Məhkəmə qərarları › İş №2-1(103)-931/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-931/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-931/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin N sentyabr N23-cü il tarixli, 2-1(112)-7171/N23 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tibbi diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr N15-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olduğuna görə iddiaçıya əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. N11-ci ilin avqust ayında xidmət edərkən yıxılaraq ayağı burxulmuşdur. Travma ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında 5-xx.xx.N11-ci il tarixlərində “Antroskopik hissəvi mensk rezeksiyası və ön xaçvarı bağın antotransplantantla bərpası” adı altında cərrahi əməliyyat olunmuşdur. Cərrahi əməliyyat zamanı sol diz oynağının mensklərin xaçvari bağlarının cırılması, meniskektomiya, outotransplantatla xaçvari bağın bərpası əməliyyatı aparılmış və sol diz oynağına 2 ədəd dəmir implant qoyulmuşdur. xx.xx.N11-ci il tarixdə MHHK tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il 29 fevral 59 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 86 maddəsinin İİİ qrafasına əsasən “Xəstəliklə əlaqədar” 60 (altımış) gün müddətində məzuniyyətə göndərilmişdir. 01 noyabr N12-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən MHHK-dan xx.xx.N12-ci il tarixli 14 nömrəli göndərişinə əsasən ‘‘Antroskopik hissəvi mensk rezeksiyası və ön xaçvarı bağın antotransplantantla bərpası” cərrahi əməliyyatının uzaq nəticələri, diz oynağının postravmatik artriozu, İİİ mərhələdə, femoropatclyar artrioz, diz oynağının cüzi dərəcəli bükücü-açıcı konstrakturası, bud və qamış sümüklərinin kondiluslarının çıxarılmamış metal konstruksiyaları (bir cüt spongioz vint izlənir). Metabolik sindrom, OD - mürəkkəb hipermetropik astiqmatizm: Hm2,0D və Hm 1.0D, refraksiyası fərqli 1.0D. Görmə itiliyinin 0.2-yə enməsi. Orta dərəcəli amplobiya” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il 29 fevral 59 saylı qərarı ilə təsdiq edilmiş ‘"Xəstəliklər cədvəlinin” 65 "b” və 82 “c” maddələrinin İİİ qrafasına əsasən “Travmadır, hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək iddiaçıya xx.xx.N12-ci il tarixli, 1105 saylı xəstəlik şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-X2 xx.xx.N12- ci il tarixli N1 Oş/h nömrəli əmri ilə iddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3. maddəsinə (xəstəliyə görə) müvafiq olaraq 27 noyabr N12-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və həmin vaxtdan pensiyaya çıxmışdır. xx.xx.N16-ci il tarixdə yenidən müayinə olunaraq iddiaçının yuxarıda qeyd edilən diaqnoz ilə əlillik və ya sağlamlıq imkanları xx.xx.N21-ci il tarixədək məhdud hesab edilmişdir. xx.xx.N21-ci il tarixdə üçüncü və sonuncu dəfə müraciət edərkən iddiaçının əlillik vəziyyətinin yoxlanılması süni şəkildə uzadılmış, N21-ci ilin noyabr ayından iddiaçıya pensiya verilməsi dayandırılmış, altı ay sonra, xx.xx.N22-ci il tarixdə cavabdeh tərəfindən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət edilməyi barədə məktub almışdır. Müayinə olunduqdan sonra Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan aldığı arayışı cavabdehə təqdim etmiş, yenə də cavabı uzadılmış, nəhayət xx.xx.N22ci il tarixdə iddiaçıya əlillik təyinatından imtina edilərək səbəb “diaqnoz əlilllik əlaməti təyin etmir” göstərilmişdir. Təkrar müayinədən keçmək üçün müraciət edərkən xx.xx.N22-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, 26 saylı şəhər poliklinikası həkim məsləhət komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişin verilməsindən imtina barədə akt tərtib edilmişdir. Səbəb kimi iddiaçının diaqnozunun M19.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may N22-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Hesab edir ki, cavabdehin qərarı qanunsuzdur. Belə ki, cavabdeh bilərəkdən N21-ci ilin noyabr ayından iddiaçının müayinəsini növbəlilik bəhanəsi ilə gecikdirmiş, gecikmə olsa da, iddiaçını müayinədən keçirmiş, xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr N15-ci il tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi, yəni “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun gəldiyi müəyyən edilmiş, lakin ona imtina edilmişdir. Nazirlər Kabinetinin 13 may N22-ci il tarixli 187 nömrəli Qərarı N22-ci il iyulun 1-dən qüvvəyə minmiş və cavabdeh “yeni meyarlara" əsaslanaraq iddiaçıya həmin qərardan əvvəl verməli olan cavabı xx.xx.N22-ci il tarixdə vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may N22-ci il tarixli 187 nömrəli Qərarı N22-ci il iyulun 1-dən qüvvəyə mindiyindən əlillik dərəcəsi həmin vaxtdan sonra bitmiş və həmin tarixdən sonra müraciət edən şəxslərə tətbiq edilməlidir. İddiaçının əlillik dərəcəsi isə xx.xx.N21-ci il tarixdə bitmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, onun rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin N sentyabr N23-cü il tarixli, 2-1(112)-7171/N23 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin N sentyabr N23-cü il tarixli, 2-1(112)-7171/N23 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdehin ********** nömrəli xx.xx.N22-ci il tarixli məktubda bildirilmişdir ki, “Hərbi səbəblə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olan müraciətinizə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə göndəriş daxil olmuşdur. Bununla əlaqədar, Sizə dair lazımi məlumatlar Agentliyin aidiyyəti şöbəsinə təqdim edilmişdir. Müraciətinizi nəzərə alaraq əlillik vəziyyətinizin obyektiv qiymətləndirilməsi məqsədilə növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət ediləcəksiniz. Bu barədə sizinlə əlaqə saxlanılacaqdır.” - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.N16-cı il tarixli qərarla “Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => MN- M25 - Oynaqların digər zədələnmələri => M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.2 - K...; Diaqnozun mətni: “Diz oynağının bir neçə elementinin travması, sol diz oynağının medikal meniskinin və ön xaçvari bağın avtotransplantatla bərpası cərrahi əməliyyatdan sonrakı vəziyyəti. Digər oynaqların posttravmatik artrozu, Femero pastelyor artraz. Digər posttravmatik artrozu. Diz oynaqlarının postravmatik artrozu İİİ mərhələ. Oynağın başqa rubrikalarda təsnifat olunmayan çətin hərəkətliyi. Kondilusiaruun çıxarılmamış metal konstrukstyaları. Görmə pozğunluğu. Orta dərəcəli amblioptya; görmə itiliyinin 0.2-ə enməsi. Miopiya, OD-mürəkkəb hipermetroplk astiqmatizm Hm2OD və Hm1OD”. MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Diz oynağının bir neçə elementinin travması, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın avtotransplantatla bərpası, cərrahi əməliyyatdan sonrakı və.” səbəbi ilə iddiaçıya 5 il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir - xx.xx.N12-ci il tarixli, 1105 saylı xəstəlik şəhadətnaməsindən görünür ki, iddiaçıya hərbi həkim komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08- ci il 29 fevral 59 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 65 “b” və 82 “c” maddələrinin İİİ qrafasına əsasən “Travmadır, hərbi xidmət dövründə alınmışdır.” xəsarətləri müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına 2786003AAFEB saylı 088 göndərişdən görünür ki, iddiaçıya “M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.2 - K...; Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması.., MEYAR: 2.2. İkinci dərəcə əlillik” diaqnozu qoyulmuşdur. - Cavabdehin xx.xx.N22-ci il tarixli **********4 nömrəli məktubu ilə bildirilmişdir ki, “Hərbi səbəblə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə məktubunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz Agentlikdə komissiyada əyani müayinə olunmuşunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, Sizin hazırkı vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş və göndərişdə qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr N15-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyininə əsas verməmişdir.” - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçı 2786003AAFEB nömrəli Forma 88 əsasında xx.xx.N22-ci il tarixdə qiymətləndirilərək diaqnozu: “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması..., digər oynaqların posttravmatik artrozu, sol diz oynağının posttravmatik deformasiyaedici İİİ-İV mərhələ artrozu, sol diz oynağının menisklərinin xaçvari bağların cırılması, meniskektomiya, autotransplantatla xaçvari bağın bərpası əməliyyatından sonrakı residiv, oynaqda implant (2 ədəd olması)” “dizqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlillik təyinatından imtina barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 alınmış məhkəmə tibbi-ekpertizasının 484/N23 saylı xx.xx.N23-cü il tarixli rəyindən görünür ki, “vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında müvafiq tibb müəssisələrinin tərtib etdiyi xx.xx.N21-ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması..., digər oynaqların posttravmatik artrozu, sol diz oynağının posttravmatik deformasiyaedici İİİ-İV mərhələ artrozu, sol diz oynağının menisklərinin xaçvari bağların cırılması, meniskektomiya, autotransplantatla xaçvari bağın bərpası əməliyyatından sonrakı residiv, oynaqda implant (2 ədəd olması)” diaqnozunda olan xəstəliklər aparılmış fiınksional-diaqnostik müayinələr əsasında qoyulmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik əlamətləri təyin etmədiyindən dərəcənin təyinində nəzərə alınmadı. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun ixtisaslaşmış müalicəsinə ehtiyacı yoxdur.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.NN-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Həmin Qaydanın 1.4-ci bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qaydanın 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Hazırkı işin hallarından müəyyən edilir ki, əlillik alt sistemindən olan məlumatlara görə iddiaçının əlillik vəziyyətinə 18 saylı Şəhər Poliklinikasının xx.xx.N12-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd; Diaqnozun mətni: Sol ön çarpaz bağın qopması. Diz oynağının kontrakturası və əzələlərin atrofiyası. Hərəkət funksiyasının cətinləşməsi. MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol ön çarpaz bağın qopması.” səbəbi ilə 1 il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. 18 saylı Şəhər Poliklinikasının xx.xx.N14-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd; Diaqnozun mətni: Sol ön çarpaz bağın qopması. Diz oynağının kontrakturası və əzələlərin atrofiyası. Hərəkət funksiyasının cətinləşməsi MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol ön çarpaz bağın qopması.” səbəbi ilə 1 il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. Bakı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli xx.xx.N15-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...Diaqnozun mətni: Diz oynağının bir neçə elementinin travması, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın avtotransplantatla bərpası, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Digər oynaqların posttravmatik artrozu, Femero pastellyar artroz. Digər posttravmatik qonartrozlar. Diz oynağının posttravmatik artrozu İİİ mərhələ. Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi. Kondiluslarının çıxarılmamış metal konstruksiyaları. Görmə pozğunluğu, Orta dərəcəli ambliopiya; görmə itiliyinin 0.2-ə enməsi. Miopiya, OD-mürəkkəb hipermetropik astiqmatizm. Hm2.0D və Hml.OD.. MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Diz oynağının bir neçə elementinin travması, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın avtotransplantatla bərpası, cərrahı əməliyyatdan sonrakı və...” səbəbi ilə 1 il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. Elektron təyinat xx.xx.N16-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00- M25 - Artropatiyalar => MN- M25 - Oynaqların digər zədələnmələri => M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.2 - K...; Diaqnozun mətni: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması.., MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Diz oynağının bir neçə elementinin travması, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın avtotransplantatla bərpası, cərrahi əməliyyatdan sonrakı və ....” səbəbi ilə 5 il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. 26 saylı Şəhər Poliklinikasının xx.xx.N21-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd; Diaqnozun mətni: Sol ön çarpaz bağın qopması. Diz oynağının kontrakturası və əzələlərin atrofiyası. Hərəkət funksiyasının cətinləşməsi. MEYAR: Göndərişin natamam doldurulması - Səbəb: N11-N18-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, ağırlaşmaları təsdiq edən instrumental müayinələr ətraflı qeyd olunsun səbəbi ilə imtina verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçı xx.xx.N22-ci il tarixdə qiymətləndirilərək “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => MN- M25 - Oynaqların digər zədələnmələri => M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.2 - K...; Diaqnozun mətni: “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması..., digər oynaqların posttravmatik artrozu, sol diz oynağının posttravmatik deformasiyaedici İİİ-İV mərhələ artrozu, sol diz oynağının menisklərinin xaçvari bağların cırılması, meniskektomiya, autotransplantatla xaçvari bağın bərpası əməliyyatından sonrakı residiv, oynaqda implant (2 ədəd olması)” “dizqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlillik təyinatından imtina barədə qərar qəbul edilmişdir. İddiaçı bundan sonra Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 31 avqust N22- ci il tarixli qərara əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr N15-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Həmçinin işin birinci instansiya icraatı zamanı təyin edilmiş məhkəmə tibbi ekspertiza nəticəsində ekspert aşağıdakı qənaətə gəlmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında müvafiq tibb müəssisələrinin tərtib etdiyi xx.xx.N21-ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması..., digər oynaqların posttravmatik artrozu, sol diz oynağının posttravmatik deformasiyaedici İİİ-İV mərhələ artrozu, sol diz oynağının menisklərinin xaçvari bağların cırılması, meniskektomiya, autotransplantatla xaçvari bağın bərpası əməliyyatından sonrakı residiv, oynaqda implant (2 ədəd olması)” diaqnozunda olan xəstəliklər aparılmış fiınksional-diaqnostik müayinələr əsasında qoyulmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik əlamətləri təyin etmədiyindən dərəcənin təyinində nəzərə alınmadı. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun ixtisaslaşmış müalicəsinə ehtiyac yoxdur. Beləliklə ekspert rəyindən də iddiaçının “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması..., digər oynaqların posttravmatik artrozu, sol diz oynağının posttravmatik deformasiyaedici İİİ-İV mərhələ artrozu, sol diz oynağının menisklərinin xaçvari bağların cırılması, meniskektomiya, autotransplantatla xaçvari bağın bərpası əməliyyatından sonrakı residiv, oynaqda implant (2 ədəd olması)” diaqnozunun nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin N22-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” üzrə əlillik əlaməti təyin etmir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən nzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin N sentyabr N23-cü il tarixli, 2-1(112)-7171/N23 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin N sentyabr N23-cü il tarixli, 2-1(112)-7171/N23 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar