Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-934/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X13 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X7, 3-cü şəxs X12 nümayəndəsi və vəkili X10, 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı 3-cü şəxslər X18, X14 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə 01 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-398/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli iddianın mümkün sayılmaması barədə qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı 3-cü şəxslər X18, X14 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə Cavabdeh xx.xx.1997-ci il tarixli 1648 saylı sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-389/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-875/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 398/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2098/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 mart tarixli 2-1(103)-875/2019 nömrəli qərardadından üçüncü şəxs X19 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi ev 123, mənzil 11 Cavabdeh sərəncamına əsasən xx xxxx 1993-cü il tarixdə hərbiçi olduğu xidməti orderlə ona verilmişdir. 1993-cü il tarixdə Laçın rayonundan olan məcburi köçkün X18 öz ailəsi ilə onun xəbəri olmadan mənzilin qapısını qıraraq zəbt etmişdir. O, dəfələrlə onların mənzilini boşaltmasını tələb etsə də, onlar mənzili boşaltmamışlar. Suraxanı Rayon Məhkəməsinin 2- 127/1995 saylı xx.xx.1995-ci il tarixli Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə X18 və ailəsi ona aid olan mənzili boşaltmamışdır. Həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə məcburi köçkünlərin torpaqlar azad olunana qədər zəbt etdikləri mənzillərdən çıxarılmaması barədə göstəriş vermişdir. 2018-ci ildə ona bəlli olmuşdur ki, X18 qeyriqanuni olaraq zəbt etdiyi evə dair Cavabdeh xx.xx.1997-ci il tarixli 1648 saylı sərəncamını əldə etmişdir. xx.xx.2001-ci il tarixdə 030458 saylı order almış və xx.xx.2005-ci il tarixdə həmin mənzil X12 adına ilkin qeydiyyatdan keçmişdir. xx.xx.2005-ci il tarixdə 37 saylı Dövlət Notarius Kontorunda 4-Ə-2/308 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir. Eyni zamanda nəinki qətnamə əsasında ona məxsus mənzili, həmin mənzilin bir mərtəbə yuxarısında olan və hazırda yaşadığı mənzili də zəbt etmişdir. O isə hələ də kirayə və yataqxanalarda qalmağa məcbur olmuşdur. Hesab edir ki, mənzil order əsasında ona məxsus olduğundan və Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən X18 və ailəsinin mənzildən məcburi çıxarılması təmin olunduğundan Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi 123 saylı evin 11 saylı mənzilinə dair xx.xx.1997-ci il tarixdə verilmiş Sərəncam və onun hüquqi nəticələri ləğv edilməli, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, çıxarış ləğv edilməli və mənzil ona qaytarlmalıdır. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 2-127/1995 saylı, xx.xx.1995-ci il tarixli qətnaməsinin X12 məcburi köçkün olması ilə əlaqədar və ona münasibətdə icrası dayandırılmışdır, X12 mənzil məsələsi həll edildikdən sonra qətnamənin icra olunaraq ona ayrılmış mənzildən istifadə hüququ ləğv edilməmişdir. Lakin, buna baxmayaraq heç bir hüquqi olmayan X18 nəinki qətnaməni icra etməmiş, hətta həmin mənzili özəlləşdirərək gəlir əldə etmişdir. Sərəncamın ləğvi ilə əlaqədar müraciət etsə də, heç bir hüquqi nəticə verilməmişdir. 01 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-398/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qərardad qəbul edilərkən sübutlar təhrif edilmiş, işdə mövcud olmayan sübutlara istinad edilmiş, məhkəmənin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilən hallara hüquqi qiymət verilmədən qanunsuz qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə və iddia ərizəsinə uyğun izahat verib təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X12 nümayəndəsi və vəkili X17 izahat verərək təmsil etdiyi tərəfin 1992-ci ilin may ayından orada ailəsi ilə birlikdə yaşadığını, 1993-cü ildə ev tikib, 1995-ci ildə evə dair order aldığını, iddiaçının istinad etdiyi məhkəmə qətnamələri ilə onun heç bir əlaqəsi olmadığını, iddiaçıya 1993-cü ildə müvəqqəti order verildiyini göstərib iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və vəkili X1 əsasında mübahisəli evə dair qeydiyyat aparılaraq çıxarış verildiyini bildirdi və çıxarışı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iş üzrə mübahisəli sərəncamı mübahisələndirməyə subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, Bakı Qarnizonu Hərbi Prokurorluğu cavabdeh X15 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli əsəbəsi, “AB” yaşayış massivi, 123 saylı evin, 11 saylı mənzili onların təşkilatına (Bakı Qarnizonu Hərbi Prokurorluğuna) məxsusdur. Ancaq həmin mənzil Yusifovlar ailəsi tərəfindən zəbt olunmuşdur. Hansı ki, Yusifovlar ailəsi həmin mənzildə qeyri-qanuni yaşayır. 68 saylı MİS-nin əməkdaşları tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh mənzildən çıxmaqdan imtina edir. Gizir İddiaçı adına Abşeron rayon Mənzil İstismar Hissəsi tərəfindən mübahisəli mənzilə köçürülmək üçün xx.xx.1993-cü il tarixli order verilmiş, lakin o, Yusifovlar ailəsi tərəfindən mübahisəli məzilin boşaldılmaması səbəbindən mənzilə köçə bilmir. Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X12 ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 123 sayı evin, 11 saylı mənzilindən çıxarılması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh X18 apellyasiya şikayəti verərək, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli, 2- 127/1995-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, sözügedən məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli qətnaməsindən görünür ki, gizir İddiaçı dına Abşeron rayon Mənzil İstismar Hissəsi tərəfindən mübahisəli mənzilə köçürülmək üçün xx.xx.1993-cü il tarixdə order verilmiş, həmin order iş materiallarında olmuşdur. Məhkəmə həmin orderə və iş materiallarına istinad edərək qətnamə qəbul etmişdir. 1995-ci ildə məhkəmədə işə baxılarkən cavabdeh məhkəmədə işirak edib, izahat vermiş, Laçın rayonundan məcburi köçkün olduğunu, yaşamağa başqa yerinin olmadığını, mübahisəli mənzili tərk etməyəcəyini bildirmişdir. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan xx xxxx 1982-ci il tarixli, 979-X saylı Azərbaycan SSR Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcraiyyə Komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 1995-ci ildə işə baxılarkən, mənzilə görə gizir İddiaçı adına order olmuş, cavabdeh məcburi köçkün olmaqla, həmin mənzildə məskunlaşmışdır. 1995-ci ildə cavabdehin mənzilə heç bir hüququ olmamış, 1995-ci ildən sonra cavabdehin mənzillə bağlı sənəd əldə etməsi isə düzgün olan Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli, 2-127/1995-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 29103)-449/2019 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. İşdə olan birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 123, 11 saylı mənzilə dair sənədlərdən müəyyən edilir ki, “Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin təqdim etdiyi siyahıya əsasən hərbi qulluqçulara order verilməsi haqqında” Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1997-ci il tarixli, 1648 saylı sərəncamına əsasən Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 3-cü maddəsinin 2-ci bəndini və 48-ci maddəsini rəhbər tutaraq, Mənzil İstismar İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixli, 1571/1 sayı məktubla 9 (doqquz) nəfər, 1572/1 saylı məktubla 10 (on) nəfər hərbi qulluqçuya order verilməsi üçün təqdim olunmuş siyahı nəzərə alınmış və onlara order verilmişdir. Həmin sərəncama əsasən X12 adına 3 nəfər ailə tərkibi ilə (özü, Bəşirova D.N-arvadı, Yusifova.X.F – qızı) Bakı şəhəri, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 123 saylı evin 11 saylı mənzilinə dair 030458 saylı order verilmişdir. X4 həmin mənzili AN-İ № ******* nömrəli, xx.xx.2015-сi il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X2. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin mənzilə dair X9 adına ÖM seriyalı, 239800 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda həmin mənzil “xxxx” ASC Əhmədli filialının adına yüklü edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 123, 11 saylı mənzil Bakı Qarnizonu Hərbi Prokurorluğuna (sonradan Müdafiə Nazirliyi Mənzil-İstismar Sahəsinə) məxsus olmuş, 1995-ci ildə aparılmış məhkəmə araşdırması zamanı (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli, 2-127/1995-ci il tarixli qətnaməsi ilə) işə baxılarkən iddiaçıya xx.xx.1993cü il tarixdə Abşeron rayon Mənzil İstismar Hissəsi tərəfindən həmin mənzilə köçürülmək üçün verilmiş orderin xidməti order olduğu müəyyən edilmişdir. Lakin həmin order iddiaçıda mövcud olmamış, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə təqdim edilməmiş və təqdim edilməsi də mümkün olmamışdır. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli, 2-127/1995-ci il tarixli qətnaməsində iddiaçıya verilmiş xx.xx.1993-cü il tarixli orderə istinad edilməsi isə həmin orderin halhazırda mövcud olmasına əsas vermir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən xx.xx.1997ci il tarixli, 1648 saylı sərəncam qəbul edilərkən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin təqdim etdiyi siyahıya istinad edilmişdir ki, bu da özlüyündə onu göstərir ki, mübahisəli mənzil həmin tarixdə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin balansında olmuşdur. Eləcə də, həmin sərəncamın çıxarıldığı müddətdən 22 ildən çox müddət keçməsinə baxmayaraq, Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən mənzillə bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayon Mənzil İstismar Hissəsi tərəfindən mübahisəli mənzilə dair xx.xx.1993-cü il tarixli orderin iddiaçıya daimi olaraq verilməsi, iddiaçının həmin sərəncam qəbul edilərkən və hal-hazırda həmin mənzilə dair hər hansı bir hüququnun olması iş materialları ilə sübuta yetirilmədiyindən (əksinə təkzib edildiyindən), bununla da, onun hazırki iş üzrə mübahisəli sərəncamı mübahisələndirməyə subyektiv hüququ olmadığından iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, 01 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-398/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 01 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-398/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-934/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-934/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver