Məhkəmə qərarları › İş №2-1(103)-933/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-933/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-933/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabdehin **********1 saylı xx.xx.2022-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən ləğv edilməsi və iddiaçıdan tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Zamin Vəliyəddin oğlu İbrahimovdan və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı (məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştrak etmişdir), cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7758/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. İddiaçı xx.xx.1992-ci ilədək 19 il, 2 ay, 3 gün, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək 14 il, xx.xx.2006-cı ilədək cəmi 33 il, 2 ay, 3 gün, ümumilikdə cəmi 47 il, 10 ay, 3 gün ümumi sığorta stajı vardır.

2. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək xx.xx.2020-ci il tarixdən hakimlik fəaliyyətinə xitam verildiyi üçün pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Əmək pensiyasının yenidən hesablanması haqqında **********2 nömrəli xx.xx.2020-ci il tarixli Qərarı ilə İddiaçı hazırkı pensiya məbləği 493 manat 28 qəpik, yenidən hesablanmış pensiya məbləği 4062 manat 92 qəpik müəyyən edilmişdir. Yenidən hesablanma hüququnun səbəbi, işdən çıxması ilə əlaqədar (vətəndaşın ərizəsinə əsasən) qeyd olunmuşdur.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Əmək pensiyasının yenidən hesablanması haqqında **********1 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı ilə İddiaçı hazırkı pensiya məbləği 4062 manat 96 qəpik, yenidən hesablanmış pensiya məbləği 5009 manat 76 qəpik müəyyən edilmişdir. Yenidən hesablanma hüququnun yarandığı tarix və səbəbi vəzifə maaşlarının artımı ilə əlaqədar göstərilmişdir.

5. Pensiya təyinatı alt sistemindən əldə olunmuş məlumatlardan görünür ki: İddiaçı aylıq pensiya məbləği 7028.74 manat, sonuncu əməliyyat tarixi xx.xx.2022 qeyd olunmuşdur.

6. İddiaçı xx.xx.2024-cü il tarixdə 7028.74 manat, xx.xx.2024, xx.xx.2024, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində 6320.81 manat ödəniş edilmşdir. xx.xx.2022-ci il tarixində 52,10 manat pul tutulmuşdur. Təyinatı: artıq ödənilən maddi yardım tutulur (-342.14+284.04) qeyd olunur. Onun pensiyasından xx.xx.2024-cü il tarixdə 707.93 manat pul tutulmuşdur. Tutulma səbəbi göstərilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən pensiyanın azaldılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və əsassız olaraq tutulmuş 3650,47 manat pulun geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdən hakim kimi yaşa görə pensiyaya çıxmışdır. Həmin vaxtdan hesab etmişdir ki, pensiyası hesablanmamışdır. Səhhətində yaranan problemlər səbəbindən həmin vaxt məhkəməyə müraciət etməmişdir. 2024-cü ilin fevral ayında ona məlum olmuşdur ki, pensiyasından onun razılığı və ya məhkəmə qərarı olmadan pul tutulur. Bununla bağlı xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Ona həmin təşkilatdan tarix və imza olmadan bir vərəqə verilmiş və bildirilmişdir ki, guya ona artıq pensiya hesablanmış və xx.xx.2020-xx.xx.2022-ci il tarixləri ərzində ümumilikdə 12545,28 manat artıq pul vəsaiti ödənilib və həmin pul vəsaiti bundan sonra müxtəlif tarixlərdən hal-hazıradək tutulur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh iddiaçıya ünvanlanmış “artıq ödənilmiş pul vəsaiti haqqında məktubunda bildirmişdir” ki, ona 1 sentyabr 2020-ci il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 1 sentyabr 2020-ci il tarixində vaxtı ilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1782,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 801,90 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 445,50 manat, digər növ əlavələr 1336,50 manat olmaqla orta aylıq əmək haqqı 4365,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 11 ay 29 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqınının (4365,90 manat) 80 faizi-3492,72 manat məbləğində hesablanmalı olduğu halda, 4062,96 manat müəyyən edilməklə xx.xx.2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də ona həmin dövr üzrə ümumilikdə 12545,28 manat artıq pul vəsaiti ödənilib. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1150,20 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 639,00 manat, digər növ əlavələr 1917,00 manat olmaqla orta aylıq əmək haqqı 6262,20 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 11 ay 29 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (6262,20 manat) 80 faizi-5009,76 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin iyul, avqust və sentyabr aylarında ona hər ay 4062,96 manat əmək pensiyası ödənilib. Buna görə də ona həmin aylar üzrə ödənilməli olan 2840,40 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, ona xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 9704,88 (12545,28- 2840,40) manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 5510,74 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 6320,81 manata artırılıb, həmçinin cari ilin yanvar ayı üzrə sizə ödənilməli olan 810,07 manat pul vəsaiti hesablanıb. Həmin 810,07 manat pul vəsaiti ona artıq ödənimiş qalıq 9704,88 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 8894,81 (9704,88-810,07) manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunur. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr üçün maddi yardım üzrə ona 58,10 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 58,10 manat vəsait 2022-ci ilin oktyabr ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilib.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7758/2024 nömrəli, xx.xx.2024 tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavabdehin **********1 saylı xx.xx.2022-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən - pensiya məbləğinin xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində azaldılması hissəsində ləğv edilməsi və iddiaçıdan tutulmuş 4350,47 manat məbləğin geri qaytarılması” kimi icraata qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7758/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının **********1 saylı xx.xx.2022-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qismən - pensiya məbləğinin xx.xx.2020xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində azaldılması hissəsində ləğv edilsin və iddiaçıdan tutulmuş 4350,47 manat məbləğin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

15. Məhkəmənin 16 yanvar 2025-ci ildə keçirilən iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.

16. İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmənin 13 fevlar 2025-ci ildə keçirilən iclasını onun iştrakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kolleqiyası məhkəmə iclasını iddiaçının iştrakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

18. “Əmək pensiyaları haqqında” Qanununun: 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.

19.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3.Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4.Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

20.“İnzibati icraat haqqında” Azərbaycan Respublika Qanununun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 25.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-21-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

26. Belə ki, hazırki işin hallarından göründüyü kimi, iddiaçıya 01 sentyabr 2020-ci il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin olunuşdur.

27. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçıya xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 9704,88 (12545,28-2840,40) manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 5510,74 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 6320,81 manata artırılıb, həmçinin cari ilin yanvar ayı üzrə sizə ödənilməli olan 810,07 manat pul vəsaiti hesablanıb. Həmin 810,07 manat pul vəsaiti ona artıq ödənimiş qalıq 9704,88 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 8894,81 (9704,88-810,07) manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üçün maddi yardım üzrə ona 58,10 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 58,10 manat vəsait 2022ci ilin oktyabr ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir.

28. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 17 dekabr 2024-cü il və 04 fevral 2025-ci il tarixli sorğuya cavab məktublarına əsasən iddiaçıya 1 sentyabr 2020-ci il tarixində vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1782,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 801,90 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 445,50 manat, digər növ əlavələr 1336,50 manat olmaqla orta aylıq əmək haqqı 4365,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 11 ay 29 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqınının (4365,90 manat) 80 faizi-3492,72 manat məbləğində hesablanmalı olduğu halda, 4062,96 manat müəyyən edilməklə xx.xx.2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də ona həmin dövr üzrə ümumilikdə 12545,28 manat artıq pul vəsaiti ödənilib. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1150,20 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 639,00 manat, digər növ əlavələr 1917,00 manat olmaqla orta aylıq əmək haqqı 6262,20 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 11 ay 29 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (6262,20 manat) 80 faizi-5009,76 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin iyul, avqust və sentyabr aylarında ona hər ay 4062,96 manat əmək pensiyası ödənilib. Buna görə də ona həmin aylar üzrə ödənilməli olan 2840,40 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, ona xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 9704,88 (12545,28-2840,40) manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 5510,74 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 6320,81 manata artırılıb, həmçinin cari ilin yanvar ayı üzrə sizə ödənilməli olan 810,07 manat pul vəsaiti hesablanıb. Həmin 810,07 manat pul vəsaiti ona artıq ödənimiş qalıq 9704,88 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 8894,81 (9704,88-810,07) manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunur. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üçün maddi yardım üzrə ona 58,10 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 58,10 manat vəsait 2022-ci ilin oktyabr ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilib. Eyni zamanda İddiaçı əmk pensyasından hər hansı tutulma həyata keçirilmir. Bundan başqa, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar İddiaçı əmək pensiyası 7028,74 manat təşkil edir.

29. İş materillarına əlavə edilmiş sənədlərin tədqiq edilməsi zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildə İddiaçı əmək pensiyası 5009,76 manat olmuş lakin pensiya ödənişi xx.xx.2022-ci ildə, yəni 3 ay sonra ödənilmişdir. Köhnə pensiya məbləğinin 4062,96 manat olduğunu nəzərə alsaq arada olan fərq 2.840,40 (5009,76-4062,96=946,80 x 3 aya=2840,40) manat təşkil etmiş, həmin məbləğin üzərinə əvəzləşdirilən 2023-cü il üzrə 810,07 manat, 2024-cü il üzrə 707,93 manat əlavə edildiyi tədqirdə iddiaçıdan tutulmuş məbləğin 4358,41 manat olması müəyyən olunur. Lakin iddia tələbi 4350,47 manatın iddiaçıya qaytarılması ilə bağlı olduğundan artıq tutulmuş 7,94 manatın iddiaçının xeyrinə tutulması verilmiş tələbdən kənara çıxma kimi qimətləndirilə bilər. Ona görədə məhkəmə kolleqiyası hesab edir ki, iddia tələbinə verilmiş çərçivədə baxılmalıdır.

30. Cavabdehin əvəzləşdimə ilə bağlı gətirdiyi arqumentlərini məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulan imperativ normalar baxımından əsassız hesab edir.

31. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

32. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur.

33. Lakin, hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın əmək pensiyaının yenidən hesablabnması haqqında cavabdehin müvafiq qərarının ləğv edilməsi və əvəzləşdirilmiş məbləğin ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir.

34. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 36.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 37.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7758/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7758/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar