Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-935/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10452/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinəə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, 8-ci Cənub küçəsində yerləşən faktiki sahəsi 495,0 kv.m olan 152 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: «…22 yanvar 1986-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək “Çapçı bağçılıqyoldaşlığının 1 nömrəli mətbəəsində çapçı vəzifəsində işləmişdir. Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 17 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən 1 nömrəli mətbəəyə Dübəndi kəndində ayrılmış bağçılıq yoldaşlığının sahəsində 8 nömrəli cənub küçəsi 152 nömrəli bağ evi ona verilmişdir. Pirallahı rayonu Gürgən Bələdiyyəsinin 14 nömrəli xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, həqiqətən 152 saylı bağ sahəsindən 500 kv.m torpaq özünəməxsus qeydiyyatsız İddiaçı tərəfindən istifadə edilir. Adına tərtib edilmiş bağçının 152 saylı üzvlük kitabçasına əsasən bagçılıq cəmiyəti üzvlərinin 06 may 1988-ci il tarixli 2 nömrəli protokoluna əsasən cəmiyyətə üzv qəbul edilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2023cü il tarixli cavab («bildiriş») məktubu ilə ərizəsini təmin etməkdən imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, idarənin arxivində olan «Çapçı» bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adı aşkar edilməmiş, başqa bölgü sxemi olmadığından sənəd üzrə yerləşməsini müəyyən etmək mümkün olmamış, digər bağçılığın ayrıc aktı daxilində müəyyən edilmişdir. Cavabdehin imtina cavabı qanunsuzdur. Çünki, imtina inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmamışdır…» Cavabdeh iddia ərizəsinə etirazında imtina məktubunda uyğun əsaslarla iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10452/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, 8-ci Cənub küçəsində yerləşən 152 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İdarənin arxivində saxlanılan “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanununun 8.0.7-ci maddəsində qeyd olunan şərt ödənilmir. Həmçinin, göstərilən torpaq sahəsi ayrıc aktından kənarda digər bağçılıqyoldaşlığın ayrıc aktı daxilində yerləşdiyi müəyyən edilmiş, idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı torpaq sahəsində betondan yarımçıq tikili olduğu müəyyən olunmuşdur. Bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin yerləşməsi müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır…» Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, “Çapçı” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmiş, bağ sahəsinin digər bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşdiyini bağçılığın bölgü sxemi olmadığından yerini müəyyən etmək mümkün olmamışdır, lakin birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin yerləşməsi müəyyən edilməmiş, qanuni əssaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşıdrma aparılmamışdır. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, mübahisəli bağ sahəsinin tam qanuni əsaslarla iddiaçının istifadəsində olduğu iş materiallarına əlavə olunmuş aşağıdakı sənədlərlə öz təsdiqini tapır: - “Çapçı” bağçılıq-yoldaşlığının xx.xx.2007-ci il tarixli arayışına əsasən iddiaçı 22 yanvar 1986-ci ildən 25 noyabr 1994-cü ilədək 1 №-li mətbəədə çapçı işləmiş; - “26 Bakı Komissarları” mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıqyoldaşlığının idarə heyətinin yıgıncagının xx.xx.1988-ci il tarixli 2 №-li protokolundan çıxarışlara əsasən İddiaçı bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və ona Dübəndi qəsəbəsi 8-ci Cənub küçəsində yerləşən sahəsi 500 kv.m olan 152 №-li bağ sahəsi daimi istifadəsinə verilmiş; - “Çapçı” bağçılıq-yoldaşlığının xx.xx.2007-ci il tarixli ikinci bir arayışına əsasən Bakı şəhəri X3 İcraiyyə komitəsinin 17 oktyabr 1987-ci il tarixli 20/396№-li qərarına əsasən 1 №-li mətbəəyə Dübəndi kəndində ayrılmış bağçılıq yoldaşlığının sahəsində 8-ci Cənub küçəsi 152№-li bağ yeri İddiaçı verilmiş; -“Çapçı” bağçılıq-yoldaşlığının xx.xx.2023-cü il tarixli üçüncü bir arayışına əsasən iddiaçı ünvan 1 152 saylı bağ sahəsindən 500 kv.m.torpaq özünə məxsus qeydiyyatsız istifadə edir (Əsası: 17 oktyabr 1987-ci il tarixli qərar.) -“Çapçı” bağçılıq-yoldaşlığı tərəfindən verilmiş 152 nömrəli üzvlük kitabçasına əsasən İddiaçı Dübəndi qəsəbəsi 8-ci Cənub küçəsində yerləşən sahəsi 500 kv.m olan 152 №-li bağ sahəsi daimi istifadəsinə verilmiş; -İddiaçının təqdim etdiyi “Çapçı” bağçılıq-yoldaşlığı tərəfindən verilmiş bağçılıqyoldaşlığın üzvlərinin 2-ci siyahısında iddiaçının adı siyahıda 12-ci sırada göstərilmiş(i.v.8); “Çapçı” bağçılıq-yoldaşlığının sədri tərəfindən təsdiq edilmiş «Çapçı» bağçılıqyoldaşlığın bağ sahələrinin planında,habelə iddiaçıya məxsus 152 №-li fərdi bağ sahəsinin cizgisində bağ sahəsinin yerləşdiyi yerin bağçılığın bölgü sxemi və həmin sxem daxilindi iddiaçıya məxsus bağ sahəsinin yerləşdiyi yer və onun sahə ölçüləri müəyyən olunmuşdur. Tədqiq olunan sənədlərlə müəyyən edilən hallardan göründüyü kimi, iddiaçı istifadəsinə “26 Bakı Komissarları” mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıqyoldaşlığının idarə heyətinin yıgıncagının xx.xx.1988-ci il tarixli 2 №-li protokol qərarı ilə sözügedən bağçılıq-yoldaşlığa üzv qəbul edilərək bağçılığın sityahısına daxil edilmiş və ona üzvlük kitabçası təqdim olunmanqla, ünvan 1 ünvanıda ona bağçılığın bölgü sxemi daxilində sahəsi 500 kv.m olan, 152 saylı bağ sahəsi istifadəsinə verilmişdir. İşə əlavə olunmuş cavabdeh qurum tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli **********72 saylı mütəxəssis rəyindən görünür ki, həmin bağ sahəsi faktiki olaraq hasar daxili sahəsi 495,0 kv.m təşkil edir. Üzərində betondan ibarət yarımçıq tikili olan həmin torpaq sahəsinin yerləşməsini və koordinatlarını əks etdirən sxem tərtib olunub əlavə olunmuş və vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan sahənin qeydiyyatdan keçmiş hər hansı sahə ilə üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilməmiş, həmin sahəyə digər şəxsin müraciəti daxil olmamışdır. Beləliklə də tədqiq olunan sübutlarla müəyən edilən hallarla cavabdehin istinad etdiyi dəlillərin əsassız olduğu sübüta yetirilir. Belə olan halda, “Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Göründüyü kimi, iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən əsaslandırılmayan dəlilləri ilə həmin bağ sahəsinin iddiaçının adına qeydə alınmasından imtina olunması qanunsuz olmuş, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşə apllyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını və mübahisəli bağ sahəsinə dair iddiaçının hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində qeyd olunan şərtin ödənilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10452/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10452/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-935/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-935/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver