Məhkəmə qərarları › İş №2-1(103)-93/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-93/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-93/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin ******* saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin ******* saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2021 saylı 02 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Zəngilan rayon VVADQ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş X2 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1972-ci il tarixdə Zəngilan rayonu, Baharlı kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1972-ci ilin may ayının 12-ci günündə 07 № ilə qeyd edilmişdir. Ata qrafasında X12, ana qrafasında X5 qeyd edilmişdir. Azərbaycan Respublikası Zəngilan rayon İcra Hakimiyyəti başçısının Çöpdərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 sentyabr 2021-ci il tarixli 66 nömrəli arayışından görünür ki, İddiaçı 1992-ci il tarixinə kimi Zəngilan rayon Baharlı kəndində yaşamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin xx.xx.2019-cu il tarixli 420 nömrəli arayışından görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdə Zəngilan rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.xx.xx.1999-cu il tarixdə Zəngilan rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. Fərarilər siyahısından keçmir, amnistiya qərarı tətbiq olunmayıb. Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən X6 verilmiş HZ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək döyüşlərdə iştirak etmiş və xx.xx.1999-cu il tarixdə Zəngilan rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli 202-1716-1220 nömrəli məktubundan görünür ki, xx.xx.1972-ci il tarixdə Zəngilan rayonu, Baharlı kəndində anadan olmuş İddiaçı hansı tarixlərdə Zəngilan rayonunda qeydiyyatda olması barədə Zəngilan RPŞ-nin Q və ŞVQ-nin arxivində heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli 018-5668-1220 nömrəli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən 29 aprel 1972-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Xaqani Vəliyevin məhkumluğu yoxdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 oktyabr 2019-cu il tarixli ******* nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığına görə 29 aprel 1972-ci il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin ******* saylı 14 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, 1972-ci il aprel ayının 29-da Zəngilan rayonu, Baharlı kəndində doğulmuş, orta məktəbi bitirdikdən sonra xx.xx.1992-ci il tarixdə Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1999-cu il tarixdə Zəngilan rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. 1999-cu ildə keçmiş Sovetlər İttifaqı pasportu ilə Rusiya Federasiyasına getmiş və bu səbəbdən də şəxsiyyət vəsiqəsi almamışdır. Hazırda şəxsiyyət vəsiqəsi almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri toplayaraq müraciət etmiş və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»-nın 3.11-ci və 4.1-ci maddələrinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. O, vətəndaşlıqdan imtina etməmiş, 1999-cu ilə kimi Azərbaycan Respublikasında qeydiyyatda olmuşdur və bu səbəbdən də hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin imtinası əsassızdır. Onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün kifayət qədər əsaslar olduğu halda tək bir yaşayış yeri üzrə qeydiyyatı olmadığına görə mənsubiyyətinin tanınmasından imtina edilməsi əsaslı sayıla bilməz Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərlmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis şöbəsinin xx.xx.2019-cu il tarixli sorğusu əsasında İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə xx.xx.2019-cu il tarixdə qərar qəbul edilmişdir (qərar DMX-nin xx.xx.2019-cu il tarixli məktubu ilə Daxili İşlər Nazirliyinin Zəngilan rayon Polis şöbəsinə göndərilmişdir). Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, 1972-ci ildə Zəngilan rayonunda anadan olsa da, sonradan Rusiya Federasiyasına getmiş, həmçinin həmin ölkənin vətəndaşıdır (Azərbaycan Respublikasında onun pasport qeydiyyatında olması barədə məlumat yoxdur, bu barədə İAMAS üzrə məlumatlar etiraza əlavə olunur). Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o, yuxarıda adıçəkilən Qaydanın 2.2.1ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək – 1998-ci il oktyabrın 7dək- Azərbaycan Respublikası və Azərbaycan SSR-nin vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. İşin hallarından da görünür ki, şəxs Rusiya Federasiyasına getmiş və hal-hazırda həmin ölkənin vətəndaşıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2021 saylı 02 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, iddiaçı Zəngilan rayonunda doğulduğu və Azərbaycan Respublikasında həqiqi hərbi xidmət keçdiyi halda cavabdeh onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından formal əsaslarla imtina etmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Belə ki, iddiaçının iddia ərizəsinə nəzər saldıqda görünür ki, iddiaçının DMX-nə qarşı irəli sürdüyü iddia tələbi (Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir) inzibati məhkəmə icraatı qaydasında baxılan iddia tələblərinə uyğun deyildir. Belə ki, iddia tələbində DMX-nin qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə yeni qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi məsələsi qeyd olunmalı idi. Əks halda məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında proses iştirakçılasına yardım etməli idi (İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur). Ona görə bu halda da iddia mümkün sayıla bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin edilməsi barədə qərar qəbul edərkən DMX-nin qərarını ləğv etməmişdir (nəticə etibarilə, birinci instansiya məhkəməsi DMX-nin sözügedən qərarını ləğv etməməklə bu qənaətə gəlmişdir, bu da yuxarıda qeyd etdiyi kimi iddia məcburetmə haqqında iddia ilə yanaşı, mübahisələndirmə haqqında iddia növündə də qaldırılmalı idi, ona görə də qəbul edilmiş qərar İPM-nin tələbləri baxımından düzgün deyildir). Vətəndaşlıq məsələsinə münasibədə isə DMX tərəfindən sözügedən şəxsə münasibətdə düzgün inzibati icraat aparılmışdır. Belə ki, inzibati icraat zamanı şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olub-olmaması ilə bağlı DİN-nə sorğu verilmiş, şəxsin adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmaması müəyyən edilmişdir (bu barədə sistem üzrə məlumatlar iş materiallarına əlavə edilmişdir, məhkəmə