahəsi siyahıda öz əksini tapmamış, həm də 60 saylı üzvlük kitabçasına və Protokoldan çıxarışa baxış keçirilərkən bağın nömrəsində düzəliş edilməsi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. İşin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını iddia etdiyi bağ sahələri (həm bağçılığın siyahısında olan 8 saylı, həm də siyahıda olmayan 60 saylı) Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən N.Nərimanov adına NQÇİ-nin X1 ayrıcından kənarda yerləşdiyindən, iddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi protokoldan çıxarışlar və üzvlük kitabçaları mötəbər sübut hesab edilərək, bağ sahələrinə dair mülkiyyət hüququna dair qeydiyyatın aparılmasına və vahid dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas ola bilməz. Belə olan halda, Kollegiya hesab edir ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən şərtlərin mövcudluğunu sübut edə bilmiş, müraciətinin təmin olunmasından haqlı olaraq imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Bu səbəbdən də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-996/20 saylı iş üzrə qəbul etdiyi 13 mart 2020-ci tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-996/20 saylı iş üzrə qəbul etdiyi 13 mart 2020ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbi təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Raqib Qurbanov Hakim: Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-93/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-93/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver