Məhkəmə qərarları › İş №2-1(103)-936/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-936/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-936/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayevdən və X1 ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2-1(112)-12547/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi̇ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı «cavabdehin üzərinə məhkəmə qərardadını icra etmək və kassasiya şikayəti üzrə buraxılmış müddəti bərpa etmək öhdəliyinin qoyulması, iddiaçının zərərçəkmiş şəxs hesab edilməsi və iş materiallarının istintaq orqanına göndərilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, 13 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən 2-1(103)-1265/2022 saylı iş üzrə qərardad qəbul edilmişdir. Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Bakı şəhəri 4 saylı “ASANxidmət” Mərkəzinin notariuslarının hərəkətlərini (hərəkətsizliyini) qanunsuz hesab etməmişdir və inzibati xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçı L.İ.Fomninanı milliyətinə görə zərərçəkmiş hesab etməmişdir, 24 may 2022-ci il tarixdə Apellyasiya Məhkəməinin İnzibati Kollegiyası 2-1(103)-1 265/2022 saylı iş üzrə İddiaçı dövlət büdcəsi hesabına pulsuz hüquqi yardımın təyin edilməsi haqqında qərardad qəbul etmişdir. 24 may 2022-ci il tarixdə məhkəmə İddiaçı ərizəsini təmin etmişdir. 2 iyun 2022-ci il tarixdə 22 saylı Vəkil bürosunun vəkili X3 251 nömrəli order üzrə 13 aprel 2022-ci il tarixli 2-1(103)-1265/2022 saylı iş üzrə qərardaddan 10 gün ərzində kassasiya şikayəti vermək tapşırılmışdır Vəkil Şimiyev Toğrul yalnız 4 avqust 2022-ci il tarixdə Nümayəndələ əlaqə saxlamış, bunu məzuniyyətdə olması və sonra xəstələnməsi ilə əsaslandırmışdır. Bu günədək vəkil Şimiyev Toğrul V.N.Fominlə yazışmada kassasiya şikayətinin verilməsinin vaxt məhdudiyyəti olmaması ilə əsaslandıraraq hərəkəsizlik edir, bildirir ki, o vəkildir və öz işinə görə cavabdehdir, kassasiya şikayətinin verilməsi müddəti sənədlərin məhkəməyə rəsmi təqdim edilməsi anından hesablanır. Vəkillə bütün yazışmanı V.N.Fomin saxlamışdır. Nümayəndə F.N.Fomin bilir ki, kassasiya şikayəti vəkilə orderin verildiyi andan vəkil tərəfindən 10 gün müddətində təqdim olunmalıdır və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa oluna bilməz. Vəkilin günahı cavabdehlə əlbir olmaqla onun hərəkətsizliyi ilə sübut olunmuşdur. Vəkilin hərəkətsizliyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 150.2.5, 150.3.1, 182.3.3-cü maddələri üzrə cəzalandırılan cinayət əməllərinin inkişafına səbəb olur. 7 sentyabr 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 120, 126.2.1, 134, 150.2.5, 150.3.1, 178.3.2, 182.3.3, 294.1, 295.1, 307, 308, 314, 320-ci maddələri üzrə cinayət işinin qaldırılması haqqında 24-cü Polis Şöbəsinə ərizə təqdim edilmişdir. İPM-in 33.3-cü maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir.Göstərilənlərə əsaslanaraq, məhkəmədən Vəkillər Kollegiyasının üzərinə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2022-ci il tarixli qərardadını həmin məhkəmə tərəfindən müəyyən olunmuş müddətdə icra edilməsi və 2-1(103)- 1265/2022 saylı iş üzrə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etmək öhdəliyinin qoyulması, 2-1(103)-1265/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qərardaddan kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi mümkün olmadığı halda, İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən İddiaçı zərərçəkmiş fiziki şəxs hesab edilməsi və təqdimat üzrə qərarla birlikdə inzibati işin materialları cinayət işinin qaldırılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində (etirazında) bildirilir ki, İddiaçı iddia tələblərinin mahiyyətinə dair şəxsi mövqeyini ifadə edərək məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İddiaçının hazırkı iş üzrə iddia tələbləri inzibati icraat qaydasında baxılmalı deyildir. Bakı İnzibati Məhkəməsinin 05 noaybr 2022-ci il tarixli, 2-1(112)-12547/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə şəxsin iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə: - (maddənin İ hissəsi) Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır; - (maddənin İİ hissəsi) Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir; - (maddənin İİİ hissəsi) Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. Həmin Qanunun 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddiasında aşağıdakı tələbləri irəli sürür: - apellyasiya instansiyası məhkəməsinin qərardadının müəyyənm edilmiş müddətdə icra edilməsi və iş üzrə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması; - iş üzrə məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi mümkün olmadığı halda, İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının zərərçəkmiş fiziki şəxs hesab edilməsi və təqdimat üzrə qərarla birlikdə inzibati işin materialları cinayət işinin qaldırılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi. Məhkəmə Kollegiyası qeyd edir ki, hər hansı məhkəmə icraatı üzrə kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması qaydası müvafiq məhkəmə icraatını tənzimləyən prosessual nornalara tənzimlənir və belə öhdəlik inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə qoyula bilməz. Eləcə də, inzibati xətalara dair işlər üzrə icraat çərçivəsində şəxsin zərərçəkmiş qismində tanınması və iş. materiallarının istintaq orqanına gödərilməsi məsələləri də inzibati məhkəmə icraatının predmetini təşkil edə bilməz. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı hazırkı iddiası üzrə inzibati mübahisənin mövcud olmadığı müəyyən edilir və həmin tələblər məcmusunda iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən qiymətləndirilmir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokoluna əsasən iddiaçıya İPM-in 13-cü maddəsinin tələbləri baxımından yardım göstərilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2-1(112)-12547/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar