Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-93/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Torpaq sahəsinə çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1129/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abunə haqqında sənədə əsasən iddiaçı Binə-X2nda "xxxx" ASC-nin abonentidir;
2. Binə bələdiyyəsinin tədiyyə bildiriinə əsasən iddiaçı Binə bələdiyyəsində torpaq vergisi üzrə vergi ödəyicisidir;
3. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş arxiv çıxarışına əsasən X2nun 28 №li, xx.xx.1998-ci il tarixli əmri ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır;
4. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən X2nun yaşayış məntəqəsinə aid torpaq sahələri Bakı şəhərinin idarəçiliyinə qaytarılmışdır;
5. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçının xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmri ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinin yerləşmə sxeminin verilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir;
6. Azərbaycan Respublikasının Müdafə Nazirliyi tərəfindən verilmiş vəsiqəyə əsasən iddiaçı müharibə veteranıdır;
7. Elektrik şəbəkəsinə qoşulma haqqında akta və texniki şərtlərə əsasən iddiaçıya məxsus əmlak (X2nda) elektrik şəbəkəsinə qoşulmuşdur;
8. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sxemində iddiaçının iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmişdir;
9. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən iddiaçının Bakı şəhəri, X2nda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir, səbəb kimi sözügedən torpaq sahəsinin yerləşmə sxeminin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməməsi göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində (keçmiş X2nun ərazisində) iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illər Abşeron rayon Südçülük sovxozunda qüsursuz işləmişdir. Buna görə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 40 saylı məktubu və İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 03 nömrəli protokolu əsasında xx.xx.1998-ci il tarixində Abşeron rayon X2 tərəfindən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi ayrılmış və iddiaçının istifadəsinə verilmişdir.Torpaq sahəsi 23 ildir ki, iddiaçının istifadəsindədir. Bununla əlaqədar iddiaçı həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın və texniki pasportun verilməsi haqqında cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
12. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair ilkin yerləşmə sxemi təqdim edilməmiş, sonradan tərtib edilmiş yerləşmə sxemi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1129/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində (keçmiş X2nun ərazisində) İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırda işin cavabdeh tərəfindən mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir, başqa şəxslərlə mübahisə predmeti deyildir, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması ilə digər şəxslərin hüquqları pozulmur.
15. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1129/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin ayrılmasına dair ilkin yerləşmə cizgisi təqdim edilməmiş, sonradan tərtib edilmiş yerləşmə sxemi müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki 373 kv.m təşkil edir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
d) Proses iştirakçılarının izahatları
19. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
20. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
22. «Daşınmaz«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; -139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
28. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
29. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya 0,12 ha torpaq sahəsinin ayrılması faktı arxiv arayışı ilə təsdiqlənir, həmin arxiv arayışında əks olunmuş çıxarışdan isə müəyyən edilir ki, X2nun 28 №li, xx.xx.1998-ci il tarixli əmri ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır.
30. Həmçinin, hazırda işin cavabdeh tərəfindən mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir, başqa şəxslərlə mübahisə predmeti deyildir, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması ilə digər şəxslərin hüquqları pozulmur.
31. Belə olan halda iddiaçının hazırda istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan sənəd mövcuddur.
32. Cavabdehin iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə sxeminin təsdiq edilməməsi əsası ilə iddiaçının torpaq sahəsi üzərindəki hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinasını məhkəmə əsassız hesab edir.
33. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016- cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.
34. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDRX-in vəzifəsidir.
35. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin ayrılmasına dair ilkin yerləşmə cizgisi təqdim edilməmiş, sonradan tərtib edilmiş yerləşmə sxemi müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilməmişdir.Həmçinin, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki 373 kv.m təşkil edir.
36. Apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmə Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühəndis texniki ekspertizası təyin olunmuşdur.
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində müəyyən olunmuşdur ki, torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq hasardaxili 0.1280 ha təşkil edir.Torpaq sahəsinin üzərində birmərtəbəli qeyri-yaşayış obyekti mövcuddur.Faktiki olaraq göstərilən 0.1280 ha torpaq sahəsinin koordinatları əlavə olunmuşdur.Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır.
38. Məhkəmə Kollegiyası göstərilənlərə əsasən cavabdehin torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki 373 kv.m təşkil etməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla, başqa şəxslərlə mübahisə predmeti olmamaqla yanaşı faktiki 373 kv.m deyil, 1280 k.m olması müəyyən edilmiş, iddiaçı isə 1200 kv m. hissədə torpaq sahəsinə dair iddia irəli sümüş və nəhayət hazırda mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1129/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində (keçmiş X2nun ərazisində) İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
39. Apellyasiya şikayətinin torpaq sahəsinin ayrılmasına dair ilkin yerləşmə cizgisi təqdim edilməməsi, sonradan tərtib edilmiş yerləşmə sxemi müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilməməsi dəlilini də əsassız hesab edərək məhkəmə Kollegiyası qeyd edir ki, X2nun 28 №li, xx.xx.1998-ci il tarixli əmri ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsində olması, başqa şəxslərlə mübahisə predmeti olmaması, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması digər şəxslərin hüquqlarını pozmaması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyi torpaq sahəsinin koordinatları müəyyən edilərək əlavə olunması, sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olması, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq iddiaçının iddia etdiyi torpaq sahələrinə qonşu sahələrin təqdim edilmiş qovluqlarına əsasən qonşu sahələrə də çıxarışı verilməsində südçülük sovxozunun əmrləri əsas olması iddia tələbinin əsaslı hesab edilməsi nəticəsinə gəlməyə imkan verir.
40. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası cavabdehin şikayətin dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
42. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
43. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.
44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1129/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1129/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.