İcraatı zamanı da məhkəmə tərəfindən qeydiyyatla bağlı DİN-nə sorğu verilmiş, sorğuya cavab olaraq DİN tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatının olmaması bildirilmişdir). Qanun şəxslərin Azərbaycan Respublikasının vətəndaşı sayılması üçün ‘Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olan şəxslərin həmin Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyat olmalarını əsas götürmüşdür (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndi). Bu da onu deməyə əsas verir ki, 1993-cü ildən 1998-ci ilə kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatının olmaması onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Göründüyü kimi, qanun Azərbaycan SSR-in vətəndaşlığında olan şəxslərin münasibətdə də müvafiq şərtlər müəyyən edir. Buna görə də, məhkəmənin şəxsin valideynlərinin Azərbaycan Respublikasının vətəndaşlığına istinad edərək belə nəticəyə gəlməsi düzgün deyildir. Bundan başqa, şəxs 1993-cü ildə hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan SSR pasportu ilə Rusiya Federasiyasına getmiş və həmin pasport əsasında RF-nin vətəndaşlığını əldə etmişdir (RF-nin vətəndaşlığını təsdiq edən pasport iş materiallarına əlavə edilmişdir). Bundan əlavə, DMX tərəfindən şəxsə onun Azərbaycan Respublikasında anadan olması faktını əsas götürərək birbaşa vətəndaşlığa qəbulla bağlı DMX-ya müraciət edə bilməsi tövsiyyə olunmuşdur (bu barədə DMX-nin müvafiq məktubu iş materiallarına əlavə edilmişdir). Birinci instansiya məhkəməsi qeyd olunan halların tətbiqi ilə bağlı qaydalara və iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmiş, onları düzgün nəzərə almamış və nəticədə əsassız qərar qəbul etmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2856/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2021 saylı 02 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın növünü müəyyənləşdirərkən səhvə yol vermişdir. Belə ki, baxılan iş üzrə inzibati orqan tərəfindən vətəndaşın müraciətinə artıq mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edildiyindən, hazırki mübahisə mübahisələndirilmə haqqında iddialara aiddir. Odur ki, iddiaçı iddia tələbində qərarın ləğv edilməsini xahiş etmədiyindən iddiası mümkün sayılmamalıdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-2(102)- 442/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2856/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh məlumatlandırılmasına baxmayaq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının “onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması”ndan imtina edən cavabdeh inzibati orqanın qərarının tarixi xx.xx.2019-cu il tarixdir. Həmin qərarın iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə sübuta yetirilmir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı hər hansı dəlil irəli sürməmişdir. İşin təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının göstərdiyi hüquqi yardıma müvafiq olaraq iddia tələbini dəqiqləşdirmiş və İddiaçı tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini icraata qəbul etmişdir. Cavabdehin mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi ilə bağlı da iddiaçı tərəfin ilk dəfə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etməsini nəzərə alaraq və Azərbaycan Respublikası İPM-nin 38.1, 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1, 73.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı tələbi “onun tələbinin təmin olunmasından imtina edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İşin faktiki hallarına görə, iddiaçı xx.xx.1972-ci il tarixdə Zəngilan rayonunda doğulmuş, milliyyəti azərbaycanlıdır, X8 ölüm haqqında şəhadətnaməsindən görünür ki, iddiaçının atası Azərbaycan Respublikasının vətəndaşı olmuş, anası X1 şəxsiyyət vəsiqəsindən görünür ki, anası Azərbaycan Respublikasının vətəndaşıdır. Habelə İddiaçı xx.xx.1992-ci il tarixdə Zəngilan rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək döyüşlərdə iştirak etmişdir. xx.xx.1999-cu il tarixdə Zəngilan rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. İddiaçının müddətli həqiqi hərbi xidmətə çağırılması, onun xidmətdə olması, hərbi qeydiyyatı ilə bağlı məlumatlar onun ilkin uçot kartoçkası (i.v. 63) ilə də təsdiq olunur. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan SSR vətəndaşı olduğu üçün xx.xx.1992-ci il tarixdə Zəngilan rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7dək) Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi» Qaydasının 2.2.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslardan biridir. Həmin Qaydanın 3.4.3-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biridir. Həmin Qaydanın 4.1.1-ci bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Hazırki işdə iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, 14 oktyabr 2019-cu il tarixli qərarına əsasən iddiaçının xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmiş və bu səbəbdən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi» Qaydasının 2.2.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslardan biridir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Başqa sözlə, iddiaçı Zəngilan rayonunda doğulduğu və Azərbaycan Respublikasında həqiqi hərbi xidmət keçdiyi halda, cavabdeh onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından formal əsaslarla imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri (imtinası) qanuni sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Kollegiya onu da nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə tələbi düzgün olaraq təmin edilsə də, işin təkrar apellyasiya baxışı zamanı iddiaçı həm də onun tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini tələb etmişdir. Sözügedən qərar ləğv edilmədən iddiaçının məcburetmə haqqında olan iddiasının təmin olunmasının mümkünsüz olduğunu nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı “cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməklə və iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2021 saylı 02 sentyabr 2021-ci il tarixli qərarı “cavabdeh inzibati orqanın “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməklə və iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” göstərilməklə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2021 saylı 02 sentyabr 2021-ci il tarixli qərarı “cavabdeh inzibati orqanın “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməklə və iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Cahangir Yusifov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar