Məhkəmə qərarları › İş №2-1(103)-932/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-932/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-932/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Suraxanı rayon Şöbəsinə qarşı İddiaçı 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı xx.xx.2008-ci ildən həmin vaxt qüvvədə olan qaydada pensiyanın yenidən hesablanaraq xx.xx.2008-ci ildən xx.xx.2010-ci ilədək və xx.xx.2010-ci ildən bu günədək yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Suraxanı rayon Şöbəsinə qarşı İddiaçı 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı xx.xx.2008-ci ildən həmin vaxt qüvvədə olan qaydada pensiyanın yenidən hesablanaraq xx.xx.2008-ci ildən xx.xx.2010-ci ilədək və xx.xx.2010-ci ildən bu günədək yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət X4 Suraxanı rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı xx.xx.2008-ci ildən həmin vaxt qüvvədə olan qaydada pensiyanın yenidən hesablanaraq xx.xx.2008-ci ildən xx.xx.2010-ci ilədək və xx.xx.2010-ci ildən bu günədək yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət X4 Suraxanı rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarı cavabdeh təşkilat tərəfindən məhkəmə qəbzi ilə xx.xx.2014-cü ildə, poçt vasitəsilə xx.xx.2014-cü il tarixdə alınsa da, DSMF-nun Suraxanı Rayon Şöbəsinin müdir müavini Y.Mehbalıyeva tərəfindən imzalanmış apellyasiya şikayəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin etmiş və icraatın iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi üçün iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Cavabdehə göndərilmiş məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək cavabdehə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edilməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı sənəd təqdim etmədi. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Suraxanı rayon Şöbəsinə qarşı İddiaçı 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı xx.xx.2008-ci ildən həmin vaxt qüvvədə olan qaydada pensiyanın yenidən hesablanaraq xx.xx.2008-ci ildən xx.xx.2010-ci ilədək və xx.xx.2010-ci ildən bu günədək yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə 02 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmənin qeyd olunan qərarı xx.xx.2014-cü ildə məhkəmə qəbzinə (iş materialları, səhifə 57), xx.xx.2014-cü ildə isə məhkəmə xəbərnaməsinə imza etməklə cavabdeh tərəfindən qəbul edilmiş (iş materialları, səhifə 61), apellyasiya şikayəti xx.xx.2020ci ildə apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət 05 il 03 ay 22 gün buraxılmaqla verilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilmə müddətinin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı bir sənəd və ya digər sübut növü məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə də təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü barədə kollegiya iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmadığı barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək cavabdehə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edilməsini təklif etməsinə baxmayaraq, cavabdeh inzibati orqan məhkəməyə heç bir ərizə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarlarından şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-87.4-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş vaxtda verilmədiyi üçün apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də cavabdehin qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bundan başqa apellyasiya şikayətinə əlavə edilmiş yeni açılmış hallarla bağlı ərizəsinə dair məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 101-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Daxil olmuş materiallardan görünür ki, cavabdeh inzibati orqan tərəfindən 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə bağlı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə verilsə də, həmin ərizə işə baxan birinci instansiya məhkəməsinə deyil, apellyasiya şikayətinə əlavə edilərək apellyasiya məhkəməsinə verilmişdir. Odur ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə baxılması üçün hazırki iş Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2019 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın, apellyasiya şikayətinin qəbulundan imtina edilsin və hazırki iş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh., Yusif Səfərov küç. 14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar