Məhkəmə qərarları › İş №2-1(103)-934/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-934/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-934/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxsin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşdə olan “Abşeronneft” Neft və Qazçıxama idarəsinin xx.xx.2023-cü il tarixli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uygun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.2010-cu ildən (əmr 600k, xx.xx.2010-cu il) xx.xx.2010-cu ilədək “Abşeronneft” NQÇS-də Elektrik təchizatı və elektrik avadanlıqlarının kirayə təmir sexində elektrik montyoru, xx.xx.2010-cü ildən (əmr 615-k, xx.xx.2010-cü il) xx.xx.2010- cu ilədək 2 saylı NQÇS-də neft və qaz hasilatı üzrə operator, xx.xx.2010-cu ildən (əmr 655-k, xx.xx.2010-cu il) xx.xx.2017-ci ilədək Quyuların əsaslı və yeraltı təmiri sahəsində avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik kimi çalışmışdır. xx.xx.2017-ci ildən (əmr 202k , xx.xx.2017-ci il) xx.xx.2023-cü ilədək Quyuların əsaslı və yeraltı təmiri sahəsində avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsində işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta(əmək) stajı 12 il 11 ay 16 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsinin «a» və «b» bəndində müəyyən edilmiş sahənin və vəzifənin (peşənin) xüsusiyyətləri ilə eynidir və həmin Qərara əsasən elektrik avadanlığının təmiri və xidmətiüzrə elektrik mantyoru, neft və qaz hasilatı üzrə operator peşəsi və mexanik vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir.

2. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

3. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1453/2024 nömrəli əmək pensiyasının təyin edilməsi haqqında qərarından görünür ki, iddiaçıya xx.xx.2023- cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, bu zaman iddiaçının ümumi iş stajı 40 il 11 ay 20 gün, güzəştli iş stajı isə 12 il 6 ay kimi müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək, sonuncu dəfə iddiaçıya ünvanlanmış 3-17-1/2-N-277257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 4 ay 12 gün (xx.xx.2010-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq, 2013-cü ilin sentyabr, 2015-ci ilin sentyabr, 2016-cı ilin avqust, 2022-ci ilin avqust, 2023-cü ilin iyul, avqust, sentyabr, oktyabr ayları üzrə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində (8 ay) sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrləri onun iş stajına daxil etmək mümkün deyil.

5. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı gündən 19 aprel 2023-cü il tarixdən ona əmək pensiyasının təyin olunması öhdəliyini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin üzərinə qoyulması və ötən dövr üçün hesablanacaq məbələğin bir dəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı xx.xx.2023-cü il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilərək, əsl olmayan cavabdeh əsl cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir.

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

8. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. xx.xx.1979-cu ildən iş fəaliyyətinə başlamışdır. Onun 44 il ümumi iş stajı var. Bu stajının 13 ildən çoxunu güzəştli pensiya hüquqi verən ağır və zərərli işlərdə işləmişdir. İşlədiyi həmin ağır və zərərli işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarında nəzərdə tutulmuşdur. Təəssüf ki, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı vaxtdan, yəni güzəştli iş stajının (12 il 6 ay) tamam olduğu vaxtdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 2 dəfə müraciət etdiyi DSMF sənədlərini qəbul etmiş və sonradan müəyyən vaxt keçdikdən sonra, ona pensiya təyin olunmasından imtina aktı göndərmişdir. Səbəb olaraq güzəştli iş stajı dövründə 8 ay üçün məcburi dövlət sığorta haqlarının fərdi hesabına köçürülmədiyi göstərilmişdir. Həmin 8 ay ərzində o, əmək qabiliyyətini müvəqqəti itirməsi ilə (müxtəlif dövrlərdə) əlaqədar müavinət aldığını bildirmişdir. Lakin, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əmək qabiliyyətinin müvəqqəti itirilməsinin sığorta hadisəsi olduğunu və bu zaman hesablanmış müavinət məbləğinin məcburi dövlət sosial sığortasına cəlb olunmadığını, həmçinin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.9-cu maddəsində əmək qabilliyətinin itirilməsi müddətinin sığorta stajına daxil edilməsini nəzərə almamışdır.

9. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddətini o şərtlə şəxsin sığorta stajına daxil edir ki, şəxs həmin müddət ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alsın.

12. İşin yuxarıda qeyd edilən halları ilə iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi 2013-cü ilin sentyabr, 2015-ci ilin sentyabr, 2016-cı ilin avqust, 2022-ci ilin avqust ayları üzrə müavinət alması tam təsdiq edilir.

13. Belə olan halda isə aydındır ki, ƏPQ-nin müvafiq maddəsinə əsasən həmin müddət iddiaçının sığorta stajına daxil edilməlidir.

14. "Abşeronneft” Neft və Qazçıxama idarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçının xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə çalışması nəzərə alındıqda, müəyyən olunur ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajı xx.xx.2023-cü il tarixdə tamam olur. İddiaçının həmin tarixə 60 yaşının tamam olmasını və ümumi iş stajının 40 ildən artıq olduğunu nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və təmin edilməlidir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, 1 yanvar 2006-cı il tarixdən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları İddiaçı fərdi hesabının sığorta hissəsində 2013cü il üzrə 1 ay, 2015-ci il üzrə 1 ay, 2016-cı il üzrə 1 ay, 2022-ci il üzrə 1 ay və 2023-cü il üzrə 2 ay sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan ayları (ümumilikdə 6 ay) onun iş stajı kimi nəzərə alınmamışdır. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (12 il 1 ay 12 gün (xx.xx.2010-xx.xx.2023-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 3-17- 1/2-M-277257/2023 nömrəli imtina məktublarında isə qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 4 ay 12 gün (xx.xx.2010-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2022-ci il, xx.xx.2022- xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-1453/2024 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərar ilə İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. (Ümumi staj 40 il 11 ay 20 gün, güzəştli staj 12 il 6 ay) İş materiallarında olan “Sığorta” AS-dən çıxarışlara əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində2013-cü ilin sentyabr, 2015-ci ilin sentyabr, 2016-cı ilin avqust, 2022-ci ilin avqust aylarında pensiya kapitalı öz əksini tapmamışdır. Məhkəmə icraatı zamanı “SOCAR”-ın “Azneft” İstehsalat Birliyi “Abşeronneft” NQÇİ tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli R7- 03/21 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı xəstəlik vərəqələri əsasında onun əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürən, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına ödənilmişdir. Eyni zamanda “SOCAR”-ın “Azneft” İstehsalat Birliyi “Abşeronneft” NQÇİ tərəfindən təqdim olunmuş xx.xx.2024cü il tarixli 14-2-1-1/2-430/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı 2013cü ilin sentyabr, 2015-ci ilin sentyabr, 2016-cı ilin avqust, 2022- ci ilin avqust aylarında əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən işdə olmamış, ona müəssisə hesabına və Fond hesabına ödənişlər həyata keçirilmişdir. Bildirirlər ki, sözügedən arayışa əsasən İddiaçı əmək qabilliyətini müvəqqəti itirilməsi səbəbindən işdə olmadığı müddət ümumi iş stajına daxil edilmişdir. Belə ki, Qanunun 21-ci maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həmişəgötürənin vəsaiti, həmdə məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət sığorta stajına daxil edilir. Lakin qanunvericilikdə sözügedən dövrün güzəştli iş stajına daxil edilməsi ilə bağlı hər hansı norma yoxdur. Buna görə də qeyd olunan dövrün iddiaçının güzəştli iş stajına daxil edilməsi mümkün hesab edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozaraq, İddiaçı2013-cü ilin sentyabr, 2015-ci ilin sentyabr, 2016-cı ilin avqust, 2022-ci ilin avqust aylarında əmək qabiliyyətinin müvəqqəti itirməsi səbəbindən işdə olmamasına baxmayaraq, ona müəssisə və Fond hesabına ödənilmiş ödəmələri nzərər alaraq, həmin dövrləri iddiaçının həmümumi iş stajına, həmdə güzəştli iş stajına daxil etmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır.

20. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır

22. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

23. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. (13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyada)Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. Mübahisənin mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmənin mövqeyi aşağıdakı kimidir:

29. Belə ki, tətbiq edilən hüquq normalarından göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən 1 iyul 2020-ci ildən etibarən kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddi 65 yaş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddi isə 60 yaş müəyyən edilmişdir.

30. Belə olan halda müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdən sonra kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun: 1. 60 yaşının tamam olması; 2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması; 3. güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışması tələb olunur.

31. İşdə olan “Abşeronneft” Neft və Qazçıxama idarəsinin xx.xx.2023-cü il tarixli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uygun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.2010-cu ildən (əmr 600k, xx.xx.2010-cu il) xx.xx.2010-cu ilədək “Abşeronneft” NQÇS-də Elektrik təchizatı və elektrik avadanlıqlarının kirayə təmir sexində elektrik montyoru, xx.xx.2010-cü ildən (əmr 615-k, xx.xx.2010-cü il) xx.xx.2010- cu ilədək 2 saylı NQÇS-də neft və qaz hasilatı üzrə operator, xx.xx.2010-cu ildən (əmr 655-k, xx.xx.2010-cu il) xx.xx.2017-ci ilədək Quyuların əsaslı və yeraltı təmiri sahəsində avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik kimi çalışmışdır. xx.xx.2017-ci ildən (əmr 202k , xx.xx.2017-ci il) xx.xx.2023-cü ilədək Quyuların əsaslı və yeraltı təmiri sahəsində avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsində işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta(əmək) stajı 12 il 11 ay 16 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsinin «a» və «b» bəndində müəyyən edilmiş sahənin və vəzifənin (peşənin) xüsusiyyətləri ilə eynidir və həmin Qərara əsasən elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik mantyoru, neft və qaz hasilatı üzrə operator peşəsi və mexanik vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir.

32. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

33. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1453/2024 nömrəli əmək pensiyasının təyin edilməsi haqqında qərarından görünür ki, iddiaçıya xx.xx.2023- cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, bu zaman iddiaçının ümumi iş stajı 40 il 11 ay 20 gün, güzəştli iş stajı isə 12 il 6 ay kimi müəyyən edilmişdir.

34. Göründüyü kimi, məhkəmə icraatı gedişində iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya hüququnun yarandığı tarix kimi xx.xx.2023-cü il müəyyən edilmişdir.

35. İddiaçı hazırda bununla razılaşmayaraq, onun pensiya hüququnun xx.xx.2024- cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə yarandığına istinad edərək, əmək pensiyasının həmin tarixdən təyin edilməsini xahiş edir.

36. İşdən görünür ki, cavabdeh 2013-cü ilin sentyabr, 2015-ci ilin sentyabr, 2016-cı ilin avqust, 2022-ci ilin avqust ayları üzrə məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində (4 ay) sığorta ödənişləri öz əksini tapmadığını iddia edərək, həmin dövrləri onun sosial sığorta stajına daxil etmir və bu səbəbdən iddiaçının tələb olunan 12 il 6 ay güzəştli iş stajının xx.xx.2023-cü ildə deyil, xx.xx.2023-cü ildə tamam olduğunu iddia edir.

37. Məhkəmə cavabdehin bu dəlili işə razılaşmayaraq aşağıdakıları qeyd edir.

38. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət.

39. İşdə olan “Abşeronneft” Neft və Qazçıxama idarəsinin xx.xx.2024-cü il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsi ödənişinin verilməsi haqqında arayışdan görünür ki, iddiaçının təqdim etdiyi 2013-cü il 12 avqust – 2 sentyabr arası X/v: Seriyalı SN00004 №312331, 2015-ci il 08 sentyabr – 26 sentyabr arası X/v: Seriyalı SN00004 №997639, 2016-cı il 04 avqust – 31 avqust arası X/v: Seriyalı SN00005 №397954, 2022-ci il 01 avqust – 20 avqust arası X/v: Seriyalı SN00007 №0666436 və 2022-ci il 21 avqust – 31 avqust arası X/v: Seriyalı SN00007 №066657 nömrəli xəstəlik vərəqələri əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürən, həm də məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilmişdir. Arayışa həmin məbləğlərin iddiaçıya ödənilməsini təsdiq edən sənədlər əlavə edilmişdir.

40. Həmçinin “Abşeronneft” Neft və Qazçıxama idarəsinin 14-2-1-1/2-430/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların əsaslı və yeraltı təmiri sahəsinin 11-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexaniki İddiaçı 2013-cü ilin sentyabr ayı, 2015-ci ilin sentyabr ayı, 2016-cı ilin avqust ayı və 2022-ci ilin avqust ayında əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən işdə olmamışdır və ona müəssisə hesabına və DSMF hesabına ödənişlər həyata keçirilmişdir.

41. Göründüyü kimi, qanunverici əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddətini o şərtlə şəxsin sığorta stajına daxil edir ki, şəxs həmin müddət ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alsın.

42. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayət iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həmişəgötürənin vəsaiti, həmdə məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət sığorta stajına daxil edilir. Lakin qanunvericilikdə sözügedən dövrün güzəştli iş stajına daxil edilməsi ilə bağlı hər hansı norma yoxdur. Buna görə də qeyd olunan dövrün iddiaçının güzəştli iş stajına daxil edilməsi mümkün hesab edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozaraq, İddiaçı2013-cü ilin sentyabr, 2015-ci ilin sentyabr, 2016-cı ilin avqust, 2022-ci ilin avqust aylarında əmək qabiliyyətinin müvəqqəti itirməsi səbəbindən işdə olmamasına baxmayaraq, ona müəssisə və Fond hesabına ödənilmiş ödəmələri nzərər alaraq, həmin dövrləri iddiaçının həmümumi iş stajına, həmdə güzəştli iş stajına daxil etmişdir.

43. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, işin yuxarıda istinad olunan halları ilə iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi 2013-cü ilin sentyabr, 2015-ci ilin sentyabr, 2016-cı ilin avqust, 2022-ci ilin avqust ayları üzrə müavinət alması tam təsdiq edilir.

44. Belə olan halda isə aydındır ki, ƏPQ-nin müvafiq maddəsinə əsasən həmin müddət iddiaçının sığorta stajına daxil edilməlidir.

45. "Abşeronneft” Neft və Qazçıxama idarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçının xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə çalışması nəzərə alındıqda, müəyyən olunur ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajı xx.xx.2023-cü il tarixdə tamam olur. İddiaçının həmin tarixə 60 yaşının tamam olmasını və ümumi iş stajının 40 ildən artıq olduğunu nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və təmin edilməlidir.

46. ƏPQ-nin: 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

48. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar