Məhkəmə qərarları › İş №2-1(103)-934/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-934/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-934/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3rşı “ixtisasına uyğun işlə təmin olunması, itirdiyi illərin təzminatının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8906/2021 02.12.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3rşı iddia qaldıraraq “vətəndaş haqqıhüququnun təmin olunması - ixtisasına uyğun işlə təmin olunması, itən illərinin təzminatının ödənilməsi, SOCAR-ın mexaniki sahəsində işləyən mütəxəssislərin siyahısının təqdim edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X10, nazir müavini Mətin Kərimlinin, eləcə də Suraxanı rayon X1 qarşısında cavab vermələri” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu ildə Neft-Kimya İnstitutunun neft-mexanika fakultəsini əyani bitirmişdir, təyinatla “Bakı fəhləsi” maşınqayırma zavoduna göndərilmişdir.Sonradan məlum səbəblərdən işsiz qalmışdır.Həmin vaxtdan müxtəlif dövlət qurumlarına işlə təmin edilməsi barədə müraciətləri nəticəsiz qalmışdır.Məşğulluq Xidməti yaranandan Suraxanı rayon Məşğulluq Xidmətində qeydiyyatdadır, lakin heç bir müavinət almır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və nazir müavini Mətin Kərimli ilə görüşməsinə baxmayaraq işlə təmin edilməmişdir.SOCAR-ın İnsan Resursları Departamentinə özü haqqında məlumat göndərməsinə baxmayaraq nəticə əldə edilməmişdir.30 ilə yaxındır ki, “Bakı fəhləsi” zavodundan aldığı 4 otaqlı mənzilini təmir etdirə bilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8906/2021 02.12.2021-ci il tarixli qərardadı ilə iddia SOCAR-ın mexaniki sahəsində işləyən mütəxəssislərin siyahısının təqdim edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin, nazir müavini Mətin Kərimlinin, eləcə də Suraxanı rayon X2 qanun qarşısında cavab vermələri hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8906/2021 02.12.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8906/2021 02.12.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8906/2021 02.12.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8906/2021 02.12.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. 20.04.2020-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatdan keçmişdir. İddiaçının statusu 07.10.2021-ci ildə “işaxtaran” statusuna dəyişdirilmişdir. İddiaçının ixtisasına uyğun işlə təmin olunması ilə bağlı müraciətləri təmin edilmədiyi üçün iddiaçı hazırda məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2, 4.3, 5.1-5.5, 7.1, 7.2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 1.1, 2.1-ci bəndlərini, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X5 Nizamnaməsinin 1.1, 2.1-bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiаçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3rşı “vətəndaş haqqı-hüququnun təmin olunması - ixtisasına uyğun işlə təmin olunması, itən illərinin təzminatının ödənilməsi” öhdəliyinin qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məşğul şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə məşğul şəxslərin reyestrini elektron formada aparır. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən məşğul şəxslərin reyestrində bu Qanunun 4.1-ci maddəsində göstərilən məşğul şəxslər barəsində məlumatların əldə edilməsi və reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən işaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyataalınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən vakansiya bankı elektron informasiya sistemində işəgötürənlərin yeni yaradılan iş yerləri və vakansiyalar barədə bu Qanunun 18.3-cü maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən elektron informasiya sistemi işəgötürənlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə və bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnaməni 2.1-ci bəndinə əsasən Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:2.1.1. əmək münasibətləri, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya və əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsini təmin edir; 2.1.1-1. övladlığagötürmə sahəsində dövlət siyasətini və dövlət tənzimləməsini həyata keçirir; 2.1.2. aidiyyəti dövlət orqanları ilə birlikdə əmək miqrasiyası sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində qanunvericiliyə uyğun olaraq iştirak edir; 2.1.3. tibbi-sosial ekspertizanın, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyasının və sosial müdafiəsinin təşkil edilməsi üzrə müvafiq tədbirləri həyata keçirir; 2.1.4. öz səlahiyyətləri daxilində yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikasının, insan alveri qurbanlarının sosial reabilitasiyasının və penitensiar müəssisələrdə caza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının həyata keçirilməsini təmin edir; 2.1.5. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsini təmin edir; 2.1.6. öz səlahiyyətləri daxilində əmək münasibətləri, əhalinin məşğulluğu, demoqrafiya və əhalinin sosial müdafiəsi sahələrinin inkişafını təmin edir; 2.1.7. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X5 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən X7 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyriformal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.1-ci bəndinə əsasən Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. müvafiq sahənin inkişafını təmin etmək; 2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyatakeçirilməsində iştirak etmək; 2.1.4. işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etmək; 2.1.5. işsizlikdən sığorta vəsaitini idarə etmək, həmin vəsaitdən təyinatı üzrə istifadəni, o cümlədən aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini və sığorta ödənişlərinin verilməsini təmin etmək; 2.1.6. işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları əsasında vakansiya bankı yaratmaq və ondan istifadə etmək; 2.1.7. qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması, o cümlədən qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək; 2.1.8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş kvotaya uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək; 2.1.9. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək; 2.1.10. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. Baxılan iş üzrə iddiaçının müraciəti əsasında O, 20.04.2020-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatdan keçmişdir. İddiaçının statusu 07.10.2021-ci ildə “işaxtaran” statusuna dəyişdirilmişdir. Həmçinin, xüsusi karantin rejimi dövründə 5 ay ərzində 190 manat müavinətlə təmin edilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə uyğun olaraq yaradılmış vakansiyalar bankında olan boş vəzifələr barədə məlumat da iddiaçının əvvəlki məhkəmə iclasında bildirdiyinə görə onun nəzərinə çatdırılmış, lakin iddiaçı həmin vəzifələr ixtisasına uyğun olmadığı üçün qeyd edilən vəzifələrlə razı olmamışdır. Beləliklə, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının cavabdehlər tərəfindən pozulması hallarına yol verilməmişdir. İddia ərizəsində göstərilən iddiaçının ixtisasına uyğun işlə təmin olunması, itən illərinin təzminatının ödənilməsi ilə bağlı tələblərinə münasibətdə isə, kollegiya hesab edir ki, cavabdehlərin fəaliyyətini tənziməyən Əsasnamələrdə onların iddiaçıya münasibətdə belə öhdəliklərinin olması nəzərdə tutulmamışdır. Belə ki, cavabdehlərin heç birinin üzərinə nə onların fəaliyyətini tənzimləyən Əsasnamələr, nə də digər qanunvericilik aktları ilə vətəndaşları bilavasitə işlə təmin etmək vəzifəsi qoyulmamışdır. Bu səbəbdən də, iddiaçının işlə təmin edilməsi və işləmədiyi illərə görə cavabdehlər tərəfindən iddiaçıya təzminat ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddiasının hüquqi əsasları mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8906/2021 02.12.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar